Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən ideal insan
Ən ideal insan
Göndərən: Nazlı_qız
Şərhlər: 17
Baxılıb: 1379
Səs ver:
Psixatriya xəstəxanasında iki nəfər bir-biri ilə söhbət edirdi. Biri o birisindən soruşdu: "Nə üçün buradasınız?”

Həmin adam üzünü sual soruşana tərəf tutub cavab verdi:”Hər kəsin məndən olmaq istədiyi insan ola bilmədiyim üçün.” "Anlamadım, nə demək istəyirsən?”

"Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər almadığım üçün mənim kimi övladı olduğu üçün utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı qəbul etmədiyi üçün məni tənbəllikdə ittiham edirdi. Çünki, "onun övladı” çox insan kimi "adi” ola bilməzdi. Bir gün məni ova apardı. Oğlunun əsl kişi olduğunu sübut etmək üçün məndən bir ceyranı tüfənglə vurmağımı istədi.”

Özü də yaxşı ovçu olan digəri ondan soruşdu: "Neçə xal aldın?” "Heç nə… Ağlamağa başladım və atam məni bir də heç vaxt ova aparmadı. Atam mənim onun kimi vəkil olmağımı istəyirdi. Babam isə özü kimi dülgər. Amma anam dayım kimi bank işçisi olmağımı istəyirdi. Nənəm isə din xadimi olmağımı istəyirdi.

Məhəlləmizin mollası mələk kimi qüsursuz olmağımı, dostlarım isə film aktyorlarına oxşamağımı istəyirdi.” Deyə davam etdi: ”Nişanlım hər şey olmağımı istəyirdi. Atası isə qızının gözündə qiymətdən düşməsin deyə mənim "heç nə” olmağımı arzulayırdı. Televiziya proqramları içkidən istifadə etməyim, avtomobillərə və siqaretə aludə olmağım üçün məni həvəsləndirir, "xəbərlər” isə belə şeylərdən uzaq olmağımı istəyirdi.”

Bu sözlərdən sonra bir qədər duruxdu: "Üzr istəyirəm, sizi də narahat etdim. Mən bir ildir buradayam və artıq dəqiq bilirəm ki, dəli olmaq istəmirəm. Siz nə qədər vaxtır buradasınız?”

"Mən buraya öz qohumumu görmək üçün gəlmişəm ""Hə başa düşdüm, siz də divarın o biri tərəfindəki dəlixanada yaşayırsınız.”Gəlin doğmalarımızı bizim ağlımızdakı "ideal” insan olmağa məcbur etməyək. Unutmayın bizim ideal insan kimi düşündüyümüz bir stereotip heç də əsl ideal insan demək deyil. Dünyanın ən ideal insanı, özü kimi olmağı bacaran insandır.


Şərhlər: 17
Baxılıb: 1379
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
men bu dunyada hec bir dene de olsa iddial insan gormemisem......
4 mart 2015 15:36
# 17
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
cinqosh
"ideal" deyəndə ağlıma ilk parfümeriya mağazası gəlir, insan yox.
4 mart 2015 11:05
# 16
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
isveç.de
İdeal bir insan yoxdur bu həyatda...Biz özümüz kimisə ideal seçirik özumuzə.
4 mart 2015 06:08
# 15
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Şəbnəm Vüsal
Mənim tam olaraq ideal deməzdim amma mənimcün ideal olmagı bacaran,ən azından buna calışan sevgilim var heart .ona görədə hec olmasa hamı üçün deyil bəziləri üçün biraz ideala yaxın insan olmaq olar.məncə....
4 mart 2015 00:56
# 14
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
krisa
Deyirler her gozelin bir eyibi olur.Odur ki,ideal insan yoxdur.Sadece ne ise yaxsi bacaran insan var.Caunki her seyi bir arada tutmaq olmur.O,biz insanlarin danisiq terzidir.Ideal kisi ol,ideal qadin ol ve umiyyetle ideal insan ol.Her bir insan normal qaydada da heyat terzin surse,o ele ideal insandir...menim alemimde.
3 mart 2015 23:56
# 13
Qlamurr
İnsanın özü kimi olması yetərlidir,çünki ideal deyilən insan yoxdu,yaxını,əzizini olduğu kimi qəbul etmək lazımdı.Valideynlərin də övladlarının istəklərinə qarışması yaxşı deyil..bir insandan bacarmadığı nəyisə istəmək olmaz.
3 mart 2015 22:59
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
GünƏşimƏ_AiD_
ele men idelamdaa 122 122
3 mart 2015 22:43
# 11
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
aynur2002
Heyatda İDEAL İNSAN DEYE BİR SEY YOXDUR.
3 mart 2015 22:05
# 10
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Melissa
ideal insan olmur
3 mart 2015 21:48
# 9
Nergizz
ideal insan nece olur bilmirem indi pis terefden ideal insanlar coxdu,yaxwi ideal yoxdu
3 mart 2015 20:54
# 8
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
BARBI
Heyatda hec vaxt 4 - 4 luk insanlar yoxdu . Insanlari oldugu kimi qabul etmek lazimdir deyismesine calismayin onu heqiqeten sevirsinizse oldugu kimi qebul edin
3 mart 2015 20:49
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Menim balam
Ideal sözü aradan götürülse sevinerem. Ideal insan kime deyiler men bilmirem.
3 mart 2015 19:30
# 6
AYKA-ISI
ideal insan ozu kimi olmalidi neyese gore kimese gore maskalanmaga ehtiyac yoxdu
3 mart 2015 19:18
# 5
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
sia
vauuu heyrete geldim oxuduqca sozda deylenler heqiqetende duzdu ozun olmalisan heyatda maskalara ehtiyac olmamali
3 mart 2015 19:11
# 4
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Fialka
Sonda çox düz qeyd olunub ən ideal insan özü kimi olanıdır, şablon olsada bu söz dünyaya bir dəfə gəlinir özün özlüyündə özünü necə görürsənsə elə olmaq daha üstündü nəinki masqalarının sayını itirən və özüdə axırda həqiqi özünü tapmayan birinə çevrilən...Ən azından ideal olmasaqda özümüz olaq...
3 mart 2015 19:04
# 3
Tomris Müslümova
ay amaann ewelcw basa dusmedim ama soradan sobetin neden getdiyini anladim..cox ela
3 mart 2015 18:55
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aziz a
Ay Allah necede deqiqlike izah edilmis bir meseledi, dogurdanda bele insanlar coxdur, oz yaxinlarini oz istedikleri kimi, ideal olaraq gormek isteyirler, amma.hemin adamin ne istediyi hec kime maragli deyil..vay vay vay...
3 mart 2015 18:35
# 1
Qelbim doludu !!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz