Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Eqoist birinin etirafı
Eqoist birinin etirafı
Göndərən: EreS Mia
Şərhlər:
Baxılıb: 1077
Səs ver:
Yol…uzun bir yol…sonunda işıq var amma…Və mən o yoldayam…Məqsədlərimə gedən yol…Yorulmadan irəliləyirəm…Bilirəmki məqsədimə çatacam…yol bitməyəcək…yolların sonu olmur…Hərənin öz yolu var…Birinci məqsəd o yolu tapmaq…və o yolu tapdinsa demək o yoldakı əsas Məqsədinə getməlisən…Sənin qarşına çox yollar çıxacaq. Amma yalnız dogru olan səni məqsədinə aparır…Sən dogru olan yolu tapmadınsa "Heçkimsən”… Yolunu azmış biri…

İnan ki elə "heçkimsələr” çox çıxıb yoluma. Öz yollarını azıb mənim getdiyim yola həvəs edənlər…axmaqlar…acizlər…bir nəfəsimlə onları itələmişəm…mənim yolumda başqa kimsəyə yer yoxdur!…Yazıgım gəlir onlara. Onlar da məni kimi olmaq istəyirlər. Amma nə etsinlərki güclü deyillər. Əzilməyi seçənlərdəndirlər. Mən qəzəblənmirəm belə. Gülürəm sadəcə. Gülüncdürlər çünki. İnsan arada özünə kənardan baxa bilməli…baxmalı…bacarmalı… amma onlar kor, cahildirlər…bacarmırlar…Sən…ey aciz…Mənə həsəd aparırsan…paxıllıq edirsən…Qazandıgım dostlarıma, əldə etdiklərimə, nailiyyətlərimə, sevgimə, gücümə, qətiyyətimə, gözəlliyimə, imkanıma həsəd aparır, paxıllıq edirsən… Günahdır…Allah hər kəsi qəlbinə görə dəyərləndirir… Sən mənə paxıllıq etməkdənsə, adımı ləkələyib gözdən salmaqdansa, Allahdan özünə agıl və dərrakə istə!…agılsız və dərrakəsiz olduguna görə belə hərəkətlər edirsən çünki. Hərşeyin sahibi Allahdır! Sən ona dualar et, mənə küfr etməkdənsə, mənə şər atmaqdansa… İnan ki mən hər kəsə, sənə belə "Xoşbəxtlik” arzu edirəm. Məh heç zaman heçkimə pislik arzu etməmişəm Diləmişəmki elə xoşbəxt olasan ki başın qarışıb mənimlə ugraşmayasan…Sən o qədər axmaqsanki düşünürsənki mən sən bədbaxt olduguna görə xoşbəxtəm… Hər kəsin sənin xoşbəxtliyini ogurladıgını düşünürsən…Sən mənim yerimdə olmaq istəyirsən… Çünki sən öz yerini tapmayan"Yersizsən”! Bir anlıq düşün…Kimsən…Nə edirsən…nə qazanırsan… Bir özünə bax, bir mənə bax… Mən sənə nifrət etmirəm…Sən mənim düşmənim belə deyilsən…Mənim nifrətimə də layiq olmaq lazımdır…Mənim düşmənim ancaq mənim kimi güclü biri olabilər…Nifrətimi isə yalnız bir zamanlar sevgimi qazanmışlar qazana bilər… Mənim Nifrətimin də dəyəri var, Düşmənimin də… Sən isə heçbir siyahıda deyilsən… yox… varsan bir siyahıda… "acizlər” siyahısında… Get! Siyahıdaki "sənikimilərlə” dərdləş! Mənim Şeytan oldugumu de, özünü gunahsız, "alçalmış Mələk” obrazında təsvir et…Mən sənin həyatını bərbad etmişəm. Mənəm sənin bədbaxtlıgında günahkar….

Haha…ancag güləbilərəm sənə… Ey dalımca danışanlar, Elə dalda qalacaqsınız! Yazıqlar…

Bunları oxuyub mənə Egoist deyəcəksiniz… Deyin… Mənə belə xoşdur. Ugursuz, aciz, şərəfsiz biri olmaqdansa "Egoist” olmaq yaxşıdır… Egoist Dəli…

Mənə Dəli olmaq da xoşdur… Hər halda özümü agıllı kimi göstərib gözə soxmuram… Ehtiyac yoxdur…Tanıyanlar dəyərləndirir, tanımayanlar da özləri bilər. Mənim başımın üstü də, ayagımın altı da müsayitdir… artıq hər kəs öz yerini seçsin! Dostumsansa, sənə "DOST” dedimsə ölümünədir. Dostlarıma can qurban! Bacaqdıgım qədər öz dostlarıma həyan və dəstək oluram.

Satqınlıgı sevmirəm!… Xüsusi nifrətim var belə alçaqlara…Və xüsusi cəzam da var!

Sən!!! Məni aldadabiləcəyini düşünürsən…gülüşümü və susqunlugumu səhv dəyərləndirirsən! Bir məsləhət…Qaç məndən…Uzaq dur!…yazıqsan… Unutma ki, Mən Bilmək istədiyim Hər Şeyi Bilirəm! Düşün ki xüsusi güclərim var…Sənin dediyin sözləri deyil də, fikirlərini oxuyuram…və inan ki xoşuma gəlmirlər…Get!…Bəlanı məndə axtarma!… Mənim bir məqsədim var…Nailiyyətlərimin ən uca zirvəsində olmaq… İndi o yolda irəliləyirəm… sənin kimi yoluma tokülən zibilləri də ayaqımın ucunda firladıb yolumdan kənara atıram…İncimə…Mən beləyəm… Mənə belə xoşdur… Məni sevənlər belə sevir, belə dəyərləndirirlər… Məndən uzaq dur! Əks halda üzüləcəksən!

Məndən sənə Məsləhət :

Mənə inanma!- Sənə inanmıram!

Məni Sevmə! – Səni Sevmirəm!

Mənə Baglanma! – Sənə Baglanmaram!

Məni Unut! – Səni Unudacam!

Məni dəyişməyə çalışma! – Sən özün dəyişəcəksən!

Mən Tapmacayam – Açması Məchuldur…

Mən Uçurumam – Mənə yaxın oldugun hər an Düşəbilərsən.

Mən Alovam – Səni yandıracam

Mən Dənizəm – Səni batıracam

Mən Səmayam – Mənə sadəcə baxabilərsən

Mən Xatirənəm – Unudabilməyəcəksən

Mən Gözyaşınam – Gözünün nuruyam

Mən Xəyal kimi Gerçək- Gerçəyə bənzər Xəyalam.

Mən sənin həyatında ən gözəl başlayan, ən kədərli bitən hadisə olacam.

MƏN HEÇ ZAMAN HEÇKİMİN OLMAYACAM!


Şərhlər:
Baxılıb: 1077
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz