Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgi zərbəsi (2-ci bölüm)
Sevgi zərbəsi (2-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1589
Səs ver:
Aylar keçdi o gündən. Səmra təmizlikdən başqa heç nə düşünmür, kimsənin sualına cavab vermirdi. Anası arxası olmadığından o gecə qonşunun evinə getmədi. Qəlbində özünü günahkar hesab edirdi. Əgər həmin gecə nişana mane olsaydı, bəlkə də bircə balasını bu cür görməzdi. Səmra ağlasaydı, qışqırsaydı yenə rahat olardı, amma o tamamilə içinə qapanmışdı. Bəzən gecə ikən yatağına yaxınlaşıb "Qızım yatır, yoxsa oyaqdır"- deyə narahat olurdu. Amma o oyaq olurdu. Səhərə qədər... Yatarkən kədər dolu gözlərinə yuxu necə gələrdi axı? Uşaqlığa qayıtdı, qonşu qızla dostluğunun başladığı günə getdi bir anlıq. 6 yaşı olardı elə hər ikisinin. Səmra fındıq ağacının altında oturub ağlayırdı. Atasını itirmişdi elə həmin gün. Bu evə yeni köçdüklərindən heç kimlə tanış olmamışdı. Birdən yanında ona baxan mavi gözlü qız gördü -"Burda niyə ağlayırsan? Gəl gedək fındıq dərək. Kimdə fındıq çox olsa, o da qalib gələr". O gündən dostluq edirdi qonşu qızı Zərifə ilə. Məktəbi də bir oxudular. Hər cür sirr bölüşərdilər həmin fındıq ağacının altında. Bir gün Zərifə:"Sənə sözüm var. Amma kimsə bilməsin. Mənim sevdiyim var. Bir aydır tanış olmuşuq. Məktəbə gəlmişdi, sən tanımırsan. Çox xoşuma gəldi. Onun da məndən. Bilirsən, Səmra mən ona aşiq olmuşam, deyəsən elə ilk baxışdan. Amma onun sevgisinə əmin deyiləm. Naz edirəm ki, bəlkə mənə ürəyini aça." Beləcə uşaqlıq sirrlərini sevgi sirri əvəz etdi. Səmra Zərifənin dostluğuna qiymət verirdi. İndi yatağında o günü xatırlamışdı. Demək sevdiyi oğlan elə Zərifənin sevgilisi də imiş. Eyni zamanda həm məni, həm də Zərifəni aldadırmış. Amma sonda onunla evlənməyə qərar verdi. Bəs niyə kişi kimi qarşıma keçib demədi ki, ay Səmra səni daha sevmirəm.... Hər gecəsi elə belə keçərdi. Öz-özünə suallar verərdi, cavab isə çox vaxt tapmazdı. Dan yeri söküləndə əlində süpürgə həyət darvazasının yanından düz bağa kimi süpürərdi. Bir dənə daş belə qalmamışdı o yolda. Anası tək çarəni bacısında gördü. Zəng etdi məsləhətləşdi. Səmranın bu vəziyyətindən çıxış yol axtardılar. Onun tərs xasiyyətindən xəbərdar idilər Odur ki, tərs insanın öhdəsindən ondan da tərs biri gələ bilərdi. Beləcə xalası öz qızını göndərəcəyini dedi. Bəlkə o, Səmraya kömək olar deyə. Səmra əlində toz əskisi televizorun tozunu silirdi. Elə bu vaxt darvazaları açıldı. Səmra kim olduğuna baxmaq istəyəndə gələn arxadan onu tutdu-"Salam Səmam necəsən? Çox darıxmışdım."Səmra arxaya çönüb xalası qızı Xədicəni gördü. O gecədən bəri ilk dəfə idi ki, üzü güldü. Onu qucaqlayıb bağrına basdı. Dayanmadan ağladı. Bu 3 ayda bir dəfə də olsun Səmra ağlamamışdı. Xədicə onu sakitləşdirməyə çalışmadı. Çünki anası hər şeyi anlatmışdı. Yaşca Səmradan kiçik olsa da yaşıdlarmış kimi davranırdılar. Səmra onun gözündə ideal insan idi. Güzgü önündə dayananda - "Səmraya oxşayıram görəsən?" deyə özünə sual verərdi. İdeal saydığı doğma xalası qızı tamamilə dəyişmişdi. Dolu olsa da boyunun hündürlüyü gözəllik verirdi Səmraya. Gülərkən yanaqlarında güllər açırdı sanki, saçları təbii qara rəngdə idi. Hər külək əsəndə sanki darayardı Səmranın saçlarını. Hər telinə sığal çkərdi astaca. Gözləri iki qara mirvari tək parlayardı ehmalca. Amma indi qarşısında o Səmradan əsər-əlamət yox idi. Güya heç nədən xəbəri yoxmuş kimi: "Səma (Xədicə Səmraya qısaca Səma deyərdi), nə olub yoxsa məni görməyinə sevinmirsən? Xalam çağırmasaydı gəlməyəcəkdim, küsmüşdüm səndən. Üç aydır mesajlarıma zəngimə cavab vermirdin. Yaman incimişəm səndən, xain çıxdın." Birdən anladı ki, son sözünü nahaq yerə dedi. Çünki Səmra daha da bərk ağladı. -Nələr yaşamısan sən, niyə ağlayırsan? danış rahat olacaqsan. At əlindən bunları bəsdir. Onsuz da təmizdir hər yer. Bəs, ürəyini necə təmizləmək istəmirsən?" Xədicə Səmranı bir təhər razı saldı. Səmra əvvəldən başladı. Mahirlə ilk rəqsindən, görüşlərindən, Rusiyadan etdiyi son zəngindən və hasar başında gördüyü o səhnədən. Səmra o qədər ağlayırdı ki, Xədicə onun ancaq bu yolla rahat ola biləcəyini düşündüyündən dayandırmaq istəmirdi. Ətraflı öyrəndi yaşanmışları. Zərifəni tanıyırdı Xədicə. Onun ən yaxın rəfiqəsinə bunu etdiyi ağlına belə gəlməzdi. Həmin gecə Xədicə başladı düşünməyə: " Axı niyə zəng edib gözlədirdi Səmranı. Məqsədi Zərifə idisə, niyə Səmraya xəbər edirdi ki elçi gələcəyik." Heç cürə unuda bilmirdi Zərifənin hərəkətini. Həmin gecə Xədicə söz verdi özünə ki, Səmraya edilən haqsızlığı cavabsız qoymayacaq. Əgər kişi olsaydı bir-başa Mahirin qarşına dikilərdi. Tələb edərdi ondan Səmraya vurduğu zərbənin səbəbini. Xalası tapşırmışdı ki, Xədicəni tək qoymasın. Çünki bu günlərdə Zərifənin toyu olacaqdı. İstəmirdi yenidən özünə qapansın. Bircə balasını belə görməyə dözə bilmirdi. Xədicənin gəlişinə ümidi vardı. Çünki bu 3 ayda Səmra hisslərini yaşadıqlarını kiminlə paylaşa bilərdi ki, anası ilə də arada pərdə saxlayırdı. Ona görə xalası işdən gəlib Xədicəni görəndə uşaq tək ağlamışdı.-" Nə yaxşı ki, gəldin Xədicə, Səmranı tənha qoyma. Tez-tez unsiyyət qur, içinə qapanmasın." Səhər açıldı. Səmra yenə həyəti süpürməyə başladı. Anası işə gedəndə sığal çəkdi başına. Xədicə çayını içərkən belə gözünü Səmradan çəkmədi. Onun bu qədər arıqlamağı, çəkdiyi əzab yetməzdimi? Beynindəki suallara tək cavab verən vardısa, o da Mahirdi. Amma onu tapa bilməzdi. Əvəzində isə Zərifəni tapa bilərdi. Elə stəkanı nəlbəkiyə qoyub iri addımlarla çıxdı darvazadan. Səmra heç nə anlamadı, baxdı arxasınca. Qonşunun darvazasını iri daşla döydü. Qapının ağzına Zərifə çıxdı. Xədicəni görüb rəngi saraldı. Başını aşağı dikib; -"Salam Xədicə. Utandığımdan gəlib Səmranın halını soruşa bilmirəm. o necədir?" Xədicə qəzəbindən nə dediyini bilmədi: -"Yəni utanmağı da bacarırsan? Sənin kimi dost olmaz olsun. Nədi yer üzündə başqasını tapmadın? Belə tez ərə getmək istəyirdin? Evdə qalmışdın? Səmranın sənə nə pisliyi dəymişdi? Lənət olsun səni tanıdığımız günə." Xədicə sözünü dedi, amma rahatlaşmadı. Qarşısında başı aşağı yazıq vəziyyətdə dayanmış Zərifə dinmirdi. Sanki başı ilə təsdiq edirdi, onun təhqirlərini qəbul edirdi. Xədicə birdən anladı ki, səbəbi hər nədirsə Səmranında bilməyə haqqı var. Odur ki, çəkinmədən tutdu Zərifənin qolundan -" Mənimlə gəl, kişi qızı kimi dur Səmranın qarşısında. Niyə bu insafsızlığı etdiyinizi anlat. Onun bilməyə haqqı var." Zərifə heç nə demədən Xədicənin yanınca Səmranın evinə gəldi. "Səmra, gəl bura səni görmək istəyən var"-dedi. Pilləkənin başında dayanan Səmra Zərifəni gördü. Aşağı enib üstünə şığıdı. Səni görüm qəlbin kül olsun mənim kimi, burnundan gəlsin dostluğumuz. Bədbəxt olacaqsız, necə ki mən bədbəxtəm. " qırşqıra -qışqıra oturdu yerə gözündən axan göz yaşları nə dərəcədə əzab çəkdiyini göstərirdi. "Axı nə istədiz məndən? Niyə belə elədiz? Zərifə iki qat qalıb üzünü yerdən qaldırmağa utanırdı sankı. İki əlini qoynuna sıxıb için-için ağlayırdı. Amma yenə də Səmranın bilməyə haqqı olduğunu düşünüb sualına cavab verdi. - "Səmra nə desən haqlısan bilirəm. Amma məni bir dinlə, gör niyə belə oldu. Anamla Mahirin anası bizdə şəkərbura bişirirdilər. Mən də çimmək istəyirdim. Çəndə su olmadı deyə, Mahirin anası dedi ki, al açarı get bizdə çim. Onsuz da kimsə yoxdu. Mahir Rusyadadı. Getdim çimdim. Hamamdan çıxanda Mahiri gördüm. Özün bilirsən ki, ona həmişə qardaş gözü ilə baxmışam. O isə sanki qəfəsdən azadlığa çıxmış şir kimi cumdu üstümə. Kimsəni köməyə çağıra bilmədim. Özümü itirdim. Ayılanda hər şey artıq olmuşdu. Başımın üstündə anamı gördüm. Sonra yanımda yatan Mahiri. Mahirin anası da bizə baxırdı. Mən nə olduğunu anlayana kimi, artıq Mahir də ayıldı. Namusuma ləkə gətirdi mənim. Sevdiyim insana qismət olmadan Mahir sahibləndi mənə. Anla məni tək günahım orda həmin gecə olmağım idi. Allah mənə elə cəza verib ki, bütün qəlbimlə başqasını sevə-sevə məcburam Mahirə ərə getməyə. Əvvəl qardaş görürdüm onu, ancaq o gecədən sonra nifrət edirəm ona." Səmra dözə bilmirdi eşitdiklərinə. Sanki ardı ardına zərbə alırdı. Amma bilmək də istəyirdi olan-bitəni. Zərifə ağlaya-ağlaya davam edirdi; -" O gecə anam Mahirin anası ilə bərk mübahisə etdi. Mahir heç nəyi xatırlamırdı. Bir anın içində qərar verdilər ki, səhər tez-bazar nişan etsinlər. Ardınca da toy. Mahir nə baş verdiyini anlayanda o da razı oldu. Bilirəm səni sevir. Amma məni də o, bədbəxt etdi. Evlərində xırda remont işləri gedirdi deyə 3 aydı təxirə salırdılar toyu. Amma gələn həftə toydu. Bu 3 ayda o qədər cəhd etdim ki, ölməyə. (Zərifə qollarını uzadıb kəsikləri Səmraya göstərdi). Amma hər dəfə məni xilas etdilər. İndi məcburam ərə getməyə bir yandan namusumu təmizləmək üçün, digər tərəfdən atasız övlad böyütməməkçün." Səmra başını qaldırıb Zərifənin əli ilə qarnını göstərdiyini gördü; "Bəli, mən o gündən hamilə qalmışam. Sevmədiyim, hətta nifrət etdiyim mənə zorla sahib olan birindən. İndi sən de mənə kimdir bədbəxt olan? Sən-sevdiyin insanın xəyanətini yaşayan, yoxsa mən-başqasını dəli kimi sevərkən, onunla quracağımız ailəni düşünərkən, qardaş yerinə qoyduğum tərəfindən zorlanmaq və istəmədən hamilə qalmaq, indi də onunla bir yastığa ömrü boyu baş qoymaq. Bundan artıq cəza ola bilərmi? Sən nə qədər arzulasan da bədbəxt olaq deyə inan ki, iki qat artıq bədbəxtik." Zərifə sözünü deyib ağlaya-ağlaya ordan uzaqlaşdı....

MÜƏLLİF: Xəyalə Murad


Şərhlər:
Baxılıb: 1589
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz