Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgidə bəxti gətirməyən filosoflar (1)
Sevgidə bəxti gətirməyən filosoflar (1)
Şərhlər: 10
Baxılıb: 674
Səs ver:
Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin "Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabında Sokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:

İmmanuel  Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən "tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi.

Kant evlilik öncəsi olan cinsi münasibətləri cinsi köləlik kimi qiymətləndirirdi.

Dahi filosof evliliyi "digərinin cinsi yaşamı boyu mülkiyyətinə haqq” kimi dəyərləndirirdi. Həyatı boyunca Kanta qarşı iki qadında maraq mövcud idi. Ancaq Kant ikisi ilə də maraqlanmadı. Bundan sonrakı illərdə yoxsulluğunu evlənmək istəyinə ən böyük bəhanə kimi göstərmiş və belə izahat vermişdi: "Bir həyat yoldaşına ehtiyac duyduğum zamanlarda heç vaxt onu saxlayacaq qədər pulum olmayıb”. İşin mahiyyəti isə bunda deyildi. Məsələ burasında idi ki, Kant özü üçün müəyyən etdiyi  "cədvəl həyatı”na mane ola biləcək heç nəyi özünə yaxın buraxmaq istəmirdi.

Aristotel — "Məhəbbət nə qədər güclü olduğunu ağıllını axmaq, axmağı isə ağıllı edərək göstərir”. Aristotel qadınlara olan münasibəti ilə müasirlərindən müəyyən qədər fərqlənir. Öz əsərlərində dahi filosof qadınları "əhliləşdirilmiş heyvandan bir pillə yuxarı olan canlılar” kimi dəyərləndirir. Qadınlara olan nifrəti səbəbilə o, uzun illər müzakirə obyektinə  çevrilib.

Yunan əsilli filosof qadınların təbiətcə heyvanlardan nisbətən bir pillə daha yaxşı vəziyyətdə və ağıllı olduqlarını iddia edirdi.

Aristotel 37 yaşı olanda öz müəllimi Hermesin ögey qızı olan Pitasla evlənir. Aristotelin müəyyən qədər romantik izah verdiyi bu evlilik onun fikrincə, ideal bir evlilik idi. Çünki "ideal evliliklərdə yaş fərqi ən az bizimki kimi olmalıdır” – deyirdi. Tarixi faktlar Aristotelin öz xanımı ilə xoşbəxt bir ailə həyatı yaşadığını göstərir. Pitas cavan yaşda vəfat etdikdən sonra isə Aristotel qızlarını tək böyütməli olur. Bundan sonra o, ikinci bir evliliyə imza atır. İkinci xanımı ilə aralarında mövcud olan münasibətlər haqda faktlara rast gəlinməsə də, onların o qədər də xoşbəxt olmadığı güman edilir.

Aristotel ölümündən sonra birinci xanımının yanında dəfn olunmağı vəsiyyət edir. Buna baxmayaraq, mütəfəkkir həyatının sonuna qədər qadınlara ev heyvanı olaraq yanaşmış və heç nə onun bu münasibətini dəyişdirməyə müvəffəq olmamışdı. Aristotel ölümündən öncə, yazdığı vəsiyyətində birinci xanımının yanında dəfn olunmaq istəyini dilə gətirməkdən başqa, həm də ikinci xanımı haqda yazmışdı: "Mənim ölümümdən sonra, yenidən ailə həyatı qurmaq istəsə, onu dəyərsiz biri ilə evləndirin”.

Ardı var...


Şərhlər: 10
Baxılıb: 674
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nur k-off
Maraqli fakt idi mende bunlarin sirasindayam deyesen
10 aprel 2015 21:59
# 10
SVETA
vipbetul
ah Aristotel
10 aprel 2015 21:15
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
sevgisiz heyat bir başqa olar mence,sevgi varsa daha şen daha maraqli daha gözel olur,ancaq her kesin bexti getirmir sevgide,çoxlari yarida qalir,Allah heç kesin sevgisin yarida qoymasin,amin.
10 aprel 2015 20:29
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
arzum-aysum
kantin fikirlerini cox beyendim, həqiqətən de cinsi isteyin esirine cevrilmek heyvani bir sehvetdi mence. insan ozunu sevdiyi ve heyatinin qadini (kişisi) olacaq biri ucun qorumali, ozunu ilk ona teslim etmelidir. amma Aristotele bax eeeee. lap eseblesdim
10 aprel 2015 20:01
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Tomris Müslümova
aristotele baxeee sen...ama cox sukur filosofda olmasam adi insan kimi sevgide bextim getirib!!!
10 aprel 2015 19:25
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Bəxti gərirməyən Kant yolunu özü seçib , o prinsiplərini heç kəsə görə qurban verməyib və nəticədə bəxtsiz olub))
Aristotel isə heçdə bəxti gətirməyən deyil çünki ilk evliliyi uğurlu olub ayrıca övladlarıda olub ama vəsiyyətindəki sonuncu istəyi maraqlı olub))
PS. Bu xəbərin ardı inşAllah mənim xəbərimlə toqquşmaz yoxsa sizinki təkrar ola bilər)))
10 aprel 2015 19:09
# 5
Meleknur
her wey sevgi demek deyil ki yawamaq ucun sevmeye ehtiyyac yoxdu mende xowbextliyin tek yolu sevgi deyil mence siz hec kime baglanmayin qoyun insanlar size baglansinlar birazda onlar aci ceksinler duygularinizi deyil aglinizi iwledin onda caniniz az yanar!
10 aprel 2015 19:01
# 4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Nezka
Çoxunun bəxti gətirmir istər adi insan istər də filosof olsun
10 aprel 2015 19:01
# 3
İçimi görsən mənə aptek alarsan.
emis
sevgide bexti getirmeyenler neman cox imis. bunlar deyesen coxdan olub
vardi puldu bu dunya da yalandi sevgisiz omur yasamaq yalandi sarkici
10 aprel 2015 18:52
# 2
BARBI
Cox insanin sevgide bexti getirmir. Sevgi insanin heyatinda cox onemli yer tutur o hava su kimidir olmayanda quruyursan ve olursen
10 aprel 2015 18:32
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz