Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi zərbəsi (7-ci bölüm)
Sevgi zərbəsi (7-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1412
Səs ver:
3 il sonra...
- Səmra, qızım, tələs axı işə gecikirik!
- Gəldim, gəldim...
Səmra yay donunda tələsərək pilləkənlərdən düşdü. Bir əli ilə saçını düzəldir, digər əli ilə çantasını çiyninə taxırdı. Bəli, Səmra işləyirdi. Son üç ildə o qədər dəyişikliklər olmuşdur ki, Səmranın həyatında.
Mahirlə Zərifəni elə onların toyundan görmürdü. Heç uşağı olduğunu eşidəndə də soruşmamışdı ki, qızdır, ya oğlan. Hər gecə yerinə uzananda Allaha şükr edirdi ki, nə yaxşı ki, Xədicə gəldi və onu bütün olanları bilməkdə kömək oldu. Xədicəni şəhərə yola salan günü Səmra demişdi ki, yenidən universitetə sənədlərini vermək istəyir. Bu xəbərdən sevinən Xədicə ona yola çıxmazdan əvvəl son söz dedi. Hansı ki, Səmra o sözü o gündən qulağında sırğa etmiş və bir gün belə olsun unutmamışdır. "Səmra, atacağın addıma güvən, inan, çünki həyatda hər şey inamdan başlayır". Səmra 5 ayın içində gecə gündüz bilmədən hazırlaşmışdı. İmtahanın nəticələri açıqlananda sevincindən uçurdu. Universitetə qəbul olmağa kifayət qədər balı çatmasa da, tibb texnikomuna daxil ola bilmişdi. İki il yarım başı aşağı dərsə gedib gəldi. Nə bir qonşuya salam verdi, nə bir tələbə ilə dostluq etdi. Sadəcə özünə güvəndi. Özünə inandı. Təhsilini bitirər-bitirməz iş axtarmağa başladı. Bilirdi ki, rayonda tibb bacısına ehtiyac var. Odur ki, rayondakı bütün xəstəxanaları, poliklinikaları gəzdi. Qapılar onun üzünə bağlansa da, ümidini itirmirdi. Bir gün avtobusla şəhərə iş axtarmağa gedərkən yolda sanki havası çatmadı. Əl atıb sürücüyə dayanmağı işarə etdi. Avtobus dayanan kimi özünü yerə atdı. Dərindən nəfəs aldıqdan sonra qarşısında xəstəxana gördü. Tərəddüd etmədən xəstəxananın həyətinə girdi. Bu ruhi xəstələrin mualicə olunduğu xəstəxana idi. Bu günə kimi bir dəfə də olsun bu xəstəxanaya gəlməmişdi. Amma baş həkimin qəbulundan çıxdıqdan sonra gəlişinə çox sevindi. Səmra 3 aylıq sınaq müddəti ilə işə götürülmüşdü. Artıq onun da öz işi vardı. Anasına mənəvi və maddi dəstək ola biləcəyinə o qədər sevinirdi ki... "Səmra, sənin marşurutun boşdur get otur, mən isə getdim." Bu sözlərdən sonra Səmra fikirlərindən ayıldı. Anasının işi daha yaxın olduğundan Səmra marşrutla tək gedirdi. Pəncərə önündə özünə yer seçib əyləşdi. Səmra özünü xöşbəxt hiss edirdi. Hər işə gedəndə sanki güllər paltarında yox, yanaqlarında açırdı. Həyatı 3 ildir ki, öz sakit axarı ilə gedirdi ki, birdən arxadan kimsə onun çiyninə toxundu:
- Səmra, sənsən? - titrək səslə soruşdu.
- Bəli! -deyib arxaya baxdı. Gözlərinə inana bilmirdi. Bu ki, Zərifə idi.
Qucağında da oğlan uşağı. İçindəki bütün hisslər bir anda qarışdı bir birinə. Nə düşünəcəyini, nə deyəcəyini bilmədi. Sevinsinmi, yoxsa danışdırmasınmı?, bilmirdi.
- Səmra, mən şəhərə gedirəm evə. İki gündür anamgildə idim. Hər dəfə hasardan boylanırdım ki, bəlkə səni görərəm, amma nə səni, nə ananı görmürdüm. Necəsən? Həyatını necə qurmusan? Yəni, uşaq onundur? Necə də Mahirə oxşayırdı. Fikirlərindən güclə ayılıb kəsə də olsa Zərifəyə cavab verdi.
- Heç oxuyuram... Əslində yalan deyirdi, amma başqa çarəsi yox idi. Desəydi ki, xəstəxanada işləyirəm bilmək olmazdı, durub gələrdi sabahsı gün nəsə lazım olanda. Odur ki, işlədiyini gizlətdi.
- Yaxşı edirsən. Oxu sənət qadına da lazımdır.
Zərifənin arxayınlığı Səmranı qıcıqlandırsa da, yenə də soruşdu. Sanki olmayan, yaşamadığı bir hadisədən sual verirmiş kimi birbaşa Zərifənin üzünə verdi sualı:
- Sən necəsən? Mahirlə aran necədir?
Bir balaca rəngi qızarsa da Zərifə cavab verdi:
- Lap yaxşıdır. Zakir doğulandan daha bir-birimizi anlamağa başladıq. Zamanla həyatımızı birləşdirməyə alışdıq. İndi xoşbəxtik. Zakir mənim həyatıma yaşamaq eşqi bəxş edib. Mahirə isə sənin onu bağışlamağın. İndi əl-ələ verib övladımızı böyüdürük. Hətta ikinci uşaq da gözləyirik. İnşallah, o da sağ salamat doğular. Səmra üç il əvvəl düşünsəydi ki, nə vaxtsa Zərifə qarşısına çıxıb Mahirlə xoşbəxt olduğunu desə, o andaca ürəyi tab gətirməz. Amma indi hər şey fərqli idi. Sanki yaralar sağalmışdı. Daha kimsə o yaranı təzələyə bilməzdi.
- Çox sevindim. Allah xoşbəxtliyinizi min qat artırsın. İkinci balanı da sağlam şəkildə dünyaya gətirəsən. İnşallah... Mən düşürəm. Özünə yaxşı bax. Bəli, Səmra işinə çatmasa da marşrutu saxlatdırıb düşdü. Nə Zərifənin sohbətlərinə qulaq asmaq, nə də Mahir haqda nəsə eşitmək istəmirdi. Beləliklə, xəstəxanaya kimi piyada getməli oldu. İşə gec gəlsə də tibb bacılarından biri onun yoxluğunu kimsəyə hiss etdirməmişdi. Ona görə Səmra təşəkkür edib əyninə ağ xalatını geyindi. Sınaq müddətinin bitməsinə hələ ay yarım qalırdı. İlk iş xəstələrin dərmanlarını ordakı tibb bacısına aparmaq idi. Səmra bu günə kimi bir dəfə də olsun xəstələrin arasına girməmişdi. Qapıdan dərmanları verib gedərdi. Tibb bacısı Səmradan dərmanları ardınca gətirməsini xahiş etdi. O, dərmanları götürüb bir-bir xəstələrə uzadırdı. Pəncərə önündən keçəndə tibb bacısı qışqırmağa başladı:
- Axı nə vaxta kimi dərmandan imtina edəcəksən? İç bunu dedim. Tibb bacısı əlindəki dərmanı hec cürə pəncərə önündə oturmuş cavan oğlana içirdə bilmirdi.
"Necə də cavandır, görəsən bura niyə düşüb? Yəni o dəli olub? " Bu suallar Səmranın beynində fırlanırdı ki, tibb bacısı onu çağırdı. Əlindəki dərmanı cavan xəstəyə onun verməyini istədi. Səmra, ilk dəfə idi ki, xəstələr arasında idi. Həm buna görə həyəcanlanırdı, həm də qarşısındakı yaraşıqlı oğlanın ağlını itirdiyinə inana bilmirdi. Əlindəki dərmanı ona yaxınlaşdırıb:
- Bilirəm, içmək istəmirsiz. Amma bir konfet kimi baxın buna. Necə də dadlı görünür, elə deyil? - Səmranın ağlına bunlar gəlmişdi. Bir də baxdı ki, oğlan əlindəki dərmanı özü götürdü və içib stəkanı geri qaytardı. Üstəlik də "Sağolun" dedi. Yəni bu dəlidir ki? Səmra onun yanında özünü dəli hesab etməyə başladı. Axı hansı dəli sağol deyir ki? Qapıdan çıxanda tibb bacısı onun dərman vermək bacarığını bəyəndiyini dedi. İki gün sonra baş həkimdən aldığı göstərişdə xəstələrə şəxsən dərman vermək də var idi. Beləcə günlər keçdikcə hər bir xəstəyə necə yaxınlaşmağı da öyrəndi. Pəncərə önündə oturan oğlana baxdıqca fikirləşirdi: "Axı o nə düşünür? Həyatınımı, yoxsa onu bura atanlarımı?" Yanında işləyən tibb bacısından onun haqqında bəzi məlumatlar almışdı.
Öyrənmişdi ki, 45 saylı xəstə kimsəylə danışmır. Kimsəylə ünsiyyət qurmur. Tək istəyi pəncərə önündə oturmaqdır. Səmra gələnə kimi kimsənin əlindən
dərman içmir, kimsəni yaxına buraxmır. Yanına təkcə atası gəlib gedir. Amma atası ilə nəinki danışmır, hətta çönüb üzünə də baxmır. Bəli, bu cavan oğlan qəribə idi. Amma içindən bir səs onun eynən bir zamanlar Səmranın yaşadığı kimi mənəvi sarsıntı keçirdiyini deyirdi. Axı bir zamanlar Səmra özü də kimsəylə danışmırdı, ancaq təmizliklə məşğul olurdu. Onu nə sağaltdı?
Xədicənin reallığı araşdırması... Bəli, həqiqətləri öyrəndikdən sonra həyata yenidən bağılanmışdı. "Bəlkə, o da həyatındakı həqiqətləri bilsə, sağalar?" bu suala hər gün işə gəlib ona tamaşa edərək cavab axtarmağa başladı. Bir gün onun atasını dəhlizdə gördü. Səmra yaşlı kişiyə yaxınlaşıb suallarını verdi. Oğlunun niyə bu halda olduğunu ətraflı bilmək istəyirdi. İnanırdı ki, ona kömək ola biləcək. Atası oğlunun bir zamanlar bir qızı sevdiyini dedi. İki il ərzində elə oldu ki, universiteti bitirib əsgər gedəsi oldu. Qayıdıb gələndə eşidib ki, sevdiyi qız başqasına ərə gedib... O gündən içinə qapanıb kimsəylə dərdini bölüşmür.Artiq 3 ildir ki, burdadır. Psixiatrdan başqa, kimsəni yaxına buraxmırmış. "Həyatdan əlini üzüb daha ..."
Bu son cümlə Səmraya pis təsir etdi. Bir atanın övladı haqqında bunu deməsi necə də təsirli idi. Amma Səmra artıq onun burda olma səbəbini öyrənmişdi.
Odur ki, bir an belə itirmədən psixiatrin yanına getdi. Bir necə dəqiqəlik söhbətdən sonra Səmra həkimdən onunla ünsiyyət qurmaq üçün icazə aldı. Birinci gündən ona yaxınlaşdı. Dərmanı eyni cür verib sonra yanından çəkilmədi.
- Atanı incitmək, deyəsən, lap xoşuna gəlir? Məgər, yazıq deyil, o boyda kişi boynunu bükə-bükə həkimlərin ağzını güdür ki, bəlkə ümid olar. Sən iradəsizsən! Bilirsən, mən də sənin kimi bir xəyanət yaşamışam. Amma bax görürsən, həyatımı davam edirəm. Çünki həyat davam edir. Çünki yaşamağ dəyər... Kimlərəsə görə onu niyə yarım qoyum ki? Sən yenə də düşün. Düşün
gör axırı nə olacaq bu susmağının.Səmra uzun monoloqdan sonra onun yanından uzaqlaşdı. Amma hiss etdi ki, dediklərini anlayırdı, hətta bəzi anlarda ona elə gəldi ki, gözləri pəncərəyə deyil, sanki ona doğru baxırdı. Əlbəttə ki, onun sağalması üçün zaman lazım idi. Necə ki, Səmraya lazım olmuşdu. Birdən anladı ki, həmişə 45 saylı xəstə deyərək müraciət etsə sağalmağına ümid olmaz. Odur ki adını onun şəxsi qovluğu arasından oxudu. "Necə? Adı: Saleh??? " Səmra gözlərinə inana bilmirdi. Dərk etməyə çalışırdı. "Yəni Zərifənin sevdiyi Salehdir?" Bəlkə də bir təsadüfdür, amma yenə də dəqiqləşdirmək istəyirdi. Bir daha həkiminə gedib şəxsən Salehin ağzından Zərifə adı eşidib eşitmədiyini soruşdu. Bəli, Saleh elə Zərifənin sevdiyi Saleh imiş. "Təsadüfə bir bax. ... " Səmra heç cürə inana bilmirdi. Evdə anasına hər şeyi danışdı. Anası ona məsləhət verib dedi ki, "əlindən gələn varsa, et qızım. Əgər sən olanlarla barışmısansa, demək o da barışacaq." Zəng vurub Xədicəyə dedi. O da buna bənzər söz dedi. "Xatırlayırsan, demişdim ki, düşünmə ki yer üzündə bu acını çəkən tək sənsən, axı Saleh də eyni acını yaşayırdı. İnanıram ki sən ona öz vaxtı ilə yaşadığın hissləri danışsan, o da tək
olmadığını anlayar. "
Hər zamankı kimi Xədicə sirrli məsləhətini verdi. Səmra qərar verdi ki, nə olur olsun Salehə kömək edəcək. Ona həyatı yenidən sevdirəcək... Bir neçə həftə Səmra Salehin dərmanını verdikdən sonra dayanıb saatlarla danışırdı. Salehdəncavab gəlmirdi, amma Səmra hiss edirdi ki, hər gün daha çox fikrini Səmranın deyəcəklərinə yönəldir. Artıq bir ay keçmişdi. Səmra Salehi həyətə təmiz hava almağa aparmışdı. Saleh əslində invalid olmasa da, əlillər üçün arabada oturardı. Gəzintilərin birində Səmra ona əkilmiş qızılgüldən danışdı. Sevgini ona bənzətdiyini, tikanları isə sınan qəlb olduğunu dedi. Əslində demək istəyirdi ki, sınan tək sənin qəlbin deyil. Get-gedə Səmra danışmırdı əksinə, bir başa Salehə unvanlanmış suallar verirdi. Bu nə rəngdir? Bu hansı güldür? Bu yolla istəyirdi ki, Saleh sağa-sola baxsın. Onun işarə etdiyi hər şeyə nəzər yetirsin. Bir gün belə gəzintilərin birində Səmra yenə sual verdi. Bu uçan heyvanın adını de görüm?
"Kəpənək"
Bəli, Səmra yanılmamışdı. Saleh son 4 ay ərzində ilk dəfədir ki Səmranın hansısa sualına cavab vermişdi. Günlər keçdikcə onun sualları artar, cavablar da həmçinin. Əksər cavablar tam doğru olurdu. Bu da Səmranı daha da ruhlandırırdı.

MÜƏLLİF: Xəyalə Murad


Şərhlər:
Baxılıb: 1412
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz