Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir gerçək xatirə
Bir gerçək xatirə
Göndərən: NUR
Şərhlər:
Baxılıb: 1096
Səs ver:
Atam haqqında və yerüstü dəmiryolunun yaxınlığındakı həyatımız barədə çoxlu xatirələrim var.İyirmi il onun pəncərəsi altından keçən qatarların səsini dinləmişik.Axşam gec saatlarda atam platformada təkbaşına durub fabrikə gecə növbəsinə yetişmək üçün qatar gözləyirdi.
 O axşam mən qaranlıq perronda onunla yanaşı durmuşdum,vidalaşmaq istəyirdim.Atamın üzündə sərt bir ifadə vardı.Onun kiçik oğlunu  əsgər aparırdılar.Səhər saat altıda  andiçmə mərasimində olmalı idim:atam isə həmin vaxt öz dərgahının başında durub kağız kəsməli idi.Atam çox qəzəbləndiyini söyləyirdi.O,içki içməyən və siqaret çəkməyən on doqquz yaşlı oğlunu Avropaya döyüşməyə göndərmək istəmirdi.Əllərini arıq çiyinlərimə qoyaraq dedi:
- Ehtiyatlı ol,oğlum vəəgər nəyəsə ehtiyacın olsa,hökmən mənə yaz.Çalışacağam hər şeyin olsun.
 Bu zaman atam yaxınlaşan qatarın səsini eşitdi.O məni bərk-bərk bağrına basdı və dodaqlarını astaca yanağıma toxundurdu.Yaş dolu gözləri mənə baxdı və dedi:
 -Səni çox sevirəm,oğlum.
 Qatar yaxınlaşdı,atamın arxasınca qapılar bağlandı və o,qaranlıqlar içində yox oldu.
Bir aydan sonra atam dünyasını dəyişdi:onun cəmi qırx altı yaşı vardı.Mən bu sətirləri yazıram və mənim yetmiş altı yaşım var.
 Bir dəfə Nyu-Yorkdan olan Pit Hammil adlı reportyorun belə bir söz söylədiyini eşitmişdim:
 <<Xatirələr-insanın ən dəyərli sərvətidir>>.Mən də belə düşünürəm.İkinci dünya müharibəsində dörd hücum döyüşündən sağ çıxmışam.Həyatda çox şey görmüşəm.Lakin yeganə həqiqi,gerçək xatirəm-atamın mənə <<Səni çox sevirəm,oğlum>> söylədiyi o gecədir.
 
Müəllif: Ted Kryuger


Şərhlər:
Baxılıb: 1096
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz