Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu haqda düşün…
Bu haqda düşün…
Göndərən: Nermin..
Şərhlər:
Baxılıb: 1294
Səs ver:
Bir gün bir nəfər həmişə olduğu kimi işdən evə gec qayıdır, yenə də yorğun… Birdən qapının qarşısında 5 yaşlı oğlunu görür.
— Ata, olar səndən bir söz soruşum?
— Əlbəttə, nəsə olub?
— Ata, sən nə qədər pul alırsan?
— Bu sənin işin deyil- ata qəzəbləndi- ümumiyyətlə niyə soruşursan?
— Heç, elə-belə bilmək istəyirəm. xahiş edirəm de, sən 1 saata nə qədər pul alırsan?

— 5 man.
— Ata,- uşaq ciddi nəzərlərlə atasına baxdı — sən mənə 3 manat borc verə bilərsən?
— Sən bunu onunçün soruşdun ki, mən sənə hər hansı bir mənasız oyuncaq üçün pul verim? — deyə ata hirsləndi- indi ise cəld otağına get. İnsan belə eqoist olmaz. Mən səhərdən gecəyə kimi işləyirəm, ancaq sən özünü çox pis aparırsan.
Uşaq sakitcə öz otağına getdi və qapını bağladı. Ata isə hələ də oğluna qəzəblənirdi: O necə mənim maaşımı soruşa bilər ki, hələ sonrada pul istəsin. Lakin sonra o sakitləşdi və düşünməyə başladı: «Bəlkə ona doğrudan da nəsə vacib bir şey almaq üçün pul lazımdır. 3 manat… heç nə olmaz, axı o məndən heç vaxt pul istəməyib»
O oğlunun otağına daxil oldu.
— Oğlum, hələ yatmırsan?
— Yox, ata, uzanıram.
— Deyəsən mən sənə çox kobud cavab verdim. Bu günüm çox ağır olub, ona görə də sənə qəzəbləndim. Al bu sənin istədiyin pul.
Uşaq çox sevindi:- Çox sağ ol, ata.
Sonra o yastığının altına topladığı digər pulları da çıxardı. Pulları görən ata qəzəbləndi: — Əgər pulun var idisə, bəs niyə məndən pul istədin?
— Çunki mənim 3 manatım çatmırdı. İndi isə tam oldu. Ata, burada düz 5 manat pul var. Olar, mən sənin iş vaxtının 1 saatını alım? Xahiş edirəm sabah işdən evə tez gəl. Mən istəyirəm ki, biz şam yeməyini bir yerdə yeyək.
 

Nəsihət… Əksinə nəsihət yoxdur. Sadəcə xatırlatmaq istədim ki, həyatımız onu bütünlüklə işə, təhsilə həsr etmək üçün çox qısadır. Biz onun əllərimizin arasından uçub getməsinə imkan verməməliyik və ya onun çox cüzi hissəsini öz sevdiklərimizə ayırmamalıyıq. Əgər biz sabah olmayacayıqsa bizim kompaniya bizi tezliklə başqa biri ilə əvəz edəcək. Yalnız və yalnız dostlarımız və ailəmiz üçün bu əsl itgi olacaq, hansı ki, bütün ömürləri boyu xatırlayacaqlar. Bu haqda düşünün, axı bizlər işimizə ailəmizdən daha çox zaman ayırırıq…


Şərhlər:
Baxılıb: 1294
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz