Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxulu hekayə +18
Qorxulu hekayə +18
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 3131
Səs ver:
2005-ci ildə 13 yaşındaydım. Bir gün dostumun evinə getmişdim. Bizim evimizdən çox da uzaq da yerləşmirdi. Onlarda oturarkən fərqinə də varmadan 4 saat keçmişdi. Artıq gec olmuşdu, dostum onlarda qalmamı istədi. Mən də anama zəng edib icazə aldım. Sonra gecə olmuşdu artıq yatmaq vaxtı gəlmişdi. Dostumun otağında qalacaqdım. Otaq geniş idi. Mənim yatdığım yer də qapıya yaxın idi. Tam yuxuya girəcəkkən birdən qapının arxasındanbir qadının səsinə oxşar qışqırıq eşitdim. Qorxudan ne edəcəyimi bilmədim, birinci dəfə idi ki dostumgildə qalmışdım. Ən əsas da ki bu cür vahiməli səsi birinci dəfə eşitmişdim. Sonra əmin olmaq üçün dostumu oyandırdım. O küçə pişikləri olduğunu söylədi. Yat fikir vermə dedi. Amma mən inanmadım, səsi eşitdiyimə əmin idim. Dostumu ayağa qalxmağa məcbur edib arxayın olmaq üçün fənəri götürüb qapını açdıq mənim əlimdə də fənər var idi. Qapıdan təzə çıxmışdıq ki, aşağıya doğru sürətlə qaçılan ayaq səslərini eşitdim. Biz də yavaş yavaş aşağıya zirzəmiyə endik ən sonunda səslər zirzəmidə bitdi. Sonra həyəcanla zirzəminin şüşəsindən gizlicə içəriyə baxdıq və nə görək?! Üstü başı qanlı ağızı burnu yarımçıq olan ağappaq bir şey var idi. Yerdə uzanmışdı. Gözlərimizə inanmadıq. Nə olduğunu bilmədən qorxudan dərhal evə qaçdıq dostuma bu hadisəsni atana deməliyik - dedim. O isə səhər olsun izah edərik dedi. Otaqda qorxudan nə edəcəyimizi bilmirdik. Səhərə qədər yata bilmədik. Gözümüz elə qapıda qalmışdı. Arabir isə aşağıdan gələn səslər bizi daha da qorxudurdu. Səhər açılanda dostum atasına hadisəni izah etdik, atası isə gülərək siz xəyal görsünüz dedi. Aşağıya endiyimizdə heç bir şey görə bilmədik, amma mən zirzəminin şüşəsində əl izinin qaldığına fikir verdim. Belə bir şeyin olduğuna inanırdım... Yuxarı qaıxdıq. Mən evə getməyə hazılaşırdım. Dostumun atası isə işə gedirdi. Bir çıxaq dedim, dostum da məni ötürmək üçün çölə çıxdı. Binanın qarşısında polislər var idi. Yaxınlaşıb nə olduğunu soruşanda bir qızı bu gecə maşın vurub öldürdüyü üçün məhəllədə axtarış etdiklərini dedi. gündən sonra qorxumdan o məhəlləyə addımımı belə atmadım. Bu hadisəni danışanda mənə inanan da oldu inanmayan da...



Şərhlər:
Baxılıb: 3131
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz