Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlənmək məsələsi
Evlənmək məsələsi
Göndərən: ismayilova ulker
Şərhlər: 18
Baxılıb: 1121
Səs ver:
Dünyada hər şey asandır, amma bircə şey çətindir. O şey — evlənmək.

Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir.
Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir.
O iş at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan.
Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn ki, "Get, mәnim üçün bir qız al”. Anan, ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırda öz xoşuna gәlәn bir qız seçir. Sәn dә o qızı alırsan. Qız olur sәnin arvadın vә oturub evdә saqqız çeynәyir. İndi bu gün sәn durub, [….] yә gedәsәn vә ya pulunu qumara uduzasan vә ya piyaniskә olasan vә ya matişkә saxlayasan, sәnin arvadın heç vaxt demәz ki, "Ey mәnim sahibim, nә üçün mәn burada dura-dura, sәn pis-pis işlәr görürsәn?” Arvad bu sözü demәz. Amma oxumamış arvadın evinә gedәrsәn, otaq sәliqәsiz, zir-zibil, çirk, toz-torpaq… Süpürәn yox, sünürtdürәn yox. Balış üzü, keçinәcәk, әrin tuman köynәyi sap-sarı…. Yuyan yox, yudurtduran yox. Uşağın üzünü it yalasa doyar… Tәmizlәyәn yox, tәmizlәtdirәn yox.

Ona görә bizim elm oxumuş vә kamal qazanmış cavanlarımız aziyatski arvad almaq istәmirlәr. Onlar axtarıb yevropeyskisini tapırlar. Qıraxmal taxan cavanlarımız da ki, — onların bir çoxu sövdәgәr oğlanlarıdırlar vә özlәri dә türk dilini matişkәlәrdәn öyrәniblәr — elmli cavanlarımızın bu işini görüb hәvәsә düşürlәr vә deyirlәr ki, "Kәrbәlayı Novruzun oğlu hәrçәnd kurs qurtarıbdır, amma onun heç dövlәti yoxdur, bununla belә gedib bir oxumuş müsәlman qızı aldı. Mәn hәrçәnd kurs qurtarmışam, amma pulum çoxdur, gәrәk mәn dә oxumuş qız alam."

Qıraxmal taxan cavan bu hәvәsә düşüb, özünü verir oxumuşlar cәrgәsinә; deyir, danışır, gülür, cibindәki puldan söhbәt salır, barmağındakı brilyant üzüyü göstәrir vә elmü-kәmalını bildirmәk üçün deyir: "On kәrә Mәskovuya getmişәm, iki kәrә Fitilbörkә, bir kәrә dә istәdim Parijә gedim, amma tәk sәbir gәldi”. Qәrәz, bir növlә oxumuş qız alır. Alandan sonra hәvәsi yatır. Axşam durur bir yerә getmәyә, arvad soruşur ki, hara gedirsәn?

Deyir:
– Heç, yoldaşlarımgilә gedirәm.
Arvad deyir:
– Mәn dә gedәcәyәm.

Bu razı olmur ki, orada qumar oynanılacaqdır, şәrab içilәcәkdir. Arvad deyir:
– Elә isә, mәn sәni o cürә yerә qoymaram.
– Qoymazsan?
– Bәli, qoymaram.

Qıraxmal taxan görür ki, xeyr, bu oxumuş arvad xatalı şeydir. Bunun әl-ayağını bağlayacaqdır. Deyir, "vaxsey, mәn özümü әcәb işә saldım….” Fikir edir vә deyir ki, yaxşı, әlbәt, bir gün olar, özümü salaram Mәskovuya.

O gün olur. Cavan gedir Moskvaya vә şәhәrә çatan kimi özünü ölü kimi salır kafe-şantana. Matişkәlәr düzülür bunun dörd әtrafına. Arvad-filan yaddan çıxır. Kef nә kef!… Pul xәzәl kimi sәpәlәnir. Hәr gecә belә, hәr gecә belә….
Amma heyf, iş belә gәtirir ki, bunun oxumuş arvadının student qardaşı vә ya bir qohumu Moskvada olub, cavanın bu hәrәkәtini görür vә deyir ki, filankәs, bu, yaxşı iş deyildir ki, sәn edirsәn. İndiyә qәdәr kef çәkirdin, çünki subay idin. Amma indi sәn evli adamsan, arvadın da oxumuşdur. Belә şeylәri eşidib bilsә, sәndәn inciyәr vә razı olmaz ki, azarlı matişkәlәrdәn sonra gedib onu da azarladasan.

Qıraxmal taxan cavan görür ki, evlәnmәk onun üçün böyük әngәl oldu. Deyir: "Yox, gәrәk, evә qayıdan kimi arvadı çadralayam. Çünki çadrası olsa, danışmaz”. Amma arvad çadraya girmәk istәmir; dava düşür, qalmaqal çıxır, sәs-küy qalxır, axırda baş yarılır. Qәrәz, pis-pis işlәr әmәlә gәlir vә qıraxmal taxan cavan deyir: "O günә bir daş düşәydi ki, mәn oxumuş arvad almaq fikrinә düşdüm. Baisin evi yıxılsın….”

Bәs bundan mәlum olur ki, elm vә kamalı bir qıraxmal taxıb, düşbәrә papaq geymәkdәn ibarәt bilәn cavanlardan ötәri oxumuş arvad almaq "xәtadır”. Mәsәl var ki, zәr qәdrini zәrgәr bilәr.


Şərhlər: 18
Baxılıb: 1121
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
BELE KISILER DEYIL INSANI AILEDEN SEVGIDEN SOYUDAN,OKI QALDI AXIRDA YAZILANLARAAA HEM FIKIR DEYILEM
18 mart 2015 10:00
# 18
vipbetul
bu hekayedeki atla misal hecde yaxsi deyil oxumamish qizlarimizda choxdu bu o demekde deyilki onlarin hamis bu cur ozlerini mudafie ede bilmirler yadaki dilleri yoxdu,sehf fikirdi.evlilikse chetin deyil onu yurutmeq chetindi anlashmaq hormet sebr exlaq teleb edir
18 mart 2015 01:05
# 17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Bu evlilik meselesi hem qelizdi hem de ki vacib 23

Hele yasim catmadigi ucun bele seyleri fikirlesib beynimi bos seylerle doldurmaq istemirem. Evlilik nedi? subayliq sultanliqdi, kefe baxin... 02 126
18 mart 2015 00:20
# 16
Kadın derin ama adam yüzme bilmiyor...
aziz a
Tez evlenen deyirler uduzmur, bes bu ne derecede duzgundur?
Diger terefden deyirler tez evlenen ne bilir aile nedi, usaq nedi?Amma bunu yasla deyil yenede agilla goturmek
lazimdi.Beleki tez yasda evlenib ailesile
yeterince yaxsi,deyanetli, normal bir aile bascisi olanlar var..Amma tam eksi olanlarda oz yerinde...yazmaga ne hacet....


17 mart 2015 23:54
# 15
Qelbim doludu !!!!
Antikvar
Meqale gulmeli oldugu qeder heqiqetde var.Deyimde hansi heqiqeti deyirem.Aldigi insanin xarakterine onem vermeden gelecek ucun bir addim atim.Tehsiline aldanib.Burda oxuyub oxumamagin ferqi yoxdu ferq sadece qarsindakinin insan olub olmamagina onem vermek lazimdi.Secimi ozde ozun etmelisen,kimse senin ucun secim etdi bir omur boyu o secim edeni gunahlandirirsan.Aile heyati qurmaq heqiqeten cox cetindi.Ustesinden gelmek bir basqa aileye dusub onlara uygunlasmaq,bir ailleni yurutmek cox cetindi.Hele bu cetinliyi usaqliqdan yurutmeyi bacarirsansa,ohtesinden gelirsense demek sen guclusen.Usaq yasda aile heyati qurmaqi hec kime tovsiye etmirem.Cunki tam yetismeyen biri basqa bir budagi nece cucerde billerki?Kimisi hemen o uzun yolu irelleye bilib one gede bildise demek sonacan gedecek ,amma kimisi cetinki o yolda irelleye bilsin...
17 mart 2015 22:38
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Qlamurr
Evlənmək məsələsi əslində çətin deyil,ancaq qurulan ailəni saxlamaq üçün hər iki tərəf məsuliyyətli olmalıdır,bu məqalədə də qeyd olunan bəzi fikirlərlə razı deyiləm,oxumuş və ya oxumamış deyə insanlar arasında ayrıseçkilik etmək lazım deyil,yəni ağıllı insan ailəsini qorumağı,yürütməyi bacaracaq,seçimini özü edəcək,bunun oxumaqla əlaqəsi yoxdu.Düzdü bəzi oğlanlar var ki,evlənəndə sadəlövh,dünyagörüşü zəif qızlarla evlənmək istəyir bunun da səbəbi əslində özlərinə güvənlərinin olmamasıdır,yanlarında özlərindən ağıllı,xarakterli,üstün qadının olması kişilərə sərf etmir.
17 mart 2015 22:18
# 13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Turkan Abbasova
Evlilik agir yukdu. Gerek dasiya Bilesen. Qaldiki oxumaq meselesine. Oxuumaq ve ya oxumamaq ferqi yoxdur.
17 mart 2015 22:00
# 12
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Catwoman666
qadaniz alim siz nese anladiz burdan? men bawa duwemmedim
17 mart 2015 21:26
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
leyla_258
OOOOOO COX UZUN BIR MESELEDIR.
17 mart 2015 20:07
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Сладкий Ангел
125 xeberin evvelindeki sozler hec amma hec xosuma gelmedi bu ne demekdir ki oxumamis yeni insan deyil aaa 27 yazilanlarlada hec razi deyilem o ne demeydir ki oxumuyanda bele olur( elelerin gormusem ki oxuyubda hecne bilmeyen amma oxumuya oxumuya cox seyi bacaranlarda var 01 yeni bele tehqir etmek olmaz125ya oxusun ya oxumasin esas odur insan olsun 27
17 mart 2015 20:01
# 9
.Bir gülüşüm var Sizlərə ömür...
BARBI
Evlenmek menim en boyuk kabusumdu hec bir veziyyetde evlenmeyi dusunmurem cunki o mesuliyyeti ustume goturmek istemerem . Cox cetindir aile yuku usaq yuku ev isi daha neler sonra da hec bir xos soz esitme bu da insanin qelbini qirir
17 mart 2015 19:32
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayan97
Evlenmek cetindi mesulliyyetli isdi. Evlilikden cox qorxuram. Qadin ve ya kisi sevdiyi ile aile qursa yaxsi olar cunki eks tedqirde ayriliq bas verir…) bezilerinde…)
17 mart 2015 19:29
# 7
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Tomris Müslümova
riskli seydi gedirsen ama bilmirsen udursan ya uduzassan...
17 mart 2015 19:22
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
GünƏşimƏ_AiD_
4 defe oxudum amma hecne basa dusmedim. salakpc hardan hara geldi cixdi bas dusmedim hecne.uf basim qarisdi. 18
17 mart 2015 19:20
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
sima
evlilik iwi beli cetindir cox boyuk mehsuliyetdirr 28
17 mart 2015 19:10
# 4
23.09 25.09 melek melek melek
aynur2002
Evlenmek en cetin meselelerden biridir.Adamin ustune daha cox is ve mesuliyyet dusur.
17 mart 2015 18:58
# 3
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Fialka
Maraqlı məqalədi qeyd olunub ki, evlənmək çətindir mən deyərdim əksinə asandı ancaq evlilik ömürdə bir dəfə olur (mənə görə) və o evliliyi qoruyub saxlamaq evlilikdən çətin və bir o qədərdə məsuliyyətlidir. Məqalədə ki, kimi evlənib baisin evini yıxmaq lazım deyil insan nə edirsə özü edir heç kəs əlini qolunu bağlayıb zorla evləndirmir, özü seçimini edir və evlənir ancaq seçim edərkən gözünü yumub etməməlisən nə olsun ki, seçdiyin qız və ya oğlan sən dediyin xüsuiyyətlərə malikdir bəs xarakterlər uyurmu nə olsun seçdiyin hər kəsin ürəyincədi bəs sənin seçdiyin ürəyincədirmi əsas olan sənsən heç kəs sənin əvəzinə gəlib evdə o insanla yaşamır sən yaşayırsan ... odur ki, həmişə yüz dəfə ölçüb bir dəfə biçmək lazımdır.
17 mart 2015 18:56
# 2
Luna-90
Evlenmek cetindi cunki mesuliyyetler artir problemler coxalir .ancaq heyatin menasida onu kecme kecli yasamaqdadi.aile qurursun ovladin olur onun geleciyini qurursan heyatin daha maraqli heyecanli olur.ancaq subay tek tenha ne vaxta kimi.
17 mart 2015 18:55
# 1
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz