Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir başıqapazlının söylənməsi - SATİRİK HEKAYƏ
Bir başıqapazlının söylənməsi - SATİRİK HEKAYƏ
Göndərən: ismayilova ulker
Şərhlər: 17
Baxılıb: 962
Səs ver:
Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik, konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik, yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən? Sonra da tutub cibimizi soyur.
Şəhər və kənd müəssisəsi (uçrejdeniye)lərinin qapısında biz həmişə boynuburuq və əli qoynunda durub həftələrlə növbət gözləyirik. Axırda da "zavtra” ilə bir qapaz alıb, məyus gedirik.
Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə "bulvar” və "sad” deyilən tərəfrücgahlara çıxırıq, qaradavoy qapaz vurub. Bayıra çıxardır ki, bura sizin yeriniz deyil.
Tamaşa üçün teatrlara gedirik, pulla da bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil.
Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki: "Tfu, mənhus adama rast gəldim. İşim düz gətirməyəcək”. Axşamçağılarda da bizi qaradavoy və strajniklər soymasa, quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbür satırlar. Itlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik(...).

Atalar sözləri
Müsəlmanlarda bir məsəl var, deyirlər ki, ağac bar gətirdikcə başını aşağı tutar. Amma bainhəmə, müsəlmanlarda bir qayda vardır ki, onların "ağacları” bar gətirdikcə başlarını yuxarı tutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı tutarlar ki, qapaz vurana "rahat” olsun.
Yenə müsəlmanlarda bir məsəl var ki, yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər. Amma bainhəmə, müsəlmanlarda bir qayda da vardır: Yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar.
Yenə müsəlmanlarda bir məsəl var ki, əl əli yuyar, əl də üzü. Amma bainhəmə, müsəlmanlarda bir qayda da vardır: Əl əli sındırar, əl üzün gözün tökər.
Yenə müsəlmanlarda bir məsəl var ki, əyri otur, düz danış. Amma bainhəmə, müsəlmanlarda bir qayda vardırki, həmişə düz və diz üstə oturub, əyri-müyrü sözlər danışırlar.

Yenə müsəlmanlarda bir məsəl var ki...
Müsəlmanlarda məsəl çoxdur, amma nə eləmək, əməl azdır və bir yerdə ki, məsəl çox ola və əməl az ola, o yerin işi… sözün doğrusu çox uzundur.

Mühüm suallar və əhəmiyyətli cavablar
Sual: Biz nə üçün geridə qalmışıq?
Cavab: Çünki bizi irəli aparanlar cibləri ağırlıq etdiyinə görə, yorulub yolda qalıblar. Ciblərinin də nə səbəbə ağır olduğunu mən bilmirəm. "Vısşi kurs” qurtarmışlarımızdan xəbər al, desin.

Sual: İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcəkdirlər?
Cavab: İdareyi-ruhaniyyələrimizin düzəlməsi "Stanislav” və "Anna” nişanlarının çoxalmasına bağlıdır. Döşümüz nişanlarla təzyin edildikcə, idareyi-ruhaniyyələrimiz müzəyyən olub düzələcəkdir. Nişan almağın da yolunu mən bilmirəm, "Molla Nəsrəddin”in əvvəlinci səhifəsi ilə bərabər, "Tərcüman”ın 36-cı nömrəsindən xəbər al, desin.

Sual: Məktəblərimiz nə vaxt islah olunacaqdır?
Cavab: Ana dilimizi bilmərrə unudandan sonra. Ana dilini unutmaq yolunu da bilmirəm, Zaqafqaziya seminariyası müəllimlərindən xəbər al, desin.

Sual: Bizə nə lazımdır?
Cavab: Dinc-dinməz oturub, öz hüquq və ixtiyaratını almaq üçün mübarizə edən millətlərə tamaşa eləmək. Məşğuliyyət üçün bir-birimizi öldürmək. Qanlılıq salmaq, amma "heç bir kağıza qol qoymamaq və heç bir məclisdə iştirak etməmək”. Bunun da hikmətini bilmirəm. Peterburq şəhər hakimi ilə bərabər Axund Bayazidovdan xəbər al, desin (...)

Sual: Biz nə etməliyik?
Cavab: Sözün doğrusu heç nə, çünki bir işə iqdam etdikdə, onu başa vurmaq lazımdır, biz isə hər bir işimizi daim yarımçıq qoyuruq. Bunun da səbəbini mən bilmirəm, bütün adamlarımızdan xəbər al, desin.

Sual: Nə üçün bizim elmimiz yoxdur?
Cavab: Hansı elm? (...)

Üzeyir Hacıbəyov


Şərhlər: 17
Baxılıb: 962
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
beyendim maraqlada oxudum
9 fevral 2015 09:18
# 17
FISTIK
Təşəkkür baci 07
8 fevral 2015 14:21
# 16
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
qonaqa
Saturik menlikdir... Teşekkürler
8 fevral 2015 02:05
# 15
Səni çooox sevirəm!Həyatım,canim,ureyim,nefesim,herseyim sen menim dunyamsan sen olmasan men bir hecem Allah bizi hec bir zaman ayirmasin heyat cox qeribedir insanin elinden sevdiyini alir.Allah seni menim elimden almasin.Awkim benim "seni cox sevirem" elisim AyEl canim kocam seni cox sevirem! sizin üçün çooox darıxmışam ailem скучаю((
Fiorella
Dovrun eybecerliklerini bu satirik hekayelerle ifsa etmek lazimdi
8 fevral 2015 02:00
# 14
aziz a
Sabirin bir yerlisi kimi satirani sevirem ,buda ela idi.
7 fevral 2015 23:37
# 13
Qelbim doludu !!!!
ece uslu
maraqlidi satirik yazilari sevirem
7 fevral 2015 23:31
# 12
ŞehZam
Satira mənlikdi)))
7 fevral 2015 22:45
# 11
ismayilova ulker
Bu satirik hekayeni oxuyanda men en cix bugunku gunumuzle muqayise eladim. Cox oxsarliq var meselen hansisa dovlet orqanina isin dusmesin ya polnu cibivi bosaldacaqsan yada aylarnan novbe gozdeyeceksen.

Indiki hadiselerle hec bir ferq gormedim rusvet oz yerinde
bizi qabaga aparanlarin cib agirliglarida oz yerinde. Maraqli hekayedi ona gorede paylasdim sizinle.
Xeberi redakte edib hazirlayib yayima qoyanlara tesekkur edirem.
7 fevral 2015 22:31
# 10
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Bestoş
maraqli idi
7 fevral 2015 22:19
# 9
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Omrumun Ureyi
Duwundurucudu coox yerinde
7 fevral 2015 22:19
# 8
Sevgi bağından bir çiçək dərdim...
O çiçəyi hər dəfə qoxladıqca sevgim daha da artır <3
my_angel
Satirik...Çox sevirem bele hekayeleri
Teşekkürler
7 fevral 2015 20:45
# 7
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
ayan97
Maragli.olduu tessekkurler..
7 fevral 2015 20:30
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
BARBI
Satirik hekayeleri cox sevirem cox maraqliydi
7 fevral 2015 20:12
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
maraqli oldu tsk
7 fevral 2015 19:56
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Oxudum yadıma C.Məmmədquluzadənin,M.Ə.Sabirin yaradıcılığı düşdü....satirik yazıları sevirəm...tşk..
7 fevral 2015 19:34
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
cox maraqli hekayedi tewekkurler
7 fevral 2015 19:29
# 2
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Çox maraqlı satirik hekayədi belə yerdə doğruluqdan söz gedə bilməz həmdə sifətlər çox olacaq hansı ki, bilmiyəcən həqiqisi hansıdı...
7 fevral 2015 19:19
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz