Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sadəcə bir qız atdı bir əsgəri...
Sadəcə bir qız atdı bir əsgəri...
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 1509
Səs ver:
Mən qəribə bir insanam. Hələ yaşadıqlarımdan sonra daha da qəribə olmuşam. Adım Elxandır, 25 yaşım var. Yaşım 25 olsa da üzdən baxdıqda mənə 30-35 yaş vermək olar. Yaşadıqlarım simamda əks olunub sanki. Nəysə söhbəti uzatmağın nə mənası? Keçim mətləbə.
Yadımdadır tam 7 il bundan əvvəl olardı, 2006-cı il olardı. Yay ayları idi. İmtahana getmişdim ali məktəbə görə. Bayırda biraz gözlədikdən sonra içəri buraxılış başlandı. Daha sonra mən də içəri daxil oldum, otağımı axtarmağa başladım. Bir müddət sonra tapıb otağıma daxil oldum. Otağın əksəriyyətini oğlanlar təşkil edirdi. Mən yerimi tapıb əyləşdim. Məndən qabaqda bir qız əyləşmişdi. Birdən başını arxaya çevirdi. O an mən yerimdəcə donub qaldım. Aman Allah bu nə gözəllikdir? O an ürəyimə elə bil kimsə ox atdı, ox qəlbimi deşib keçdi sanki. Uzun sarı saçları vardı. Sanki günəş öz saçlarından bağışlamışdı ona. Ağappaq bir qız idi. Hələ gülüşünü demirəm. Nəysə birdən nəzarətçi otağa daxil oldu. Az sonra testlər paylanıldı. Mən birtəhər onu ağlımdan çıxarıb fikrimi testə verməyə çalışdım. Mən o qədər də güclü dərs oxuyan deyildim. Özümə görə savadım var idi amma. Nəysə bildiyim sualları cavablandırdım , daha sonra cavab anketində cavabları qeyd etdim. İmtahan bitdi bayıra çıxdıq. Fikrim bayaqki qızda idi . Otaqdan bayıra çıxanda bir ara sıxlıq oldu məni arxadan kimsə itələdi və mən özümdən asılı olmayaraq bayarki qıza toxundum. Mənə baxdı o an. Mən də: 
- Bağışlayın, istəmədən oldu.
- Eybi yox, Allah bağışlasın.
Düşündüm ki, onunla danışmışkən tanış da olum. Əlimi ona uzadaraq: 
- Mənim adım Elxandır.
O biraz mənə baxdı, ilk öncə tərəddüd etdi, amma daha sonra o da əlini mənə tərəf uzadaraq :
- Mənim də adım Nərmindir.
- Tanış olnağımıza şad oldum. İmtahan necə keçdi? 
- Yaxşı, sizdə? 
- Məndə də yaxşı keçdi. İnşallah daxil olarıq ikimiz də.
- Amin . Nəysə mən gedim valideynlərim gözləməsinlər.
- Hə yaxşı, sağolun.
Daha sonra düşündüm ki, ona əlimi uzatmaqla düzgün mü etdim? Yox, yox düz elədim. Hərhalda kobud hərəkət olsa idi əl uzatmaq, o da əlini mənə uzadıb əlimi sıxmazdı. Az sonra mən bayıra çıxıb valideynlərimi tapdım.
Atam: 
- Hə oğlum , necə keçdi imtahan? 
- Yaxşı keçdi ata
- Hə xeyirlisi inşallah oğlum, gəl gedək evə.
- Hə gedək ata, ana gəl gedək.
- Gəlirəm oğlum.
Maşına minib evə üz tutduq. Yolda gedən zaman atam nə isə danışırdı, amma mən ona qulaq asmırdım nə soruşurdusa məndən, mən də cavabında "hə ata düz deyirsən” deyirdim. Fikrim Nərminin yanında idi. Evə çatdıq mən yemək yemədim sadəcə yorğun olduğumu söylədim və otağıma qalxdım. Otağıma daxil olub çarpayımda uzandım. Hələ də yadımdan çıxara bilmirdim onu. Görəsən bir də görəcəkdim mi onu? Yox əşşi harada görəcəkdim ki? Bu fikirlərlə məni yuxu apardı və yatdım. Birdən telefonumun səsinə oyandım. Dostlarım idi zəng edən: 
- Hardasan? 
- Evdə
- Çıx bayıra, biraz hava alaq.
- Yox istəmirəm, yorğunam, biraz dincələcəm.
- Hə yaxşı oldu o zaman, hələlik.
- Hələlik.
Nəysə bir neçə gün ötüb keçdi və imtahanların cavabları bəlli oldu. Mən III ixtisas qrupu üzrə imtahan vermişdim. Cavablara baxdım və 375 bal topladığımı görüb sevindim. Tez gəlib sevincimi valideynlərimlə paylaşdım, onlar da sevindilər. Bir neçə gün sonra atamla getdim ki, balıma uyğun ixtisasları seçməyə. Mən maşından düşdüm və binaya daxil oldum, atam isə məni bayırda gözləyirdi. Daha sonra içəridə bizə vərəqlər paylandı və hərkəs öz topladığı bala uyğun ixtisasları seçib yazdı. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini seçdim. Uşaqlıqdan arzum idi həmin universitetin tələbəsi olmaq. Bundan əlavə daha bir neçə yer seçib yazdım. İşim bitdikdən sonra vərəqi nəzarətçiyə təqdim edib otaqdan çıxdım. Atamın yanına gələrək: 
- Hə ata gəl gedək evə.
- Gedək oğlum. Yolda gedən zaman ürəyimdə arzu edirdim ki, ay Allah nə olar ikimiz də eyni universitetin , eyni fakültəsinə daxil olardıq. Necə gözəl olardı. Xəyal qurmaq ən gözəl şeydi. Amma adı üstündə "xəyal” ... Gerçək olması imkansız. Nəysə beləcə günlər ötdü və mən xəyallarımdakı universitetin tələbəsi adını qazandığımı öyrəndim. Bəli , mən artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetin tələbəsi idim. Çox xöşbəxt idim.
Günlər keçir və budur bu gün mənim ilk dərs günüm idi. Evdən çıxdım universitetə gəlmək üçün. Həyəcanlı idim, həm də çox. Atam o gün işdə idi və mən dərsə avtobusla getməli oldum. Gəldim universitetə çatdım, içəri daxil oldum. Otağımızın nömrəsini öyrənib yuxarı qalxdım. Çətinliklə də olsa otağı tapdım və içəri daxil oldum. İçəridə 5-6 nəfər var idi. Salam verdim və bir yer tapıb əyləşdim. Başımı aşağı saldım. Elə biraz keçmişdi ki, ayaq səsləri eşitdim. Mənə tərəf gələn ayaq səsləri və birdən kimsə mənə toxunaraq Elxan? 
Mən başımı qaldırdım, gözlərimə inanmadım. Bu ki, Nərmin idi. Yuxu olduğunu sandım və gözlərimi ovuşdurub , yumub-açdım. Gözlərimi açdıqdan sonra yenə də həmən mənzərənin şahidi oldum. Mən özümü toplayaraq: 
- Salam Nərmin, hə Elxan, necəsən? 
- Yaxşıyam çoxsağol sən necəsən? 
- Mən də yaxşıyam. Sən burada xeyr ola? 
- Mən buranın tələbəsiyəm artıq, deyəsən sən də buranın tələbəsisən artıq hə? 
- Doğurdan deyirsən? Hə, hə mən də buranın tələbəsiyəm artıq.
- Deməli birgə oxuyacağıq.
- Hə, sevindim.
- Nəysə mən keçim əyləşim.
- Hə yaxşı.
Daha sonra o keçib mənim qarşımda əyləşdi. Az sonra müəllimimiz gəldi tanış olduq filan. O gün mən, ancaq Nərminə baxdım. Onun isə fikri müəllimdə idi. Deyəsən yavaş-yavaş ona aşiq olurdum. Deyəsən nədi? Artıq aşiq olmuşdum Nərminə. Neyləyəcəyimi özüm də bilmirdim.
Nəysə belə-belə günlər ötüb keçirdi. Biz artıq Nərminlə yaxın dost idik. Onun nə dərdi olsa idi mənə açardı, mənim də nə dərdim olsa idi ona açardım. Bir gün bütün cəsarətimi topladım və ona ürəyimi açacağımı qərara aldım. Dərsə gəldik filan. Mən həmişəki kimi onu izləyir o isə yenə də müəllimə qulaq asırdı. Dərs bitdi biz daha sonra tənəffüsə çıxdıq. Ona onunla vacib birşey danışacağımı söylədim. O da : 
- Yaxşı gəl bayıra çıxaq, de.
Daha sonra biz bayıra çıxdıq. Həyətdə bir skamyada əyləşdik.
- Nə deyəcəkdin ki mənə? 
- Mən bunu sənə deyim, deməyim deyə çox düşündüm. Amma sonda deməyi qərara aldım. Xaiş edirəm sözümü kəsmə. Mən səni ilk görəndən bəri sənə, sənin gözəlliyinə valeh olmuşam.
- Çoxsağol...
- Və deyəsən mən, mən, mən...
- Aha? 
- Sanki o da bunu gözləyirdi. Aha sən nə? 
- Mən deyəcəkdim ki, gəl gedək yemək yeyək dərsimiz bitdiksən sonra, sadəcə ikimiz. Mən bunu dedikdən sonra onun az öncə üzündə yaranan gülüş bir anda soldu və könülsüz bir şəkildə təklifimə razılıq verdi. Daha sonra o sinifə qalxdı, mənsə biraz daha oturub sonra gələcəyimi söylədim. O getdikdən sonra başladım özümü danlamağa. Yemək nədi? Nə yemək? Yemək haradan çıxdı? Bir dəqiqə, bir dəqiqə... Bəlkə yemək yeyəndə açım ona ürəyimi? Həm biraz da cəsarət toplardım o vaxta qədər. Daha sonra məndə yuxarı qalxdım. Az sonra tənəffüs bitdi və dərs başladı. Mən yenə ona baxırdım. Birdən o üzünü mənə çevirdi və ona baxdığımı görüb güldü, lakin heç halını pozmadan: 
- Qələmini olar mənə verəsən? Mənimkinin mürəkkəbi bitib.
- Hə əlbəttə, buyur, buyur.
- Çoxsağol
- Dəyməz
Mən ona baxmaqdan heç doymurdum. İstəyirdim səhərdən-axşama qədər ona baxım. Az sonra bir də onu gördüm ki, dərs bitdi, tənəffüs idi artıq.
Nərmin mənə yaxınlaşaraq: 
- Gedək yemək yeməyə? 
- Hə gəl gedək. Biz bir kafeyə getdik daha sonra. Yemək seçdik və az sonra yemək gəldi. Yemək yeyən zaman mən başladım danışmağa dərslərdən filan. Birdən özümdən asılı olmayaraq sözümün ortasında ağzımdan "Nərmin mən səni sevirəm” çıxdı. Elə bu an bir də onu gördüm ki, Nərmin qəribə baxışlarla mənə baxır. 
Mən: 
- Bağışla, bağışla birdən çıxdı ağzımdan istəmədən.
- Niyə üzr istəyirsən ki? Düzünə qalsa mən də səni sevirəm.
- Nə? 
- Hə, hə mən də səni sevirəm. Elə ilk gördüyüm gündən. Sənin də məni sevdiyini bilirdim, səni çox görmüşəm dərs zamanı mənə baxan, amma bildirməmişəm.
- Nərmin, mən də səni ilk gördüyüm gündən sevirəm. Həm də çox sevirəm. O gün dünyada məndən xöşbəxt birisi ola bilməzdi yəqin ki. O gündən biz sevgili olduq. Mən onu dərsdə nə qədər görsəm də yenə də yetmirdi mənə. Onu günün 24 saatı görmək, hər an yanımda olmasını istəyirdim. Bəlkə onunla axşamlar telefonla mesajlaşır və yaxud danışırdım , amma səsi içimdəkini məhv etməyi bacarmırdı. Onun üzünü, gözünü , saçlarını heçnəyə dəyişməzdim. Onu çox sevirdim. 
Bir gün onun ad günü idi. Ona sürpriz hazırlamaq qərarına gəldim. Sürprizi üniversitetdə edəcəkdim. Bu fikrimi dostlarımla da paylaşdım onlar da mənə kömək edəcəklərini söylədilər. Mən universitetə qəbul olduqdan sonra gitara kursuna getmişdim. Arada bir özüm üçün mahnılar bəstələyib gitarada ifa edirdim. Fikrim də bu idi ki, tənəffüs vaxtı yeməkxanada ona sürpriz ad günü hazırlayacaq və ona hədiyyə olaraq gitara ilə mahnı ifa edəcəkdim. Nəysə onun ad günü gəldi , yetişdi. Səhər mən və dostlarım dərsə biraz tez gəlmişdik ki, hazırlıqları görüb , rektordan icazə alaq. Nəysə icazə aldıq, sağolsun rektorumuz anlayışla qarşıladı fikrimizi. Daha sonra yeməkxanadan bir neçə bər-bəzək asdıq filan. İlk dərsə girmədim. Bir də gördüm Nərmin mənə mesaj yazıb ki, canım haradasan? Dərsə niyə gəlməmisən? 
Mən cavabında:
- Canım səhər yuxuya qalmışdım, avtobusa gecikdim indi yoldayam gəlirəm yazdım. O da cavabında: 
- Oldu, tez gəl , darıxmışam sənin üçün yazdı.
Bir müddət sonra hazırlıqlar bitdi. Tənəffüs oldu və dostlarıma tapşırdım ki, nə olur olsun Nərmin yeməkxanaya girməməlidir. Onlar da razılıq verdilər. Daha sonra dostlarıma dedim ki, mən bu gün dərsə girməyəcəyəm. İkinci dərs bitib tənəffüs olduqdan sonra qızlara deyin ki, onu yeməkxanaya gətirsinlər. Mən o gün rektordan icazə almışdım ki, bütün günü dərsə girməyim. Rektor da sağolsun insanı başa düşən biri idi. Nəysə , mən daha sonra Nərminə mesaj yazdım ki, " mən hələ də avtobus dayanacağındayam alınsa gələcəm dərsə, alınmasa da dərsdən sonra biryerdə görüşərik. O da cavabında: 
- " Yaxşı canım, amma bugün mütləq görüşək” yazdı.
Mən yeməkxanada son hazırlıqları elə təzəcə görüb bitirmişdim ki, zəng vuruldu. Az sonra o qızlarla yeməkxanaya daxil oldu və mən qapının arxasından çıxdım və gitarayla mahnını ifa etməyə başladım. Mahnımı bitirdikdən o mənim boynuma sarıldı.
- Canım çoxsağol, yaxşı ki, varsan , yaxşı ki, həyatımdasan. Məni heç vaxt atma, tərk etmə . Sənsiz yaşaya bilmərəm mən. Səni çox sevirəm. 
Canım sən də yaxşı ki,varsan. İnşallah canım. Mən də sənsiz yaşaya bilmərəm. Mən də səni çox sevirəm. Daha sonra yeməkxanada olan hərkəs bizi alqışladı. O gün heç yadımdan çıxmır. O gündən sonra biz bir-birimizə daha da çox bağlandıq. Onsuz keçmək bilməyən zaman, onunla olduğum zaman mənə yetmirdi. 
Günlərin bir günü mən qərara aldım ki, Nərminlə aramızdakı münasibəti valideynlərimə söyləyim , əgər Nərminin də razılığı olsa idi nişanlanardıq həm də. Hər halda nişanlanmaq istəyimi açıq-aydın və birdən-birə deyə bilməzdim Nərminə. Ağlıma bir fikir gəlmişdi. 
Bir gün ona bir üzük aldım. Üzüyü qutusundan çıxardım , qutuya sadəcə bir neçə kağız qoydum. Kağıza bir neçə söz yazmışdım. Daha sonra üzük qabını paket formasında bağlatdırdım. Səhərisi gün dərsə gəldik. Bəxtimdən ilk dərs boş idi, müəllim xəstələnmişdi, gəlməmişdi dərsə. Gedib Nərminin yanında əyləşdim. Deyəsən ona soyuq idi , dərsdə palto ilə əyləşmişdi. Bu mənim işimi daha da rahatlaşdırdı. Yanında əyləşdikdən sonra paketi cibinə atdım, xəbər tutmadı qızlarla söhbət edirdi. Daha sonra mən: 
- Canım cibindəki nədir? 
- Heçnə canım.
- Canım cibində nəsə var axı, hərhalda boş olsa idi cibin boş görünərdi. Bir əlini at bax gör nədir. Mənim sözümdən sonra Nərmin əlini cibinə atdı və paketi çıxardı.
- Aaaaa bu nədi? Bu mənim cibimə necə girib? 
- Nəbilim, bəlkə kimsə qoyub? 
- Sən qoymusan? Nədir bu? 
- Aç bax bilərsən...
Daha sonra paketi açıb üzük qabını gördü və üzükqabının ağzını açdı və içinə vərəq qoymuşdum açdı və oxudu. Vərəqdə belə yazmışdım. "üzükqabını açanda bilirəm istədiyin mənzərə ilə qarşılaşmadın. Səndən bir xaişim var. Üzükqabının döşəkcəsini qaldır”. Daha sonra o döşəkcəni qaldırdı. Orada da kağız var idi. Onu da açıb oxudu. Orada belə yazmışdım. "Sən bir Günəşsən mən isə ətrafında fırlanan Yer kürəsi. Sən olmasan , mənim ömrümü işıqlandırmasan mən məhv olaram. Sənə bir sual verim. Bir ömür Günəşim olub məni qızındırarsan? Qızındıraram deyirsənsə paltovun cibinə yaxşı-yaxşı bax. " Az sonra o kağızı qırağa qoyub əlini cibinə atdı və deyəsən üzüyü tapdı. Birdən – birə üzərimə atıldı və boynumu qucaqlayaraq: 
- Olaram , hə , hə günəşin olaram. Bu məni çox sevindirdi. Qrup yoldaşlarım da sevindi və bizi alqışlayıb , təbrik etdilər. O gündən mən ona "Günəşim” deyirdim. Onu çox sevirdim. Nərminin də razılığını aldıqdan sonra evdəkilərlə danışmağı qərara aldım. Dərsdəm gəldim və gördüm ki, atamla-anam divanda əyləşib televizora baxırlar. Mən gedib yanlarında əyləşdim.
Atam:
- Sən bu universitetə qəbul olduğundan bəri üzünü görmək müşkül məsələyə çevrilib. De görüm dərslər necədir? 
- Yaxşıdır ata çoxsağol.
- De görüm qız filan var? Sevgilin filan? Hə? 
O an atam tam ürəyimdən vurdu, mən söhbəti necə açacağımı bilməzkən.
- Hə var ata deyib başımı aşağı saldım.
- Xeyirli olsun oğlum.
- Çoxsağol ata, mən də sizinlə bu barədə danışmaq istəyirdim elə. Söhbəti necə açacağımı bilmirdim, çoxsağol söhbəti açdığına görə. Mən cəsarətimi toplayıb dərindən nəfəs aldım və sözə başladım. 
- Deməli mənim sevdiyim var. Sevgim qarşılıqlıdır. Biz bir-birimizi çox sevirik və sizin icazəniz olarsa biz nişanlanmaq istəyirik. Sözümü bitirdim və ilk öncə anama daha sonra atama baxdım. Atam təəccüblənmişdi. Az öncə üzündə olan gülümsəməni təəccüb hissi əsir götürmüşdü. Birdən atam gülümsəməyə başladı. Üzünü anama tutaraq: 
- Arvad de görüm razısan? 
Anam gülümsədi və deyəsən razı idi. Mən bu işin bu qədər asan və rahat olacağını bilsə idim evdəkilərlə çoxdan danışardım.
- Oğlum qıza de ailəsi ilə danışsın nə vaxt münasib olsalar elçiliyə gedək. Daha bir dənə oğlumuz var da. Onu üzməyəcəyikki?!
- Ata zarafat edirsən? 
- Yox ciddi sözümdür. Bu il nişanlanarsız sonra sən universiteti bitirib əsgər gedib-gələrsən sizə qəşəng bir toy edərik İnşallah. Bu sözlər məni çox , dəhşət çox xöşbəxt etmişdi.
- Get qızla danış, ailəsinə desin, münasib olduqları zaman gedək elçiliyə. 
Düzünə qalsa mənim valideynlərim hər zaman mənim qərarımı hörmətlə qarşılayıblar. Biliblər ki, onların üzünü qara çıxarmaram. Həm də mən artıq öz qərarlarımı verə biləcək yaşda idim.
Daha sonra mən öz otağıma qalxdım ki, Nərminə zəng vurum. Az sonra Nərmin telefona cavab verdi: 
- Canım necəsən? 
- Yaxşıyam canım , sən? 
- Sənin üçün darıxdığımı saymasaq əlayam. 
- Nolub ki, əlasan? Xeyirdi İnşallah? 
- Xeyirdi, xeyirdi . Evdəkilərə səndən danışdım, səninlə fikrimizin ciddi olduğunu söylədim.
- Doğurdan? Nə dedilər bəs? 
- Dedilər gəlinimizə de ki, ailəsiylə danışsın münasib olduqları vaxt elçiliyə gedək.
- Aaaa doğurdan deyirsən? 
- Hə canım. Sən də ailənlə danış. Sabah dərsdə mənə xəbər edərsən.
- Yaxşı canım.
- Canım mən yatıram səhər sonra qalxa bilmirəm yuxudan. Tez yatım ki, tez durum və səni görüm. Səni sevirəm.
- Mən də canım, hələlik.
Mən yatdım, amma fikrim Nərmində qaldı. Bu fikirlərlə məni yuxu apardı. Oyandığımda artıq səhər idi. Mən çarpayımdan qalxıb geyindim. Daha sonra əl-üzümü filan yudum. Aşağı düşdüm atam, anam artıq süfrəyə əyləşmişdilər, məni gözləyirdilər.
- Sabahınız xeyir.
- Sabahın xeyir oğlum
- Ana mənə çay süz zəhmət olmasa.
- Buyur oğlum.
- Çoxsağol ana. Mən tələm-tələsik çayımı içib süfrədən qalxdım.
- Hara tələsirsən, dərsə ki, hələ var oğlum?!
- Ata bu gün Nərmindən cavab alacam. Görüm ailəsi razıdır ya yox?!
- Hə o zaman get oğlum, işin avand olsun.
- Sağolun, özünüzdən muğayat olun.
Mən daha sonra evdən çıxdım. Avtobusa minib universitetə gəldim. Nərmin qapıda məni gözləyirdi.
- Salam canım necəsən? 
- Superəm canım, çox super. 
- Xeyr ola canım? Yoxsa düşündüyümmüdür super olmağına səbəb? 
- Hə evdəkilərə dedim.
- Nə dedilər? 
- Birisi gün ailəni gözləyirlər.
- Canım çox sevindim. Axır ki, istəyimizə çatırıq.
- Hə canım.
O gün mən sevincdən uçacaqdım az qala. Bu xəbəri atama, anama dedim. Nəysə uzatmayım elçilik günü gəldi çatdı. Bizimkilər elçiliyə getdi. Adət-ənənəyə görə mən getmədim, evdə qaldım. Çox həyəcanlı idim. Görəsən biz Nərminlə həqiqətən qovuşacaqmıydıq? Mən vaxt keçsin deyə başımı qatmağa çalışırdım. Televizoru işə saldım və keçib divanda uzandım. Fikrim elçilikdə qalmışdı televizorda nə danışıldığı məni maraqlandırmırdı. Bu fikirlərin içərisində sən demə məni yuxu tutmuş yatmışdım. Gözlərimi açanda atamı başımın üstündə gördüm. Cəld ayağa qalxdım.
- Ata, nə oldu? 
- Muştuluğumu ver, qız bizimdir.
- O an özümdən asılı olmadan atamı və anamı qucaqladım. Yaxşı ki, varsız. Sizin kimi valideynləri Allah mənə çox görməsin inşallah.
- İnşallah oğlum, inşallah.
- Mən gedim Nərminə zəng vurum.
- Get oğlum, get.
Daha sonra mən otağıma keçib Nərminə zəng vurdum. 
- Canım necəsən? 
- Superəm canım, Allaha şükür hər şey yaxşı oldu.
- Hə canım. Biz biraz danışdıq daha sonra isə sağollaşıb yatdıq. 
Günlər beləcə keçirdi. Artıq biz dördüncü, sonuncu kursda oxuyurduq. Bir-iki aya universitetdən məzun olacaqdıq. Mən də universiteti bitirdikdən sonra əsgər gedəcəkdim. Biz Nərminlə artıq hərşeyi planlaşdırmışdıq. Universitet bitdikdən sonra mən əsgər gedəcək, mən əsgər olduğum müddət ərzində Nərmin öz cer-cehizini hazırlayacaqdı. Mən əsgərlikdən gəldikdən sonra isə biz evlənəcək və çox xöşbəxt olacaqdıq. 
Zaman günləri bizdən bir-bir əsir alırdı. Gün gəldi çatdı biz universiteti bitirdik artıq. Universitet yoldaşlarımızla restoranda yığışıb məzuniyyətimizi qeyd etdik. Zamansa bizə - Nərmin və mənə düşmən kəsilmişdi. Günlər çox tez-tez keçirdi. Və budur son günüm idi Bakıda. Sonra əsgər gedəcək və düz 1 il Bakıdan, doğmalarımdan uzaq qalacaqdım. Öz isti ocağımdan ayrı qalacaqdım. İsti ocaq bəhanədir əslində ən çox valideynlərimi və Nərmini görməyəcək, onlar üçün darıxacaqdım. Amma düzünə qalsa bir il nədir ki? Tez gəlib tez də keçər. Bakıdakı son günümün səhərini valideynlərim və Nərminlə keçirdim, axşam isə dostlarımla. Gün bitdi. Artıq getməyimə saatlar qalmışdı. Gecə dözə bilmədim və Nərminə zəng vurdum. Deyəsən Nərmini də yuxu tutmamışdı.
- Canım nəcəb oyaqsan? 
- Yuxu tutmadı, həm də sənsiz 1 il necə dözəcəyəm bilmirəm.
- Caan 1 il nədir ki?! Tez gəlib tez də keçəcək Allahın izniylə.
- İnşallah.
- Sən sadəcə əsgərini atma, unutma.
- O nə sözdü deyirsən? Səni unutmaq olar? 
- Olmaz? 
- Əlbəttə olmaz. 
- Səni sevirəm canım.
- Mən də.
- Nəysə mən gedim yatım özündən muğayat ol və məni gözlə. Allaha əmanət ol.
- Sən də.
Sonra mən yatdım. Hərgah yuxum olmasa da. Səhər 09:00-da qalxdım evdəkilərlə, qohumlarla vidalaşdım və atam məni ötürdü. Lazım olan yerə çatdıqdan sonra atamla da vidalaşıb getdim.
Əsgərlikdə ilk günlərim biraz çətin oldu. Kimdə asan olur ki, mən də söz dedim də. Günlər keçdikcə mən bura alışırdım. Bizim hərbi hissədə telefona icazə yox idi. Mən məktub yazırdım tez-tez valideynlərimə və Nərminə. Cavab alanda məktublarıma çox sevinirdim. Burada vaxt bəzən sənə düşmən kəsilirdi, heç cür keçmək bilmirdi.Bəzən ev üçün yaman darıxırdım. Günlər bir-bir ötüb gedirdi. Mən artıq 8 ayın əsgəri idim. Artıq köhnə əsgər idik deyə bir-ikimizdə telefon olurdu. Arada bir evə, Nərminə zəng vurub səslərini eşidirdim.
Bir gün Nərminə zəng vurdum telefon nə qədər çağırdısa da cavab verən olmadı. Sonra atama zəng vurdum bəlkə Nərmindən xəbəri olar deyə.
- Alo, salam ata necəsən? 
- Sağol yaxşıyam oğlum sən necəsən? Nəsə lazımdı oğlum? 
- Yox hərşey üçün çoxsağol. Ata Nərmindən xəbərin var?
- Atamdan səs çıxmadı.
- Ata Nərmindən xəbərin var deyirəm? 
- Yox, yox xəbərim yoxdur oğlum. Atamın səsində həyəcan duydum, amma heç nə demədim. Mənə elə gəldi ki, Nərminə nəsə olub. Pis nəsə olub həm də ki, atam məndən gizlədir. Yenə Nərminə zəng vurdum, yenə telefon çağırır və yenə cavab verən yox idi. Dözə bilmədim və yenə atama zəng vurdum.
- Ata de görüm Nərminə nəsə olub? Sən mənə demirsən? 
- Yox oğlum hərşey yaxşıdır.
- Yox ata, heç nə yaxşı deyil, mən nigaran qalmayım deyə heçnə demirsiz, ata mən sənin səsindən bilirəm ki, nəsə olub.
- Yaxşı deyəcəm, amma söz ver.
- Nə üçün söz verim? 
- Əsgərlikdən qaçmayacağına.
- Yaxşı de. Mən atama "yaxşı əsgərlikdən qaçmayacağıma” dair söz verdim, amma yalandan söz verdim.
- Oğlum Nərmin və ailəsi avtomobil ilə qəzaya düşüblər.
- Ata Nərmin necədir? 


Şərhlər:
Baxılıb: 1509
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz