Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir payız günü...
Bir payız günü...
Göndərən: Nazlı_qız
Şərhlər: 16
Baxılıb: 946
Səs ver:
Payızın ortaları idi. Ağaclar sarı, qırmızı paltar geymişdi. Hava hələ də elə soyumamışdı. Günəş öz istiliyini yerdən hələ tam üzməmişdi. Amma bu sarıya bürünmüş payız günü kimi üçün adi bir gün kimi üçün isə bitib tükənməyəcək qədər uzun görünürdü.
Yaxınlıqda görünən şadlıq evinin qabağında maşınlar dayanmışdı. Qapının ağzında dayanan adamlar ev yiyəsinə bənzəyirdilər, yəni məclisin sahibi idilər. Gələnləri gülərüzlə qarşılayıb, içəri dəvət edirdilər. Gələnlər də hərə öz yerinə keçib məclisi seyr edir, aram-aram söhbət edirdilər. Məclis böyük toy deyildi. Kiçik toy idi, sünnət mərasimi idi. Şadlıq evi olduqca gözəl bəzədilmişdi. Süfrəyə müxtəlif dadlı yeməklər, şirələr qoyulmuşdu. Gözəl Azərbaycan mahnıları çalınır, kimi rəqs edir, kimi də həzin musiqiyə qulaq asır, kimlərsə də yeyib içməklərində idilər. Bu məclisdə dünyanın gərdişindən xəbəri olmayan körpələr də vardı. Onlar da böyük adamlar kimi sakitcə oturub məclisi seyr edirdilər. Lakin bu uşaqların arasında iki körpə var idi ki, onlar bir başqa idilər. Onlar atılmışlar idi. Doğmaca anaları tərəfindən atılmış iki məsum, şirin bala. Oğlanın iki, qızın bir yaşı vardı. Təəccüblüdür, deyilmi? Yoxsa həyatımızda o qədər belə şeylər baş verib ki, artıq adi bir hal kimi gəlir sizə? Yox, inanmıram ki, belə bir hal bizim üçün adi gəlsin. Nə qədər belə hallara tez-tez rast gəlinsə də, mənə elə gəlir ki, bu adi görünməz heç kəsə. Bu kiminsə həyatının ağır zərbəsi, kiminsə həyatının tamamən yenidən yazılması deməkdir. Özü də hansı üzünə, onu bir Allah bilir.
Onlar ata, nənə, baba, bibi qucağnda idilər. Əzizlənirdilər, sevilirdilər. Lakin bu sevgidolu həyatlarında gözlərində qəribə bir nigarançılq var idi. Bu iki məsum körpə gözləri kimi isə axtarırdı. Onlar "anasını” axtarırdılar. Əgər ona "ana” demək mümkündürsə. Onlar dünyadan heç nə istəmirdilər, yalnız ana sevgiləri çatışmırdı. O sevgi ki, onları da hər şeydən əmin-arxayın edərdi, qayğısız edərdi. Onları doğmaca anaları bu sevgidən məhrum etmişdi.
Körpəcə qız balaca əllərini qabağa uzatmışdı. Kimi isə istəyirdi, ona can atırdı. Bu, onun atası idi. Qara qalın qaşlarının altından baxan qonur gözlərində nə yox idi ki bu atanın?! Hüzn, kədər, iztirab, həsrət. Lakin o öz kədərini yalançı bir təbbəssümün arxasında gizlətmişdi. Balalarına təbəssümlə baxırdı. Onlara qayğıyla, sevgiylə yanaşırdı. Onlardan kədərini, qəmini gizlədirdi. Sınmış qürurunu gizlədirdi. Məclis əhli bu məsələdən hali idi. Ona görə də hamı bu mənzərəni ürək ağrısı ilə seyr edirdi.İki ay öncə bu körpələrin anasının qəlbinə bir şeytan girmişdi. Onu yolundan, evindən, etmək istəyirdi. Balalarından ayırmaq istəyirdi. İnternet vasitəsilə tanış olmuşdular. Qəlbi şeytan yuvasına dönmüş qadın balalarından, bu körpə fidanlardan üz döndərdi. Şeytanın göstərdiy yol ona doğru gəldi. İsti yuvası, həyat yoldaşının qazandığı halal çörəyi, qayınata-qayınanasının qayğısı onun gözündən düşdü bir anda. Evli bir kişiyə qoşulub qaçdı evdən. Gələcəyini, övladlarının gələcəyini, ondan sonra alovlara bürünəcək o ürəyi düşünmədən çıxıb getdi...
Gənc ata, analarının qucağında qayğısız oturan körpələrə, rəqs meydançasında rəqs edən çütlüklərə baxıb köks ötürürdü. Beynində səslənən "niyə?” kəlməsi susmaq bilmirdi. Onun varlığını, beynini bir gəmirici heyvan kimi gəmirirdi .
O, musiqiçilərə bir mahnı sifariş verdi. Mügənni oxuyurdu:

Dərdini çəkdim yaman, nazını çəkmək çətin,
Sənsiz necə olacaq sonu bu məhəbbətin?


Şərhlər: 16
Baxılıb: 946
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
ureyim agridi oxuduqca belede vicdan sizliqmi olar
3 aprel 2015 00:55
# 16
leyla_258
bu nece de bir vicdansizliqdi,hec ana ovladini atarmi,agiza almasi bile bir tehlukedi.
2 aprel 2015 18:44
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Nazan
beyendim
31 mart 2015 00:19
# 14
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ece uslu
tesirli hekayedi bele qadinlara nifret edirem
30 mart 2015 23:58
# 13
SENSİZ
tesirli hekayedi
30 mart 2015 23:53
# 12
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
vipbetul
bu il bu cur hal cox oldu,ALlah her kesi seytanin hiyleinden qoruyub axil versin
30 mart 2015 23:19
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
SEVGI DENIZIM
Dərdini çəkdim yaman, nazını çəkmək çətin,
Sənsiz necə olacaq sonu bu məhəbbətin?


super cox beyendim
30 mart 2015 20:57
# 10
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Nergizz
tesirli idi,bir ana nece ovladini ata biler?niye ana sozune leke getrirler beleleri?ama ne yaziqki indi beleleri coxalib
30 mart 2015 20:51
# 9
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
lelos
Ana sevgisi her bir zaman lazimdi eger helelerine ana demek mumkunse
30 mart 2015 20:46
# 8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Heqiqeten cox tesirlendim necede insafsiz valideynler var usaqlarini dusunmeden kuceye atirlar dogmaq asandir analiq etmek cetindir . Bele analara cox ayib olsun zavalli korpelerin mesum korpelerin gunahi nedir onlari isti aile seraitinden ana qucaginnan mehrum edib kimsesiz usaqlarin oldugu eve getirirler , hec dusunurlerniki bu usagin psixologiyasi pozular hec derk edirlermi bu usaqlar saglam ferd olmur her zaman ozlerini eksik hiss edirler camiyyet ucun yararsiz hiss edirler . Ona gore usagini atan analar her zaman bir daha dusunsun erini yuvasini ovladini qoyub hansisa yad kisiye qacmasin . O kimsesiz damgasini yemek ne qeder agir bir derddir hec bunu dusunurlermi
30 mart 2015 20:44
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aliceWOnDer
Derdini cəkdim yaman
30 mart 2015 20:26
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
rəmsə
Çox təsirli hekayə idi,ataya və uşaqlara yazıqlığım gəldi.Ana isə həqiqətən hekayədə qeyd olunduğu kimi şeytanın göstərdiyi yol ilə gedib...

Ancaq atanın sifariş verdiyi mahnını heç sevmədim,arvad onu atıb 2 uşaqnan,ata hələdə hansı məhəbbəti fikirləşir mən bilmirəm.
30 mart 2015 20:25
# 5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
tek umidim sen
Dərdini çəkdim yaman, nazını çəkmək çətin,
Sənsiz necə olacaq sonu bu məhəbbətin?

Cox beyendim metni..Tesekkurler!
30 mart 2015 20:23
# 4
Kadın derin ama adam yüzme bilmiyor...
efsane..
cox acinacaqli haldi yaziq usaqlar bezi qadinlar nece bele insafsizliq exlaqdan kenar hereketler edir anlamiram
30 mart 2015 20:11
# 3
Qlamurr
Son vaxtlar cəmiyyətimizdə baş verən aktual problemə toxunulub.Ancaq belə qadınlar bu günü düşünürlər,gələcəyi deyil,çünki bu gün uşaqlarını,yoldaşını,evini,düzənini ən əsası namusunu,qeyrətini,vicdanınl itirən "qadın" ,qoşulub getdiyin adam da səni atacaq,pul üçün,zövq üçün bu yolu seçən qadın,ititən sən olacaqsan,uşağın da böyüyəcək,yoldaşın da yaşıyacaq,ancaq sən ölü canlı olacaqsan,həm cəmiyyətdə adın ləkəli gəzəcəksən,ən pisi də odur ki,atdığın bu addım gələcəkdə günahsız övladlarının qarşısında körpü olacaqsan.Odur ki,hər addımında düşün,ana dediyin özünü unudur,körpəsi onunçün daha vacib olur.Qoyub getdiyin travmaları düşün.Bu yazını oxuyan zəif xislətli qadınlar bəlkə dərs götürər.
30 mart 2015 19:33
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Bu cür naxələflik edən birisinə nə qadın adı vermək olar axı, onun sadəcə adı anadı hansı ki, bu ada layiq olmayan, getməklə qazanan sanır özünü əslində itirən o olur hər şeyini insaniyyətini, övladlarını. namusunu bunlarsız yaşamaq olarmı əlbətdə olmaz Allah heç bir ailəyə bu cür faicə göstərməsin Amin.
30 mart 2015 18:41
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz