Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlığında qiymət verək insanlara!
Sağlığında qiymət verək insanlara!
Göndərən: guler19
Şərhlər: 21
Baxılıb: 1777
Səs ver:
Bu gün sənsiz yaşamağın mümkünsüzlüyünü bir daha qəbul elədim. məgər sənsiz yaşamaq olmurmuş..Bəzən nəfəsim kəsilir,boğuluram.Sən yoxsan məgər mənim nəfəsim də sən imişsən. Məni yaşadan da sən imişsən. hardasan, Anam?  ...mənim qara gözlü anam.. nə yaxşı ki tanrı səni mənə bəxş edibmiş anam.. amma aldı əlimdən.. Mən də gələcəm, söz! Səni oralarda tək qoymayacam. Yenə saçlarımı oxşayıb "ananın ağıllı balası” deyəssən, yenə masamız olacaq,mühüm məslələri həll edirmiş kimi uzun söhbətlər edəcəyik.Yenə üzündən öpəcəm.Söz verirəm mən də gələcəm !!! Söz!!! O günü səbirsizliklə gözlüyürəm. Səni görəcəyim, qoxunu içimə çəkəcəyim,sinənə, dizinə başımı qoyacağım günü..Səni orda da müdafiə edəcəm, orda da sevəcəyəm, orda da qoxluyacam tellərini anam... hərdən yaşadıqlarımızı xatırlayıram. Məgər biz necə də güclü imişik..O şərlərə , o yalanlara sinə gəldik, məhv elədik... onlar da bizi...Bax, belə ayırdılar bizi.. Dərddən, iztirabdan, acıdan getdin anam... Fələk səni qısqandı... mənim mələk Anam, qara gözlü anam.. Allah bizi ayıranlara da dərd verir.. 2-ci mərtəbədəki qonşumuzu xatırlayırsan , eləmi?! 4 gün əvvəl dili tutulub.. danışa bilmir..Yox,yox! Anam, sevinmirəm, sevinmərəm.Haqqı idi ancaq.. hər kəs haqqını alır.. sənin də haqqın bu idimi görəsən?! Bəs mənim haqqqım?...

.. Anam, sən öləndən sonra yazdığım 117-ci məktubumdu..oxuyursan, deyilmi?Yazmadığına görə qırılıram sənə.. sən də bir şeylər yaz.. Mənimçün darıxdınmı? Məni sevdiyindən yaz, özündən yaz, o diyardan yaz... yetər ki yaz.... ..Keçən məktubumda sənə demişdim , Universitetdə oxuyan bir oğlandan xoşum gəlir demişdim.Onun da məndən xoşu gəlirmiş... 4 ay sonra ilk dəfə bu gün danışdıq, inanırsan? Ilk dəfə göz-gözə gəldik,görmək istədiyim münasibəti gördüm... Gözləri dedi.dili deməsə də gözləri dedi... bilirəm, dedi.. Tələsmirəm anam, gözlüyürəm, səbrliyəm.Məni sevəcəyi günə qədər varam! Sevəcəyinə əminəm.Yox, yox anam, qısqanma..Heç kəsi səndən çox sevməyimə icazə vermərəm. Daha məni üzən bir şeyin olmasına icazə vermirəm.. olsa da üzülmürəm..Söz verdiyim kimi hələ də gülümsəyirəm..Hələ də sevincimə səbəb var...hələ də səni sevirəm... .. Hər məktubumda yazıram, yorulmuram, heç vaxt da yorulmadım bu sözdən: Anam səni çox istəyirəm... hər şeydən, hər kəsdən... Sənə məni tək buraxma, bu insanlarla bacara bilməyəcəm demişdim.məni tək qoyub getdin, amma eybi yox... Söz vermişəm..Ölənə qədər dik duracam, vursalar da,yıxsalar da dik duracam.. Əyilməyəcəm.Söz!

Bu gün namazımda sənin üçün çoxlu dua etdim, eşitdinmi?Allahdan sənə çoxlu dualar dilədim..İnşallah qəbul edər..Anam, söz verməsəydim bir dəqiqə də buralarda qalmazdım, gələrdim oralara... yanına... amma sənə sözüm var.. sözüm var...  Səni heç bir zaman əyilməyə qoymadım, sağlığında cismini, mənəviyyatını . qürurunu alçaldanı mən alçaltdım! Sənə söz deməyə qoymadım! Vurduqca vurdular..dirəndim..yıxılmadım.bacara bildiyimi etdim sənin üçün. Indən sonra da edərəm..ta oralara qədər gəlməyə hazıram.. yetər ki çağır məni... yetər ki sən istə... Sağlığında dediyin sözləri nə yaxşı ki dinləmişəm.Mən özümdən, övladlığımdan narazı olmadım. Sən oldunmu?Ümid edirəm yox..ümid edirəm... hər məktubumda səndən üzr istəyirəm.. yenə də istəyirəm, səni incitmişəmsə bağışla...daha şəkillərimizə baxıb ağlamıram.İçimdən bağıraraq səni məndən aldığına Allaha üsyan etmirəm.Sözlərimə əməl edirəm. Söz verirəm səni həmişə sevəcəyəm...Ruhunu yanımda,əllərini saçlarımda hiss edirəm.İndi isə getməliyəm. Məktubumu yenə eyni yerə qoyuram... oxuyarsan..sözmü? Öpüşümü kağız parçasına etibar etmədim..saxladım o diyara gəldiyimdə özüm çatdırmağım üçün. Qucaqlıyıb qoxunu içimə çəkmək üçün..saxlamışam.. gəl deyəndə gəlmək üçün dayanmışam. Mənim qara gözlü anam, məgər mən səninlə yaşayırmışam...

Bu məktubu oxuyandan sonra Cabir Novruzun bir şeiri yadımda düşdü :

Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...

Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara, qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...

Sağlığında qiymət verək insanlara...


Şərhlər: 21
Baxılıb: 1777
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
14MsM
ehh qizlar cox cetindi hamile vaxtimda canimdan artig olan atami itirdim 28 aprelde ureyim.inan partlayir eh Allah bilen yaxwidi ama bele ata adami yandirir gerey birazpis olaydi belke buqeder tesir etmezdi mene neysr dua edin
3 may 2015 00:17
# 21
Brilliantam
Allahim valideyinlerimizi qoru,Amin.
2 may 2015 03:10
# 20
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
cinqosh
Anamin her nefesi mene bu heyatda cetinliklere dayanma gucu verir.Allahim butun analari qoru,menim anam da onlarin icinde.amin!
2 may 2015 01:41
# 19
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
vipbetul
gozel menali yazidi,Allah hec kimi valideyinle imtahan etmesin Amin insallah,bu seirede her zaman xosum gelib her zaman isdifade etmisem
2 may 2015 01:00
# 18
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Turkan Abbasova
Herden cox qorxuram. Illerin tez kecdiyini gorurem. cox qorxuram. Ata anami qocalir gorurem. Uzlerine yasliligin qirislari dusur. Rebbim menim omrumden onlara bagislasin. Meni olarsiz qoymasin hec vaxt. Rebbim hec kimi ata anasiz etmesin.
1 may 2015 23:58
# 17
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
SENSİZ
gozel ve tesirli cumlelerdi allah hec bir evladi valideyinsiz qoymasin
1 may 2015 22:44
# 16
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Nergız33
Allah valideynlerimize can sağlığı versin. Ağlayaraq oxudum cümleleri .
1 may 2015 21:21
# 15
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
aliceWOnDer
Super hekayədi Allah valdeyinlərmizi və sevdiymizi qorsun
1 may 2015 21:18
# 14
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
efsane..
teessufki olende qedir qiymet daha da artir calisacam sevdiklerimle dahada mehriban olum
1 may 2015 21:15
# 13
lelos
çox tesirli idi Allah analarimiza can saqliqi versin
1 may 2015 21:04
# 12
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
angel H-va
bu weiri de cox beyenirem.Allah analarimiza uzuuuun omur versin inwallah
1 may 2015 19:55
# 11
SEVGI DENIZIM
tesirli sozler idi Allah analarimizi saxlasin
1 may 2015 19:47
# 10
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
BARBI
Mende mektebde kecmisdim bu seiri cox tesirli seirdi.her zaman sevdiklerinize sagliginda qiymet verinki olduklerinnen sonra pesman olmayasiz
1 may 2015 19:22
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Biz bu şeirə inşa yazmışdıq şeir çoox gözəldi
1 may 2015 19:06
# 8
İçimi görsən mənə aptek alarsan.
tatyana
ehh...cox tesirli sozlerdi,o sozu men cox isledirem...sagliginda qiymet verin insana.
1 may 2015 19:05
# 7
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Nur k-off
indiki zamanda o qeder piss insanlar var ki oz yaxin qohumlarin ele zerbe vururlar ki
1 may 2015 18:55
# 6
SVETA
Dosta_inam
Allah analari var etsin onlarin eksikliyini bize hiss etdirmesin,teşekkür edirem,ağlayaraq oxudum çox gözel cümlelerdi,Yaradan heç bir evladi anasiz qoymasin,analarin atalarin sağ iken qedrin bilek sağ iken deyer verek,öldükden sonra bir deyer vermek bir mena kesb etmir,yazan elleriniz derd görmesin.
1 may 2015 18:53
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Zeynep_Fatih
Ele bu gun bu weiri daniwdim.cooo.x gozel seirdi beyendim)
1 may 2015 18:51
# 4
Fialka
Çox təsirli xəbərdi, bəzən həyat beş saniyəni belə sənə çox görür bir üzr istəmək üçün yada ona onu nə qədər sevdiyini demək üçün ..Analar bu dünyada bizi bizdən də çox sevən körpəlikdən qayğımızı çəkənimiz analayanımızdır . Onların bir anlıq yoxluğunu düşünmək belə kövrəlməyə bəs edir, çalışıb onlar var olduqca hörmətdə qüsur etməyək çünki valideynə edilən hörmət Allaha edilmiş kimidir..Allah bütün ana və atalarımıza can sağlığı versin başımızın üstündən əksik olmasın çünki onlarsız həmişə yarımçıq qalarıq ..
1 may 2015 18:45
# 3
my_angel
Çox gözəl...Sağlığnda insanlara dəyər-qiymət verməyi,onları qiymətləndirməyi bacarmalıyıq.Yoxsa öləndən sonra qiymət versək nə mənası?!
Görkəmli nəğməkar şairimiz Cabir Novruz şeirlərində çox mühüm məqamlara toxunmuşdur,hal-hazırda Ədəbiyyat dərsliyində Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şerindəyik.Mən bu şeiri tam versiya olaraq xəbər kimi göndərmişəm.

Çox gözəl...Sağlığnda insanlara dəyər-qiymət verməyi,onları qiymətləndirməyi bacarmalıyıq.Yoxsa öləndən sonra qiymət versək nə mənası?!
Görkəmli nəğməkar şairimiz Cabir Novruz şeirlərində çox mühüm məqamlara toxunmuşdur,hal-hazırda Ədəbiyyat dərsliyində Cabir Novruzun "Sağlığında qiymət verin insanlara" şerindəyik.Mən bu şeiri tam versiya olaraq xəbər kimi göndərmişəm.
1 may 2015 18:34
# 2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Catwoman666
aa teze kecmisik ele bu seiri ezberrr bilirem. serde en cox sevdiyim misralar:
bu nedendir, olen kimi adamlara
qelbimizde sevgi, hormet asib dasir?
olen kimi yaxsilar da yaxsilasir
yamanlar da yaxsilasir.
......


aa teze kecmisik ele bu seiri ezberrr bilirem. serde en cox sevdiyim misralar:
bu nedendir, olen kimi adamlara
qelbimizde sevgi, hormet asib dasir?
olen kimi yaxsilar da yaxsilasir
yamanlar da yaxsilasir.
......


aa teze kecmisik ele bu seiri ezberrr bilirem. serde en cox sevdiyim misralar:
bu nedendir, olen kimi adamlara
qelbimizde sevgi, hormet asib dasir?
olen kimi yaxsilar da yaxsilasir
yamanlar da yaxsilasir.
......
1 may 2015 18:34
# 1
"All men must die, but we are not men"

Daenerys Targaryen
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz