Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözlə qaş arasında
Gözlə qaş arasında
Göndərən: tek umidim sen
Şərhlər: 13
Baxılıb: 618
Səs ver:
Payız təzəcə qədəm qoymuşdu. Nəfəs kəsən istilər öz yerini yavaş-yavaş sərin mehə və hərdən yağan yağışa buraxırdı. Həmin mehli günlərdən biri idi. İki ailə bir-birinə qohum olmağa hazırlaşırdı. Çox çək-çevirdən sonra toyun vaxtı həmin günə müəyyən edilmişdi. El adəti ilə vağzalı sədaları altında qız ata evindən bir göyərçin təki pərvazlanıb uçurdu. Hər kəsin üzündə sevinc, könüllər fərəhli. Hər kəs danışır, gülür, əylənir. Həmin gün üçün çəkilən əziyyətlər hədər olmamışdı. Toy hər kəsin ürəyincə, öz axarında davam edirdi. O, heç kimin ağlının ucundan belə keçmirdi.

Məclis başladığı kimi də sona çatdı. Hamı xoş əhval-ruhiyə ilə evlərinə dağılışdı. Uzaqdan gələn təzə qohumlar bir avtobus kirayələmişdilər. Gülüşə-gülüşə mindilər həmin avtobusa. Yolları uzaqdı. Amma onların heç eyninə də deyildi. Avtobus yolları yara-yara şütüyürdü. Yatanlar yatmış, oyaq olanlar da sakit-sakit söhbətləşirdi. Artıq öz rayonlarına çatmışdılar. Gecə saat bir radələri olardı. Avtobus yırğalanıb dayandı. Düşmək istəyənlər vardı. İki qadın, iki də kişi. Bir-birilərinə yaxın qohum idilər, həm də qonşu. Yenə də onu heç kim yadına belə salmaq istəmirdi. Kimin nəyinə gərəkdi

Avtobus elə təzəcə tərpənmişdi ki, çox qorxunc səs gəldi. Bu heç kimin xatırlamaq istəmədiyi ölümün vahiməli səsi idi. Sürücü tələm-tələsik avtobusu saxlayıb qapıları açdı. Hər kəs dəhşət içində avtobusdan düşüb səs gələn yerə cumdu. Yuxulardakı kimi bapbalaca yol sanki kilometrlərlə uzanmışdı. Qaçsalar da çata bilmirdilər.

İlk yanına gələn qardaşı oldu. Bacısı alqana boyanmışdı. "Bacı, bacı” hayqırıqları cavabsız qaldı. Həyat donmuşdu sanki. Hər kəs onu səsləyirdi. Amma o əbədi olaraq susmuşdu. Xatırlanmayan ölüm bir andaca onu qollarına alıb göylərə ucalmışdı.

Ümid heç vaxt üzülmür. Gecənin uğursuz qaranlığında kiminsə "nəbzi döyünür” sözləri hamını özünə gətirdi. Tələm-tələsik xəsətəxanaya apardılar canciyərlərini. Amma çifayda… Artıq onun üçün hər şey bitmişdi

Bax budur ölüm. Heç kimin gözləmədiyi anda gəlib kəsdirir qapının kandarını. Elə ona görə Peyğəmbərimiz dönə-dönə: "Ləzzətləri puç edən ölümü daim anın” – buyurub. Həzrət Ömər kimi səhabələr də bu hədisi sırğa edib qulaqlarından asıblar. Belə ki, Həzrət Ömər xəlifə olan kimi öz şəxsi pulu ilə bir nəfər tutur. Həmin adamın işi hər gün gəlib xəlifəyə: "Allahdan qorx, ölüm var” – demək idi. Beləcə, günlər ayları, aylar da illəri qovaladı. Bir gün Xəlifə güzgüyə baxanda saç-saqqalında dən gördü. Həmin adamı yanına çağırtdırıb: "daha bəsdir, bu gündən sənin işin qurtardı” − dedi. Bu sözləri eşidən kişi təşvişə düşür. Ürəyinə şübhə gəlir ki, görəsən, nə səhv iş tutub ki, xəlifə onu işindən azad edir. Xəlifə onun təlaşlandığını görüb: "Narahat olma, sənin heç bir xətan yoxdur. Bu gün güzgüyə baxanda gördüm ki, saçıma dən düşüb. Artıq mənə ölümü həmin ağ saçlar xatırladacaq”.

Bu da o səhabələrin ölümə olan münasibətləri. Hər gün, bəlkə də, yetmiş dəfə ölümü xatırlayıb göz yaşını ceyhun edənlər vardı. Yanlarında ölümün adı çəkiləndə dizləri bükülənlər də az deyildi.

Amma bizlər… Hər gün ölüm xəbəri eşidirik. Bir müddət keçəndən sonra heç olmamış kimi unuduruq. Sanki ölüm ancaq ölənlərdən ötrüdür. Növbə bizlərə də çatacaq. Çünki Allah söz verib: "Hər bir nəfis ölümü dadacaq”.

Allah ölüm qaşla göz arasından süzülüb canlarımızı almadan, onu qarşılamağa hazır olanlardan eyləsin. Amin.

Sadiq Umarov


Şərhlər: 13
Baxılıb: 618
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
düzdür ölüm qaşla göz arasindadir,her birimiz bunu dadasiyiq,ancaq axiretimizi düşünerek,xoş emellerle,yaxşiliq etmeyi bacarmaqla yaşasaq,axiretimiz de yaxşi olar.
20 aprel 2015 07:53
# 13
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
emis
Hersey necədə açıq yazılıb. Düzdü ölüm gözlə qaş arasındadı və nə vaxt gəldiyi bəlli olmur ona görə həmşə hərşeyə başımıza gələcəkləre və sevdiklərimizi n başlarına gələni eşitməyə hazır olmalıyıq. Biz bir günümüz darıxdırıcı keçir deyə tez tez deyirik ki bu günümüzdə keçsə yaxşı olardı .Biz bir dəqiqə mizin qədrini bilmirik. Bu günümüzün qədrini bilib həyatı sevə sevə yaşamırıq. Biz onu da səhər edərik deyənə kimi ölüm gəlib çatır. Atalar yaxşı deyiblər ki bu günün işini sabaha buraxma. .deyirlər ölən elə ölənlər üçündü Xeyr elə deyil nə qədər bir müddət sonra unutduq kimi gorunsek də unutmuruq sadəcə əl xətrinə deyib gülürük. Hayıf ölənin ömrünə. Ona görə də çalışmalıyıq ki həyatdan zövq alıb yaşamağı bilək . sabahın bizə nə gətirəcəyini bilmirik. Təşəkkür
19 aprel 2015 23:37
# 12
vipbetul
ozumcun her zaman olumu arzuluyanlardanam insan ne qeder tez olerse bir oqederde gunahi az olar deye dushunurem,ona gorede tez olmek daha xeyirlidi Allahin izni ile insallah,insan aile qurub usaq sahibi olduqda onuncun olum olumu isdemek cetindi cunki usaqi var en azindan onlarin boyumesini gormek isdeyir arzulari bitmir usaq baresinde,no subaylarda ise bu cur en azindan problem olmadiqina gore daha asandi olur olmek
19 aprel 2015 21:41
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
bu vaxtlar olumum menim mukafadim olar
19 aprel 2015 21:24
# 10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
İbrətamiz bir hekayədi yəni hər bir kəs əvvəl, axır ölümü dadacaq ya bir dəqiqə sonra yada on il sonra əsas odur ki, axirəti bu dünyaya qurban verməyək...
19 aprel 2015 20:33
# 9
Nur k-off
dogurdanda olum qawla gozun arasindadir
19 aprel 2015 20:19
# 8
SVETA
Nezka
Axırr vaxtlar ölmək istirəm
19 aprel 2015 20:01
# 7
İçimi görsən mənə aptek alarsan.
Rakella
duzdu kimse olende o qederde qeyri-adi gelmir olum hallari o qeder coxalib ki ama ne vaxtsa oleceyimi unutmuram her gun allahdan meni bagislamasini dileyirem
19 aprel 2015 19:15
# 6
Impossible is not a word,it's just a reason for someone not to try
BARBI
her canli bir gun olumu dadacaq.olumnen hec vaxt qorxmamisam bezen o qeder heyatdan bezirem ki deyirem olsem canim qurtular
19 aprel 2015 19:09
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Baharim ol
Olumden qorxuram ya qorxmuram deye bilmerem.herden fikirlesiremki olenler olub nolurki men olub nolacaq.ama qebr ezabi curumek yadima dusur qorxuram.ama ayrica Allahima Her saat her deqiqe dua ediremki gunahlarimi bagislasin.hemise yaxsi isler gormeyi nesib elesin Amin
19 aprel 2015 18:52
# 4
Ama yenede
ayan97
Olum aniden olur, gerey ele yasiyacki soram cavan oldu istediyini etmedi olmasan. Yasamag ve olum arasinda 1 sm mesafe var...
19 aprel 2015 18:47
# 3
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
my_angel
Amma bizlər… Hər gün ölüm xəbəri eşidirik. Bir müddət keçəndən sonra heç olmamış kimi unuduruq. Sanki ölüm ancaq ölənlərdən ötrüdür. Növbə bizlərə də çatacaq. Çünki Allah söz verib: "Hər bir nəfis ölümü dadacaq”. 01 Her bir bendenin sonu ölümdür,ölümü her kes dadacaq
19 aprel 2015 18:40
# 2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Meleknur
Allah ölüm qaşla göz arasından süzülüb canlarımızı almadan, onu qarşılamağa hazır olanlardan eyləsin. Amin.
Tewekkurler
19 aprel 2015 18:40
# 1
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz