Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qocalmadan qocalmayın
Qocalmadan qocalmayın
Göndərən: Qlamurr
Şərhlər: 13
Baxılıb: 521
Səs ver:
İlk dəfə 1 ci sinifə gedəndə buna fikir vermişdim, çox maraqlı mənzərə idi. 60-65 yaşlarında ağsaç kişi ilə qadın əl-ələ tutub harasa gedirdilər. O vaxtki Hüsü Hacıyev küçəsindən üzü univermağa tərəf yol almışdılar, mən də 20 qəpiklik dondurma almaq üçün mağazaya çıxmışdım. Bunlara xeyli baxdıqdan sonra məndə qəribə hisslər oyandı. Uşaqlıqdan özümdə romantikliyi, sentementallığı kəşf etmişdim, hər şeyə həmişə diqqət edir, araşdırmağı sevirdim, odur ki, düşündüm ki, necə olur ki, bunlar qocalıblar, amma cavanlar kimi əl-ələ gəzirlər?
İllər keçdi, müşahidə qabiliyyətim də mənimlə yavaş-yavaş böyüdü, həyat təcrübəm ildən ilə dolğunlaşdı, dağa-daşa çıxa-çıxa yol tapmağı öyrənməyə başladım. Kişi qadın münasibətləri, anatomiya, psixalogiya, intim mövzularda xeyli məqalələr oxudum, kitab vərəqlədim, münasibətlərin qurulmasını, qorunmasını, dağılmasını kitab-kitab yaşadım.
qoca kişi və qarısı neçə illərdir ki bir yerdədirKişiliyin həddinə çata-çata artıq oxuduqlarımı özüm təcrübədən keçirməyə başladım, pis, yaxşı münasibətlərim oldu, aldatdım, aldadıldım(Yalan nə deyim, mən də səhvlər etmişəm). Zamanın keçməsinə baxmayaraq hər zaman belə yaşlı cütlüklərə maraqla baxırdım, onların yaşadıqlarını, yaşaya bilmədiklərini həyat adlı kinolarının artıq son dəqiqələrində belə incəliyi, diqqəti unutmadıqlarının şahidi olurdum. Bu cür şeyləri görə-görə artıq belə cütlüklərin tam rəsmi izləyicisi, fanatı rolu mənə həyat tərəfindən sövq-təbii verilmişdi və belə adamları güdməmək artıq mənim ixtiyarımda deyildi. Bəlkə gələcəkdə romanlarımın birini məhz elə belə mövzuya yönəldəcəyəm. Sağlıq olsun.

Güddüyüm, izlədiyim hallar təkcə vətənimdə kifayətlənmədi, xarici səfərlərimdə də belə cütlüklərə xeyli maraq göstərirdim. Yaşlılığın ağappaq qar kimi çağında əl-ələ verib, mehriban-mehriban qucaqlaşmaq, yol getmək, birlikdə vaxt keçirmək, gülməyi bacarmaq… Bu bir müthiş haldır ki, hər adama güman ki, qismət olmur.
81 ilin cütlüyüDünən gecə yatmazdan əvvəl düşündüm ki, müşahidələrim ən çox xarici ölkələrdə olub, və vətənimdə son dəfə belə mehriban qoca cütlük gördüyümü dəqiq xatırlamıram…

Bu məni çox məyus etdi. Yadıma şəhərdə, ictimami nəqliyyatda sanki bir-biriləri ilə küsülüymüşlər kimi həvəssiz danışan yaşlı cütlüklərimiz düşdü. Yadıma düşdü ki, onların arasında əl-ələ tutan demək olar ki, görməmişəm, yadıma düşdü ki, qucaqlaşan görməmişəm, yadıma düşdü ki, nəsə mehriban davranan az görmüşəm, yadıma düşdü ki, gördüklərim çox qocalmış, təkcə fiziki deyil, daxili qocalmış, əzgin, yorğun, həvəssizcəsinə maksimum qol-qola girmiş cütlüklər olub, yadıma düşdü ki, ziyalı qiyafəsində, əl-ələ verən, qoca olmasına baxmayaraq cavanlar kimi sevgi dolu baxan qocalarımızı görməmişəm. Anladım ki, onların çoxusu cavan ikən qocalıb, indi heç qocalmaqlarına ehtiyac da yoxdur. Yadıma düşdü ki, heç cavanların arasında belə əsl xoşbəxt baxışlarla alov-alov yanaraq əl-ələ gəzən sevgililərə az rast gəlirəm...Anladım ki, bizim gənclər cavan ikən qocalır. Sizdən xahiş edirəm, qocalmadan qocalmayın.

Müəllif: Rüzgar Mövsüm


Şərhlər: 13
Baxılıb: 521
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ALESSANDRA
heqiqeten mende ele düşünürdüm qocalar niye el ele gezir???zaman keçdikce insan her seyi anlayır tşk
8 may 2015 20:18
# 13
Don't trust anyone ∆
vipbetul
bızım olkede dı esasen cavanlar passıvlesır sankı cavanken qocalıb xarıcde babushkalarda cavanlar kımı hereketler edır danıshırlar gezırler ozlerıycın
8 may 2015 02:08
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Bestoş
zamane cox deywilib
7 may 2015 23:10
# 11
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Ayten666
Men kefime dusende sacimi keci yigib hara desen gedirem.deyirlerki mektebliler ukladkayla gezir boyuk olsun sende usaglasirsan
7 may 2015 23:04
# 10
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
SENSİZ
esas urekler qocalmasin
7 may 2015 22:42
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
yarpaq33
Ay nedendi nedendi hamisi zemanedendi
7 may 2015 21:57
# 8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Meleknur
İndi balacalarda ozlerin boyuk gosterirler ve yeniyetmeliy yawina gelende 25lerindeymiw kimi gorunurler
7 may 2015 21:22
# 7
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
SEVGI DENIZIM
indiki veziyyetin cavanlari 30 yasina catan kimi qocalir
7 may 2015 19:06
# 6
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Dosta_inam
çox gözel qeyd edilib,indiki cavanlar qocalmadan qocalir,ve buda heç xoşa gelen hal deyil.
7 may 2015 18:44
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Qocalmadan qocalmayın bu iki kəlimə sözdə nə qədər fikir sığdırılıb . İnsan var qocalıb ancaq ruhu cavan, ürəyi həyat eşqiylə döyünür, insanda var ki,cavandı və ömrünün baharını yaşamamış mənən qocalıb artıq, bu psixoloji bir haldı yəni bir var insanın yaradılışı niyyəti pessimistliyə doğru gedir, bir də var ki, həyat ərkən göstərib boz üzünü insana ancaq nə olursa olsun insan özünü təlqin etməyi bacarmalıdır daha gümrah , həyatı dolu - dolu yaşamaq niyyəti olmalıdır, çünki ikinci dəfə dünyaya gəlmirsən nə olursa elə indi olur...
7 may 2015 18:42
# 4
Nur k-off
Çox sevirem bele cütlükleri
7 may 2015 18:42
# 3
SVETA
Tomris Müslümova
duzdu cemiyet cox qocalib fikirler cox qocalib.cox gozeldi cox qisada olsa cox genis bir seyi izah etdi...
7 may 2015 18:41
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Teesufki coxu insanlar genc yasinda urekleri qocalir. En pisi ele budur.
7 may 2015 18:36
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz