Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hardasan Ata?
Hardasan Ata?
Göndərən: Ayşə_gül
Şərhlər: 20
Baxılıb: 1273
Səs ver:
"Xanım qız xalasına, igid oğlan da dayısına çəkər” məsəli gündəlik həyatımızda tez-tez işlənsə də, həyat qızın xanımlığının, oğlanın igidliyinin məhz ailədə, normal ata-ana himayəsində formalaşdığını göstərir.

Elmi araşdırmalar, sosial təcrübələr doğumdan başlayıb, yetkinlik yaşına qədər uşağın inkişafında ana ilə yanaşı, atanın da mühüm payı olduğunu isbat edir. Ailəsi ilə yaxından bir dövlət başçısı kimi maraqlanan ataların yanında böyüyən uşaqların təlim-tərbiyəsində, eləcə də müstəqil həyatında ciddi problemləri olmur. Atanın təsiri güclü olan ailədə böyüyən oğlan özündən asılı olmayaraq, kişi xarakterinə yiyələnir, yoldaşa, müəllimə və ətrafdakılara qarşı münasibətlərinin məsuliyyətini dərk edərək davranır. Dərslərində qazandığı uğurlar, insanların rəğbəti onların kamil bir vətəndaş kimi yetişməsinə səbəb olur. Bu cür ailələrdə böyüyən qızlar da əsl xanım modelini anasının, kişi modelini öz atasının nümunəsində görür, kiçik yaşlarından ailənin nə demək olduğunu, ailədə ata və ananın vəzifə və məsuliyyətlərini öyrənir, gələcək həyata inamla hazırlanır.
Bütün bunlar göstərir ki, ailədə uşaqların tərbiyəsində valideynlərin rolu danılmazdır. Ətrafı, dünyanı gözəl görmək üçün gözəllik yaratmağa çalışmalıyıq. Həzrəti Mövlananın dediyi kimi: "Dünyada tikan əkən kişi, sakın əkdiyin tikanı gül bağçasında arama!” Başqa sözlə desək, qanqal becərib ondan bənövşə qoxusu gözləmək olmaz ki!

Təkcə fiziki baxımdan deyil, mənəvi cəhətdən də sağlam valideynlər dünyagörüşlü, kifayət qədər intellektual səviyyəli gənclər yetişdirməklə həm özlərinin, həm vətəndaşı olduğu ölkənin, bütövlükdə dünyanın xoşbəxt, rahat gələcəyini təmin etmiş, öz vətəndaşlıq borcunu ödəmiş olurlar. Şairimiz Məmməd İsmayılın yazdığı kimi:
... Mən dünyaya ata, ana borcluyam,
Ünvanım var, bu ünvana borcluyam...
Bəli, hər övlad ailənin bu dünyaya insanlıq borcudur. Günümüzdə bəzi ailələrin bu borcu layiqincə ödəməyin fərqində olmadığını, bəzilərində də uşaqların birtərəfli təsir altında böyüdüklərini, onların həm ailədə, həm də cəmiyyətdə problemlər yaratdığının şahidi oluruq. Həzrəti Mövlanədən öz məsuliyyətini dərindən dərk etməyin əhəmiyyəti haqqında gözəl bir hekayətlə sözümüzə qüvvət verək burada. Ailə tərbiyəsini düzgün quranlar oxuyub feyzyab olsun, o biriləri də ibrət alsınlar: "Ömər zamanında oruc ayı gəldi. Bir neçə nəfər bir dağın təpəsinə qaçdı. Oruc ayının hilalını görüb şənlənmək, onu xeyrə yozmaq istəyirdilər. Birisi:
- Ey Ömər, odur hilal, - dedi.
Ömər göy üzünə baxsa da, ayı görə bilmədi.
- Bu ay sənin xəyalından meydana gəldi. Yoxsa mən göyləri səndən daha yaxşı görürəm. Tərtəmiz hilalı necə olur ki görməyim? Əlini islat, qaşını sil. Ondan sonra hilala bax! - dedi.
Adam əlini isladıb qaşını silincə ayı görmədi:
 - Padişahım, ay görünməz oldu,- dedi.
Ömər dedi:
- Bəli, qaşının tükü səni şübhələndirdi, yaydan sənə bir ox atdı. Gözünün yolunu bir əyri tük kəsdi, o üzdən ayı gördüm deyə davaya qalxdı. Bir əyri qıl göy üzünə pərdə olursa, bütün vücudun əyri olunca halın necə olar?
Əsl insan hər şeydə doğru-dürüst olmalıdır. Ailə münasibətlərində bu, gözün görmə qabiliyyətini çaşdıran bir qıl qədər belə yolverilməz olmalıdır.
Tədqiqatlar ata və ananın öz övladlarından imtina etməsinin uşaqların davranışına, emosional durumuna və əqli inkişafına da mənfi təsirini təsdiqləyir. Lakin atanın ailədən uzaqlaşması daha acı nəticələr verir. Mən özüm baba olsam da, hərdən atamın nəsihətləri yadıma düşür, özümü çox rahat hiss edirəm.
Qonşularımdan biri oğlunu evləndirir. Bir müddətdən sonra gənc ailə başçısı axşamlar evə gec gəlməyə başlayır. Ata anası vasitəsi ilə oğluna özünü yığışdırmağı ismarış etsə də, alınmır. Bir axşam da ata yun çubuğunu götürüb evə gec gələn oğlunu o ki var çırpır. Oğul başa düşür ki, evlənməklə ata-ana məsuliyyətindən boyun qaçırmaq olmaz.
Ailədə valideyn nəzarəti o demək deyil ki, ata heç vaxt ailəsindən ayrıla bilməz. Ana işləməyib, ancaq uşaqların tərbiyəsi ilə məşğul olmalıdır. Növbəli işi ilə əlaqədar olaraq bəzi atalar müəyyən müddət ailəsindən ayrılmalı olur. Ailə münasibətlərinin normal qurulduğu ailələrdə bu vəziyyət orada böyüyən uşaqların tərbiyəsinə heç cür maneə ola bilmir. Əksinə, uşaqların məsuliyyətini artırır. Yaxşı tanıdığım çoxuşaqlı bir ailənin böyük oğlu özündən kiçik neçə bacı-qardaşının böyüyüb yetişməsində müəllim və tibb bacısı olan valideynləri qədər zəhmət çəkirdi. İndi işlədiklərini bəhanə gətirərək bir və ya iki uşaqla kifayətlənən nə qədər ailə tanıyırıq. 1941-1945-ci illər müharibəsində əksər ailələrdə uşaqlar atasız böyüyüb, çox layiqli vətəndaşlar olublar. Onların ataya bərabər, kişi xarakterli anaları olub. O dövrün anaları qarovulçu da olublar, ot, əkin də biçiblər, təsərrüfat da idarə ediblər.
Günümüzdə işi ilə deyil, vərdişi ilə əlaqədar olaraq, ailəsinə soyuq münasibət bəsləyən gənclər həm özləri, həm də cəmiyyət üçün problem olan uşaqların yetişməsinə arzuolunmaz münbit şərait yaradırlar. Şəhər bir yana, kənddə belə, gecədən xeyli keçmişə qədər gecə klublarına bənzər müxtəlif "xanə”lərdə vaxtını israf edən, sakit küçələri eybəcər söz-söhbətləri, qəhqəhələri ilə dolduran gənc atalar ailə tərbiyəsinə nə qədər müsbət təsir göstərə bilər? Ailədə uşaqların da yaxın gələcəkdə ata, ana olacaqlarını düşünsək, onların həyata necə hazırlandığını təsəvvür etmək çətin deyil.
Ata-ananın gözündən uzaq olduqda belə öz hərəkətlərimizə ciddi fikir verərdik. Güman edərdik ki, quşlar belə haqqımızda valideynlərimizə məlumat verəcək. İndi evin içindəcə valideyn bilmir ki, övladı kimlərlə zəngləşir, ən çox hansı saytlara girir. Bir də xəbər tutur ki, uşaq ya evdən qaçıb, ya da hansısa bir cinayətin iştirakçısı olub.
Uşağa sərbəstlik vermək onu özbaşına buraxmaq deyil. Ailədə böyüyən uşağa valideynlər, yaşıdları, ictimaiyyət qarşısında vəzifə və borclarını başa salaraq sərbəstliyə alışdırmaq və onu sərbəstliyin özünün də daha böyük məsuliyyət olduğuna inandırmaq lazımdır. Burada da ata və ananın ailədaxili etimada, inama əsaslanan sərbəstliyi gənc şəxsiyyəti müsbət istiqamətə yönəldə bilər.
Valideynlər, xüsusilə də atalar öz nümunələri ilə övladlarını həyata hazırlayırlar. Nəyin yaxşı, nəyin pis olduğunu vətəndaş kimi insanlarla münasibətdə hansı meyarları gözləmək lazım gəldiyini atalar öz təcrübələri əsasında kitab və məktəbdən daha yaxşı başa salırlar. Ata uşaqlar üçün həm də şövq, həyat eşqi mənbəyidir. Hər şeyi gözəl görən, həyatdan, insanlarla münasibətdən zövq almağı bacaran valideynlərin uşaqları da fərəhli olur, nikbin böyüyürlər.
Gəncliyimdə, uşaqların kiçik yaşlarında qonşu Digah kəndində müəllim işləyirdim. Nahar vaxtı mədəm əziyyət çəkməsin deyə hərdən rəhmətlik anam çantama bişirdiyi bozlamac çörəyinin arasına motal pendiri doldurub dürmək qoyardı. İnanın, iki növbə arası o dürməyi dünyanın ən ləziz yeməyi kimi yeyərdim. İşdən gələndən sonra süfrəyə əyləşər, böyük iştaha ilə yeməyə başlayardım. Uşaqlar da oturub məni seyr edərdilər. Onlar üçün də xörək çəkilməsini istəyəndə həyat yoldaşım, anam bir az əvvəl birlikdə yeyib-içdiklərini deyərdilər. Mən israr edəndə uşaqlara da yemək çəkərdilər. Uşaqlar elə yeyərdilər ki, ana və nənə mat qalardılar. Mənim acgözlüklə yeməyim onların iştahasını itiləyərdi.
Gözəl əməl sahibi olan valideynlər ən sadə işləri ilə də uşaqlarının qürur mənbəyidir. Bizə dərs deyən müəllimlərdən rəhmətlik Cövhərət müəllimə deyərdi ki, atası onu süpürgə sataraq qazandığı pulla oxudub. Hazırda həyatda olan müəlliməmiz Zərifə xanım deyirdi ki, atası onu balta ilə tir yonaraq qazandığı pulla oxudub.
Heç kəsə sirr deyil ki, atanın işi uşaqları böyüdüb, təhsil verib, evləndirməklə bitmiş hesab olunmur. Onun məsuliyyəti ömür boyunca davam edir. Tələbkarlıqla yanaşı, ədalət, hörmət, sevgi ilə cilalanmış ailə münasibətlərinin hakim olduğu ailədən dili, əməli ilə könüllərə fərəh, məmnunluq gətirən vətəndaşlar yetişir. Həyat hər üzü ilə bunu sübut edir.
Ailə həm də Allahın saysız-hesabsız nemətlərindən biridir. Onun qədrini bilmək, bir ailənin atası və ya anası olmaq lütfünə şükür etmək Uca Yaradan qarşısında insanlıq borcumuzdur.
Allah hər birimizə ailəmizin əsl sahibi olmağı nəsib eləsin. Ailəmizin hər bir üzvünə kifayət vaxt ayırmaq üçün səbir və istək versin. Allahın qədər-qisməti istisna, heç bir uşaq atası ola-ola:- "Ata, haradasan?” - deməsin. Amin!
 
"Zaman Azərbaycan"


Şərhlər: 20
Baxılıb: 1273
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
allah atalarimizi basimizin ustunden eskik etmesin
7 yanvar 2015 19:17
# 20
Nazan
ata hardasan?:)
7 yanvar 2015 01:12
# 19
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
ismayilova ulker
Yaralı yerimə toxundun ay Ayşən. Məndə atam ola ola ata deyənlərdənəm. mafoldumben Çox pis oldum çooox.
6 yanvar 2015 01:34
# 18
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
lili)
Sitat: Qlamurr
Allah valideyinlərimizi qorusun,onları başımızın üstündən əskik etməsin,hər birimiz gələcəyin analarıyıq,demək düzgün tərbiyə vermək,həyatda əsl şəxsiyyət,fərd yetişdirmək bizim əlimizdədi.....
5 yanvar 2015 23:56
# 17
Wiyinka
Sitat: ece uslu
allah butun valideynleri qorusun dunyasini deyiwenleri rehmet elesin

amin
5 yanvar 2015 23:07
# 16
ece uslu
allah butun valideynleri qorusun dunyasini deyiwenleri rehmet elesin
5 yanvar 2015 22:39
# 15
Сладкий Ангел
Allax butun valideyinleri qorusun menim valideyinlerimide hemcinin
5 yanvar 2015 22:09
# 14
.Bir gülüşüm var Sizlərə ömür...
Alok
Axrinci sozlere gore amin.Ata anamizi bawimizin ustunden eksik etmesin onlar her weyimiz.

. Mən dünyaya ata, ana borcluyam,
Ünvanım var, bu ünvana borcluyam...

bu sozleri cox beyendim men.
5 yanvar 2015 21:59
# 13
''Anne olmadan anlayamazsın'' derdi annem melekler Ne kadar da haklıymış.Şimdi ona itiraf ediyorum ne kadar haklı olduğunu,gülümsüyor,gözleri doluyor anneciğimin.
Wappuw
allah butun valideyinleri qorusun..amin
5 yanvar 2015 21:58
# 12
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
tek umidim sen
Allah her kesi qorusun! Amin!
5 yanvar 2015 21:49
# 11
Kadın derin ama adam yüzme bilmiyor...
sia
Allah heckime valdeyin acisi cekdirmesin Atam kalbimin tek sahibi
5 yanvar 2015 21:47
# 10
Və bir gün məni heç vaxt sevməyəcək birinə aşiq olduğumu anladım...
Qlamurr
Allah valideyinlərimizi qorusun,onları başımızın üstündən əskik etməsin,hər birimiz gələcəyin analarıyıq,demək düzgün tərbiyə vermək,həyatda əsl şəxsiyyət,fərd yetişdirmək bizim əlimizdədi.....
5 yanvar 2015 20:32
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
NUR
ALLAH HEC KIME YASATMASIN MENDE OLA OLA ATA DEYIREM HARAY VEREN YOXDU AMMA ELE BIR HISSDIRKI DILLI BASA SALMAQ MUMKUN DEYIL
5 yanvar 2015 20:29
# 8
xeyalperest
Allah hec kime valideyn hesreti acisi gostermesin. 15
5 yanvar 2015 20:24
# 7
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
AYKA-ISI
Allah valideynlerinlerimizi bizi cox gormesin atam men her weyimdi geleceyin 2 atasinida men boyudurem inwAllah gozel ata olarlar
5 yanvar 2015 19:48
# 6
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Aysel Tatli
atamsiz bir gunum olmasin amin
5 yanvar 2015 19:36
# 5
Melek5
Sitat: BARBI
Allah atalarimizin canini sag elesin

he amin
5 yanvar 2015 19:12
# 4
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Fialka
Bu gün böyütdüyün uşaq sabahın atasıdır ona görə tərbiyə edərkən daha diqqətli olmaq lazımdır.Allah valideynlərimizi üstümüzdən əksik etməsin amin
5 yanvar 2015 18:51
# 3
BARBI
Allah atalarimizin canini sag elesin
5 yanvar 2015 18:45
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Sara035
Allahın qədər-qisməti istisna, heç bir uşaq atası ola-ola:- "Ata, haradasan?” - deməsin. Amin!
Amin allahim allah hec kime bu derdi yawatmasin ne ola ola nedeki olumunuciyy
5 yanvar 2015 18:40
# 1
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz