Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əslində Mən (Roman) - Bəzən bir ümid
Əslində Mən (Roman) - Bəzən bir ümid
Şərhlər: 16
Baxılıb: 713
Səs ver:
Universitetdə tez-tez qarşılaşırdıq. Hər dəfə özümdən asılı olmadan ona baxıb qalırdım. Deyəsən oan hislərimi çox büruzə verirdim ki, son zamanlar o da baxışlarıma qarşılıq verirdi. Elə gözəl baxırdı ki... Amma heç vaxt uzun-uzadı baxmağı bacarmırdı. Hər dəfə utanıb qaçırırdı baxışlarını. Özlüyümdə bir sual yaranırdı içimdə " axı nəyi gözləyirəm mən? ". Lakin içimdən bir səs "hara qaçırsan? , sən hələ onun adını belə bilmirsən, nə eşq nə sevgi? " deyirdi.
Bu aralar şanslı idim. Həmin qızla oxuyan tanış bir uşaq var imiş. Mən də həmin oğlanın onunla oxuduğunu daha sonra bildim. Oğlanın adı Əhməd idi bu arada. Hündürboy, enlikürək, qaraşın oğlan idi. Çox gözəl xasiyyətə malik idi. Məktəb vaxtı paralel siniflərdə oxumuşduq Əhmədlə. Əhmədlə aram yaxşı idi və bunun nəticəsi olaraq o qız haqda Əhməddən çox şey öyrənmişdim. Qızın adı Günəş imiş. Ailənin tək qızı imiş Əhmədin dediyinə əsasən bu zamana qədər kimsəni sevməyib. Amma Əhməd də dəqiq bilmirdi.        
   Bir gün Əhməddən Günəşi mənimlə tanış etməyini istədim. Əhməd də əlinə fürsət düşən kimi edəcəyini söylədi.
-  Bağışlayın əyləşən olmayacaqsa götürə bilərəm mi stolu?
- Xeyr, əyləşən olmayacaq, buyurun.
- Təşəkkür
- Dəyməz.
- Aman Allahım, necə də gözəl gülüşü var idi. Elə stolu götürüb getmək istəyəndə əlim bilmədən stulun üzərindəki Kolaya dəydi və kola yerə dağıldı.
-  Bağışlayın görmədim, çox, çox üzr istəyirəm.
-  Eybi yox, olması gərək imiş ki, oldu.
- İcazə verin səhvimi düzəldim.
- Necə?
- Bir dəqiqə. Gedib ona yenidən bir kola aldım.
- Heç ehtiyac yox idi buna.
- Nəticə etibarilə mənim səhvim idi. Səhvimin düzəlişi də bu idi.
- Yaxşı. Səhvini düzəltdin o zaman. J
- Aa bu arada mənim adım Aydındır.
- Mənimki də Günəş.
- Tanışmağımıza şad oldum.
- Elə mən də. J
Bu tanışlığımız da ilk addımlar idi.
Bir gün dərsdən gec çıxmışdım. Kəsr dərsim var idi. Hüseyn Cavid parkı ilə metroya doğru irəliləyirdim ki, bir səs eşitdim. Və bu səs mənə çox tanış gəlirdi. Bu ki, Günəşin səsi idi. Həmən an səs gələn tərəfə qaçdım. Qaranlıqda iki başdanxarab Günəşə söz atırdı və Günəş nə qədər onlardan qaçıb uzaqlaşmağa çalışsa da əl çəkmirdilər. Halbuki Hüseyn Cavid parkında  nə qədər desən tələbə var idi. Lakin kimsə cəsarət edib Günəşə söz atanlara nəsə demirdi. Nələrinə lazım idi axı? Lazım idi onlara tanımadığı biri üçün dava etmək? Camaatdan soruşsan, o dəqiqə deyəcək ki, qız yəqin fahişə filandır ki, oğlanlar ondan əl çəkmir.Yoxsa niyə yapışsınlar ki, saqqız kimi qızdan. Həqiqətən də geridə qalmışıq. Yeri gəldiyində hər kəs durub kamera qarşısında özünü göstərmək üçün şablon cümlələrdən istifadə etməyi, özünu
çox ağıllı, millətpərəst olduğunu göstərməyi yaxşı bilir. Normalda kruqda şirə dönən qaqaşlar , kruqdan kənarda tək qalmışdı və fağır pişikdən fərqi yox idi. Ona görə də bir nəfər belə yaxınlaşıb Günəşə yardım etmirdi.
- Ey, nə olub orda?
- Sənə nə ala? Atviçatsan qıza?
- Tutaq ki, atviçatam sonra? ( Günəş məni görcək tez üstümə qaçdı və onu arxama aldım)
- Sonrası nolacaq bilirsən də . Bilmirsənsə göstərək.
- Yox bilmirəm, göstər bilim.
- Gəl bura görərsən. ( cibindən bıçaq çıxararaq) .
- Sənin kişiliyin bıçaqla ölçülür də ala, busan da sən. Səndən qorxan sənin kimi olsun gəl görüm. Gələcəyin varsa görəcəyin də var.
- İkinci dəfə ürəyimdən atama dərin təşəkkürlərimi bildirmək keçirdi. 14  yaşım olanda məcburən məni Cüdoya yazdırmışdı. Düz 5 il Cüdoya getmişdim.
Amma heç sevməmişdim 5 il ərzində cüdonu. Hər zaman davanın əleyhinə olmuşam. Həmişə düşünmüşəm ki, nəyə gərək dava-dalaş? Sözlə hər şeyi etmək mümkündürsə? İndi yaxşı anlayıram ki dava-dalaş da bəzən lazım olur. Sırf göylə gedən, əlində təsbeh fırradan, amma normalda heç bir işə yaramayan oğlancıqlara bəzi şeyləri başa salmaq üçün ehtiyac olurmuş.
Bir neçə dəfə bıçağı oyan-buyana çevirdi dəymədi mənə. Sonda bir neçə fəndlə bıçağı vurub əlindən yerə saldım. Ilk öncə birini vurub yerə yıxdım, daha sonra o birinə keçib nəyi var əzişdirdim. Ən gülməlisi bilirsən nə oldu? Mən burada dava salıram hamı əlində telefon videoya çəkir məni, amma bir nəfər də gəlib ayırmır bizi. Gedəcəklər çəkdikləri videoları hansısa telekanala satacaq pul qazanacaqlar, Youtubeyə qoyacaqlar reytinqləri artacaq. Pul, pul,pul... Pul həqiqətən də insanı bəzən kor, bəzən kar, bəzən də lal edir. Amma indiki dövrdən danışırıqsa aradakı bəzənləri götürmək gərək. Pul artıq əksəriyyəti kor,kar,lal edib. Sizə də , pulunuza da. Gördülər mənimlə bacarmayacaqlar qaçıb aradan çıxdılar.
- Aydın, yaxşı ki, çıxdın qarşıma, çox sağ ol. Bir an mənə sarıldı. Çox qorxmuşdu. Sonra birdən ayrıldı və gözlərimin içinə məsum və təlaşlı bir formada baxaraq;
- Gecdir, mən evə getməliyəm.
- İcazə ver ötürüm evə qədər səni. Tək getmə evə.
- Yox ehtiyac yoxdur.
- Bu gün etiraz etmə heç olmasa. Sən bu qorxu ilə evə gedə bilməzsən.
- Yaxşı...
- Bütün yolu heç nə danışmadıq. Nə metroda, nə qapılarında.
- Sən burdan qayıtsan, məhəlləmizə girməsən olar? Istəmirəm kimsə görsün. Mümkün məsələdir ki, sonra camaatın dilindən qurtulmaq olmur. Hər şeyə görə çox sağ ol.
-Olar , əlbəttə... O getdi mənəsə sakitcə arxasıyca baxmaq qaldı. Gedib, gedib arxaya baxırdı. Elə gözəl, elə məsumca baxırdı ki... Əmin idim məni sevdiyinə... Bəlkə də elə deyildi, mənimkisi bir ümid idi nəticədə. Nə də olsa həyat ümidlər üstə qurulub. Hər şey bəzən bir ümiddən başlamır mı bəzən?
Müəllif: Əhəd Əhədli...


Şərhlər: 16
Baxılıb: 713
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ask meleyi
goren bunun ardi olacaq cox maraqliyidi indi azdir ele dusunceli insanlr
11 aprel 2015 12:54
# 16
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
Brilliantam
maraqliydi kas uzun olardi,ardini da bilerdik.
11 aprel 2015 03:07
# 15
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
emis
maraqliydi mende beyendim. butun sevgi hekayleri mene maraqli gelir gercekci olmasada men cox inaniram oxuya oxuya gozumun qarsinda canlandiriram cox pis oluram. oxuyannan sora da bir nece deqiqe hekayeni fikirlesirem deyirem kas axiri ppis bitmeyeydi..sukur bu qeseng oldu
10 aprel 2015 22:43
# 14
Tomris Müslümova
nc nc oglana bax eee...cox maraqli idi
9 aprel 2015 23:20
# 13
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
maraqliydi
9 aprel 2015 22:57
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
Ayyyyy super
9 aprel 2015 22:11
# 11
Don't trust anyone ∆
neri
maraglidu cox
9 aprel 2015 21:24
# 10
Sert
leyla_258
super alinib.
9 aprel 2015 20:57
# 9
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ALESSANDRA
Maraqlı idi tşkkk
9 aprel 2015 19:44
# 8
Don't trust anyone ∆
aliceWOnDer
Cox bəyəndim
9 aprel 2015 19:27
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Zeynep_Fatih
Cox maraqli romandi.ardi da olsaydi yaxwi olardi))
9 aprel 2015 19:15
# 6
Dosta_inam
ay çox maraqla oxudum,ancaq tez bitdi,keşke biraz uzun olsaydi,sevgili oldular ya yox maraqli qaldi.
9 aprel 2015 19:05
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
tek umidim sen
Coxxx maraqlidi,cox beyendim,tesekkurler....
9 aprel 2015 18:59
# 4
Kadın derin ama adam yüzme bilmiyor...
Nezka
Super idi kaş ardı da olaydı
9 aprel 2015 18:51
# 3
İçimi görsən mənə aptek alarsan.
Fialka
Maraqlı hekayədi ama əslində reallıqdı mən deyərdim çünki real həyatdada kənardan danışmağı bilən ancaq tətbiq etməyə gəldikdə isə susub bir qıraqda qərar tuturlar nəisə çox danışmaq və çox nümunələr gətirmək olar bu haqda...
9 aprel 2015 18:40
# 2
BARBI
Gozel hekayedi esl sevgini hec vaxt qacirmayasan . Oglana bax icinnen canavar cixdi
9 aprel 2015 18:34
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz