Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tərbiyəsizin tərbiyəsi
Tərbiyəsizin tərbiyəsi
Göndərən: tek umidim sen
Şərhlər: 16
Baxılıb: 787
Səs ver:
O gün işdən evə qayıdırdım. Avtobus dayanacağında böyük bir tıxac vardı. Beş-altı avtobus buraxandan sonra nəhayət birinə minə bildim. Təbii ki, otura bilmədim, ayaq üstə isə narahat dayanmışdım. Belə ki, onurğa sütunum əyilmiş, başım yana sallanmış, bir ayağım da havada qalmışdı. Bir yandan da konduktorun "bir az da mehriban olun!" ifadəsi məni lap əsəbiləşdirmişdi. Şoru motala sıxdıqları kimi, camaatı da avtobusun salonuna sıxıb qapını bir neçə dəfə çırpdıqdan sonra nəhayət ki, bağladılar. Elə bu zaman ah-nalə səsləri ərşə ucalmağa başladı: "vay öldüm!"; "adam ol da, ayağımın üstünə niyə çıxırsan?; "bir az aralı dur da!"; "yavaş, böyrəyim deşildi!; "vay qoluuum!"... Bu güclülərin səsi idi. Zəiflər isə heç səslərini çıxara bilmirdilər. Içəridə qocadan tutmuş balaca uşağadək hər nəslin nümayəndələri var idi. Kimi oturmuş, kimi də o basabasda öz canı ilə əlləşirdi.  Bu arada mənim diqqətimi bir hadisə çəkdi. Bir qadın öz balaca uşağı ilə iki oturacağı zəbt etmişdi. O basabasda konduktor bunu görüb cəld soruşdu: "Xala, uşağın pulunu verəcəksən?". Qadın cavab verdi: "Xala sənin anandı, tərbiyəsizin biri tərbiyəsiz! Bir də ki, niyə vermirəm ədə?!". Konduktor səsini içinə saldı. Mən isə özümə bu hadisədən samballı bir nəticə çıxardım.          

Tərbiyədən söhbət açan kəsin gərək özünün tərbiyəsi olsun. Amma bu adamın tərbiyə haqqında heç təsəvvürü belə yox idi. Çünki Azərbaycanda, xüsusən Bakı kəndlərində mən uşaqlıqdan belə görmüşəm ki, yaşlı kişi və ya qadın avtobusa daxil olanda,  kiçiklər ona yer veriblər. Bu bizim evdə aldığımız tərbiyənin göstəricisidir. Hər halda biz bu cür böyümüşük, bu cür görmüşük və çalışırıq ki, bu cür də olaq. Amma bu qadın nəinki özü yaşlıya yerini vermir, hələ üstəlik uşağı da qucağına götürmür ki, heç olmasa, bir yaşlı adam orada otursun. Sonra da tərbiyədən danışır. Bununla da o, belə əməli ilə öz övladına tərbiyə bəxş edir ki, balam, adam böyük üçün ayağa durmaz. Niyə də durmalısan, axı sən pul verirsən.
Başqa bir məsələ də mənə ağır gəlir. Avtobusa hamı birinci minməkdən ötrü bir-birinə elə təzyiq göstərir ki, elə bil içəridə dollar paylayırlar. Bəli məsələ aydındır. Hamı rahat oturmaq istəyir. Heç kəs ayaq üstə getmək istəmir. Yaşlılar, zəiflər təbii ki, bu "yarışı" uduzub bir kənara çəkilirlər. Siz deyin, bu meşə qanunu deyilmi? Zəiflər, gücsüzlər məgər elementar hüquqlardan belə məhrummu olmalıdırlar?               
Yaşlısına hörmət etməyən millətin axırı dəhşətli faciələrlə bitər. Görün biz nə vəziyyətə düşmüşük ki, adi etik qaydalara, ilk baxışdan kiçik görünən çox böyük dəyərlərə belə əməl etmək istəmirik. Sonra da hay salırıq ki, bizim hüquqlarımızı tapdalayırlar. Biz bir millət olaraq öz millətimizə, öz şəxsiyyətimizə, öz dəyərlərimizə hörmət etmiriksə, heç bir kəs və ya millət bizə hörmət etməyəcək. Heç biz bunu gözləməməliyik də.


Şərhlər: 16
Baxılıb: 787
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
"bir az da mehriban olun"
27 fevral 2015 12:06
# 16
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
ece uslu
indi boyuk kicik qalmayib avtobusda gencler boyukleri goren kimi bawlarin telefona ele salirlar ki guya hec kimi gormurler
27 fevral 2015 01:29
# 15
Madina
Cox duzgun qeyd olunub,twk
26 fevral 2015 23:37
# 14
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
my_rules12
Suuuuuuuuppppppaaaaa duzdur
26 fevral 2015 23:01
# 13
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
Şəbnəm Vüsal
ibrətamiz hekayədi.nəticə cıxarmaq lazımdı.mən metrodan isdifadə edirəm həmişə.amma hec vaxt oturmuramki məndən böyüklər var,yada gələcək.olar otursun
26 fevral 2015 22:50
# 12
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Sucan
Avtobusdan basabasdan zehlem gedireee minende rahat olanmirsan hemise atamin masinnan gedib gelirem herkese qismet etsin masin ama men olsemde minmerem
26 fevral 2015 22:19
# 11
AYKA-ISI
cox gozel yazilib tewekkurler ele adamlar terbiyeden daniwirki adamin eti tokulur boyuye hemiwe yer vermek hormet etmek lazimdi
26 fevral 2015 22:14
# 10
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
aynur2002
Qocalara hemise yer verirem.
26 fevral 2015 22:11
# 9
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
ask meleyi
ne bilim vallah cox vaxt arxada otururamki qoca minende qabaxdaki dursun 122
26 fevral 2015 21:57
# 8
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
ayan97
Hec xoslamiram ne olursa olsun gerek usag ozunnen boyuye yol versin... amma bizimkilerde bele sey yoxdu.. pul verde noolacagki ncncnc
26 fevral 2015 21:32
# 7
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Qlamurr
Artıq kart sisteminə keçəndən sonra bu hallar olmuyacaq,sevinə bilərsiniz...ancaq həqiqətən də marşurutlarda vəziyyət heç də ürəyaçan deyil,avtobusa həddindən artıq sərnişin dolduranda belə olacaqda...
26 fevral 2015 21:21
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Cox gozel movzuya toxunmusuz bizde boyuklere yer vermek bele bir qanun yoxdur artiq boyuk kicik basa dusmurler hec kim boyuye yer vermir en azinnan hormet yaxsi seydir
26 fevral 2015 21:07
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
roksi1995
men bele seyle rastlasmamissam
26 fevral 2015 20:39
# 4
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
SEVGI DENIZIM
bacim duz qeyd edibsen yaslilara hormet lazimdir bu biz kiciklerin borcudur ancaq masurutlarda sehv edir camaahat neye gore basa basa getmelidir cox olmalidir ki masurut hami eylessin hamis pul verir axi o valideyin ise cox boyuk sehv edib
26 fevral 2015 20:31
# 3
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Gunesh
Şoferlerdede taxsir var avtobus aşana qeder doldururlar camati.. Xaricde boş yer qutaran kimi avtobus hec bir dayanacaqda saxlamir.. Bizede olsa bu qanun yaxci olar.. Herden cavan cavan oglanlar otururlar hec durub yaşdiyada yer vermirler.. Heqiqetende meşe qanunudu. Gucu catan catanadi..
26 fevral 2015 18:47
# 2
Heç kiə çirkli ayaqları ilə beynimdə və düşüncəmdə gəzməsinə icazə verməmişəm...! (M.Qandi)
Fialka
Düz qeyd olunub meşə qanunudu elə bil avtobusda hər kəs bu cür hallarla rastlaşır tərbiyəsizlər isə daha da çətinləşdirirlər o yolu.. yaşlı insanlara, xanımlara, körpəli analara hörmətlə yanaşmaq lazımdır...
26 fevral 2015 18:37
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz