Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şeytanın duası
Şeytanın duası
Göndərən: Wiyinka
Şərhlər: 19
Baxılıb: 1472
Səs ver:
Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıbyataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi "ah” idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc "ah”ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi.
Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur’anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı.
"Bismilləhirrahmənirrahim”
"Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür.Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.
Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir.”
Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.
Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.


Şərhlər: 19
Baxılıb: 1472
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
QURBAN OLUM ALLAHA.
LENET OLSUN SEYTANA.
11 fevral 2015 15:22
# 19
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
lili)
Sitat: Madina
Elbetde indi heqiqi imanli insan tapmaq cetindir. Gorursen namaz qilir ruzisi haramdir,haram islerle mesgul olur,zina edir,yoldasi ile pis reftar edir,valideyne ag olur,ovladini qudurgan edir,bir yandan oruc tutur diger terefden qizlarin dalinca qalir,ve ya qizlar ele aciq,saciq, mini yubkalar,dar salvarlar geyinirler ki, orucun da,namazin da,imanin da menasi itir. Indi insanlarin seytana ehtiyaclari yoxdur.

duzgun yazmisan bacim men bir namaz qilan gordumki namaz qilan vaxdi basin baqlayir sonra acir godek yupqa sac bir formada pridelka kofda makiyaj bir ton mehetel qaldim olmaz axi bele hele oqurluq edeni demirem vallah indi seytan qelet eliyir bele insanlarin yaninda
10 fevral 2015 08:41
# 18
ismayilova ulker
Ətim ürpəndi. Fon şəkli dəhşət saçır. Düz sözə nə deyəsən. Belə yerdə heç şeytanı qınamadım. Düz deyirdə indi insanlıq çox pis gündədi. Sağol canım maraqlı hekayə idi
10 fevral 2015 00:37
# 17
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Madina
Elbetde indi heqiqi imanli insan tapmaq cetindir. Gorursen namaz qilir ruzisi haramdir,haram islerle mesgul olur,zina edir,yoldasi ile pis reftar edir,valideyne ag olur,ovladini qudurgan edir,bir yandan oruc tutur diger terefden qizlarin dalinca qalir,ve ya qizlar ele aciq,saciq, mini yubkalar,dar salvarlar geyinirler ki, orucun da,namazin da,imanin da menasi itir. Indi insanlarin seytana ehtiyaclari yoxdur.
9 fevral 2015 23:57
# 16
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
Qlamurr
Artıq elə bir vaxtda yaşayırıq ki,şeytan lazım deyil,insanların çoxu pis yoldadı...İnsanlıq qalmıyıb.....
9 fevral 2015 23:01
# 15
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Gulu-Qezi
cox deyerli xeberdi ALLAH razi olsun...oxudum qeribe oldum
9 fevral 2015 22:28
# 14
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
aziz a
Allahimin qudretine baxinki, Seytanda ona el acir........
9 fevral 2015 22:13
# 13
Qelbim doludu !!!!
Şəbnəm Vüsal
tüklərim biz-biz oldu.amma həqiqətdi.indi insanlıq qalmayıb.birinə sirr açırsan səhər hamı bilir.kömək isdiyirsən yalanlar uydurur etməməkçün.siyahını uzatmaq olar.belə insanlar coxdur...cox təəsüfki coxalmaqda da davam edir...
9 fevral 2015 20:47
# 12
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
BARBI
Gor nece pis insanlar var seytanda dua edirki yaxsi insanlar gelsin
9 fevral 2015 20:23
# 11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Little girl
Nece de qeribe hekayedir.Tesekkur.
9 fevral 2015 20:23
# 10
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
rəmsə
Nç nç nç.Gör iş nə yerə gəlib ki şeytan Allaha yalvarır ki dünyaya yaxşı insanlar gətir,mən onları yoldan çıxarım.
İnanıram nə vaxtsa belə bir zaman gələcək
9 fevral 2015 20:07
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Aysel Tatli
seytanin aginada lenet qarasinada
9 fevral 2015 19:59
# 8
ayan97
Sitat: by_fidiw
allah sənə lənət eləsin

Kime kiz agla





Allah şeytana nehlet elesin..!
9 fevral 2015 19:54
# 7
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
emis
Allah seytana lenet elesin. Sekilden qorxdum
9 fevral 2015 19:35
# 6
SEVGI DENIZIM
maraqli idi indi heqiqeten insanlar bu gundedir
9 fevral 2015 19:04
# 5
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
my_rules12
heqiqeten heyretlendim,ALLAH seytana lenet elesin
9 fevral 2015 18:54
# 4
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
aynur2002
COX BEYENDİM BOMBA HEKAYEDİ
9 fevral 2015 18:51
# 3
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Tomris Müslümova
ne maraqli xeberdi bu...
9 fevral 2015 18:38
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Fon şəkil qorxutdu məni bu nə idi belə, oxuduqca elə bil qorxulu film canlandı gözümdə , həqiqətən elə insanlar var, Allah bizi şeytan xislətli insanlardan qorusun Amin
9 fevral 2015 18:37
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz