Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nərgiz gülünün sevgisi gözəl bir əfsanədir
Nərgiz gülünün sevgisi gözəl bir əfsanədir
Göndərən: aliceWOnDer
Şərhlər: 19
Baxılıb: 1074
Səs ver:
Bu əfsanənin qəhrəmanı krallıqda gözəllikdə tayı bərabəri olmayan Nərgizin həyatıdır… Üzünün gözəlliyi qədər ürəyinin gözəlliyini bilməyən yoxmuş. Evlənmə yaşına çatanda öz ürəyinin sahibini tapa bilmirmiş. Bu onun günahı deyildi, doğurdanda sevə biləcəyi, aşiq ola biləcəyi biri olmasını istəyirdi amma… Bir gün yaşlı bir qadından bir əfsanə eşidər. Bu əfsanəyə görə qarlı, bir o qədərdə zor aşıla bilən dağların arxasında qışı keçirən və qarların sahibi olan bir şəhzadə yaşayarmış. Oda təkmiş.. Təkliyi seçməsinin tək səbəbi onun üçün fədakarlıq edib bu soyuq qarlı ölkəsində onu həqiqətən sevib, onunla qalan birini gözləməsiymiş… Amma Nərgiz orada çox qala bilməzmiş… Oralar o qədər soyuqmuş ki, bunu fikirləşənlərin çoxu fikirlərindən dönərmiş. Hətta bəzi qızlar cəsarət edib getmiş bəziləri yarı yoldan qayitmiş, bəzilərindən heç xəbər belə alan olmamışdı…Amma qadın Nərgizə demiş ki: ”Bəlkə bunun üçün sənə dağın yaxınlığında yaşayan yaşlı cadugər kömək edə bilər”
Bütün çətinliklərə baxmayaraq Nərgiz yola çıxır. Ağappaq qarın gözəlliyi onu elə heyran eləmiş ki, soyuq belə onu yormayıb. Çox üşüməsinə, yorulmasına baxmayaraq yoluna davam etmiş. Və nəhayət şəhzadənin yaşadığı yerə gəlib çıxıb. İlk görüşdə bir birlərinə aşiq olublar amma dondurucu soyuq keçən hər dəqiqə Nərgiz üçün ölümə yaxınlaşmaq demək idi. Şəhzadə burda qalmağını çox istədiyini, amma bu onun ölümünə səbəb olacağını demiş və beləcə sevgiləri ümüdsüz qalacaq amma bir ömür boyu ürəyində yaşayacaq.
Nərgiz göz yaşları və çarəsizlik içində geri dönmüş. Amma yolda yaşlı qadının bəhs etdiyi cadugər yadına düşmüş. Axtarıb o yaşlı cadugəri tapmış. Cadugər bunun çarəsinin olmadığını deyib. Amma tək bir yolu varmış. Bu yol ancaq sevdiyi ilə yaxın tuta bilərmiş onu. Nadir bir növ olan çiçəyə dönmək. Ancaq qışda açan qarın altından başını çıxaran gülə dönmək. Nərgiz fikirləşir ki, bir müddətlikdə olsa bütün qışı sevdiyinin yanında keçirər. Gözlərindən yaş süzülərək razı olduğunu demiş. Cadugər ona bir dərman hazırlamış. Bu dərman onu xəyal etdiyi çiçəyə dönüşdürəcək və ancaq qış aylarında açacaqmış.
Nərgiz yenidən sevdiyi şahzadəsinin yanına qayıtmış. Hər şeyi ona danışır. Qərarlılığı şahzadəni o qədər təsir edir ki, Nərgizin sevgisinə bir daha heyran olmuş. Nərgiz şahzadənin yanında dərmanı içmiş və elə o dəqiqə bir toxuma çevrilib qarların arasına düşüb. Bir neçə dəqiqədən sonra qar şahzadəsinin gözləri qarşısında gözəl bir gül qarların altından başını qaldırmış. Bu sevgisi üçün hər bir fədakarlıqdan keçən, uğruna ölümü, gülə belə çevrilməyi gözə alan Nərgiz idi…


Şərhlər: 19
Baxılıb: 1074
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
gul sevmirem nergiz istisna olmaqla...ve bu efsaneni oxuyanda hisslerim qarsdi ve dusundum ki, bu efsaneni paylasmaliyam , kime atdim hamisi beyendi
11 may 2015 22:13
# 19
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
lelos
adim kimi efsanedi
1 may 2015 21:32
# 18
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
bes Sahzadede bunu sevirdise neycin o da fedakarliq etmiyib.duzgun deyil bu

bes Sahzadede bunu sevirdise neycin o da fedakarliq etmiyib.duzgun deyil bu

bes Sahzadede bunu sevirdise neycin o da fedakarliq etmiyib.duzgun deyil bu
30 aprel 2015 22:56
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
Coox maraqlidir. Hetta bir anliq nergiz gulunun yaranma hekayesinin bele olduguna inandim. Cox gozellll bir hekayedir
30 aprel 2015 22:19
# 16
"All men must die, but we are not men"

Daenerys Targaryen
Qlamurr
Novruzgülü qışda qar yağanda açır,nərgiz isə yazda çiçək açır))əfsanə reallıqdan uzaq olsada maraqlıydı))təşəkkür
30 aprel 2015 22:08
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
neri
ay cox maragluydi.adimda nergiz oldugucun dahda maraglu oldu.en sevdiyim gulde nergiz guly.
30 aprel 2015 21:47
# 14
Sert
Turkan Abbasova
Indi hec bir engel olmaya olmaya sevdiyinin yaninda ola bilmirsen. Bu hekaye mene cox tesir etdi. Kaski hec neye baxmayaraq hamimiz bu qeder cesaretli ola bilsek
30 aprel 2015 20:29
# 13
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
nayino
Tam da Nergiz acan movsumdur.Heyetimizde acib.Cox gozel gorunurler
30 aprel 2015 19:57
# 12
WiRiN BaLaM
men bilən nərgiz qışda yox yazda bitir meşədə yəni isti havada,, sevirəm bu gülü ətridə gözəldir
30 aprel 2015 19:15
# 11
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
talis balasi
Cox gozel efsanedi))menim nergiz gulunden ve qoxusundan cox xosum gelir heyetimizdede var nergiz gulleri,hemde menim adim nergiz olduquna gore birazda sevgim coxalib
30 aprel 2015 19:11
# 10
qanadli melek
Cox maraqlidi
30 aprel 2015 19:03
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Yusif Ulker
coox maraqlidi xosum geldi.
30 aprel 2015 18:53
# 8
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
xeyalperest
tebiiki bu sadece bir efsane ve uydurmadi ele bir sey ola bilmez/
30 aprel 2015 18:50
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Nezka
Çoox maraqlıydı kaş o günlərdə yaşayaydım
30 aprel 2015 18:46
# 6
İçimi görsən mənə aptek alarsan.
nisanliyam
maraqliydi tesekkurler
30 aprel 2015 18:41
# 5
Fialka
Maraqlı və bir o qədər reallıqdan uzaq əfsanədi. Nərgiz gülünün qoxusu yaxşı olmasada dekorativdi, müxtəlif cür rəngləri var həmdə qəşəng görünür))
30 aprel 2015 18:39
# 4
yasemin
Ay çox gözəl, maraqlı hekaye idi təşəkkürlər
30 aprel 2015 18:38
# 3
Allah bizlere duamizi yasamagi qismet etsin.. InsAllah dua
Nergız33
Ay heyean oldum cox maraqlı hekaye idi
30 aprel 2015 18:36
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Heqiqetende efsanedir. Bele sevgilere inanmiram
30 aprel 2015 18:35
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz