Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tək öyrəndiyim sevgi (7-ci bölüm)
Tək öyrəndiyim sevgi (7-ci bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1182
Səs ver:
xəyallar çürüyüb məhv oldu çin-çin
bilmirəm mən sənə necə tutuldum
varlığın paralel sırada sənin
özünsə hər zaman qəlbimdə oldun
Murad . . . . .aç gözünü Murad . . . . . .Murad eşit məni Murad . . . .oğlum oyan . . . . .Hissə hissə həyəcanlı və titrək səslə eşitdiyim bu sözlər ilə yavaş yavaş özümə gəlirdim.Ətraf bulanıqlaşmışdı sanki.heç bir şey anlamırdım.hardayam,nə oldu mənə və başım üstündəki kimdi heç bir şey anlamırdım.biraz da gözümü yumum olduğum vəziyyətdə halsızca
-ana . . .
dedim.hə bu anam idi.artıq hər şeyi xatırlamağa başlayırdım.gözümü azacıq açıb ətrafa baxdım.bura xəstəxana idi.bir neçə yerdən mənə sarğılar vurulmu,qoluma sistem köçürülmüş və ağzımda oksigen balonu var idi.elə görünürdü ki mən bura çox pis vəziyyətdə gətitilmişdim.hələ də hər tərəfim ağrayırdı.ən çox ağrıya isə sol ayağım idi.hər halda bərk əzilib deyə düşünürdüm.saat isə 14:00idi
anam səsimi eşidən kimi ağlayaraq həkimləri çağırdı.səsi titrəyərək yanımda çöküb göz yaşını silə-silə
-oğlum.Murad nə oldu sənə?yaxşısan?
bir neçə həkim otağıma gəlib anamı çölə çıxardılar.o bunu istəməsədə güclə də olsa razı salıb onu çöldə saxladılar.onun çıxmasıyla bütün həkimlər başıma toplaşıb mənimlə maraqlanmağa başladılar.bir saata yaxın burda təhlilləri etdikdən sonra anamı içəri buraxdılar.özləri isə bizi tək qoyub çölə çıxdılar.anam çarpayı üstə oturub güclə də olsun ağlamaqdan saxlamağa çalışırdı.sanki qorxurdu ağlamaqdan.
-Murad,necəsən oğlum?
-yaxşıyam
təsadüfən dediyim bu söz halımın tam əksi idi ama anamın daha çox ağlamağına qəlbim dözmürdü.anam çarəsiz bir şəkildə
-nə oldu sənə murad?
əlimi gözümün üstünə gətirib mızıldanaraq
-bilmirəm.xatırlamıram
-səni bir çöllükdə tapdılar.hər yerin qan içində və ayağın . . . deyib gözlərini sıxaraq üzünü yana çevirdi
-nə oldu ana?
başımı sığallayıb həyəcanlı ifadə ilə
-boş ver oğlum hə? . . .
mən bu dəfə daha sakit səslə
-nə oldu ana?
-sol ayağın.üstündən maşın keçmişdi
gözlərimi iri açıb
-nə?
dedim və üstümdəki yorğanı çəkdim.gözlərimə inanmırdı və yenə halım pisləşdi eləcə də özümdən keçdim.ayağım kəsilmişdi.və artıq yerinə yeni bir protez ayaq taxılmışdı.kim bu vəziyyətə dözə bilərdiki?bir neçə dəqiqə sonra özümə gəldim və yenə ayağımı görüb həyəcan və qorxu dolu gözlərlə
-ayağım.ayağım deyə kəkələyərək qışqırmağa başladım.içəri gələn həkimlər cəld bir sakitləşdirici iynə ilə məni yatızdırdılar.oyananda artıq saat 10:00 idi.bu dəfə daha sakit idim.anam isə yenə həyəcanla
-oğlum yaxşı olacaq narahat olma. deyirdi.
mən artıq söhbəti dəyişmək,hətta bir də heç vaxt bundan danışmamaq istəyirdim.sakit bir tərzdə
-mən nə vaxtdı burdayam?
anam da sakitləşib
-bir həftədir artıq
-bir həftə hə?
sanki mən bir həftəni yaşamamışdım.ömrümdə bu bir həftə heç olmamışdım.bir müddət susduqdan sonra anam sakit bir tərzdə
-bu bir həftə ərzində hər gün Leyla deyə sayıqlayıırdın
tez üzümü tutdum.qorxurdum birdən o da eşidər deyə.anam sanki ürəyimi oxuyurmuş kimi.
-hər gün bura gəli səni görməyə ama tez də qayıdır
-hər gün?təəccüblənmişdim
-hə hətta gecə belə olsa gəlir.sanki söz verib özünə
bu xəbər sanki yeni bir ümid idi.o da sevə bilərmi deyə.və ağlıma bir şey gəldi.anama baxaraq
-bəs bu gün?
-yox hələ gəlməyib
sevinirdim onu görəcəm deyə.anama yavaş bir tərzdə
-ona mənim aylıdığımı demə
deyib bir gülücük atdım
anam da gülümsədi.sanki bu halda gülməyimə çox sevinmişdi.
-eh oğluum sən də az deyilsən
deyib gülərək çölə çıxdı
artıq bir saat keçmişdi və otağın qapısı döyülüb açıldı.bu Leyla idi.mən artıq palataya yerləşdirilsəm də özümü huşsuz aparırdım.Leyla gözləri yaşla dolmuş və gəlib çarpayımın üzərində oturdu.gözünün yaşını silib
-eh Murad.niyə beləsən?niyə heç məni dinləmək istəmirsən?mən axı elə ilk dəqiqələrdən,sinifə daxil olduğum o andan səni sevirəm.niyə məni anlamaq istəmirsən?gözünün yaşını silərək
-hə Murad sən özünə gələn kimi bunu deyəcəm.bililrəm sevmirsən ama mən səni çox sevirəm.sənin balkonda oxuduğun o musiqi sədaları hələ də qulağımdadır.kim səni belə sevə bilərki ay axmaq?deyərək başını sinəmə söykəyib ağlamağa başladı
mən isə gülümsəyərək
-bəlkə elə özüm sevdim?
O isə vəziyyətin dəyişmədən
-yox sevməyəcəysən
Sözünü qurtarandan sonra isə yavaşca başını qaldırıb üzümə naxdı.təəccüblənmiş kimi idi.mən isə hey gülürdüm.Leyla mənə baxdı və bir anda sinəmə vurmağa başladı.əsəbləşmiş siması ilə isə daha gözəl görsəniedi
-axmaq,aktyor,zəhləm,getmiş. Deyə deyə vururdu mənim isə bayaqki axmaqca ifadəsi heç yadımdan çıxmadığı üçün dayanmadan gülürdüm.tez yalandan özümü yenə aqtyorluğa qoyub zarımağa başladım.o isə tez ayağa qalxıb əlinu ağzına tutdu və kəkələyərək
-bağışla murad,bilmədim bağışla
Məni isə yenə gülmək turdu.o isə əllərini çarpazlaşdırıb əsəbli bir vəziyyət aldı və mənə baxıb oda gülməyə başladı.mərdimazar saatı gözləmirki elə bu an tibb bacısı içəri girib qaşqabaqlı vəziyyətdə uşaqlar bura xəstəxanadı yavaş olun.Leyla çox utanmışdı.üzü ızardı və başını aşağı əydi.tibb bacısı çıxandan sonra isə yanmda əyləşdi.gözlərimə çox diqqətlə baxırdı və hələ də üzü qızarmışdı.mən də ona baxaraq sakit vəziyyətdə
-bayaq eşitdiyim doğru idi?sevirsən məni?
Leyla isə başını aşağı əyib
-bunun nə mənası varki?
Yenə eyni tərzdə
-Leyla sevirsən məni?
Leyla isə dərindən nəfəs alıb Sözə başladı
-Murad mən səni tanıyandan bəri xəyalıarım olubsan.sevmişəm səni.bağışla.nişanlı olsam belə qəlbimdə də ağlımda da sən varsan.səni sevirəm
Deyib başını aşağı saıdı.eşitdiklərimə inana bilmirdim.xəyallarımdakı qızın xəyallarında imişəm.bir an nitqim turuldu deməyə çalışsam da sevdiyimi deyə bilmirdim.o da bu halımı görüb ayağa qalxdı və ağlayaraq otaqdan çıxmaq istiyirdiki
-Leyla dayan
Qapının ağzında arxası mənə dönük vəziyyətdə göz yaşlarını silərək
-məni bağışla Murad sandımki . . .
-mən də səni sevirəm.getmə . . .
Leyla bu sözü eşidib mənə tərəf dönəndə ağlım yenə naşımdan çıxdı.filmlərdə dəfə aşiq olunan səhnələrdəki kimi uçuşan saçları və o gözləri yenə məni heyran etməyi bacarmışdı.mən isə ilk etirafım olduğu üçün gözümü yumub başımı balışa qoydum və
-Leyla mən də səni ilk andan sevirdim.sən məni öpən gün dünyalar mənim olmuşdu desək az olar.sən mənim xəyallarımı bəzədin.və mən . . .
Elə bu an Leylanın telefonuna gələn mesajla rəngi qaçdı və yaxınıma gəlib kiçik bir öpüşlə qaçaraq çölə çıxdı.bu gedişi isə heç sevmədim . . .
Sabah açıldı və təhlillər də edildikdən sonra halımda irəliləmə olduğu və belə getsə gələn həftə evə buraxıla biləcəyim söylənildi.mən isə yenicə yuxuya getmişdimki vahimə Tural sevinclə içəri girdi.gəlib üzümnən öpəndən sonra
-sevir Muro sevir
Mən isə üzümü silə silə
-yudu üzümü.ə nolub inək duz yalıyan kimi gəlib çatıbsan mənə?hə mən də yaxşıyam düzəlirəm şükür
O isə heç halını pozmadan
-boş ver bunları.o da məni sevirmiş
-hardan bildin?
-indi onlardan gəlirəm darvazanın ağzında qalanda yanıma gəlib dedi hər şeyi
Mən də sevinərək
-Təbrik edirəm Tural
O isə heç halımı xəbər almadan otaqdan çıxdı.görünür sevinən tək mən deyiləm.Ama Tual buna doğurdan da çox layiq idi.
Saat oldu 15:00və Əli də gəldi.biz biraz söhbət eləyənnən sonra dünən başıma gələni ona dedim.çox sevindi.amma mənə heç demədiyi bir şeyi Çilənayı sevdini dedi.mən isə başımı əlimə dayayıb
-o da səni sevir?
Bu dəfə sanki əhvalı pozulu və sakitcə
-yox sadəcə dost kimi..o öyrəndiyimə görə başqasını istəyir
-kimi?
-bilmirəm.keçən dəfə onun sevgi etirafı ilə doıu günlüyünü gördüm.özü göstərdi.başqasına yazılmışdı.nə qədər çalışdımsada demədi
-boş ver dostum.əvvəl axır o da sevəcək əmin ol
-inşaAllah
-və daha pis bir tonda
-Əli mən daha idman edə bilməyəcəm
O isə məndən daha da pis bir tərzdə
-niyə axı?
Ayağımı ona göstərəndə təzədən ürəyim doldu.ən sevdiyim şeyi bundan sonra edə bilməyəcəkdim.Əli də bu hala çox üzülmüşdü.axı bir birimizsiz heç bir şey idik.tək qanadla uçmaq kimi birşey.Əli də bir az qalandan sonra getdi.anamı isə gecədən burda qaldığı və nəzarət etdiyi üçün evə getməyə məcbur etmişdim.bir saat sonrakı surpriz isə bu günki bütün sevincimu əlimnən almışdı.gələn o idi.o əclaf...

Müəllif: ŞERBAZ


Şərhlər:
Baxılıb: 1182
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz