Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir hüzünlü eşq hekayəsi...
Bir hüzünlü eşq hekayəsi...
Göndərən: Nazlı_qız
Şərhlər: 18
Baxılıb: 1288
Səs ver:
Sizə hüzünlü bir eşq hekayəsi danışmaq istərdim. Bəlkə də çoxunuz bunu bir hekayə olaraq qəbul edəcəksiniz, amma inanın ki, bu bir həqiqət, həyatda olan bir hadisədir. Əslində fərq etməz kim heakyə kimi, kim reallıq olaraq qarşılayacaq, əsas olan budur ki, hamımızın bu acı hekayədən çıxaracağımız bir nəticə olacaq. Mən bu başdan çıxardığım nəticəni yazım: əlinizdəkilərin dəyərini bilin, nə qədər ki, yaşayırsınız sevdiklərinizə zaman ayırın. Sevdiklərinizə zaman ayırın, zaman sevdiklərinizi sizdən ayırmadan...
Nərminin 19 yaşı təzə tamam olmuşdu, universitet tələbəsi idi. İnternetin ölkəmizdə təzə-təzə yayıldığı bir dövrdə, o da internet aludəçisi oldu. Və chat saytlarının birində həyatının eşqiylə tanış oldu. Əhməd isə 22 yaşında universitetdən yeni məzun olmuş işsiz bir gənc idi. İki gənc internetdə tanış oldu və gecələr boyu davam edən uzun söhbətlər, yazışmalar...sevgi mesajları... sonunda özlərini virtual bir sevginin ortasında gördülər.
Aradan 3 ay keçmişdi. Gənclər bir-birlərini çox sevir, az qala günün 10 saatı davamlı gah danışır, gah mesajlaşırdılar. Hamımızın sevgilimizlə etdiyimiz normal qəbul edilən bir söhbət deyə bilərik...
Belə-belə aradan 2 il keçdi. Gənclər heç bir dəfə də olsun üz-üzə görüşməmişdilər. Günün birində Əhməd görüş təklif etdi. Universitetdən yeni məzun olan Nərmin bunu qəbul etdi və ilk görüşmə günü gəldi çatdı...
Bilmirəm aranızda və ya tanışlarınızdan internet vasitəsiylə tanış olub görüşün varmı, ya yox. Sözüm odur ki, o həyəcanı ancaq yaşayanlar bilər...
Görüş yerinə ilk gələn Əhməd oldu. Həyəcanla Nərminin gəlməsini gözlədi. Və Nərmin görüş yerinə gəldiyində böyük bir xəyal qırıqlığı yaşadı. O, 2 il eşq yaşadığı , həyəcanla sevdiyi oğlan əslində ona tam bir yad idi. Kompüter başında yaşadığı həyəcanın onda birini belə hiss etməmişdi. Hətta oğlanı heç bəyənməmiş , ona qarşı heç bir istilik hiss etməmişdi belə...
Əhməd isə Nərmini çox sevir, virtual mühitdə nə hiss edirsə gerçəkdə də eyni duyğuları yaşayırdı. Təbii ki, Nərminin soyuqluğunu o da fərq etmişdi. Nərmin görüşmədə xəyal qırıqlığı yaşadığı üçün görüşməni çox uzatmadı və sanki yad biri ilə vidalaşırcasına qısa bir "sağ ol" ilə oradan ayrıldı. Görüşərik belə demədi ...
 
Əhməd yıxıldı. Bəli, tam mənasıyla içində olduğu vəziyyəti belə açıqlaya bilərik. Ordaca yıxılaraq qaldıı. Nərmini həqiqətən çox sevirdi. Və bu yaşadıqlarına məna verə bilmirdi. Sonra Nərmini çox axtardı. Amma Nərmin heç danışmadı. Nə mail ilə nə telefon ilə heç bir şəkildə Əhmədlə danışmadı.
Əhmədə verdiyi tək cavab: Seni bəyənmədim oldu ...
Nərmin gözəl bir qız idi. Universitetdən məzun olmuş gənc bir müəllim namizədi, gözəl bir qadın və heç bir kişinin xeyr deməyəcəyi gözəllikdə bir qadın idi.
Halbuki Əhməd sıradan biri idi. Və həm də işsiz idi... Nərmin onsuz da bu vəziyyəti tez-tez gündəmə gətirir, Əhmədə eşitdirirdi.
Əhməd çox çalışdı Nərmin üçün, sevgisi üçün çox vuruşdu. Sırf Nərmin ona dönsün deyə imtahanlara hazırlaşdı və məmur olaraq bir dövlət dairəsinə işə təyin edildi. Artıq işi də vardı. Amma Nərmin yenə "xeyr" deyirdi... Əhmədə onun kasıb və çirkin biri olduğunu söyləyir, onu dəfələrlə qırırdı. Əhməd isə Nərmini yenə də çox sevir, ondan əsla ayrıla bilmirdi.
Günün birində Əhməd də imtina etdi. Və axtardığı xoşbəxtliyi başqa qızlarda tapmağa çalışdı. Evlənib bir ailə qurmaq ən böyük xəyalı idi. Özünə uyğun bir qız ilə tanış olan Əhməd qısa müddətdə evləndi və ailə qurdu...
Nərmin isə gözləmədiyi bir zamanda faciəvi bir yol qəzası keçirərək sol ayağını itirdi. Dizdən kəsilən ayağı artıq heç olmayacaqdı. Üstəlik bütün ailəsini də eyni qəzada itirmişdi. Artıq uzaq qohumları xaricində ailəsi də yox idi. Tamamən kimsəsizləşdi...
Həm əlil, həm də kimsəsiz qalan Nərmin Əhməddən mədət ümid edərək onu axtarmağa başladı. O həmişə rədd etdiyi, bəyənmədiyi və ortada buraxdığı Əhmədin ona sahib çıxacağını düşünürdü. Əhməd eyni Əhməd isə əgər, Nərminə sahib çıxacaq deyə düşündü...
Və Nərmin Əhmədi tapdı. Onunla görüşmək istədiyini söylədi. Əhməd artıq evli olduğunu, həyat yoldaşı və doğulacaq bir körpəsi olduğunu söyləyərək görüşmənin heç də doğru bir davranış olmayacağını söylədi. Nərmin Əhmədin evli olduğunu öyrənincə yıxıldı...bir zamanlar Əhməd yıxılan kimi...
Anladı ki, son peşmanlıq fayda etməz...
Sizi sevənlərin dəyərini bilin və peşman olmadan tərk etdiklərinizə dönün...


Şərhlər: 18
Baxılıb: 1288
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
Oxuduqca qiza bir qramda olsa yazigim gelmedi qizin etdikleri oglana dedikleri idi qizin qarsina cixan KIMSENIN ETDIYI YANINA QALMAZ bu cumle bele yerdede deyilir. internetde tanisliga pis baxiram xosbext olanlar cox az tapilar tesadufen oda. men demiremki xarici girunuse onem vermirem verirem ama birinci daxili gozellikdi eleleri var ki, xarci gorunusune soz ola bilmez ama daxili gozellik deyilen birseyi yoxdu. ama biride var ki tam tersi..xarici gozelliyi yoxdu ama daxiliyi gozelliyi nelere desen deyer. ona gorede calisaq elimizdekilerin deyerini bilek soradan pesman olacagimiz bir sehf etmeyek....
24 mart 2015 00:39
# 18
Nergız33
Oğlana ayrı qıza ayrı üzüldüm
22 mart 2015 03:09
# 17
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
aziz a
Zahiri gornuse onem vermek her kesde var, hec kim deye bilmezki, men onem vermerem.Sadece esl sevgi oldugu halda bunlari on plana cekmemek mumkun olar, oda tesadufen.....
Dediyim odurki, her sey gozellikle hell olmur, heyatda basqa gozelliklerde varki bunlar daha onemlidirler..
22 mart 2015 00:02
# 16
Qelbim doludu !!!!
EsmaNur
maraqli idi tesekkür
21 mart 2015 23:47
# 15
Nergizz
maraqli idi,oxumaga deydi,hecvaxt,kimise ezmek lazim deyil,her deqiqenin bir hokmu var,
21 mart 2015 23:34
# 14
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Nazan
maraqli alinib
21 mart 2015 23:19
# 13
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ask meleyi
MENDE UREYIMI COX SEVIREM
21 mart 2015 21:32
# 12
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
vipbetul
cox gozel ibretli hekayedi her zaman gorus gozelliyine varliliqa deyil esl hormete qayqiya uz tutun,sevdiklerimizin qedrini bilek sevgi dedikde sevgili deyil sevgi dedikde ailemiz valideyinlerimizinde qedrini bilek esl sevgimiz onlardir Rebbimdir cunki
21 mart 2015 21:32
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ask meleyi
AY ALAH MENIM UREYIM QESENG OLMASADA ZAHIRI BAXIMDAN COX SIRINDI UREYI BILIRSIZ NECE GOZELDI HELE O YUMRU GOZLERI INDI YANIMDA DEYIL OLKEDEN KENARDADI 1 HEFTEDI KI YOLUNU GOZLEYIREM heart UREYIM SENI SEVIREM
21 mart 2015 21:31
# 10
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
SENSİZ
maraqliydi
21 mart 2015 21:12
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Şəbnəm Vüsal
cox təsirlidi.mənim aşkımda o qədər yaraşıqlı deyil.amma mənə onun yaraşıgı deyil ürəyi ,qəlbi lazımdı.o məni sevir,mən də onu.bizə bu bəsdi.....
21 mart 2015 21:10
# 8
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Melek5
Maraqli bir hekaye idi,duzdu qiz onu sevmeye biler ancaq gerek belede etmezdi
21 mart 2015 19:23
# 7
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
BARBI
Qiz ucun cox pis oldum ama sonraki pesmanciliq fayda vermez kaski sevgisine sahib cixardi sonrada bu veziyyete qalmazdi
21 mart 2015 19:20
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Əvvəla onu deyim ki, bu cür tanışlıqlara qəti şəkildə yaxşı baxmıram onların münasibətinə gəlincə iki il az deyil ki, az da olsa bir birlərinin daxili aləmlərini öyrəniblər, qızın münasibəti gerçək olmuyub sadəcə ötəri hisslər olub elə olmasaydı görünüşə görə qərar verib atmazdı, kimisə bu cür kasıblığa çirkinliyə görə dəyərləndirmək olmaz, heç kəs bilmir bir dəqiqədən sonra başına nə gələcək, hər kəs özünə görə bir insandı ...
21 mart 2015 19:17
# 5
Nezka
Nə əkərsən,onu da biçərsən
21 mart 2015 19:13
# 4
İçimi görsən mənə aptek alarsan.
GünƏşimƏ_AiD_
kendi dusen aglamaz deyibler.yarasiqli olcaq gozu bayirda olacaq onun bele gozu bayirda olmasa bayirdaki qizlarin gozu onda olacaq.sende her defe partiyacaqsan.Allah yazan qismetdi.indi Ehmed xosbextdi ailesi ona deyer verir.2 il gozde sorada beyenme.yaxsi tansi oldun sekil yolladi sene ve saire.niye umud verib gozledirsen yaziqi.sorada oqlanlarin boyununa qoyuruqki qizlari firradilar.oqlanlar sevirler amma qizlar bele cixandan sora ne deyesen baska...o qeder insanlar varki internetden tansi olub evlenirler.xosbextde heyatlari olur.Ehmed esl kislik edir ve ailesini qoymur.Amma bu qizin elediyi sadece ozunubeyenmislikdi.Allah onunda canin saq elesin mesxere etmek istemerem hec kese hec vaxt.sadece ne bilime Allah ikisinede can saqiliqi versin.Nermiende gozle aile ve xosbextlik.Allah rehmemt etsin ailesine.amma qismetden qacmaq olaz nede artiq yemek olmaz.(Kobudduq etmek istemerem Sorry)
21 mart 2015 18:58
# 3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Catwoman666
menim de adim Nermindi. yaziq qiz ayagaini itirdi. Ehmed cehennemeee, ayaq getdi:(ozde bu qiz gicdi ki oglanla internetde tanis olur??deli nermin. hec mene oxsamadin daa))hec olmasa yarasiqlisini tapardin ;)

belke de sizin ucun aci sevgi hekayesi oldu aamma menin adi....harasi acidir bunun??
21 mart 2015 18:39
# 2
"All men must die, but we are not men"

Daenerys Targaryen
sima
oxumayacam pis olmamag ucunnn icon_sada
21 mart 2015 18:38
# 1
23.09 25.09 melek melek melek
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz