Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kimsənin etdiyi yanında qalmaz - Rəvayət
Kimsənin etdiyi yanında qalmaz - Rəvayət
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 13
Baxılıb: 1101
Səs ver:
Abbasi xəlifələrinin beşinci xəlifəsi Harun Əl Rəşid bir gün baxçasında bir gülü bəyənərək bağbanına əmr edir ki, o gülə xüsusi olaraq qulluq etsin və qorusun. Bağban da elə həmin gündən o gülün üstündə əsməyə başlayır. Günlərin birində səhər tezdən bağban bağçaya gələndə görür ki, bir bülbül həmin gülün bütün ləçəklərini qopardıb yerə töküb. Bağban başı alovlu tez xəlifənin yanına qaçaraq bu xəbəri ona çatdırır.
Xəlifə səbrlə deyir:
- Üzülmə bağban üzülmə. Bülbülün etdiyi yanında qalmaz.
Bir müddət keçəndən sonra bağban bağçada gəzərkən görür ki, bir ilan həmin yarpaqları tökən bülbülü udur. Tez xəlifənin yanına qaçaraq deyir ki, ya xəlifə baxçada bir ilan həmin bülbülü udub yedi.
Xəlifə yenədə aramla deyir:
- Üzülmə bağban üzülmə. İlanın etdiyi yanında qalmaz.
Yenədə bir müddət keçir, bağban baxçanı belləyirdi. Birdən bel həmin bülbülü udub yeyən ilanın başını üzüb öldürür. Bağban sevinərək xəlifənin yanına qaçaraq bu xəbəri xəlifəyə bildirir.
Xəlifə yenədə deyir:
- Gözlə bağban gözlə. Sənində etdiyin sənin yanında qalmaz.
Bir müddət keçir, vaxt gəlir bağban böyük bir xəta işləyir və saray qulluqçuları onu tutub xəlifənin yanına gətirirlər. Xəlifə əmr edir ki, onu zindana atsınlar. Bu zaman bağban dillənərək deyir:
- Sultanım, bülbülün etdiyi yanında qalma dediniz, onu ilan uddu. İlanın da etdiyi yanında qalmaz dediniz, ilanı da mən öldürdüm. Mənə də dediniz ki, sənində etdiyin yanında qalmaz indi məni də zindana atırsınız. İndi elə düşünürsünüz ki, sizin etdiyiniz sizin yanınızda qalacaq? İndi siz mənə rəhm edin ki, sizə də rəhm etsinlər.
Xəlifə fikirləşərək deyir:
-Bu bağban düz deyir, bunu azad buraxın, getsin güllərini sulasın. Saray qulluqçuları xəlifəyə deyir ki, Ya xəlifə indi bunun etdiyi bunun yanındamı qalacaq?

Xəlifə deyir:
- Yox bu elə düşünür ki, bunun etdiyi yanında qalacaq, amma belə deyil. Bu dünyada cəzasını almayan, mütləq cəzasını axirətdə alacaqdır! Amma qafil insanlar elə düşünürlər ki, onların etdikləri onların yanında qaldı və onlar nə istəsələr edə bilərlər.
Heç şübhəniz olmasın ki, kimsənin etdiyi pis əməl cəzasız qalacaq. Rəhmli və Ədalətli olan O böyük Allah-Təala mütləq məzlumun haqqını zalımıdan alacaqdır. İstər bu dünyada, istərsədə qiyamətədə mütləq ədalət bərpa olunacaqdır. İnşallah!


Şərhlər: 13
Baxılıb: 1101
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
Maraqli bir o qederde ders alinacaq hekaye idi.Kimsenin etdiyi yanina qalmaz heleki pis niyyetle edirse de yaxsi niyyetle de edilirsen yaxisilq eden yaxsiliginin qarsiligini alacaq, pislik eden de pisliyinin. Allah boyukdur. Tesekkurler. Maraqla oxudum
24 mart 2015 00:26
# 13
Gultekin.A
maraqliydi.duzdu kimsenin etdiyi yanina kalmaz!
23 mart 2015 18:05
# 12
..
ayan97
Oxudum cox gozel ibretemiz hekayedir. Kimsenin etdiyu yanina kalmaz duz dur
23 mart 2015 11:08
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
leyla_258
minsenin etdiyi yanina qalmaz,heqiqeten de duz deyibler,gun geler dovran doner.
23 mart 2015 00:55
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
SENSİZ
nece deyerler '' ne tokersen asina o cexar qasiqina ''
23 mart 2015 00:17
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
aziz a
Allah teala emellerimizin emeli saleh olmasinda bize yardimci olsun, bizi sehv edib ,gunah qazanmaqdan qorusun, Amin........
22 mart 2015 23:35
# 8
Qelbim doludu !!!!
Madina
Etdiyimiz her emelin bedelini mutleq odeyeceyik.
22 mart 2015 22:03
# 7
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
FISTIK
Maraqli ve ibratamiz revaetdi..
22 mart 2015 21:49
# 6
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
vipbetul
cox gozel ibretli hekayedi
22 mart 2015 20:14
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bu dunyada edilen pislikler hec vaxt cavabsiz qalmaz mutleq axiretde de olsa cezasini tapacaq.
22 mart 2015 19:21
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GünƏşimƏ_AiD_
he ela idi.heqiqetdi.bu hec kesin ahi hec kesde qalmaz.Allah qorusun hammizi
22 mart 2015 19:08
# 3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Fialka
İlahi ədalət deyilən bir şey var nə edərsən qarşılığını alarsan istər yaxşı, istərsədə pis yəni etmə, bulma dünyasıdır və qeyd olunduğu kimi qafil insanlar elə bilirki etdikləri yanlarına qalır, böyük səf edirlər axirətdə onların cəzası veriləcək..
22 mart 2015 18:42
# 2
Nezka
nə əkərsən onu da biçərsən
22 mart 2015 18:34
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz