Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanət edilən də qadındı, etdirən də...
Xəyanət edilən də qadındı, etdirən də...
Göndərən: Qlamurr
Şərhlər: 17
Baxılıb: 1284
Səs ver:
Bilmirəm hardan başlayım, necə başlayım. Amma bir yerdən başlamaq gərək... Fikirlərimi , hisslərimi bölüşmək yəqin ki, emosiyalarımı bir az da olsa azaldar.

***Bİr çoxlarımız şəxsi avtomobildən istidafə etsə də, ictimai nəqliyyatdan da istifadə edənlərimiz də az deyil... Hərçənd bu heç də adama xoş gəlmir.. Evə gələnə kimi saatlarla tixacda qalmaq, hər dayanacaqda " Düşən var mı?” sualı... 40 dəqiqəlik yolu yorğun iş günündən sonra 1 saat 40 dəqiqəyə çatmaq Bu nəqliyatdan danişsam çox uzun çəkər... Sizə söyləmək istədiyim tamam başqa mövzudu...***

Amma bu nəqliyyatın maraqlı tərəfləri də var... Həyəcanlı, macəralı, maraqlı əhvalatlar.. Çox vaxt bu hadisələrlə rastlaşsam da yazmırdım, ancaq bu dəfə düşündüklərimi yazmaq qərarına gəldim...İstəmədən daha doğrusunu desək , qadın marağı məni arxa oturacaqda əyləşən xanımın telefon danışına qulaq müsafiri etdi. Əslində bu söhbətə mən deyil, həmin vaxt marsrtda əyləşən hamı müsafir olmuşdu. O qədər "sakit " danışırdı ki, eşitməmək və dinləməmək mümkün deyildi... Keçək əsas mətləbə.. Söhbəti olduğu kimi yazıram:
Xanımın (hələki xanım deyirəm) telefonuna zəng gəlir. " Ay can” deyə cavab verir. Sağ ol yaxşıyam sən necəsən, doroqoy?
Oğlanın nə dediklərini eşitməsəm də o da nəsə nazlanırdı...
Qız- Noqa bolyat...(((((naz da nə naz, səsini o qədər əzib büzdu ki...
Oğlan -.....
Qız – masaj edərsən də ayaqlarımı
Oğlan -...
Qız – Guya heç vaxt etməmisən? Guya yoldaşının da ayağını masaj etməmisən? ( Bu ana kimi hər ikisinin sərbəst yəni subay olduğunu düşünürdüm )
Oğlan - ...
Qız – Heç hamilə olanda da masaj etməmisən ?
Bu an sanki mənə xəyanət olurmuş kimi hiss etdim özümü.
Oğlan -...
Qız da gülməyə başlayır."Hə mən olsam kaprizlərimlə başına oyun açmışdım... O anı çox gözləyirəm... Mən hamilə olum , sən də mənə diqqət edəsən. MƏn deyirəm heç kim mənə inanmır, deyirlər uşağın yoxdur, ona görə elə düşünürsən... Amma vallah mənim üçün önəmli uşaq deyil yanımdakı kişidi... Sənin mənə vnimatelni olmağın hər şeyə dəyər... Başına oyun açaram eee sənin” Yenə də gülür...***
Mən hələ də eşitdiklərimdən şokdayam... Hələ bu harasıdı ki, eşitdikcə siz də çox təəssüf edəcəksiz... Evli sevgilisnin 2 oğlununun da hal- əhvalını soruşur. Soruşa bilərsiz mən hardan bildim ? Danışıq əsnasında hətta adlarına, yaşlarına qədər hamısını elan edirdi... Həm elə soruşurdu ki, sanki sevgilisinin deyil, qardaşının uşaqlarını soruşurdu... Bu "kişi” də bunu indi çox istəməyib neyləsin?! Hər dediyinə can deyir, baş üstə deyir... Diqqət istəyir diqqəti də bu " xanım”a verir də. Bəs yaxşı Evdəki yazıq da diqqət görməyəndən sonra deyinməyəcək, əlbəttə deyinəcək. Adı da olacaq ki, qadın deyindi , kişi xəyanət etdi. Axı bu qadın başı xarab deyil ki, durduğu yerdə deyinsin..***

Xülasə davam edək... Qız hələliyləşdi "evli sevgilisiylə”... Həmin an o biri sevgilisinə zəng etdi... Axı 30 dəqiqədən çoxdu o biri sevgilisiylə danışırdı... Yerini , nə bilim başına gələnləri buna da hesabat etdi... Amma bunla soyuq danışırdı bir az... Nə isə 10 dəqiqə də ikinci sevgilisi ilə danışıb öpüb sağollaşırdı ki, telefonuna birinci sevgilisi zəng etdi...

Oğlan -...
Qız – Mamamla danışırdım...
Oğlan -...
Qız – Sən inanmırsan mənə ? Düpdədüz mamamla danışırdım.
2 saniyədə qəşəng nağıl uydurub söylədi peysər sevgilisinə..

Hə yeri gəlmişkən, qızın öz maşını da var imiş.. Tıxac olduğuna görə nəqliyatdan istifadə edib.
Artıq bu "xanım”ın daxili aləmi mənə bəlli idi... İndi onun xarici görünüşüvə geyimi məni çox maraqlandırırdı. Nə də Çevrilib baxmaq mənə yaraşmazdı...
Nəhayət qız iş yerinə çatırdı. Məndən əvvəl düşdü... Elə necə təsəvvür etmişdimsə elə də oldu.. Daxili,xarici,geyimi tam bir-birini tamamlayırdı...***
Bayaqdan yazıram , heç bu qədər uzun yazdığımın fərqinə varmamışdım... Uzun olsa da məni maraqlandıran, düşündürən bəzi məqamlar var... Bəzən kişilər deyirlər ki, "Kişilər qadınlara xəyanət etmir ! Onları qadınlar yoldan çıxarır ! Si zəgər həmrəysinizsə bir-birinizə bu iztirabı yaşatmayın !” Həqiqətən də mi, bu belədir? Biz qadınlar özümüz özümüzə edirik... Kişilər bizə biz qadınlarla xəyanət edir... Amma niyə ? Səbəb ? Sən özün əldə edə bilmədiyini, başqasının qismətini nail olduğunu nədən dağıdasan ki? Yuva üstünə yuva qura bilmərsən ! Sənin kimi " xanım”lardan birini,beşini yox, on beşini fırladacaq bax elə həmin bu "kişi”lər... Bəli "kişi”lər... Çünki KİŞİ dediyin kəs özgə qadına göz dikməz... ÖZ qadınına da göz dikdirməz !!!***
Bu mövzunu yazmaqla bitməz... Sizin də düşüncəniz maraqlı olduğu üçün fikrimi tamamlayıb,
Sonda Həm "Kişi”lərə , həm də "xanım”lara 2 cümlə demək istəyirəm...
"Kişi”lər, özünüzü elə də qoçaq hesab etməyin, sanmayın ki, fırlatdığınız qadınlar ağıllı qadınlardı
"Xanım”lar, siz ilk öncə namussunuz, gələcəyin anasısınız... Qulağınızdan daha 7-ci deşiyi açıb sırğa edin, Qadın ləyaqətiniz hər şeydən önəmlidi !!!


Şərhlər: 17
Baxılıb: 1284
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Hecne basa dusmedim
23 mart 2015 22:45
# 17
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Ayten666
Bax men dediklerimdi ele.seher bu haqda serh yazmisdim.qadinin evini yixan ele qadinlardi.etmeyek ama demekle deyil eden edir.her seviyyede insan var kafelerde kisiden cox qadin olur neyse ele movzuydu tesekkur.burda oldugum muddetde birinci defe idiki bele maraqla xeber oxudum
23 mart 2015 22:24
# 16
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Catwoman666
düzdür qadın ləyaqəti hər şeydən önəmlidi....təmiz namusunu çirklədənləri mən heç insan da adlandırmıram 25

белəлəринин цəзасıнı Аллах верəцəк
23 mart 2015 21:47
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
lelos
yenede xeyanet oxudum ve cox eseblesdim elelerine kişi sözü yaraşmir..kül o qadinin başina ki özünü o qeder eskik tutur özünü o qeder alçaldir. o qadini ne vereler mene akk dv
23 mart 2015 21:43
# 14
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
vipbetul
bu da evlı kısı hele ıkı usaqıda var abırsız oz aılesını xanımını qorumaqdan vaxtını pulunu sevgısını hormetını onlara gorsetmekdense nece kısını fırlayıbda kısılerı ele. salıb ısdedıyı kımı oynadan qadınlarla gezır evlerınde namuslu exlaqlı xanımlarını gor nece aldadırlare goresen onların uzune nege baxırlar aılesıne nege danısa bılırlerkı ele belencıy kısıycın bele qadın yaxsıdı kul sızun kısı basuza bunlara kısıde deyıl qeyretsız kıshıcıkler deyılır

23 mart 2015 21:33
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sia
Sonda Həm "Kişi”lərə , həm də "xanım”lara 2 cümlə demək istəyirəm...
"Kişi”lər, özünüzü elə də qoçaq hesab etməyin, sanmayın ki, fırlatdığınız qadınlar ağıllı qadınlardı
"Xanım”lar, siz ilk öncə namussunuz, gələcəyin anasısınız... Qulağınızdan daha 7-ci deşiyi açıb sırğa edin, Qadın ləyaqətiniz hər şeydən önəmlidi !!!
cox duzgun ve heqiqetler dolusu
23 mart 2015 21:08
# 12
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
aziz a
Namusu ite atsan it yemez,,,,
Namus,basqa bir seydi.
23 mart 2015 20:49
# 11
Qelbim doludu !!!!
pessimist girl
bu mene en cox tesir eden bir movzu oldu cunki bu yaxinlarda xeyanete ugradim..cox sevdiyim,ozumden de cox guvendiyim heyat yoldasimin basqa bir "qadinla" elaqesi oldugunu oyrendim ve bununla da butun dunyam dagildi.etiraf etdi ki,1 defe yanina gedib acigi onun bu etirafina inanmadim.cunki 1 defe "elaqesi" olan insanla heckim danismaz.ve kulli miqdarda da pul verdiyini oyrendim.en iyrenci de odur ki,men o "qadina" zeng eledim ve menden 1ci sozu o oldu ki-senin erin kimdi?.....2ci sozu de o oldu ki-"yaxsi gelinin eri qiraqda gozu gezmez".inanin o sonuncu cumle mene o qeder tesir eledi ki,men qurudum qaldim,nitqim tutuldu...ve o gunden o soz yadimdan cixmir..whatsapp.da weklini gondermisdi inanin en cox mene tesir eliyen onun eybecerliyi oldu ve menim dirnagim bele ola bilmeyecek bir qadinla aldadilmagim meni cooox sarsitdi.ve o "xanimin " da altinda hunday variydi.yoldasim da adini telefonuna hunday yazmisdi...neye gore bax onu bilmirem.......
23 mart 2015 20:34
# 10
Allahima sukur meni qizima qovusdurdu...cox xosbextem..
Qlamurr
Kişi elə bir varlıqdır ki,xəyanət onun xislətində var,düzdü biz qadınlar qadın olduğumuz üçün kişilərin qadın görəndə hansı hisslər keçirdiyini başa düşə bilmirik,dediyim ki kişilər qadınlara qarşı çox zəifdirlər,bizdə sadəcə onları qınıyırıq,düzdü əsl kişi yad qadınlara da öz anası,bacısı kimi baxmalıdır,ancaq təəssüf ki,zəif xislətli kişi bu nəfsiylə bacarmır,həm qadınına xəyanət edir,həm də başqasının namusuna əl uzatmış olur,ancaq qadın dediyin varlığın evli insanın ailəsini dağıtmağına,öz qadın mənliyini alçaltmasını həzm edə bilmirəm.Bir qadın bu qədərmi ləyaqətsiz,tərbiyəsiz ola bilər ki,bu cür hərəkətlər edər.
23 mart 2015 20:08
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Nergizz
oxudum axra kimi,o kiwi dediklerin kiwi yox, kiwiciklerdi,bir defede men marwrutda belebir danwgn wahidi oldum,qadin olardi 45-50 yawlarinda yanimda otrmuwdu,turkunen danwrdi,kiwinin dediklerinde ewdrdim tez tez buna deyrdi orda mene xeyanet etme haa,bu da deyrdi yox yox canim,ele bununda geyimi oxwuyrdu danwigna, neise,ALLAH belelerinden qorusun ya kiwi oldu,ya qadin,
23 mart 2015 19:26
# 8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
BARBI
Qadin cox sey ede biler kisi qeyretli olsun onlara uymasin xeyanetede behane axtarmasin
23 mart 2015 19:24
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Turkan Abbasova
Diqqetle oxudum. Kul o kisinin basina ki halal ca arvadini qoyub artiqlarin daliyca dusur. O kisinin eve gelmekden se masin altina dusub olmeyi lazimdi. Allah bizi bele ifritelerden qorusun. Hazir iblisdilerde gelib aileleri dagidirlar. Eseblesdime lap. O ifriteleri gorum ele hala dussunlerki dogulmaqlarina pesman olsunlar.
23 mart 2015 19:20
# 6
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
qanadli melek
Kiwi dediyin kes ozge qadina goz dikmez.oz qadininada goz dikdirmez.cox gozel sozdu
23 mart 2015 19:01
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Fialka
Çox təsüflər olsun ki, bu cür "kişi" və "qadınlar" cəmiyyətdə çoxdu, şərəf və ləyaqətdən xəbərləri olmayanlar özlərini bu cür çirkinliklərin içərisində tapırlar bu barədə çox danışmaq olar ancaq qeyd olunduğu kimi kişi başqasına göz dikməyən və xanımına göz dikdirtməyəndir, qadın isə öz namusunu hər şeydən hətta həyatından üstün tutandır, qeyriləri sadəcə kişi və qadın adına ləkədir başqada heçnə...
23 mart 2015 18:48
# 4
Sara035
Heqiqeten eledi allah ailemizden uzaq etsin bele qadinlari.her soze can omrum nefesim.iyrenirem belelerinden namus weref leyaqet hissi hec vaxt onlarda olmaz heyatlari ele xowdu onlara elede yawayirlar ama demirlerki soyulende onlardi en alcaq gozle baxilanda onlardi eh neyse quyuya su tokmekle dolan deyil...namuslu qeyretli uwaq baxib boyuden qadinlarimiza ewq olsun.
23 mart 2015 18:44
# 3
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Tomris Müslümova
dehset!! esebimnen sona kimi oxuya bilmedim cox alcaqliqdi bu cox terbiyesizlikdi!!
23 mart 2015 18:36
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
belələrinə çox rast gəlinir necə deyərlər 1 əldə 2 qarpız
23 mart 2015 18:35
# 1
İçimi görsən mənə aptek alarsan.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz