Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Son çarə
Son çarə
Göndərən: Wiyinka
Şərhlər: 16
Baxılıb: 897
Səs ver:
Artıq dörd ilə yaxın zaman keçsə də toylarından, isti ocaqları uşaq səsinə, Qönçənin qucağı körpə qundağına, İlqarın qulağı "ata" sözünə həsrət qalmışdı. Bir-birinə bəlli etməməyə çalışırdılar, amma, hər ikisinin çöhrəsindən kədər əksilmirdi. Getmədikləri həkim, dolanmadıqları ziyarətgah bəlkə də qalmamışdı Azərbaycanda, amma təqdir Allahın, övaldları olmurdu. Nə vaxtsa üzlərinin güləcəyinə ikisi də inanırdı. Dillərindən dualarını əksik etmirdilər.

Bir gün həkimlər Qönçəni, o da İlqarı müjdələdi. Kənd yerində hər xəbər tez yayılar, tez eşidilər. Bütün yaxınları, bütün sevənləri də sevindi bu xoş xəbərə. Qönçə uşaq gözləyirdi. Sayılı günlər tez keçər deyiblər. Elə də oldu.

Artıq evlərinin sevinci, ürəklərinin ümüdü, ana - atasının birdənəsi Qönçənin qucağında idi. Ad qoyarkən çox düşünmədilər, Arzu oldu qızların adı.

Arzu hələ qundaqdaydı. Xoş şeylər danışılmırdı kənd içində. Hər kəs narahat olmağa başlamışdı sabahları üçün.

Və "o gecə"... 25 fevral gecəsi... Kaş olmasaydı Azərbaycan üçün 26 fevral səhəri. Təqvimdə birbaşa 24-dən, 27-ə keçilsəydi... Yaşanmasaydı... Amma kaşkilər olanları düzəltmir ki... Amma kaşkilər acıları unutdurmur ki... İl 1992. 25 fevral. Gecəykən anidən basqın etdilər. Onsuz da nə zaman bəla gəlmədən öncə gəlirəm deyir ki...

Lənətlər, acımasızlar, vicdansızlar...Elə edərlərmi? Harda yazılmışdı, nə zaman görülmüşdü beləsinə qansızlıq? Bu qədərini bəşər eşitməmişdi daha öncəsində...

Kənd əhli yataqlarından fəryad səsləriylə qalxdı. Nə baş verdiyini anlamağa fürsətləri belə olmadı. Hər kəs bir-birinə qarışmışdı. Şüursuzca qaçmağa çalışırdılar. İlqarın ailəsi də. Qönçə ətrafına baxanda xəstə anasının qaçmasına köməklik göstərən İlqarı görə bilmədi. Arxaya qayıtmaq istəsə də insan seli onu da sürüklədi bilinməzliklərə doğru. Hara qaçırdılar, niyə qaçırdılar bilmirdilər. Onsuz da qarşılarına çıxanları ucdan tutma qırırdılar vəhşilər. Yaşlı, qadın, uşaq demədən. Bir neçə dəqiqə sonra sağ qalıb, qalmamağı təxmin etmək mümkünsüzdü. Ancaq qaçırdılar. Meşəyə doğru. Orda gizlənmək ümüdüylə... Sağ qalmaq ümüdüylə... Bir az artıq yaşamaq ümüdüylə... Qışın soyuğunda... Çırıl çılpaq... Yorğundular... bitgindilər... Çarəsiz, köməksizdilər... Qafil yaxalanmışdılar. Meşəyə daldalansalar da, silah səsləri, lənətlərin bağırtıları çox yaxınlıqlarından gəlirdi. Nəfəslərini belə qorxaraq alırdılar. Kiçik bir səs onları rahatlıqla ələ verəcəkdi.

Bu səssizliyi anasının qucağında hər şeydən xəbəriz yatan körpənin qiyyəsi pozdu. Ağlayırdı. Sanki olanlardan xəbərsiz olanlara ağlayırdı. Sanki hər kəsin inadına ordakıların etmək istəyib, edə bilmədiklərini edirdi. Sanki fərqindəydi. O da fərqli ağlayırdı. Yoxsa onlaramı elə gəlirdi. Artıq düşünə də bilmirdilər. Ancaq o an hər kəsin ağlında bir fikir vardı. Səsi eşidib gələcəklər. Bütün baxışların tək adresi vardı - Qönçə və Arzu. Qönçə narahatdı. Nəsə eləməliydi. Bir uşaq üçün hər kəs ölməli deyildi. Çox düşünmədi. Onsuz da bunun üçün zamanı da yox idi. Qızının səsini kəsməliydi. Arzuysa inadla sanki, sakitləşmək bilmirdi. Qönçə özünü itirmişdi. Var gücüylə balasının ağzını bağladı. Hər kəsin ağlında Qönçə havalandı fikri vardı. Artıq onlar üçün hər şey anlamını itirmişdi. Yaşamaq belə. Qısa zamanda səs kəsildi. Qönçə körpəsini sinəsinə sıxıb hərəkətsiz qalmışdı. Heç nə, heç kəs gözünə görünmürdü. Elə bil sadəcə Arzunun cansız bədəni və özü vardı orada.

Sonradan öyrənəcəkdi hamısı, əslində qədim Xocalının belinin tamamən büküldüyünü o gecə. Hayqırdığını, amma, fəryadını kimsənin eşitmədiyini. Bağrına su yerinə nə qədər qan axıtıldığını...

İnsan acını həqiqətən ürəyinin dərinliyində yaşayanda, tam ifadə edə bilmir düşündüklərini. Sanki sözlər düyümlənir boğazında. Və... necə yazırsan, yaz yetərsiz qaldığını görürsən cümlələrin, çəkdiyin izdirabın, yaşadığın çarəsizliyin qarşısında...

Ertəsi gün yaxınlıqdakı kəndə özlərini çatdıra bilmişdilər. Qönçəysə ətrafında baş verənlərə biganəydi. Elə bil yuxu görürdü. Hə, yaşadıqları bir kabus olmalıydı. İndi oyanacaqdı. İlqarı işə yola salacaqdı. Qızını əzizləyəcəkdi. Sonra gündəlik işlərini görməyə başlayacaqdı... Onda niyə oyanmırdı. Nə bitməz kabusmuş bu...

Sinəsindən bir an belə ayırmadığı körpəsinin cəsədinə baxdı. Qundağı yanına qoydu. Üzünü açmağa cəsarət etmədi. Sanki yeni - yeni dərk edirdi hadisələri. O niyə həyatdaydı? O niyə nəfəs alırdı, balası yaxınlığında nəfəssiz yatarkən. Onu geri gətirə bilməyəcəkdi, amma özü onun yanına gedə bilərdi - fikirləşdi. Başından örtüsünü açıb, boynuna doladı. Amma bir uşaq səsi qulaqlarında çınladı anidən. Qeyri iradi başını qundağa doğru çevirdi. Yox, ola bilməzdi...Bu imkansızdı. Necə axı... Arzu yenə ağlayırdı. Qönçə o an ürəyi dayanacaq zənn elədi. Yoxsa həqiqətən dəli olmuşdumu... Özü də ağlamağa başladı. Səsə yaxınlıqdakılar da gələndə, onlar da heyrətlərini gizlədə bilmədi. Bu möcüzəydi. Allahın möcüzəsi! Başqa nə ad vermək olardı Arzunun həyatda qalmasına.

Sonradan ana-qız Bakıda məskunlaşdılar. Qönçə İlqarın şəhit olduğunu öyrəndi.İndi ikinci dəfə qovuşduğu qızına dörd əllə sarılıb. Arzuysa 20 yaşındadır. Hələ də 20 ildir, bir dəfə belə görmədiyi Vətəninə qovuşacağı günü gözləyir..

Yalnız omu?


Şərhlər: 16
Baxılıb: 897
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
tek umidim sen
Bunun filminde cekibleree...
9 aprel 2015 20:10
# 16
Kadın derin ama adam yüzme bilmiyor...
leyla_258
Və "o gecə"... 25 fevral gecəsi... Kaş olmasaydı Azərbaycan üçün 26 fevral səhəri. Təqvimdə birbaşa 24-dən, 27-ə keçilsəydi... Yaşanmasaydı... Amma kaşkilər olanları düzəltmir ki... Amma kaşkilər acıları unutdurmur ki... İl 1992. 25 fevral. Gecəykən anidən basqın etdilər. Onsuz da nə zaman bəla gəlmədən öncə gəlirəm deyir ki...

Və "o gecə"... 25 fevral gecəsi... Kaş olmasaydı Azərbaycan üçün 26 fevral səhəri. Təqvimdə birbaşa 24-dən, 27-ə keçilsəydi... Yaşanmasaydı... Amma kaşkilər olanları düzəltmir ki... Amma kaşkilər acıları unutdurmur ki... İl 1992. 25 fevral. Gecəykən anidən basqın etdilər. Onsuz da nə zaman bəla gəlmədən öncə gəlirəm deyir ki...
2 aprel 2015 18:16
# 15
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Antikvar
Cox tesir etdi hekaye mene.Sonda yazildigi kimi
(Yalniz omu?)Yalniz bir nefer deyil o torpaqlarinin arzusunda minlerle insanlar var amma nece ne zaman bu istekleri reallasacaq bax bunu bilmek cox cetin..
1 aprel 2015 14:39
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
efsane..
dehsetli bir felaketin icinde olan xosbextlik cox tesirli idi agladim Allah bele musibetleri xalqimizdan uzaq elesin
1 aprel 2015 10:35
# 13
vipbetul
bir terefden dehsetli diger terefdense balaca qizciqazin saq qalmasina sevinmeli,bu hekayede her sey var insani fikirlesdiresei her sey,Allah biz Azeri xalqina sebr vermesin artiq ne yolla olursa olsun bu dushmandan bir an once oz qisasimizi insanlarin ah-nalelerini yerde qoymayaq insallah
1 aprel 2015 02:38
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nazan
Yalnız omu?
18
31 mart 2015 23:16
# 11
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Turkan Abbasova
O qeder agladimki. Yaxsi ki sonu yaxsi qurtardi. Indi telefonun ekranini yaxsi gormurem goz yaslarimdan. Allah sehidlerimizi cennetlik etsin
31 mart 2015 23:02
# 10
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
aliceWOnDer
Hisslərimi anlata bilməyəcək qədər bəyəndim..
31 mart 2015 21:41
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
ayan97
Hekaye cox tesirli idi yazmaga soz tapmiram.
31 mart 2015 19:51
# 8
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
lelos
Tesirli hekayedi oxuyarken gozyaslarimi saxlaya bilmedim.Beli bu Allahin mocuzesidi .Allah xain dusmenlenlerimize lenet elesin.Allah butun sehidlerimize rehmet etsin.
31 mart 2015 19:22
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Catwoman666
yalniz o deyil. basqalari da var o gunu gozleyen....hekaye ise tesirlidir...
31 mart 2015 19:00
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Tesirli bir hekaye oldu.inan ki aglayaraq oxudum.Allahin mocuzesi coxdur burda onlardan biridir.tewekkur
31 mart 2015 18:52
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
aziz a
Beli olub bele bir hadise, men verlislerdede baxmisam buna.Allah boyukdu, onun merhemti, rehmi boyukdu.
Yeri gelmisken bu gun 31 MART Azerbaycanlilarin soyqrimi gunudur..Ta evvelden xalqimiza , torpaqlarimiza qenim kesilen menfur dusmenlerimiz ele bir qeddarliqla , vehsilikler toretmislerki, dille deyilmesi mumkun.olmayan isgengecler, eclafliqlar edibler..Bu gun hemin gunden 97 il otur.....Allahin izniyle torpaqlarimizi geri alaraq i vaxtki ve indiki sehidletlerimizin qanini alariq.Amin InsALLAH.....
31 mart 2015 18:50
# 4
Qelbim doludu !!!!
Glamurka Nemiska
Bize qarwi olunan bu facie yerde qalmiyacaq Allah her weyi gorur axiretde cavablarini alacaqlar soysuz ermenistan!!!


Hekaye cox tesirli idi Allah heckime gostermesin!
31 mart 2015 18:44
# 3
#Narminintheskywithdiamonds
Fialka
Çox təsirli bir həyat hekayəsidi bu soyqrımları edənləri Allah cəzasız buraxmaz bəlkə bir gün onlar öz torpaqlarına qayıdacaqlar və neçə Arzular, Qönçələr bununla bir təsəlli tapacaqlar, Allah soyqırımda şəhid olan həmvətənlilərimizə rəhmət eləsin Amin.
31 mart 2015 18:43
# 2
BARBI
Tesirli hekayeydi qeribe hisler kecirdim heqiqetende usagi allah qoruyub. Bu esl allshin mocuzesidir .
31 mart 2015 18:39
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz