Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən də getmə (3-cü bölüm)
Sən də getmə (3-cü bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 326
Səs ver:
Bəhanə axtarıb nə söyləsən də,
Susacam qarşında dinməyəcəyəm
Bilirəm getməyə qərar vermisən,
Getmə, yanımda qal deməyəcəyəm...

Bu hadisələrdəndən bir həftə keçmişdi...Hələdə bir səs çıxmamışdı..Bu səssizlikdən qorxurdum.Nənəmdə çox rahat idi.Yeni bir səhəri yeni ümidlərlə açmışdım...Pilləkənləri enərkən nənəmin kimləsə ev telefonu ilə danışdığını eşitdim..."Çox narahat idim. Bu məsələni həll etdiyin üçün çox sağ ol oğlum...Mən artıq çox qocalmışam gözüm arxada qalsın istəmirəm.Gələn həftə Bakıya imtahan verməyə gələcək...Yaxşı xəbər edəcəm...Həsən oğlum, hər şey üçün sag ol "
Eşitdiklərimdən sonra şoka düşmüşdüm.Bizim axı qohumumuz yox idi...Həsən oğlum dediyi insan kim idi?Nənəm məni görən kimi telefonun dəstəyin asdı..Əli ayağına dolaşmışdı.
Nənə, kimlə danışırdın?
-Sən..danışdıqlarımızı eşitdin?
Həsən kimdi, nənə?
-O şey..qonşu Leylanın qohumu..zəng çatmırmış narahat olub
Hə bildim.."Heç inandırıcı gəlməmişdi.Məni görən kimi niyə bu qədər təlaşlandı axı?Bu suallara cavab tapa bilməmişdim"
Bu gün çox iş var idi..Fidanın xinayaxdısı...Hazırlıqlard a ona kömək edəcəkdim.Axırki böyük arzusuna çatırdı))Səhərdən başlanan yorucu hazırlıqlardan sonra axşama doğru gecə başlamışdı.Bütün kəndin xanımları,qızları demək olar ki, hamısı burda idi...Samira xanımla qızıda gəlmişdi...Mənə elə baxırdıki eləbil düşməni idim...Bu baxışlar altında narahat olub bir az heyətə endim... Kim bilir bəlkə də, buralarda son günlərimi keçirirdim...Qızlardan biri məni çağırdığı üçün yuxarı çıxdım.Fidan çox gözəl olmuşdu..Geyindiyi qırmızı paltar ona çox yaraşırdı..Gəlin xanım çox gözəl olmusan))
-Çox sağ ol canım)) heyəcanlıyam..bu qədər olacağın bilməzdim
Heyəcanlama nə var ki burda))
-Səni də görəcəm))
Salona keçib digər qızlarla eylənməyə başladıq..O qədər əylənmişdimki... bu aylar ərzində ilk dəfə ürəkdən gülmüşdüm...Bir az sonra onu salonun ortasında otuzdurub əlinə xına yaxmışdılar əlinin içinə böyük "F" hərfi yazmışdılar))Sonra isə xına gecələrinin məşhur mahnısın oxumağa başlamışdıq..

Örtüyü qaldırıb Fidana baxdım...bu qız dəlidi..gülürdü..ay qız, gül deyə oxumurugee agla tez ol..sesim tutuldu))
-Neyniyimee ağlamağım gəlmir..))
Axır ki, uzun səylərdən sonra ağlada bilmişdik)) Bütün bu prosedurlardan sonra Fidanın qızların əlinə hərf yazma mərasimi başlamışdı))...Səhərdən mənə bərk-bərk tapşırmışdıəlini sən də uzadarsan ..Düzü, mənə də maraqlı gəlmişdi...Gözlərin bağladıqdan sonra qızların əlinə bir-bir hərf yazmağa başlamışdı...Mənə növbə çatanda həyəcanlanmışdım..
-Hmm bu kimin əlidi?)) Nərgiz, Aygün..yox..yox Ayselindi))
Özümü gülməmək üçün güclə tutmuşdum)) Böyük"A" hərfi yazmışdı. Sonralar bu hərf həyatımın bir parçası olacaqdı...Təəccüblənmişdi m...Belə şeylərə inanmasamda ən azından "Y" yazmamışdı..Yoxsa, dəli olacaqdım..Fəridin anası başıma sığal çəkib..-sənə də qismət qızım..-dedi.Çox duyğulanmışdım..Görəsən, məndə belə xoşbəxt olacaqdım.
Bu gecə çox yorulsamda,həqiqətən, dəymişdi..Evə gələndə artıq gecə düşmüşdü.Nənəmin üzü bu gün nəsə gülürdü...

Nənə,nə olub belə sevinclisən?))
-Qızım Yunis məsələsin həll etdim...Yox cavabın verdim bu mövzu bağlandı
Nə?! Necə? Çox şükür))
-Mən nəvəmi istəmədən heç kimə vermərəm))Necə etdiyim özümə qalsın..Zamanı gələndə hər şeyi biləcəksən))
"Bu nə demək idi...? Nəyi biləcəkdim? Yenə cavabsız suallar məni düşündürmüşdü" Əlimi yumaq üçün həyətə endim...Əlimdəki hərfi görəndə üzümdə gülümsəmə yaranmışdı..Azər, Adil,Aydin... Mən nə danışıram, deyəsən, Fidan məni də özünə oxşatdı))
Yuxarı çıxdıqdan sonra bu gün çox yorulmuşdum deyə özümü yatağıma atdım..Bu gün sevincli günümdə idim..İmtahanımada az qalmışdı.Bunları düşünə-düşünə yuxu məni tutmuşdu.
O qədər yorulmuşdumki günortaya yaxın oyanmışdım...Əynimi geyinib Fidangilə getmişdim...Hamının xeyr-duası ilə oğlan evinə yola düşmüşdük..Toy öz axarı ile davam edirdi..Oynamağı sevdiyim üçün bir dəqiqə oturmamışdım.Kənardan kiminsə baxışların üzərimdə hiss edirdim, üzümü çevirdikdə Cəlil.m mənə baxıb gülürdü çox utanmışdım, ona yaxınlaşıb salam verdim

Salam Cəlil.m sizdə burdasız?))
-Salam Deniz, ilk dəfədi kənd toyunda oluram.. Bunu qaçırtmaq olmazdı..Görürəm oynamağı yaman sevirsən))Gözəl oynuyursan))
Onsuzda utanmışdım bu sözlərdən sonra yanagımın allandığın hiss edirdim..Bu insanın üzündəki gülümsəmə insanda rahatlıq yaradırdı...
Toy bitdikdən sonra Fidangili təbrik edib evə yollanmışdım...Nənəm tez getdiyi üçün tək qayıtmalı olmuşdum, yolu elə tez-tez gedirdim ki,eləbil arxadan məni qovan biri var idi.. İçim çox narahat idi..Bir anlıq qolumdan kiminsə tutduğun hiss etdim, qışqırmaq istəyəndə ağzımı tutdu..
-Sakit ol, qışqırma!
Bu səs..Yunis, Aman Allahım sən mənə kömək ol((
-Səsini çıxartma, əlimi buraxacam, qışqırsan günah məndən getdi...onsuzda bu saatda heç kim səni eşidən deyil..!
Ağzımı buraxan kimi çığır -bağır salmışdım..Əclaf, sən kimsən həə?? Kim!? Sən nə haqla mənə toxunursan..
-Mən? Mən kiməm?! Gələcək həyat yoldaşın...mənimlə danışanda səsinin tonuna diqqət yetir..!
Bu adam xəstədi.. Yüz faiz dəlidi. Burax mənii..!

Dedimki qişqırma! Nənən, bu işi necə yoluna qoyub bilmirəm..amma o balaca beyninə yerləşdir.. Sən məndən başqa heç kimə yar olmayacaqsan. Ya öz istəyinlə mənə hə deyəcəksən, ya da bu iş bu gün bitəcək..lazım gəlsə zorlaa!
Nə?! Heç vaxt ölərəm ,amma yox
-Yaxşı günah məndən getdi..
Qolumu bərk sıxıb...-mənimlə gedirsən!
Yalvarıram,Yunis burax mənii,aci mənii...Çırpınsamda gücüm çatmırdı..yerə yıxılmışdım..dizlərim sivrilmişdi..çox incidirdii..bununla belə məni aparmağa çalışırdı
-Qalx! Dedim senə heç kim mənə yox deyə bilməz..
Belə sevgi ola bilməz sən xəstəsən! Xəstə burax dedim.. İnsan sevdiyinə qiya bilməz..Göz yaşlarım dayanmadan axırdı..
-Qışqırma onsuzda bu saatda heç kim eşiden deyil..bitdii artiq! Qaçan qız geri qayıtmır bilirsəndə...
Burax dedim, burax...Bu gündən sonra ya həyatım, bütün xəyallarım məhv olacaqdı, ya da kimsə imdadıma çatacaqdı...
Muellif:Aysha


Şərhlər:
Baxılıb: 326
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz