Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
❥ Sevgi hekayələri ❤
❥ Sevgi hekayələri ❤
Göndərən: Nazlı_qız
Şərhlər: 24
Baxılıb: 2525
Səs ver:
Bu balaca sevgi hekayələri həyatın özüdür. Hamımız bu hissləri yaşaya, ancaq fərqinə varmaya bilərik.

1) Bu gün qızımın toyu oldu. 10 il əvvəl qəzaya uğramış, yanan avtobusun içindən 14 yaşlı bir oğlanı çıxartmışdım. Həkimin diaqnozu bu idi: o, daha yeriməyəcək. Bir neçə dəfə onu ziyarətə qızımla getmişdim. Sonra qızım mənsiz getməyə başladı. Bu gün mən bütün deyilənlərə rəğmən bu oğlanın ayaqları üzərində dimdik dayanaraq qızımın barmağına üzük taxdığını gördüm.

2) Bu gün səhər saat 7-də dükana (mən gülçüyəm) yaxınlaşanda qapının yanında formada dayanmış bir əsgər gördüm. O, hava limanına gedirdi, bir illik Əfqanıstana uçacaqdı. Əsgər dedi: "Hər beşinci gün arvadıma gözəl bir gül dəstəsi göndərirdim. Bu ənənəni gedişimə görə pozmaq istəmirəm”. Sonra o, mənə 52 dəstə gül sifariş verib onları hər beşinci gün həyat yoldaşının işinə göndərməyimi istədi. Mən ona 50 faiz endirim etdim – bu sevgi bütün gün əhvalımı yüksək tutdu.

3) Bu gün mən 18 yaşlı nəvəmə heç vaxt məzuniyyət gecəsinə getmədiyimi dedim. Çünki məni heç vaxt
ora dəvət edən olmamışdı. Təsəvvür edirsiniz – nəvəmi axşam gözəl bir smokində qapımda gördüm. Məni rəfiqəsi kimi məzuniyyət gecəsinə dəvət etdi.

4) Bu gün balaca bir qızı əməliyyat edirdim. Təcili birinci qrup qan lazım oldu, bizdə isə qan ehtiyatı qalmamışdı. Məlum oldu ki, əkiz qardaşı da birinci qrup qan daşıyıcısıdır. Mən ona bunun ölüm-qalım məsələsi olduğunu izah etməyə çalışdım. O, bir az düşündü, sonra valideynləri ilə sağollaşdı və qolunu qoydu. Mən onun niyə belə etdiyini başa düşməmişdim, ta ki qanı götürəndən sonra "Bəs indi nə vaxt öləcəm?” soruşana qədər. Demə, o, bacısına görə həyatını qurban verdiyini düşünürmüş. Şükür ki, indi hər ikisi çox yaxşıdır.

5) Bu gün 8 yaşlı oğlum məni qucaqlayıb dedi: "Sən dünyanın ən yaxşı anasısan!”. Mən gülərək: "Hardan bilirsən? Sən ki dünyadakı bütün anaları tanımırsan” — soruşdum. Oğlum məni yenə bərkdən qucaqlayıb, bərkdən dedi: "Sən elə mənim dünyamsan!”.

6) Bu gün mən 12 yaşındakı oğlum Şonla neçə aylardan bəri ilk dəfə yolüstü qocalar evinə getdim. Çox vaxt ora tək — alzaymer xəstəliyindən əziyyət çəkən anamı yoluxmağa gedirəm. Biz içəri girəndə tibb bacısı: "Salam, Şon” – dedi. Mən oğlumdan: "O sənin adını hardan bilir?”, — soruşdum. "Dərsdən sonra bura tez-tez gəlirəm. Nənəmi görməyə”, — dedi. Mənimsə bundan heç xəbərim yox idi.

7) Bu gün keçmiş arvadımla iki illik ayrılıqdan sonra şam yeməyində görüşdük. 4 saata yaxın dedik-güldük. Getməmişdən qabaq o, mənə qalın bir konvert verdi. Onun içində arvadımın iki il ərzində mənə yazdığı 20 sevgi məktubu vardı. Konvertin üstündə yazılmışdı: "Tərsliyimdən göndərmədiyim məktublar”.


Şərhlər: 24
Baxılıb: 2525
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Aysel Tatli
maraqli idi
5 yanvar 2015 20:06
# 24
leyla_258
aaay ALLAH NECE DE MARALIYDI,BAYILDIM TWK.
5 yanvar 2015 16:18
# 23
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Omrumun Ureyi
Superrr bayildim
5 yanvar 2015 02:08
# 22
Sevgi bağından bir çiçək dərdim...
O çiçəyi hər dəfə qoxladıqca sevgim daha da artır <3
Chalikushu
tersliyimden gondermediyim mektublar.....
5 yanvar 2015 01:24
# 21
men ne vaxt boyudum ki qelbler qirdim(
sona
Sitat: Miss_Oxatan
Cox maraqli qisa hekayeler idi.her birisi heyatdan kicik ama menali,derin kadrlar.Allah razi olsun.

Raziyam
5 yanvar 2015 00:37
# 20
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
ŞehZam
Çox gözəl idi hər biri, tşk paylaşdığınçün quzum))
4 yanvar 2015 23:40
# 19
Miss_Oxatan
Cox maraqli qisa hekayeler idi.her birisi heyatdan kicik ama menali,derin kadrlar.Allah razi olsun.
4 yanvar 2015 21:51
# 18
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
canr
Hamisi gozeldi
4 yanvar 2015 21:16
# 17
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
Turkan Abbasova
Ayda nece maraqliydi.ikincisi supeeeeer idi
4 yanvar 2015 21:11
# 16
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
BARBI
Cox tesirli hekayelerdi
4 yanvar 2015 21:04
# 15
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nazan
bu ne ya
4 yanvar 2015 20:38
# 14
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
neri
hamisu maragliydi teskr
4 yanvar 2015 20:25
# 13
Sert
efsane..
hamisi qesengdi ama 2 ve 3 daha cox xosuma geldi
4 yanvar 2015 20:13
# 12
ismayilova ulker
Nə qəşəng hekayələrdi. Çox maraqla oxudum sağol bacişka ehtiyac var idi.
4 yanvar 2015 20:03
# 11
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Сладкий Ангел
4,7 cox super twk
4 yanvar 2015 19:48
# 10
.Bir gülüşüm var Sizlərə ömür...
SEVGI DENIZIM
sonuncu lap maraqli idi
4 yanvar 2015 19:16
# 9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
aziz a
Sevgi nece bir hissdir,? Sukurki Allah sevgisini bilirem
4 yanvar 2015 19:05
# 8
Qelbim doludu !!!!
Fialka
Hamsı cox təsirli xoş hadisələr olub,ama oglunun anasına olan cavabı bir başqa oldu."elə sən mənim dünyamsan"
4 yanvar 2015 19:05
# 7
my_rules12
Sonuncu elaydi twk

Sonuncu elaydi twk
4 yanvar 2015 18:57
# 6
Like mike bos seydi,esas can sagligidi..,duz deyiremse like:)
talis balasi
4 suoerdi heqiqeten
4 yanvar 2015 18:54
# 5
emis
2 ci cox romantik idi
4 yanvar 2015 18:47
# 4
my_angel
Ay Allah hamısı super idi
4 yanvar 2015 18:43
# 3
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
tatyana
Insan herseye sevgiyle qaygiyla yanasmali,cox maraqli sevgi hekayeleridi,nevenin neneye olan sevgisi mene oz qoca nenemi xatirlatdi
4 yanvar 2015 18:39
# 2
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
xeyalperest
Ayda hamdi gozel ve tesurliydi
4 yanvar 2015 18:33
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz