Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tək
Tək
Göndərən: Qlamurr
Şərhlər: 13
Baxılıb: 568
Səs ver:
Mən dünyanın xilasına inanmıram. Nöqtə!

Bütün xilaskar ideyalar zülmü ərşə qaldırdı, xilası boğdu, inkviziya məhkəmələr qurdu, özləri kimi düşünməyənləri tonqala atdı, həbs düşərgələri yaratdı…

Zülm ortada, zalım yuxarıda, məzlum aşağıda.

İndi də demokratiya yürüşü görürük, F-17-lərlə atılan demokratiya…

Bəşəriyyət xilas olmayacaq.

Amma fərdlər qurtuluşa çata biləcəklər.

Fərdləri xilas etmək mümkündür.

Bəşəriyyətin ağrılı aqibəti fonunda fərdin xoşbəxtliyi bu günün məsələsi deyil.

Min illərdir TƏKlər xilas ola bilirlər.

Cəmiyyətin fərdlərinin heç də hamısı TƏKləşə bilmir, təkləşənlər təklənir.

Təkadamlıq kameraları cəmiyyət təklər üçün yaradıb.

Kamil İnsan yaranır, Kamil Cəmiyyət isə yox.

Çoxluğun nəsibi nakamillikdir.

"Bütün səyahətlər insanın öz içinə səyahətə aparır, nə qədər yol gedirsə öz içində o qədər məsafə qət edirsən” demişdi qədim bir müdrik. *

Dünyanın kiçildiyini internetlə hiss edirik.

Bəs öz içimizin kiçilməsinin səbəbi nədir?

Az səyahət etdiyimizdirmi yoxsa…

Problem əslində internetdəndir.

Əvvəllər ətraf aləm darıxdırıcı olardı, insanlar balaca qara balıq kimi yad diyarlara can atardılar, kitablara dalardılar, filmlər axtarar, zəif səsli radiodan ürəklərinə fərəh salan musiqilər dinləyərdilər.

"Mərifət nuru şübhədən parlayardı”.**

İndi hər şey balaca bir cib telefonuna sığışıb, ordan sevgili də, seks portnyoru da çıxartmaq mümkündür.

Müxtəlif çatlar, porno videolar, insan içindəki naqisliyin tələb etdiyi hər şey bir "Enter” qədər yaxındadır.

İnsanı insanlıqdan uzaqlaşdıran hər şey əlçatımındadı…

Əlbəttə, insanı insan edən, ona öz içindəki mirvariləri tapmasına kömək edən mətnlər, filmlər, musiqilərə də əl uzatsaq, çatar.

Amma kamillərin, kamilliyə can atanların azlıqda olduğu bir dünyada cəhalətin inkişafı üçün yaradılan bu qədər şərait ağrısız ötüşməyə bilməz.

Nadanlığın, pornoqrafiyanın inkişafı üçün çox daha münbit bir şəraitdə yaşadığımızdan bəşəriyyət gələcəyə daha çox cəhalət, daha çox şəhvaniyyət və daha texnolojik yırtıcılıqla gedir...

* Əlif Şəfəq "Eşq”
** Hüseyn Cavid "Şeyx Sənan”

© Qan Turalı


Şərhlər: 13
Baxılıb: 568
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
Nadanlığın, pornoqrafiyanın inkişafı üçün çox daha münbit bir şəraitdə yaşadığımızdan bəşəriyyət gələcəyə daha çox cəhalət, daha çox şəhvaniyyət və daha texnolojik yırtıcılıqla gedir.
12 may 2015 20:04
# 13
efsane..
dogrudu insanlar artiq internetden uzaq ola bilmir unsiyyet yoxa cixir men bu whatsappin elinden bezmisem kimi gorursen hal ehval tutmaq evezine whatsappda niye yoxsan deyir
11 may 2015 15:34
# 12
Catwoman666
Problem əslində internetdəndir.

bunu hansi "agilli" deyiiib???
10 may 2015 22:21
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
lelos
gözel sözlerdi
10 may 2015 15:19
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nur k-off
Cox menali sozlerdir
10 may 2015 11:15
# 9
SVETA
Ayten666
Ne danisirsiz menfisi oldugu kimi musbetide danmayaq xahis edirem.cox xeyirli,vacib terefleride var ve coxdu
10 may 2015 00:09
# 8
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
vipbetul
gozel menalisozlerdi
9 may 2015 22:20
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
deyilen sozler bezen bizim dandigimiz qebul elemek istemediyimiz cumlelerdi
9 may 2015 20:12
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
SEVGI DENIZIM
Cox gozel menali cumlelerdi
9 may 2015 20:01
# 5
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Fialka
Dünyanın xilası neçəki insan var xilası olmayacaq, daim inkişaf, inkişaf bir nöqtədə bu inkişafın xeyrindən çox ətrafa ziyanları çoxalır və çoxalmaqda da davam edir. Doğru qeyd olunub hər bir cümlə , insan kamil ola bilər ancaq cəmiyyət nakamilliyyə doğru gedir. Bunun da ən əsas səbəbi internetdi düzdü insanın özündən asılıdı o internetdən necə istifadə edir lakin bir gerçək var ki, hər kəs eyni ağıla qulluq etmir . İnternetlə nəfəs alanlar var onlar əlbəttə təkdirlər və təklər gün getdikcədə çoxalır , bu vəziyyətin keçmişdə yaşayan insan və münasibətləri arasında nə qədər fərq olduğunu da görmək olar..
9 may 2015 19:38
# 4
Antikvar
Her cumlesinde necede boyuk heqiqet var.Beli indi ele zemanede yasayiriqki butunlukde internete bagliliq kimi heyatimizi sururuk.Sanki bir virusdu bir daddin qopmaq ne mumkun.Evveller bir birilerini tel ,internet,fecbook,instqram,whatsapp ve.s vastesile axtarmaq yoxuydu ve bu sebebdeniydi gucu internete yox ayaqlara vererdiler.Gedib bir birilerine bas cekmek hal ehval tutmaq.Amma indi ?Indi birinin basina bir is gelse "neyime lazim"deye deyib gunumuzu yola veririk.Birlik yoxdu sigincaq yerleri internetdi sadece.Insanlari tekliye yukleyen tekliyi sevdiren bile vastedi bu istifade etdikleri.Amma bunun demeyin faydasi varmi?Fikrimce yox )Getdikce tekliklerin sayi artmaqdadi neinki azalmaqda muhit buna celb edir yerde qalanlar neylesin.
9 may 2015 19:05
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Baharim ol
Cox gozel ve menali cumleler.ve bugunumuzu eks etdirir.getdikce mehv oluruq.her terefli.Allah axirimizi xeyir elesin.internet cixandan sonra cox seye noqte qoyuldu.
9 may 2015 18:57
# 2
Ama yenede
BARBI
Yazilmis her cumlede heqiqet var her biri esrimizin en boyuk problemleridi hansiki her gun qarsilasiriq
9 may 2015 18:43
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz