Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günəş olaq, yoxsa külək?!
Günəş olaq, yoxsa külək?!
Göndərən: Fialka
Şərhlər: 17
Baxılıb: 1294
Səs ver:
Uşaq olanda Ana dili kitabımızda" Günəşlə küləyin mübahisəsi" adlı bir nağıl vardı. Çox ibrətamiz bir nağıldı. Uşaq olsam da, çox sevirdim həmin nağılı, demək olar ki, hər gün oxuyurdum. Ən qəribəsi isə odur ki, həmin nağıl mənim bütün həyatıma müsbət təsir etdi. Mən ömrüm boyu "Günəş olmağı" seçdim. Həmin nağılı sizlərlə paylaşmaq istədim. Mənə maraqlıdır ki, həyatınızda "Günəş olmağı" seçərsiz, yoxsa, "Külək olmağı"?
Gözəl bir yaz günü idi.Küçə ilə bir kişi gedirdi. Əynində plaşı, başında papağı vardı. Günəşlə külək bu kişini görüb mübahisə edirlər ki, hansı bu kişinin plaşını, papağını soyundura bilər? Nəhayət, qərara gəlirlər ki, hər ikisi öz "gücünü" göstərsin. Əvvəl külək işə başlayır. Güclü sürətlə əsməyə başlayır. O qədər şiddətlə əsir ki, az qalır ağaclar kökündən çıxsın. Tozanaq fırtına kimi burularaq qarşısına keçən hər şeyi süpürüb aparmaq istəyir. Lakin, külək şiddətləndikcə, kişi plaşının bütün düymələrini bağlayır, papağını başına daha bərk basır. Külək şiddətlə vıyıldayıb əsdikcə, kişi bir əlilə papağından, bir əlilə isə plaşının yaxasından bərk-bərk yapışaraq yoluna davam edir.Qəzəblənən külək bir az da şiddətlə əsməyə başlayır. Kişi getməyin mümkün olmadığnı görüb, bir dibarın dibində durub, küləkdən qorunmağa çalışır.
Bunu görən Günəş küləyə deyir:
Daha bəsdir, sən bacarmadın. Bir mən də sınayım.
Qəflətən başlayan külək, elə qəflətən də dayanır. Günəş çıxır, öz qızılı tellərini hər tərəfə yayır. Hava isinir. Küləyin qorxusundan divarın dibində gizlənən kişi qalxıb yoluna davam edir. Günəş bir az da yuxarı qalxıb, nur səpələyir. Hava elə isinir ki, kişi əvvəl plaşını, sonra da papağını çıxarıb qolunun üstünə alır və həvəslə yoluna davam edir.
Külək bu işə təəccüblənir və məğlub olduğunu etiraf edir.
Günəş isə deyir:
Bir iş görmək istəyəndə mütləq xoşluqla, mehribanlıqla , "nur səpələyərək" etmək lazımdır. Yoxsa, siz külək kimi əsdikcə, qarşınızdakı insan da bu yolçu kimi bürünəcək və sizdən uzaqlaşacaq.
Mənə çox maraqlıdır, bəs sizlər necə, həyatda Günəş olmağı seçmisiniz, yoxsa, Külək olmağı?!
Ancaq, cavablar tam səmimi olsun.


Şərhlər: 17
Baxılıb: 1294
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Maraqlı nağıl idi,mende oxumuşdum bu nağılı çox xoşum gelirdi,güneş olmaq yaxşıdır,ama herden külek kimi esib coşmağa da ehtiyac olur,teşekkür.
5 iyul 2015 14:59
# 17
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
efsane..
Gunes oluram bacardigim qeder amma ki kulek olub gunesi tanimayanlarla kulek oluram bezileri gunesin qedrini bilmir qedrini bilmeyenlerlede kulek kimi olmaq lazimdiki agli basina gelsin
20 may 2015 11:38
# 16
ILAHE_
Gunew cox olsa yaxwidi.Kulekde herden bir.
20 may 2015 09:10
# 15
lelos
her ikisinnende lazim olanda külek lazim olandada güneş olaram
19 may 2015 23:59
# 14
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
SENI SENSIZ SEVDIM
hec birini secmezdim.MEn ele MENEM..kimiye yaxsi,kiminde pis
19 may 2015 23:57
# 13
"Varliqim bezilerine darliq edir, bu da mene lezzet edir"
vipbetul
yerıne gore hem kulek hemde gunes olmaq lazımdı her zaman gunesde kulekde olmaq olmaz
19 may 2015 23:19
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sefos
Men evveller gunes idim. Ama insanlar meni kulek etdi. Indide hec kimin yanimda olmagini istemirem.
19 may 2015 22:41
# 11
BARBI
Yalan demerem tam semimi kulek olmagi secerem. Cunki ne qeder etsemde her zaman etrafimdakilari qiriram yox edirem darmadagin edirem. Heyatimda gunese yer yoxdur
19 may 2015 22:01
# 10
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
baxir da amma bezilerine kulek
19 may 2015 20:54
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ayan97
Her kes kimi mende gunes olmag isteyirem, ammaki vaxti gelende kulek olmag lazimdi ne qeder hessas olsan o qeder qirilacagsan
19 may 2015 20:44
# 8
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ALESSANDRA
MƏN hər zaman GÜNƏŞ olmağı seçirəm))küləkliiyə dəyməz)) 09

MƏN hər zaman GÜNƏŞ olmağı seçirəm))küləkliiyə dəyməz)) 09
19 may 2015 20:33
# 7
Don't trust anyone ∆
Mrs.Pianist
Gunesh oluram amma bezilerine qarwi kulek oldugum vaxtlarda var 09
19 may 2015 20:25
# 6
Acısı çox olan qizların guluşu gozel olur.!
Fialka
Hər kəs və qarşısındakı insan fərqli fikirlərə xarakterə malikdir, kimisi külək olub ətrafındakıları, hər şeyi toz dumana qatmağı sevər ancaq o küləkdən sonra yerdə xarabalıqların qaldığını anlamaz kimisidə günəş olar həmişə! öz istisiylə qarşısındakını da isidər və səhvləri öz özlüyündən anlayan zaman onun cəzası vicdanının susmayan səsi olar və günəş olmağı seçən isə həmişə üstün olar heç kəsə görə yox öz şəxsiyətinə görə )) qaldı ki, mənə mən həmişə uşaqlıqdan özümə örnək götürdüyüm mənə həyat verən günəşimə minnətdaram))
redaktə edənə təşəkkür.
19 may 2015 19:40
# 5
Tomris Müslümova
melum meseledir ki hami gunes olmaq isteyecek..cox beyendim hekayeni mentiqli cavablar gizlenir her setirinde. ama her zaman gunesh olmagi secmerem...bezen siddetli kulek bele bes etmir bezi insanlara tesekkur edirem gozel hekaye ucun :)
19 may 2015 19:25
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tek umidim sen
Gunes,amma kuleyi daha cox sevirem...
19 may 2015 19:02
# 3
Kadın derin ama adam yüzme bilmiyor...
Antikvar
Çox maraqlı hekayə oldu)Sualın cavabına gəldikdə,Qarşımdakına günəş oluramsa və eyni günəşliyi cavabında görməsəm,həmçinin xarakterindədə qızıl kimi işıldamasa,fırtına kimi ətrafa toz bürüyəcəm)))Günəşliyimdən istifadə edibdə kölgəyə salanları ancaq külək kimi əsib ətrafa büründürəsən)Kim demişki özbaşına uzaqlaşacaqlar,əksinə mən uzaqlaşdırmaq istədiyim üçün hərəsi bir yana tozlanaraq təmizlənmək arzusundadırlar)Buda vaxtlarını çox aparacaq)
Tam səmimi cavabım))
19 may 2015 19:02
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
WiRiN BaLaM
çox maraqli geldi.... mən heç vaxd mubahise zamanida esmirem kulek kimi sesimi yukseltmirem qarsimdaki insan özünü qışqırıb cırsa belə hihih sakitcə sozumu deyirem qanana bir soz qanmiyana zağara zurna amma qanmazlar daha çox üstünlük teşkil edir ne ise belə çıxırki nə günəş deyiləm nədə ki külək 23 teşekürlerr ...
19 may 2015 18:50
# 1
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz