Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kral və həyat yoldaşları
Kral və həyat yoldaşları
Göndərən: yusif♥esnad
Şərhlər:
Baxılıb: 1043
Səs ver:
Bir zamanlar, böyük və güclü bir ölkəni idarə edən kralın dörd həyat yoldaşı varmış.Kral ən çox dördüncü yoldaşını sevər, bir dediyini iki etməz, hər şeyin ən gözəlini, ən yaxşısını ona verərmiş.Kral üçüncü yoldaşını də çox sevərmiş. Bu gözəlliyin bir gün özünü tərk edə biləcəyindən qorxduğu üçün, onu çox qısqanar,üzərinə titrəyərmiş. Kral ikinci yoldaşını da sevərmiş. Özünə qarşı hər zaman yaxşı və səbirli davranan yoldaşı, nə vaxt bir dərdi olsa daim onun yanında tapılar, problemin həllində

ona dəstək verərmiş.Kraliça olan birinci yoldaşıymış. Kralın onu ən çox sevən, qarşılıq gözləmədən sevən, sağlamlığına və hökmranlığına ən böyük töhfəni verən bu yoldaşı olmasına baxmayaraq, kral bu yoldaşını heç sevməz və onunla heç maraqlanmazmış.Bir gün kral ölümcül bir xəstəliyə yoluxubmuş. Yaxında öləcəyini anladığı və öldükdən sonra tək qalmaqdan çox qorxduğu üçün,yoldaşlarından hansının ölüm yalnızlığını onunla paylaşmaq istəyə biləcəyini öyrənmək istəmiş.Ən çox sevdiyi dördüncü yoldaşına,-" Ölüm yolunda mənə yoldaşlıq etmək istəyirsənmi? " deyə soruşduqda, aldığı cavab ürəyinə bir bıçaq kimi batan, qısa və dəqiq,-"Mümkün deyil!" olmuş.- " Həyatım boyunca səni sevdim, sən mənimlə birlikdə ölməyi qəbul edə bilərsənmi? " sualını üçüncü həyat yoldaşı,- " Xeyr, həyat çox gözəldir. Sən öldükdə mən yenidən evlənəcəyəm " - deyə cavablandırmış və kral bir dəfə daha yıxılmış.-" Hər problemimdə, hər zaman yanımda olan, mənə kömək edən sən idin. Bu problemimdə də mənə kömək olarsanmı?" - sualına ikinci yoldaşından,- "Bu problemin üçün bir şey edə bilmərəm. Olsa olsa sənə məzarına qədər yoldaşlıq edər, gözəl bir dəfn mərasimi etdirər və yasını saxlaram" - cavabını eşidir.Böyük bir xəyal qırıqlığı yaşayan kral birinci xanımının səsinə diksinir:-" Hara gedirsən get, səninlə olaram, səni təqib edərəm. "- " Ah! " deyə inləyir kral;- " Kaş ki, bir şansım olsaydı "

Əslində həyatda hamımız dörd yoldaşlıyıq.

Dördüncü yoldaşımız: " bədənimiz!!! "Onun gözəl görünməsi üçün nə qədər zaman, qaynaq və səy göstərsək göstərək, öldüyümüzdə bizi tərk edəcək.Üçüncü yoldaşımız: " sahib olduğumuz sərvət və vəzifəmizdir!!! "Ölər ölməz başqalarına yar olacaq.İkinci yoldaşımız: " Ailə və dostlarımızdır!!! "Bütün problemlərimizi paylaşdığımız bu şəxslərin ən son edə biləcəkləri şey, bu dünyadan gözləri yaşlı bizi yola salmaq olacaq.Və birinci yoldaşımız: " ruhumuz!!! "


Şərhlər:
Baxılıb: 1043
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz