Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fransız nağılı
Fransız nağılı
Göndərən: tek umidim sen
Şərhlər: 13
Baxılıb: 1224
Səs ver:
Biri var idi, biri yox idi bir balaca milçək var idi. O, böyük alma ağacının dibində, kiflənmiş almanın içində öz ailəsi ilə birlikdə yaşayırdı. Balaca milçək heç vaxt yuvasından uzağa çıxmamışdı.  Çünki o, ailəsinin yanında xoşbəxt idi. Demək olar ki, bu alma ağacının yanından heç vaxt kimsə keçməmişdi. Amma ola bilsin, nə vaxtsa başları işləməyə bərk qarışmış iki və ya üç qarışqa milçək ailəsini salamlamışdı.

Bir gözəl yay günündə, balaca milçək çürümüş almanın başında günəşin altında yayxanaraq mavi səmada buludların yavaş-yavaş hərəkət etməsinə baxırdı. Və birdən, şap! Şup! Balaca milçək nəsə eşitdiyinə inandı.

Şap! Şup! Bu çox gözəl bir kəpənək idi. Bütün ömrü boyu balaca milçək belə kəpənək görməmişdi. Kəpənəkdə bütün rənglər var idi, qanadları son dərəcə böyük və qızılı rəngdə idi. Üzərinə qırmızı, firuzəyi və bənövşəyi rəngdə nöqtələr səpələnmişdi. Hər qanadının ortasında parlaq yaşıl və qara rəngli çevrələr var idi. Balaca milçək gözlərinə inana bilmirdi. Gördüyü varlıq o qədər gözəl idi ki! O, heç vaxt fikirləşmirdi ki, qanadların da rəngi ola bilər. Elə bilirdi, uçan bütün canlıların qanadı onun öz qanadı kimi balaca, nazik və şəffafdır.

Kəpənək dedi: "Salam. Deyəsən, alma ağacının altında azmışam. Mənə meşənin istiqamətini göstərə bilərsiniz?”

Balaca milçək, şübhəsiz, heç vaxt öz yuvasından çıxmamışdı. Amma valideynlərinin getdiyi yolu tez-tez gördüyünə görə, meşənin istiqamətini gözəl bilirdi. Heç bir söz demədən yolu barmağı ilə kəpənəyə göstərdi. Amma o qədər suallar vermək istəyirdi ki… Bilmək istəyirdi, görən, bu qədər gözəl qanadlarının olması üçün nə edib? Di gəl, kəpənəyin gözəlliyinə elə heyran olmuşdu ki, danışa bilmirdi.

Kəpənək ona təşəkkür edib, yüngül hərəkətlə meşəyə tərəf uçdu. Balaca milçək bu barədə ailəsinə heç nə danışmadı. Bir neçə gün keçsə də kəpənəyi unuda bilmirdi. Səhərdən axşama qədər, hətta gecələr də onun haqqında düşünürdü. Yay günəşinin altında parıldayan qızıl qanadlı kəpənək haqqında fikirləşdikcə özünü çirkin hiss edirdi.

Beləcə, bir gözəl səhər balaca milçək kəpənək olmaq üçün yola çıxmağı qərara aldı və meşəyə tərəf üz tutdu. Balaca milçək üçün kəpənəyə çevrilmək heç də asan deyildi. Hətta bu, mümkünsüz idi. O, tezliklə bunu başa düşdü. Yolda qarşılaşdığı bütün heyvanlar eyni şeyi təkrar edirdilər: bu, qeyri-mümkündür.

Amma yenə də fikirləşdi ki, kəpənək kimi gözəl olmaq üçün bir yol tapa bilər.

Balaca milçək özünün xəbəri olmadan meşənin içinə gəlib çatmışdı. Cığırın kənarında bir qaragilə kolu tapdı və mavi rəng vermək üçün qanadlarını qaragilə şirəsinə çəkdi. Çox xoşuna gəldi. Beynində hələ də kəpənəyin şəkli canlanırdı və bir rəng kifayət deyildi. Beləliklə, yoluna davam etdi. Xeyli getdikdən sonra qanadlarının kənarını tünd qırmızı eləmək üçün bir neçə lalə ləçəyindən istifadə etdi. Müxtəlif çiçəklərin tozcuqlarından qanadlarını qızılı sarı rəngə boyadı.

Yaşıl rəng üçün təzə-tər otların içində eşələndi. Bütün bu gözəl rənglər onu xoşbəxt edirdi. Amma yenə də kəpənəyin qanadlarına bənzəmirdi. Ona nə isə başqa bir şey lazım idi. Balaca milçək dayanmadan başqa rənglər də tapırdı. Çəhrayı, bənövşəyi, narıncı, tünd göy...

Sonda təkcə onun qanadları deyil, bütün bədəni və başı göy qurşağının bütün rənglərinə boyanmışdı. Amma bir şey çatışmırdı. O, tam olaraq kifayətlənmirdi.

Birdən kəpənəyin qanadlarının şəfəq saçdığını xatırladı. Elədir ki var! Ona parıldayan, işıqda bərq vuran bir rəng lazımdır. Beləcə, yoluna davam etdi və gözəl bir çaya gəlib çıxdı. Ona lazım olan şey burada idi.

Sahildə saysız-hesabsız xırda çay daşları görmək olardı. Ən balacaları duz dənələri boyda idi. Hamısı gümüşü rəngdə idi və min rəngə çalırdı. Balaca milçək razı halda sahilə çatdı və gümüşü tozların içərisində eşələnməyə başladı. İşini qurtarandan sonra günəşin şüaları altında ağacların başında uçmağa tələsirdi. O, necə də qəşəng görünəcəkdi!

Amma balaca milçək bir an da olsa fikirləşməmişdi ki, bütün bu rənglərin çəkisi onun zərif qanadlarına ağırlıq edəcək. Uçduğu vaxt o, tarazlığını itirdi, fırlanaraq, "Şart!” deyə ağırlıqla çaya düşdü. Xoşbəxtlikdən boğulmadı. Bir yarpağın üstündə uzanmış halda özünə gəldi. Kəpənəklər onun ətrafında toplaşmışdılar və diqqətlə ona baxırdılar. Onların sayı çox idi, hamısının qanadları, bir neçə gün əvvəl rastlaşdığı kəpənəyin qanadlarına bənzəyirdi. Çayın, onun qanadlarının üstündəki bütün gözəl rəngləri yuyub apardığını görəndə o, necə də məyus oldu! Və ağlamağa başladı.

— Sən niyə ağlayırsan? — kəpənəklərdən biri soruşdu. — Biz səni boğulmaqdan xilas etdik, indi sənin üçün təhlükəli heç nə yoxdur.

— Mənim qanadlarımın bütün gözəl rəngləri itdi — balaca milçək izah etdi — mən o qədər qəmginəm ki!

Kəpənək çox təəccübləndi, heç nə başa düşmürdü.

— Amma — o dedi — sənin qanadların çox gözəldir, biz heç vaxt belə qanadlar görməmişik! Bizim aramızda çox kəpənək bu cür  qanadlarının olmasını istəyərdi. Bax, gör, onlar necə incə və nazikdirlər, sanki, görünməzdirlər. Bizim qanadlarımız isə tutqun və ağırdır. İstifadə etmədiyimiz zaman onları necə tutacağımızı bilmirik! Yatanda da bizə mane olur. Çox kövrək olduqlarına görə, əzməmək üçün həmişə diqqət göstərməyimiz lazımdır. Ah! Mən, həqiqətən, sənin qanadlarından istəyirəm!

Balaca milçək günəşin altında parıldayan qanadlarına baxdı. Şəffaf qanadlarını yarıb keçən günəş şüaları kiçik həndəsi fiqurlar yaradırdı. Qanadlarını çırpdıqca fiqurlar da dəyişirdi. O, kəpənəklərinki kimi, ağır və tutqun qanadlarının olmadığına görə sevinirdi və balaca milçək başa düşdü ki, onun qanadları da çox gözəldir.

Balaca milçək könül rahatlığı ilə öz yuvasına, ailəsinin yanına qayıtdı. O, nəinki balaca milçək olmasına, həmçinin dünyanı kəşf etməsinə görə xoşbəxt idi. Öz-özünə söz verdi ki, bundan sonra yeni şeylər kəşf etmək üçün tez-tez yuvasından çıxacaq.

Və balaca milçək kəpənəklərlə dost oldu.


Şərhlər: 13
Baxılıb: 1224
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
ayy ne qeseng nagil imis ama kas onunda kepenekler kimi rengli qanadlari olaydi milcek onu cox isteyirdi axi yenede axiri maraqli bitdi TATLIASKIMCILAR2016 tesekkurler
7 aprel 2015 21:36
# 13
EsmaNur
cox maraqli hekaye idi tesekkür
4 aprel 2015 02:02
# 12
SENSİZ
maraqli hekayedi tsk
4 aprel 2015 00:03
# 11
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
ruzgargulum
Maraqlı nağıldı sevə sevə oxudum təşəkkürlər canım.
3 aprel 2015 22:25
# 10
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
Qlamurr
Maraqlı nağıldı.
3 aprel 2015 22:21
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
leyla_258
maraqli nagildi.
3 aprel 2015 21:53
# 8
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Luna-90
Milcek en iyrendiyim heseratdi nu nagil maraqliydi .sekillerde olsa lap qeweng olardi
3 aprel 2015 20:43
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
aliceWOnDer
oxudum ve cox beyendim gozel ve maraqli hekayedi
3 aprel 2015 19:50
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
BARBI
Her zaman allahin verdiyi gozellikle kifayetlenmek lazimdir rebbim bilse bizi basqa cur yaradardi hemise rebbimin verdiklerine sukr etmek lazimdir
3 aprel 2015 19:47
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
my_angel
Çox gözel ve maraqlı hekayedir,her şeyin gözelliyini ferq etmeyi bacarmaliyiq
3 aprel 2015 18:55
# 4
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Catwoman666
nece de maraqli hekaye idi. coooox beyendim. xeberin muellifini de tesekkurumu bildirirem ki bele bir hekaye ile meni tanis etdi. burdan her kes ozu ucun bir netice cixara biler. men bir netice cixardim ki, insan gerek oz ozunu sevsin, ozune aid ne varsa beyenmek ve sevmek , qebullanmaq lazimdir. basqasinda olan mende yoxdur deye meyus olmaq lazim deyil!cunki mende olan da basqalarinda yoxdu. yeni bunun ucun sevinmeliyik)
3 aprel 2015 18:51
# 3
"All men must die, but we are not men"

Daenerys Targaryen
Fialka
Maraqlı hekayədi, hər şeydə bir gözəllik var yetərki görməsini bilək..
3 aprel 2015 18:51
# 2
vipbetul
gozel hekayedi
3 aprel 2015 18:48
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz