Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi zərbəsi (8-ci bölüm FİNAL)
Sevgi zərbəsi (8-ci bölüm FİNAL)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1637
Səs ver:
6 ay sonra...
Səmra hər gün bağçada Salehlə havadan sudan danışardı. Daha Saleh istədiklərini dilə gətirirdi. Hər tərəfə baxır. Təbiəti yenidən sevməyə başlayırdı. Həkimlərlə zarafatlaşırdı. Bəzən Səmranı gülüş mərkəzinə çevirib bütün tibb bacıları arasında gülüşə səbəb yaradardı. Amma Səmra Zərifədən bir kəlmə də demirdi. Zaman keçdikcə işə daha çox həvəslə gedirdi. Bir gün Salehlə unsiyyət qurmasa, qəti özünə yer tapa bilmirdi. Hər gün Salehə yeni bir şey öyrətmək fikri ilə getsə də, geri dönüşdə özü ondan çox şey öyrənmiş olurdu. Nəhayət bir səhər işə gələndə Salehi ayaqüstə gördü. Yavaş-yavaş addım ataraq yeriyirdi. Bu yenilik Səmraya çox xoş gəldi. Axı necə aydır onun həyata bağlanması üçün əlindən gələni edirdi. Günlərin bir günündə Salehin atası həkimin kabinetindən sevincək çıxdı. Gəlib Salehi bərk-bərk qucaqlayıb bağrına basandan sonra: "Artıq evə gedə bilərik" dedi. Səmra bu xəbərdən nə qədər sevinsə də, bir o qədər kədərləndi. Kədərinin səbəbini anlamırdı, amma onun həyata yenidən bağlanmağına və bunda öz zəhməti olduğunu bildiyi üçün sevinirdi. Salehi axrıncı dəfə elə onunla tanış olduğu pəncərədən gördü. Digər işçilər kimi onunla vidalaşa bilmədi. Amma Saleh gözləri ilə Səmranı gəzirdi. Maşına minənə kimi dəfələrlə arxaya çönüb onu axtarırdı. Amma Səmra bu vidanı istəmirdi. Bilmirdi niyə, amma bilirdi ki, ona "Əlvida" deyə bilməyəcəkdi...

6 ay sonra...
Səmra hər gün işinə gedir, hər bir xəstəyə xüsusi qayğı göstərirdi. Onun bu mərhəməti bütün xəstəxanadakı həkimləri tibb bacılarını valeh edirdi. Səmra isə 6 ay keçməsinə baxmayaraq hər boş olanda Salehin baxdığı pəncərədən yola tamaşa edirdi. Beynində onu düşünürdü. "Görəsən indi necədi? Hardadır? Nə işlə məşğuldur?" Bu suallara cavab tapa bilməzdi, amma yenə də yaxşı olduğunu öz-özünə təkrar edərdi. Nə hisslər keçirdiyini anlamırdı. Dəfələrlə başqa xəstəyə "Saleh" deyirdi. Nə baş verdiyini dərk edə bilmirdi. Tibb bacıları onun Salehə vurulduğunu aralarında şaiə etmişdilər. Onun qəlbində baş verənlər hər kəsə məlum idi, bircə özündən başqa. Bir necə dəfə zarafat naminə Səmraya "muştuluğumu ver Saleh gəldi ", deyib onun edəcəklərini gülüşlər içində izləyirdilər. Səmranın əlləri ayağına dolaşır, gah saçını, gah üstünü təmizləyirdi. Halbuki zarafat olduğunu anlayanda necə də kədərlənirdi. "Yəni Saleh daha xatırlamır məni?..."
Amma qəlbində inam var idi. Hiss edirdi ki, Salehi yenidən görəcək və kişi qızı kimi Zərifənin onun sevdiyi oğlanla evləndiyini deyəcək. Amma əfsuslar olsun ki, hər gün buna inamı get gedə azalırdı. Bir gün Səmra dayanacaqlardan birində dayanıb hər gün evə qayıtdığı marşrutu gözləməyə başladı. Qəfldən yanında bir maşın dayandı. Səmra ürəyində: "Tərbiyəsizə bax, yer tapmır maşını saxlamağa." deyib üzünü sola çevirdi. Maşının qapısı çırpılanda Səmra dönüb baxdı. Gözlərinə inana bilmirdi. Saleh burdur, aylar sonra qarşısında dayanıb. Sağlam, gümrah yanağında təbəssümlə, əlində də bir dəstə güllə.
- Salam Səmra xanım. necəsiz?
Həyəcandan dili tutulsa da, başı ilə yaxşı olduğunu bildirdi. Amma qəlbi bir an yerində dayanmırdı. Bu nə hisslər idi axı? Anlaya bilmirdi özünü. Əlləri titrəyirdi, dili söz tutmurdu. Axı bu nə deməkdir? Saleh niyə geri qayıdıb mənə " Çox Sağol" demək üçün? bu an fikirlərindən qəfl ayıldı, axı Saleh ona müraciət edirdi:
- Səmra xanım yaxşısız? İndi bilirəm, nə düşünürsüz. Deyirsiz, buna bax 6 ay boyunca çox sağol deməyi unudub, indi yadına düşüb? Amma bilin ki, mən sizə başqa söz deməyə gəlmişəm. Bilirsiz, Səmra xanım, sizin hər kəlməniz mənim qulağımda cingildəyir. Gecələri, səhərləri sizin həyat sevginizlə keçirdirəm. Mənə yaşamağa güc vermisiz. Səbəb vermisiz. İnam vermisiz. Sizə təşəkkür etsəm də, azdır. Amma istərdim ki, sizi tez-tez görüm. Ünsiyyətinizə həsrət qoymayın məni, çox xahiş edirəm. Səmranın dili yenə söz tutmurdu, amma yenə də başı ilə razılıq bildirdi. Bir necə müddət görüşdülər. Səmra Salehə həyata olan sevgidən danışdıqca Saleh ona daha çox bağlanırdı. Səmra da hər görüşdən sonra sanki qanad açıb uçurdu. Anası hiss edirdi ki, qızı Salehə aşiq olub. Həm də bilirdi ki, Saleh də ona aşiqdir. Bəs bu necə eşq idi? İllər əvvəl başqası üçün döyünən ürəklər necə oldu birdən-birə fikrindən döndü. Görüşlərin birində Saleh Səmraya çox sevdiyini və onunla evlənmək istədiyini dedi. Səmra bir an içində göyün yeddinci mətrəbəsinə qalxsa da, bir an içində də yerə düşdü. Axı Salehin həqiqəti bilməyə haqqı vardı. Odur ki, Salehin əlindən tutub: "Mən bir zaman sənin könül verdiyin Zərifənin rəfiqəsi olmuşam. 6 yaşımdan onunla dostluq etmişəm. Üstəlik sənin haqqında onun dilindən eşitmişəm. Mənim sevdiyim oğlanın adı Mahir idi. Hansı ki, indi Zərifə ilə evlidir." Sözünə davam edirdi ki, birdən Saleh: "Səmra, mən hər şeyi bilirəm" Təəccübdən özünə gələ bilməyən Səmra parkın stolunda əyləşdi. "Necə yəni
bilirdin?" Saleh Səmranın yanında oturub əlindən tutaraq davam etdi: "Xəstəxanadan çıxandan bir həftə sonra Zərifəni axtardım. Nəhayət, anasının təsadüfən qonşu ilə söhbətini eşidəndə anladım ki, Mahir adlı biri ilə şəhərdə yaşayır. Xəstəxanadan çıxdığımı eşidən dostlarımdan biri mənə dedi ki, bir zamanlar Mahir Zərifəni zorladığı üçün evlənib. Amma kimsə bunun real olduğunu bilmirdi. Odur ki, getdim Mahirin iş yerinə tapdım, ondan olub bitəni anlatmasını istədim. O da hər şeyi danışdı. Sənə olan sevgisindən. Qatarda yaşadığı axmaq yığıncaqdan və nəhayət toy günü sənin onları bağışlamağından. Bəli, Səmra mən bilirəm, ona görə bu 6 ayı səndən uzaqda dayanıb işə gəlişinə, gedişinə tamaşa edərdim. Çünki özümdən asılı olmayaraq səni bir gün belə görməsəm havalanırdım. Sanki həyatım yenidən qaralır kimi gəlirdi mənə. Bir müddət sonra anladım ki, sənə aşiq olmuşam bütün qəlbimlə. Səmra mənə güvən yalvarıram." Səmra Salehə inandı. Güvəndi. Və onun təklifinə razı oldu.

Hal-hazırda:
Mahirlə Zərifə hər şeydən xəbərsiz öz aləmlərində xoşbəxt yaşayırlar. İlk övladları doğulandan Zərifə onu bağışlamış və yoldaş kimi yaşamağa başlamışdı. Mahir daha nə siqaret çəkir, nə də içki içir. İkinci uşağın doğulub doğulmadığından xəbər yoxdur. Mahirlə Zərifə Salehlə Səmranın ümumiyyətlə tanışlıqlarından və evlənməklərindən xəbərsizdirlər. Səmra Salehlə evlidir. İki övladı var. Qızının 5, oğlunun 3 yaşı var. Çox xoşbəxtdirlər. Hər gün Allaha bir-birlərini tanıdıqları üçün şükr edirlər. Toylarından iki ay sonra Səmra anasını da özü ilə yaşadığı evə apardı, o evi isə satdılar. Beləliklə, həm gözünün ağı-qarası bircə qızı ilə birlikdə, həm də sevimli nəvələri və qayğıkeş kürəkəni ilə bir evdə yaşayır deyə, həyatından məmnundur. Həyatın tanımadığımız, görmədiyimiz min üzü vardır. Gəlin həyatımızın hər anından zövq alaq. Yaşanmış hər bir tale bir alın yazısıdır. Həyat düşündüyümüzdən də gözəldir. Yetərki, bir qədər inamın olsun. İnam hər şeydən irəli gəlir. Axı hər şey inamdan başlayır....

Buda son əziz userler. İnşallah bəyəndiniz bu hekayəni. Mən bəyənən, bəyənməyən hər kəsə təşəkkürümü bildirirəm. Eləcədə redaktə edənlərə.

MÜƏLLİF: Xəyalə Murad


Şərhlər:
Baxılıb: 1637
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz