Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətim bağışlanacaqmı? (24-cü bölüm)
Xəyanətim bağışlanacaqmı? (24-cü bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 418
Səs ver:

2 həftə sonra...
Aradan 2 həftə keçmişdi artıq. Bu zaman ərzində Nazlının ən böyük dəstəyi Röya idi. Yalnız ona ürəyini aça bilər, rahat sirrlərini bölüşə bilərdi. Yenə də ən çətin, qarışıq vəziyyətində Röyanın əsl dost olduğunun bir daha şahidi olmuşdu Nazlı...
Nazlı: -Mələyim yaxşı ki varsan məni başa düşdüyün üçün çox sağ ol. Ürəyimi boşaltmaq çox kömək oldu. Heç nə demədən dinləyirsən, dəstək olursan. Heç kimə deyə bilmirdim problemimi çəkinirdim(((
Röya: -Canım mən həmişə yanında olacam birdənəm. Həm də sevə-sevə. Özünü necə hiss edirsən?
Nazlı: -Dəyişiklik yoxdu desəm?
Röya: -İnanaram
Nazlı: -Çox darıxıram onun üçün. Heç nə izah etmədən ayrıldım. Hər şey üstümə-üstümə gəlir. Birdə evdə tək olduğumu düşün...
Röya: -Canım səbr et inşALLAH xeyirlisi nədisə o olacaq. Mən varam danış rahatlaş. Bəs demişdin teldə izah etmişdin ona?
Nazlı: -Etmişdim ama üzdən. Dərindən yox. Keçmişi düşündükcə özümə nifrət edirəm. İkisinin də günahı yox idi.
Röya: -Canım düşünmə bunları sən də istəməzdin belə olsun. Ümidin ayrıldığını düşündün və acığa etdin bəlkə hər şey dəyişər deyə. Bilə bilməzdin hər şey bura qədər gəlib çıxar. Unutma canım səhvsiz insan yoxdu...
Nazlı: -Kənardan baxsaydım o qədər idarə etmək asan görünərdi ki mənçün. Yəni o an kim olsa deyərdi onu et, bunu et filan. Ama yaşayınca həqiqətən nə edəcəyini bilmirsən. Çox çətin imiş((
Röya: -Birdənəm yaşanmalı idi və yaşandı. Bundan sonrasına bax artıq. Sənin olan onsuz sənindir. Bax Xalid yoxdu hazırda demək ki sənin qismətin deyildi. Ümid də dönməzsə bil ki heç sənin olmayib...
Nazlı: -Nifrət edirəm ona((( İlk ayrıldığımız gün insanın ağli bu qədər işdiyə bilər? Gedib tez feysbukda adını da dəyişdi fikir verdin? Ümid Bünyadzadə (Ümid Nazlı) yazmışdi tez dəyişdi mötərizədə Julik yazdı. İlk ağrını, acını onda hiss etdim. İlk dəfə yad insan kimi hiss etdirdi mənə özümü((( Getsin ee durub yalvarmıyacam ki tək mən günahkar deyiləm((
Röya: -Təbii ki yalvarmıyacaqsan. Heç dərd eləmə gedən geri dönmək üçün gedir))). Sən demişkən hər şey qismətdi. Qismətində varsa nəolur olsun barışacaqsız az danış ok..
Nazlı: -Uyda sən mənim ürəyimi ya beynimi oxursan? Hardan bildin geri dönmək üçün getdiyimi? Sən diyəsən səhifələrdə çox status oxursan eee))))
Röya: -Xaxa yoo həyat təcrübəsi deyək də buna)) Hələ ki öz istəyilə gedib qayıtmayan 1ni görməmişəm desəm inanarsan?
Nazlı: -Inanmam
Röya: -Az inan)) Elə birini görməmişəm kim gedirsə geri dönür mütləq 1 gün özüdə peşman olaraq...
Nazlı: -Onda görərsən məni((
Röya: -Sən getmisən? Sən yerindəsən)) Mən bunu oğlanlara şamil edirəm.
Nazlı: -Mən getdim də mən həyatından çıxdım onun...
Röya: -O özü istədi. Mənə qulaq as və bir az axışına burax...
Nazlı: -Çoxdandı axışına buraxmışam onsuz...
Röya: -Hər şeyin yaxşı olacağına dair də ümidini əsla itirmə
Nazlı: -Lazım deyil mənə Ümid mümid((( boş ver başıvı şişirtdim...
Röya: -Mən varam da həm)))
Nazlı:- Hə sən varsan min oğlana dəyərsən kız)))
Röya: -Dəli))) Ümidə vəziyyəti başa salmağı düşünmürsən heç? Bu vaxtacan məncə içi-içini yeyirdi ama qürurundan soruşmuyub
Nazlı: -Mən də bunu çox düşündüm acı da olsa bilməyə haqqı var. Həm yazım göndərim daha çox nifrət etsin mənə, kimi sevdiyinə. Onda asan olar unutmaq məni((
Röya: -AA qızın ağlı gğr nə yğndə işliyir. Az o mənada demədim. Sadəcə həqiqəti onsuz dərindən bilməliydi. İki mədəni insan kimi danışın ayrilacaqsız elə ayrılın belə ayrılmaq sizə yaraşmaz...
Nazlı: -Bilirəm canım haqqlısan. Ama yenə də ölçüm biçim görəsən yazmaqla düz edərəm ya yox
Röya: -Yenə də qərar sənindi birdənəm...

Nazlı qərar verərken, Ümid hər gün keçdikcə Nazlı üçün daha çox darıxdığını hiss edirdi. Sanki bir hadisə baş verərsə qürurunu bir kənara atıb Nazlını bağışlamağa hazır olacaqdı. Ama xəyanətin izi. Əsla itməyəcəkdi. Ağrısı əsla keçməyəcəkdi bəlkə də...
Nəhayət Nazlı çox düşündükdən sonra Ümidə izah etmək qərarına gəlir və:
Nazlı: -Son dəfə yazacam bütün beynindən keçən sualları cavablandırıb çıxacam həyatından. Vicdan əzabından öləcəydim artıq. Keçən il idi. Ad günümə yaxın ayrılmışdıq bütün ümidimi itirmişdim səni itirdiyimi düşünmüşdüm. O an o da təklif edincə əsəbden qəbul etdim. Ama bir neçə gün sonra gözləmədiyim anda barışdıq. Sadəcə tel nömrəmi vermişdim yazırdı arada soyuq cavab verirdim xəyanət sayılmırdı. Cünki ayrıydıq ama barışandan sonra yalanlardan 3müzündə həyatını məhv etmiş oldum. Çox ciddiydi o. Haradasa 2 həftə keçmişdi ona danışmaq istəmədiyimi dedim uşaq kimi ağlamağa başladı elə belə səbəb deyə bilməzdim. Ayrılsan yaşamanın mənası yoxdu oldurəcəm özmü deyirdi. 2 həftə də yalanı uzatdım. Ama sonra cəsarətlənib nə olur olsun deyib ayrıldım görüş zad əsla olmayıb ancaq kollecdə görürdü. Mənə demişdi ki əyər hər bir ümidimi itirsəm bu ölkədə qalmıyacam. Dəfələrce ayrılmaq istədim səndən, səbəb tapa bilmirdim. 1 yandan da həyatın azmış kimi dərslərivə də təsir etməyindən qorxdum ama dözə bilmirdim artıq ALLAHım məni necə imtahana çəkib ki vicdanım məhv eliyirdi məni. 2 insanın qəlbini oğurladım və həyatlarını məhv etdim. Özüm qarışıq. Ümid buna laiq deildin bilirəm nifrət edirsən mənə. 1 ay necə yalan danışa bildin necə səni bu qədər sevərkən başqasıyla danışdın deyə düşünürsən. Nə desən haqlısan. Bağışla 19 ayını aldığımçün. Son mesajım idi həyatından çıxıram. ƏLVİDA
Ümid: -Qəti qərarındı gedirsən?
Nazlı: -Aha vicdanım belə rahat olar bəlkə. Hər kəs laiqini yaşıyır ama sən buna laiq deildin bagışla 
Ümid: -Niyə elədin axı niyə?? Lazım idi bizə bu?
Nazlı: -Başa saldım axı uzatma
Ümid: -Off Nazlı off gördün neynədin balacam gördün?
Nazlı: -Balacam????
Ümid: -Bə nə deyim sənə hə? Elə bilirsən 2 həftə ərzində yad biri oldun artıq?
Nazlı: -Elə düşünürdüm. Bəlkə də gün gələcəy başqası məni əvəz edəcəy. Qismət
Ümid: -Mümkün deyil ee mümkün deyil. Tanımamısan məni. Yada ki sevgimi. Gərəy uniə girərdim sonra diyərdin mənə bunu...
Nazli: -Əslində bu gün bunu düşünürdüm. Onunçün telefonda demişdim ki dərslərinə təsir etməyəcəyinə söz ver ama səsivi eşitdim daha pis oldum vicdan əzabından və etiraf etdim...
Ümid: -Sən hələ ürəyimdə öz həmişəki yerindəsən. Tacında başındadı prensesim
Nazlı: -Niyə beləsən? 
Ümid: -Necə olum axı sənə qarşı bu qədər sevgimdən?
Nazlı: -Səni sevirəm canımdan da çox sevirəm((( istəməzdim belə olsun bağışla((
Ümid: -Bilirəm Nazlı bilirəm. Hər şeydən çox sevirsən...
Nazlı: -Hardan bilirsən? İnanmırsan bilirəm 
Ümid: -Nazlı. 2 şeydə sənə inamım sonsuz idi. 1 deyirdim ki özüm xəyanət eliyərəm ama Nazlı eləməz. Özümdən çox sənə inanırdım. Çooxx təəssüf ki oldu. 2-ci sənin sevgin. Ona hələ də inanıram. İnanacam da...

Ardı var...

 



Şərhlər:
Baxılıb: 418
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz