Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yarıçılpaq geyib gəzmək müasirlik sayılırsa...
Yarıçılpaq geyib gəzmək müasirlik sayılırsa...
Göndərən: guler19
Şərhlər: 17
Baxılıb: 699
Səs ver:
Yarıçılpaq geyib gəzmək muasirlik sayılırsa, ən müasir insanlar ibtidai icma quruluşunda yaşayanlar imiş demək..
Xalam qızı bizə gələcəyini xəbər vermişdi. Yoldaşım işdə idi. Uşaqları məktəbə yola salıb ev-eşiyə bir az əl gəzdirdim. Mətbəxə keçib bir az tum qovurdum. Elə ürəyimdə "harda qaldı bu qız?” –deyə fikirləşirdim ki, qapı döyüldü. "Şükür, gəldi” -deyib qapını açdım. Gözlərimə inanmadım. Az qaldım şoka düşüm. Salam vermədən "az, bu nə qiyafədir? Keç içəri görüm” -dedim.
 
Keçdi içəri. Görüşüb əyləşdik. Hələ heç hal-əhval tutmamış mən başladım:
"Gülnar, bu nə işdir tutmusan? Nə gözəl saçların var idi, indi niyə belə bürünmüsən sən?”
Gülümsəyərək dedi: "Gözəlliyi gərək qoruyasan ki, gözəl qalsın da. Mən elə bilirdim xoşuna gələr, axı sən seyid qızısan, həm də namaz qılırsan. Gəlmişdim ki, səni də dəvət edəm”.
-Qız, başıma xeyir, birdən vəhhabi olarsane?! Bunu sənin beyninə kim salıb, ay Gülnar?
-Əstəğfrullah, bilirsən haçandı Sahib müəllimin yanına Quran dərsinə gedirəm. Uzun zamandı o mənə nəsə bir nəsihət etmək istəyirdi. Elə ilk günlərdən "Sənə ata kimi bir neçə kəlmə sözüm olacaq” -deyirdi. Mən də bu gün o sözü deməsini istədim.
-Nə oldu, dedi?
-Hə. Sən demə mənə hicabdan danışacaqmış.
-Nə dedi ki, bəyəm? Dedi hicab bağla?
-Yox, əvvəl mənə hicabın vacib olmasının dəlillərini açıqladı. Mən nə qədər bəhanə gətirdimsə, hamısını ayə və hədislərlə cavablandırdı. Mən də haqqın qarşısında aciz qaldığımı görüb qəbul etdim.
-Hansı Quran ayələrindən danışırsan, ay qız?
-Misal üçün, Allah Əhzab surəsinin 59-cu ayəsində buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərlə örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”
Gülnar mənim, onu diqqət və heyrət içində dinlədyimi görüb davam etdi:
-Hə, bacı. Nur surəsinin 31-ci ayəsində isə belə deyilir: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)”.
Gülnar bir-bir ayə və hədislər oxuyurdu. Mənsə dəhşətə gəlmişdim. "Axı bunların hamısı Quranda varsa, bəs mən nəyə görə indiyəcən bilməmişəm” –deyə fikirləşirdim. Birdən Gülnarın sözünü kəsib "Gülnar, sənə elə gəlmirmi ki, Allah-taala bunları keçmişdəki adamlar üçün deyib? Axı indi müasirlik dövrüdür, vecə gəlmir axı” –deyərək etirazımı bildirdim.
Gülnar bir az su içib ayağa qalxdı, otaqda gəzə-gəzə "Düzdür, Allah bunları 14 əsr bundan əvvəl deyib, amma Allahın sözü qiyamət gününədək bütün bəşəriyyət üçün keçərlidir, bacım!” deyə izah etməyə başladı:
-Bir də ki, hansı müasirlikdən danışırsan, ay qiz? Yarıçılpaq geyib gəzmək muasirlik sayılırsa, ən müasir insanlar ibtidai icma quruluşunda yaşayanlar imiş demək, axı onlar daha çılpaq formada geyib-gəzirdilər.
-Ay Gülnar, nə olsun ki, mən də namaz qılıram da, bu mənə kifayət etmir deyirsən?
-Nə olsun namaz qılırsan? "Üzük qaşıynan tanınar”. Namazın yanında hicab da olsa, daha fəzilətli olmazmı?!
Gülnar bunu deyə-deyə mənə yaxın əyləşdi. Əllərimdən tutub məhəbbətlə "Necə deyərlər, dində məcburiyyət yoxdur, mən sənə yaxşılıq etmək üçün bunları dedim, əzizim, yalnız bu qədər!” -deyib gülümsədi.
Bundan sonra otağa sükut çökdü. Bir müddət sonra Gülnar sükutu pozaraq "hə, başqa nə xəbər var, müasir qız!” -deyib mövzunu dəyişdirdi. Bir az ordan-burdan danışdıq, dedik-güldük.
Gülnar birdən dərin bir ah çəkib ayağa qalxdı. "Artıq gecdir, mən getməliyəm. Uşaqları öpərsən” -deyib getmək üçün hazırlaşmağa başladı. Sağollaşıb getdi.
Uşaqlar artıq gəlmişdilər. Bir az sonra yoldaşım da işdən qayıtdı. Mən ona "Gülnar gəlmişdi, qız yamanca dəyişib” -dedim.
Yoldaşım "Necə yəni dəyişib?!” –deyə təəccüblə soruşdu.
-"Dinə çox bağlanıb” –dedim.
-Dində gərək çox dərinə getməyəsən, indiki zəmanəyə aid deyil din –deyə yoldaşım başını yellətdi.
Şamımızı yedik. Bir-iki saat keçdi. Yerləri hazırladım. Yerimizdə uzandıq. Gülnarın danışdığı sözləri yoldaşıma danışa-danışa yuxulayırdım. Nə vaxt yuxuya getdiyimi bilməmişəm. Təqribən saat 3 olardı. Tər məni bürümüş halda yuxudan ayıldım. Ağlamağa başladım. Tir-tir əsirdim. Tüklərim bi-biz olmuşdu. Yoldaşım da mənim səsimə oyanıb "Nədir, nə oldu sənə? Qorxma, yanındayam” -deyə məni sakitləşdirməyə çalışdı. Ağlaya-ağlaya "Mən sabahdan hicab bağlayacağam” -dedim.
Yoldaşım "Hicab?! Yenə nə yuxu görmüsən belə, danış görüm!” -deyərək əsnədi. Yuxumu ona danışmağa başladım:
Yuxuda gördüm ki, kəndimizdəki seyid xanım Mirzəhra ölmüşdü. O xanımı dəfn etmək mənə tapşırılmışdı. Cənazəni götürüb şəhərdən çıxdım. Gəlib qorxunc bir yerə çatdım və cənazəni yerə qoydum.
-Az sonra nurlu bir sima peyda oldu. Sözlərindən Peyğəmbər (s) olduğunu anladım. Üzünü mələklərə tutub "Götürün bu cənazəni, aparın cəzasını görsün, o da hicabsız idi” -deyə əmr etdi. Onu yerdən götürən kimi yerində bayquşlar vücuda gəldi. Sonra Peyğəmbər (s) üzünü mənə tutaraq buyurdu: "Mənim nəslimdən olan seyid xanımlar əmrimə itaət etməyib hicab bağlamırlarsa, naməhrəmlərin qarşısında hicabsız, xoşa gəlməyən görkəmdə gəzirlərsə, mən ümmətimin xanımlarından nə gözləyim?!"
-Sakit ol, ağlama, yuxudur da!
-Yox, sabahdan mən artıq hicab bağlayacağam. Axı mən də seyid qızıyam. Sən nə deyirsən, razı olacaqsan?
Yoldaşım "Vallah nə deyim, əgər düşünürsən ki, bu sənə Peyğəmbərin (s) əmridir, mən nə deyə bilərəm?” –deyib üstümü örtdü. Uzandığım yerdə fikrə getdim. "Peyğəmbər (s) bu qədər əziyyətlərə qatlanaraq belə gözəl qayda-qanunları gətirdi, indi bizim düşüncəsizliyimizin ucbatından bir-bir yuxumuza da gəlməlidir ki?” –deyə-deyə özümü danladım.


Şərhlər: 17
Baxılıb: 699
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
Hicab bağlamaq gözel şeydir,ama axira qeder bağladiğin hicaba laiq olasan gerek.
2 iyun 2015 17:12
# 17
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
xeyalperest
Hekaye gozeldi.mende 8yaşimdan bagliram.bizde atagil mecbur etmediler dediler bagla ama sonra acdi yoxdu.bagladim hec peşman filanda deyilem.hicab artiq menim bir parcamdi hicabsiz ozmu cilpaq hiss edirem qorunmasiz hiss edire.ama hicabda azadam geyimim genişdi deye rahatca hereket ede bilirem.bacardigim qeder geymime fikir verirem geyimlerim oz olcumden 1-2 olcu boyuk olur hemşe.
15 may 2015 21:02
# 16
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
efsane..
hicab Allahin vacib buyurdugu dogruluqdu bizler Islamnan cox kenar dusmusuk anlamamisiq heqiqetleri gec gordum ammaki insAllah tezlikle hicaba kececem ve en dogru sekilde qoruyacam Allah men de daxil olmaqla butun qelbi ile hicabi sevib isteyen xanimlara nesib etsin insAllah

bu hekaye cox tesirli hejayedi her defe oxuduqda ozumnen utaniram
15 may 2015 11:24
# 15
Antikvar
İran qızlarıda hicab bağlayır ,amma o hicabın altında nələr gizlənir bir onu Allah birdə əllərinə keçən kişilər bilir.Hicabı bağlamaq asanddı amma onun üstünlüklərini daşımaq bir o qədər çətindi.Bir baş bağlamaqla deyil əsas o istəy qəlbində olsun.Amma indikilər sadəcə çirkinliklərini örtmək üçün o baş bağlamaqla günahlarını örtmək istəyirlər.Düzdü hicab bağlamıram amma hır bir müsəlman qadının borcudu bunu etmək.Bizdə indi tam əksi olur getdikcə lütlənməyi daha çox sevirlər,bağlıyanlarında bəziləri üzdə mələk içdə şeytan aktyorluğu ilə rol almağı sevirlər.Üzdə məsumluq içdə nifrətlik və.s.qadınlarımızda az deyil.Hicab bağlıyanların geyimlərinə baxırsan dəhşətə gəlirsən lasina üstünə bir damcı köynək üzündədə evdə olan kosmetikanı bir var vurmaq birdə var üzünə qabı firladıb tökmək)Axirətimizi fikirləşib hərəkət etmək düzgün olar nəinki fani dünyada bədənini cöldə naməhrəmlərə nümayiş etdirmək.
İnşallah bir gün qismət hər bir musəlman qadınına başımı bağlamaq qismət olar.
15 may 2015 01:08
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
ne gozel ibretli hekayedi,cashki tezlikle bizede hicab baqlamaq qismet olsun insallah
14 may 2015 22:42
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
Hicab menim coxdanki arzumdu ama qorxuramki axira dek riayet etmeyem Allah qismet etsin mene de hicab
14 may 2015 20:20
# 12
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
GünƏşimƏ_AiD_
Evvala onu deyimki coxel hekayedi..cox beyendim.inanirsiz men 6 yashinda hicaba kecmishem.nenelerim cox qarishdilar.imkan vermirdiler ki ushaqsan boyuyende peshman olacaqsan..atamda qarishmadi dedi isteyir taxsin isteyir yox onsuzda yashi catmir.(ailem men ushaq iken namaz qilmaqa bashliyib.anamda hicana kecib)amma menim cox hevesim vardi.ureyim gedirdi hicab ucun.ve men mekteb bashliyan kimi hicaba kecdim.meni cox qinadilar.deyiler yayada rahat geze bilmiyeceksen.istiden oleceksen yupka geye bilmiyeceksen.axiri uje 10 ildi hicabdayamve namazdayam.ne namaz qezam varnede oruc.shukur Allahami.hec vaxt peshman olmamisham.her defe kimlese tanish olanda deyir namaz qilirsan?shoka dushurem eyer men Hicab bagliyiramsa demeli namazimda var.Deyirlerki o qeder ele bele bash bagliyan gormushukku ona gore sorushuruq.Bu hala cox pis oluram.gor indi Xanim Fatimenin hicabini nece bele veziyete qoyubarki insanlar uje hicabada inanmir.qinamiram onlari.bir sheyde varki hicab sixmaq bogmaq deyil..her sheyden mehrum qalmaq deyil.Menim atamin tanish dostlari varki onlarin qizlari menle yashiddi.amma atalarionlari her sheye mehrum qoyur.shok oluram onda.sorazo Carshab baglatdirdilar,mektebe qoymadilarki ne var na mehremler var birden bularin qizina deyer.(ele bil biz Anash toyuqu zadiq bize olar namehrem)bunu basha dushmurem.men atamla ona gore hemishe qurur duymushamki atam menim terefimde olur.atam deyirki seni sixmiyiyacam.Hicabi qloballashdirmaq duz deyil.12 yashinda men dizden yuxari forma geyinirdim amma yashid qizlar carshab.sora acdilar amma duz deyil bu eyer bir sheyi dashiya bilmiyeceksense onu eleme.Mene deyirlerki carshab isteyirsen?yox deyirem cunki men bilmiremki indi taxsam acacam.amma zorla gozellik olmur.nem uzun oldu mese sadece tema cox eladi.her sheye Shukur etmek lazimdi..bashi aciq olmaq pis deyil.o qeder bashi aciq qizlar varki hicabli qizlarimizdan yaxshi.neyse uzun oldu..sadece Hicani qlobalashdirmaq lazim deyil.amma hicab taxib arxasinda dayanmaq lazimdi.
14 may 2015 20:11
# 11
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Laliçqaa
Menimde hicabdan cox xowym gelir. Ailem eksine isteyirlerki mende hicab ortum. InseAllah qismet olar
14 may 2015 20:05
# 10
Baharim ol
Men cox istedim baglanmaq.Ailem hec cure razi dusmedi.
14 may 2015 19:54
# 9
Ama yenede
WiRiN BaLaM
indiki insanlar ancaq bedenlerin reklam edirler
14 may 2015 19:48
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
ALESSANDRA
mən hicablı deyiləm ..çox ibrətamiz hekayədi...yoxsa indikilər ayıb yerlərini ona buna görsətmək üçün əldən ayaxdan gedirlər..hekayə fikirlərimdə dəyiçiklik etdi....gləcəkdə məndə ALLAHın əmriylə bağlamaq istərdim))
14 may 2015 19:36
# 7
Don't trust anyone ∆
Fialka
Dinimizdə müsəlman qadınlarının riayət etməli olduğu hal hicabdır. Hicab müqəddəsdir, bir qadını naməhrəm baxışlardan qorumaq üçün buyurulub , çox təəssüflər olsun ki, çoxları taxmır içi mən qarışıq amma əgər bir addımı atıramsa onun arxasında sonunacan durmalıyam buna görə bəlkədə taxmıram ,necə deyərlər hər kəs özünə cavabdehdi başqasının günahlarına deyil, lakin günümüzdə hicabı dəbə görə hansısa reklam üçün istifadə edənlərdə var, bu müsəlmana yaraşan hərəkət deyil, elə hicablı adı altında gəzənlərin özlərindən xəbərləri yoxdu çünki dində günah sayıla biləcək hərəkətlərə yol verirlər bununda şahidi olmuşam o insanları Allah inşAllah islah edər ...
14 may 2015 19:25
# 6
Catwoman666
men namaz qilmiram ve hicab baglamiram...(( axi men izumu hec kime numayis etdirmiremmm. Sadece ozum ucun geyinirem sevdiyim geyimleri geyinirem qisa sortik de sevirem yayda zaten hami bir az daha aciq geyinir. Yeni burda ne varki?? (Ha calisiram ozume haqq qazandirim amma olmur ki olmur.......) offf....neyniyim indi men?? Menimde hemise aglimda hicab meselesi var amma men hicab baglamiram en pisi ise namaz da qilmiram coox teeesufff.... Hem de axi deyilir ki qadinlar ancaq oz heyat yoldaslarina gore bezene bilerler. Amma men evli deyilem ki. Hele 16 yasim varee. Ozumu hec bir kisiye ve ya oglana numayis etdirmirem sadece beyendiyim geyimleri geyinirem ve her zaman "basi asagi" gezirem. Yeni hec bir oglana goz qas etmerem hec bir oglana gore qisa geyinmerem esla!!

amma men onsuzda ozum ucun de olsa bir azca qisa geyinsem qardasiom meni dograyaree))) adice dizden geyinende de paltarda nese tapir ki ay qiz yeri get deyis bu paltari bu pisdi deyir. Men de qarsi cixanda dava olur aramizda))) amma halbuki o paltarda hec bir pis wey yoxdu. Sadece qardasimin ozu cooooxxxxxxx agirrrr xasiyyetlidi. Amma meselen indi yay gelir menbir azca qisa sortik geyinecem. Burda da ois hec ne yoxdu, amma qardasimin gozunden iraq! Yeni deyecetim odur ki menim geyimim normal da olanda qardasim mutleq bir wey tapir o paltari mene deyisdirmeye. Bir defe de demisdi ki bu ne paltardi??? Men de dedim ki burda ne var ki??? Harasi aciqdi bu paltar?? Ortulu paltardi da. Sonra dedim ki isteyirsense hicab baglayim. Deyir heee bagla hicab. Men de tebii ki qeti etiraz eledim. Dedim yox bir basqa arzun yoxdu ki?? Amma eslinde hicab vacibdir....
14 may 2015 19:07
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Tomris Müslümova
Sitat: Miss_Azerbaijan
Çox gözəl hekayə idi. Asya userimizim söylədiklərində həqiqət var. Amma hamıya şamil etmək olmaz. Mən hələ o qədər də böyük deyiləm. Hər şeyi tam dərk etdikdə, hazır olduqda keçmək istəyərdim

yox tebiiki her kese samil etmirem ama qurunun oduna yasda yanirdee artiq hicabda bir qiz gorende fikirlesmirsenki "ne yasxi,dinine bagli bir qizdi,o deqiqe agila gelirki yeqin buda olardandi"
14 may 2015 19:01
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Men de hicab baglamaq isterem sadece qorxuram ki sonuna qeder baglaya bilmerem.
14 may 2015 18:51
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Beli duzdu her bir muselman qadin hicabda olmalidi .mende buna oxwar bir yuxuyla namaza bawlamiwam .Amma tesufler olsun ki o kecmiwi pis olan qadinlar hicaba girib hicabin altindan cixartdigi hoqqalara gore hicabi da gozden salirlar .Ancaq esl dine bagli insan hicab geyende elbettde ki uzunden cohresinden nur yagir. Allah butun qadinlara nesib elesin Amin
14 may 2015 18:50
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Tomris Müslümova
eslinde bu movzu bir nece yere saxelene biler,gunumuzde hicam baglayan qizlar en qederdir.tenidigim bir nece nefer qiz var ki kecmisi dile gelecek deyil danisdigi yola saldigi oglanlarin sayini belkede ozleride bilmir)) ancaq bugun hicabdadilar,tovbe etmek hek yoluna qayitmaq cox goel seydi ama heqiqi menada QAYITMAQ...diger tanidigim bir qiz ise hecde ewel behs etdiyim qizdan geri qalmir hicabda ola ola falci yanina gedir)) ne qeder dehsetdi deyilmi?? nedense bugun qizlar hicabi bir taktika kimi istifade edirler melek donuna girmis seytanlar kimi.qiraqdan terbiyeli dinine bagli bir qiz kimi gorunmek ucun...cox gozel hekaye idi allah hamini islah etsin!! amin))
14 may 2015 18:38
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz