Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgim
Sevgim
Göndərən: SEN ve MEN
Şərhlər: 10
Baxılıb: 1150
Səs ver:
Belə başladı sevgi nağılımız. Bir zaman Tanrıdan bir sevgi diləmişdin özümə, inanırdIm qüdrətinə . Mənə bir sevgi bəxş etdi . Onunla keçən hər gün,mesajının hər sətri bir əfsanəydi mənimçün . Deyirdi : Rəngsiz həyatımı səninlə daha rəngli yaşayacam . Yaşadı da . Güvənirdi mənə . Özümü onsuz təsəvvür etmirdim, ən əziz insan idi mənimçün . Bir qarlı sabahın qar dənələrində qonaq gələn sevgi sanırdım onu . Sanırdım heç zaman əriməyəcək . Qaranlıq dünyamda təkbaşına gəzdiyim zaman bir Günəş gördüm,o günəş məni qaranlıqdan xilas elədi . Ruh verdi mənə, xoşbəxt elədi . Vahiməli dənizdə boğularkən bir külək qopdu, məni sahilə itələdi, sağ qaldım .

Qət edilməz məsafələr ... Artıq qət etmişdim sanmışdım yerimdə sayarkən,çünki O var idi !

İlk görüş . Soyuq qar günündə alovlu baxışlar ... Uçdum səmalarda əllərinə toxunarkən . Dolaşdıq qarlı küçələri, hər qar dənəsi sanki bir mələkdi, müşayiət edirdi bizi . Ağ bir dünya, Günəş, və Mələklər . Mən isə yuxudaymış kimi inana bilmirdim bunlara . Ən xoşbəxt gün, yarıya qədər, sonra ... Bir nağıl bu qədər tez bitərmi ?! Demək ki, saxtadır . Yox oldu o Günəş bir müddət . Axtardım,qaranlıqlara baş vurdum, tapmadım . Düşündüm ki, gecədir, amma, bu bir bənzətmədi axı, necə ola bilər ?! Yox oldu, və döndü – gedirəm – deyə . Bəlkə mən qoruya bilmədim bəlkə də ömrümün gecəsi başlayırdı ... Axı ... Axı gecələr Günəş olmur...

Günəşə bənzər bir insan, gəldi, bir dünya qurdu, işıqlandırdı, və sonra uşaq oyuncağı kimi sındırdı, darmadağın etdi ... Getdi ... Baxmadı bu dağıntının altından kim çıxdı, kim öldü ...
Batdı həyatımın Günəşi, gözlərimə qaranlıq çökdü, sandım ki, bu sondur, amma, milyonlarla ulduzlar o Günəşi əvəz etdi . İşıqlandırmağı onun qədər bacarmasalar da ... Anladım ki, son deyil, hər şey qabaqdadır, amma, qabağı görmürəm . Bəlkə bir həyat var, bəlkə də ölüm . Bəlkə işıq var, bəlkə də zülmət...

Gedərkən dedim qal, gəl bu dünyanı birlikdə yenidən quraq, amma, o artıq gedirdi ...

İndi isə, get . Söndür həyatımın Günəşini, qoy bu dağınıq həyatımı yenidən qurum . Get, çünki səni bu dağıntı içərisində görmək istəmirəm . Get,gözlərimi kor eləmə ! Sön, çünki odundan bir parça düşsə yanıb kül olar dünyam . Qoy öz dünyamı şam işığında, amma əzabsız qurum ...

Unutmaq istədim o Günəşi, bacarmadım, həm də yaxşılığı unutmazlar, bəs əzab ?!

Ehh, çox çətindir qərar vermək, ya unutmaq, ya öldürmək ... Amma,yox, yox ... Unutmayacam, qoy əzab versin, qoy hər gecə virus kimi beynimə girib onu didsin, dağıtsın ... Qoy onsuz həyat mənə qəbr əzabı olsun amma,bilim ki, xoşbəxtdi ... Mənimlə olmasa da ... 3 günlük bir sevgi nağılı da belə sona çatdı, Günəş söndü, qar dənəcikləri əriyib məhv oldu ... Mən isə kiçik ulduzların köməyi ilə öz həyatımı qururam . Qazandığım isə - 3 günlük xoşbəxtlik və əbədi kədər ! Və, son sözüm - Əlvida Günəşim !


Şərhlər: 10
Baxılıb: 1150
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BIR_TANEM
sebirim catmadi axira kimi oxumadim yaxwi sozler yazilib oxuduxlarimnan heart
5 iyul 2015 15:09
# 10
DOSLARIMNAN GORWE COX AZ QALDI SEVINIREM
Dosta_inam
Çox gözel hekaye idi,3-günlük sevgi ve ömür boyu ezab,maraqlıdır.
5 iyul 2015 14:52
# 9
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nazan
Sevgi sadece telefonda knt bitene qederdi :) :(
19 mart 2015 20:25
# 8
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
vipbetul
sevgi filan yoxdu bosh seylerdi insanlarin beyinlerinde qurduqu virus kimi yaydiqi bir seydi
19 mart 2015 02:26
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tek umidim sen
Ela sozlerdi. Tsk
18 mart 2015 21:57
# 6
Kadın derin ama adam yüzme bilmiyor...
Little girl
Ilahi nece de menali sozlerdir.Burdaki sevgi sozleri hamisi meni tarif edir.Cox beyendim.
18 mart 2015 21:30
# 5
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Qlamurr
Sevgi yeganə hissdir ki,insanın ayağını yerdən kəsir,ürək döyüntüsünü artırır,xoşbəxt edir,ancaq qarşılıqlı olanda gözəl olur,nəinki qarşılıqsız olanda insana əzab verir.Əslində sevib,qarşılığını görmüyən insan özü özünü cəzalandırır.Eşq əzabını çəkən insanlar fikirlərini başqa istiqamətlərə yönləndirməklə,birdə zamana buraxmaqla unuda bilərlər.Yazılan hekayədə təsirliydi.
18 mart 2015 21:10
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şəbnəm Vüsal
cox təsirlidi.....deyilənlərlə razıyam...Sevgidə kədər də ,sevinc də olur.amma nəqədər kədər olsa da 1anlıq sevinc hər seyin unudulmasına səbəb olur.bu mənim şəxsi fikrimdi...
18 mart 2015 20:42
# 3
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
medine yusif
Sevgi insanin heyatina hem aci hem wirin anlarla oz izlerini qoyur.oxuduqca lap kovreldim.cox maraqli hekaye idi.tewekkurler bacim
18 mart 2015 20:34
# 2
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
BARBI
Sevgi cox gozel hisdir ele bir hisdir ki eyni anda hem kederi hem de xosbextliyi yasadir. Her zaman sevgimizin deyerini bilek layiq olmayan insanlara vermeyek sevgimizi
18 mart 2015 19:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz