Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əşyalara sitayiş
Əşyalara sitayiş
Göndərən: tek umidim sen
Şərhlər: 9
Baxılıb: 590
Səs ver:
Söhbətimiz var, yaxın oturun, çünki bu yazı elə hamımız haqqındadır. Sokratla başlayaq.

Bir gün Sokrat bazarda gəzirmiş, gəzə-gəzə də piştaxtalara qoyulmuş cürbəcür sənətkarlıq məhsullarına, yeməli şeylərə baxa-baxa heyrətlənirmiş. Və bir adam gözləyirmiş ki, gəlib ona yaxınlaşsın, kamali-ədəblə salam versin, heyrətinin səbəbini soruşsun, o da bir aforizm guppuldatsın. Söz yox ki, elə bir adam gəlib, sualını verib.  Sokrat da aforizmini guppuldadıb: "Gör dünyada nə qədər şey olmadan yaşamaq mümkünmüş”.

Ümumiyyətlə, biz həmişə lətifədə  sual verənləri ikinci adam kimi görmüşük, onlara fikir verməmişik. İndi bir dəqiqə düşünün, göldə qatıq mayalamaq istəyən Molla Nəsrəddindən "Molla, göldə niyə qatıq çalırsan?” deyə soruşan adam olmasaydı, o lətifə də yaranmayacaqdı. Bu ikinci adamlara da həyatda ehtiyac var.

Bəs nəyə ehtiyacımız yoxdur?

Keçən həftə bir roman oxudum, amma oxumamış ordakı bir cümləni gözüm jurnaldakı resenziyada tutmuşdu: "İnsanlar olmayan pulları ilə ehtiyacları olmayan şeyləri almaq üçün marketdə növbəyə dayanmışdılar”.

Sokratın dediyi də budur.

Hərənin cibində 3-4 bank kartı. Hər tərəf, hər şeylə doludur. Sokrat dediyi kimi, yaşamaq üçün ehtiyacı olmadığımız şeylərlə. "Al, sonra ödə”. Hayqıran reklamlar. Alışan sətirlər. Şüurumuzun içinə təsir edən psixotroplar!!!

Hər dəfə bu barədə düşünəndə yadıma əl videokamerasını kreditlə alan o miskin adam düşür. O adam o kameranı nə edəcəkdi? Bu adam nəinki Felliniyə, heç Əlisa Cabbarova  də oxşamırdı. Hansısa ev şənliyini çəkəcəkdi? Amma ayda-ildə bir dəfə olan şənliyi çəkmək üçün hər ay az maaşının bir hissəsini kreditə ayıracaqdı? Nəyin naminə? Ucuz bir istəyin. Nəyinə lazımdı o video kamera? Heç nəyinə. Amma alır. Niyə alır? Ağlı azdı, ona görə.

Bir az gərginləşdik, davam edək. Əslində məsələ o miskin adamın təfəkkürü qədər bəsit deyil. Və bu dramatik vəziyyət yalnız günəşli Azərbaycanla məhdudlaşmır. Bütün dünya bu dərdə mübtəladır. İnsanlar öz həyat tərzlərini yüksəltmək, daha yaxşı yaşamaq üçün bir çox əşyalara ehtiyac duyurlar. Bu əşyaları alırlar, sonra isə borclarını qaytarmaq üçün daha çox işləyir, daha çox əziyyət çəkirlər. Daha gözəl yaşamaq üçün alınan bir plazma televizor əslində insanı daha pis, daha gərgin, daha əziyyətli bir həyata aparır. Əşyalarla xoşbəxtliyə çatmaq istəyən insan əşyanın əsirinə çevrilir. İnsanları banklar idarə edir. Xoşbəxtlik yolunu azan insanlar özlərini kredit kartının şərf kimi uzun fakturalarında, bank və bankomat növbələrində tapırlar.

Sokratla başladıq, Frommla bitirək: "Qərbli insan fərəhlənmək qabiliyyətini özünə qapanmış ruhi xəstə kimi itirmişdir. Buna görə də narahatlıqdan, ruh düşkünlüyündən və kədərdən xilas ola bilmir. Hələ də xoşbəxtlik, fərdiyyətçilikdən, azad təşəbbüs haqqında boşboğazlıq edir, əslində isə heç bir məqsədi yoxdur. Ondan nəyə görə yaşadığını, həyatının məqsədini soruşun. Cavab tapa bilməyəcək”.

Və bu suala cavab verə bilmədiyi üçün əşyalarla xoşbəxt olmağa çalışacaq.

Xoşbəxtliyi imitasiya etmək bədbəxtlikdir.

Düzdür, Sokrat kimi mənə sual verən olmadı, amma yenə də aforizm yaratmaqdan özümü saxlaya bilmədim.

Amma pis deyil ha… "Xoşbəxtliyi imitasiya etmək bədbəxtlikdir”

Qan Turalı


Şərhlər: 9
Baxılıb: 590
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
bəzi insanlar belə deyir:əgər 1 şeyi istəyirsənsə,onu mütləq almalısan onsuzda ga tez yada gec bunu alacqsan niyə tez almayasanki????sora kredit götürüb qaytararsan.əsas oduki isdədiyin şey isdədiyin an yanında olsun!!!! mən bu fikirlə heç razı deyiləm...çünki,lazımsız bir şeyə görə ömrünün axırın akimi əziyyət çəkib kredit ödəyəcəksən!!!
16 may 2015 19:43
# 9
Don't trust anyone ∆
Antikvar
Misal gətirdiyi aforizimləri çox bəyəndim.Yazdıqlarında həqiqət çoxdu.Esasda biz tərəflərdə adət halına gəlinmiş bir xusisiyyətdi.İnsanların gözəl düşüncə kimi sandıqlarının əsasında ağılsısızlıq qalır.Mən belə hallara birdə qeyd etdiyim forma və tərz(Onda var məndə niyə yoxdu)Məhz o onda var deyə ailəsinin başını işə salan övladlar,qadınlar hətta sabahını düşünməyən kişilərdə az deyil.Acından ölən evinə bir köpük apara bilməyən kişi gedib kreditə maşın götürür nədi kef cəksin.Nədi özünü ruslara reklam edib qorxaq pişiklər kimi onlara sığınsın.Amma ailəsinə xeyri olmayan olü pişik kimidi.Birinidə misal gətirim(yazdıqlarımın hər biri bizim rusiyada yaşayan vətəndaşlarımın başlarına gələnlərdi)əlinə pul düşüb ev alır və arvadına ev azlıq eləyirmiş kimi içindəki əşyaları nə edirsən et bahalısını al deyən qadın axırda kişinin əlində pul saxlamayıb....Bahalı əşyalar,mebeldən tutmuş xalçasına qədər döşəyir evini amma indi düşdüyü vəziyyət evi satmaq olur.Etdiyi axmaqlıqlarının ucbatından və digərlərindən seçilmək hissi ilə yaşayan həmyerlimizin sonu seçilməli yeri belə qalmır.İnsanda ağıl yaxşı xusisiyyətdi bunu hər zaman hər kəsə deyirəm.Oğlu turmədə olan kişi kredit ev kredit maşın özü çevrədə tərbiyəsizliyi ilə məşğul olsada arvadı işləyib borcları verir.Razni razni insanlar var həyatda kimisinin kişisi,kimissinin qadını kimisinindı övladı ağıl cəhətdən normal olanı var.İnsan ilk öncə sabahını fikirləşməlidi mən bunu etsəm sabah elədiyimin altından çıxmağa gücüm yetərmi.Yetmızmi belə yükü niyə üzərivə götürüb əziyyət çəkirsən.Eziyyət çəkənlərin bir çoxları ehtiyac götürüb verə bilməyənlərdi.Arsız insanlar ehh bankdıda ataram gedər fikri ilə yaşayır məqsədinədə çatır çox zaman.
Plazma televizor,marketdən evə alınan praduklar bunları bəhanə gətirmək yersizdi o qədər yerli olan əşyalar,qalarkən.Nəsə çox sözlər tazmaq olar səbr olan yerdə.

Amma sonda bir sual məni daha çox maraqlandırdı və bir çox uşərlərin bu suala qarşı cavabı mənə maraqlı olar.

İnsan nəyə görə yaşayır və həyatda məqsədi nədi?

Mən belə cavablandırardım.İlk növbədə Allahımız bizi fani dünyaya göndərdiyi zaman necə pak saf oluruqsa öz yanına aparanadək eləcə saf pak təmiz qalmağı hər birimizə qismət etsin inşallah.
İnsanlar fərqli olduğu kimi düşüncələrdə fərqlidi və buda o deməkdiki,hər insanın gələcəyə olan arzulara çatmaq üçün çalışırlar çabalayırlar məqsədlırinə çatırlar ,yenidən qəlbdə olan digər arzularla irəlləyirlər gələcəyə doğru.Yəni həyatını bir arzularla yaşadırlar.Məqsədlərinə çatmaq üçün yaşayırlar.Tək bir insan cücərib çoxaldıqca arzuları dahada artır,sabah axirətinə getdiyi zaman arxasındakıları səfil həyat sürməməkləri üçün bir ümid saxlayırlar.Mən belə düşünürəm)
15 may 2015 21:53
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
yarpaq33
Beli 21-ci esrin problemleri kreditle qiza cer cehiz almaq qoy haminin ureyi partdasin deye axirda oz ureyi partdayir.
15 may 2015 21:26
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
xeyalperest
Lazimli şeylerinalinmasi yeini kreditle alinmasi tebiiki imkan catirsa ay baya stressiz odeme ede bilecekse buna pis baxmiram.
15 may 2015 20:51
# 6
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Catwoman666
Indi bes neyneyek?? Hami yaxsi yasasin men pis? Bunu yazanin (yeni bu xeberdeki sozleri yazanin) ozu guya plazma tv istemir?? Ozu guya markete girib alis veris elemir?? Ozu guya kamera aalmir??? Onda neyneyek?? Pulumuz az ve ya coxdu. Ferq etmez. Insanlar yasamaq ucun nelerse etmelidir. Yemelidir. Bunun ucun yemek almaq lazimdir ve pul xerclenmelidi. Neyse......amma letifelerde olan 2ci rolla yqzilanlar tamamile xosuma geldi
15 may 2015 20:27
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
ne qederde doqru cumlelerdir doqru sozlerdir,imkani olmayanda gosterishcin gedir kreditle borca xerce dusherek evinin eshyasini yenileyir sonrada odeye bilmir,odediyideki evinin ailesinin boqazindan kesir dahada pis veziyyete qalaraq alir yenede axillanmir,basa dushmurki kohne eshyayla kecine bilirsense xoshbaxtsansa neye lazimdi yeniyle problemli heyat
15 may 2015 19:50
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Derin movzudur,dovrumuzun sozun esl menasinda "belalarindan" biri.esasda bizim millete aiddir.bir meselde var,qonwu qonwuya baxar,ozunu oda yaxar.tam bizlik meseldir.ona gore de banklara borc ucbatindan coxu stresden 50yawa catmamiw,infarkt,paralic,iflicden evin bir kuncunde qalir,ya da tez dunyasini deyiwir.ne var ki,qizi ya oglu refiqeleri,dostlari brend geyinecek,son model telefon ya mawin istifade edecek,gelib ana atani zastavlyat edib aldirirlar day fikirlewmirler ki,ana ata yaziqdi.risofkaliq muftexorluq budur.ata anada ki,o saat hazir,oturub bawa salmirlar ki,ay bala ayagimizi yorganimiza gore uzadaq.yolu ozleri acir,sonrada iplerini yigammirlar.indikilerin coxu qanib qandirmir,istiyirem vessalam,nece tapilar,hardan tapilar neticesi ne olar neter olar veclerine deyil.indiki yeniyetmelere,genclere baxiram meettel qaliram,eqoizm esridir ele bil.duwunce terzleri sifir.bizde kasibciliq gormuwuk,ama qane olmuwuq.direnmemiwikki flankes bunu geyinir mende istiyirem,flankes 8martda muellimeye bunu aldi siz niye almirsiz falan filan.ureyimizden kecse de dememiwik.cunki valideynler,boyuklerde ele yeritmiwdiki beynimize ayagini yorganina gore uzat.hetta olub istemiwem neyise,erkoyunluk edib istiyirem demiwem,ancaq onu ele sahmanla deyibler ki,yox sozunu ele qandiriblar ki,ozum utanmiwam.ewyalar insanin sahibidir sozu dogrudur,eslinde guya gordukleri bir ewyani alib sahib olmaq istiyirler ancaq onu ele israrla istiyirlerki eslinde hemin ewyanin onun isteyine,arzusuna cevrilib nece sahib olmasini gormurler.imkanin 07 surmeye catir ama gedib mazda kridit alirsan,ailenin bogazindan kesirsen.turkler demiw cox sacma bir weydir.neyse,cox yazmaq olar.
15 may 2015 19:34
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Fialka
Maraqlı və bir o qədərdə həqiqət olan məqalədir, sonda məqalənin qısaca təsdiqi o aforizmdə deyilir əslində. Bəziləri hətta çoxları ayaqlarını yorğanına görə uzatmır atalar demiş)) buna o qədər misal çəkmək olar bitib tükənməz, misal üçün kreditə bahalı maşın götürürlər və bu maşından ürəklə istifadə edə bilmirlər çünki kreditə imkan çatmır və ən yaxşı halda da krediti güc bəla ödəyir və yaxud da ödəyə bilmir , demirəm kreditlə nəsə almaq olmaz əlbəttə olar lakin büdcəyə uyğun) buna başqa bir misal da çəkmək olar elə qadınlar var ki, büdcəsini aşan alış veriş edir və bunun altını çəkənlər də var bu yerdə deyərlər ki, nə məcburdu varındırsa al yoxdursa sus bir kənarda durda almaq məcburiyyət deyil ki, yəni özlərini guya bunları edərək xoşbəxt və birazda üstün sanırlar ancaq əslində bədbəxtin öndə gedənləridi onlar və düşünürəm ki, bu xüsusiyyət düzələn deyil və insanda çox mənfi xüsusiyyətdi) ...
15 may 2015 18:48
# 2
BARBI
Men her zaman en balaca seylerle xosbext olmaga calisiram. Kim deyirse pulla xosbext olmaq olar bu sadece yalandir.
15 may 2015 18:38
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz