Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Oğlum, bu nədi?
Oğlum, bu nədi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 970
Səs ver:
80 yaşına çatmış yaşlı ata ilə onu ziyarətə gələn 45 yaşında və hörmətli bir işi olan oğlu salonda otururdular. Uzun söhbət etdikdən sonra oğlu susmuş artıq getmək istəyirdi. O anda üzərində oturduqları divanın yanındakı pəncərənin pərvazına bir qarğa qondu. Yaşlı ata qarğaya gülümsəyərək bir az baxdıqdan sonra oğlundan soruşdu:
'Bu nədi oğlum?
Oğlu çaşmış cavablandırdı:
'O bir qarğadı ata.'
Yaşlı ata qarğaya bir az daha baxdıqdan sonra yenə soruşdu:
'Bu nədi oğlum?
Oğlu daha da çaşmış yenə cavablandırdı:
'Ata o bir qarğadır'
Qarğa hələ pərvazda komik hərəkətlərlə başını sağa sola çevirir, başını yan yatırdır, havaya baxır, sonra başını yenə onlara çevirirdi. Yaşlı ata üçüncü dəfə soruşdu:
Bu nədi?
Oğulunun çaşqınlığı səbirsizliyə dönmüşdü:
'O bir qarğadı ata üç oldu soruşursan. Məni eşitmirsənmi?
Yaşlı ata dördüncü dəfə də soruşduqda oğlunun səbri daşdı və səsini yüksəltdi:
'Ata bunu niyə edirsən? Tam dörd dəfədir onun nə olduğunu soruşursan sənə cavab verirəm və sən hələ soruşmağa davam edirsən. Səbrimi yoxlayırsan?
Atası üzündə hələ bir gülümsəmə göründü yenə. İçəri otağa getdi və əlində bir dəftərlə döndü. Bu bir xatirə dəftəri idi. Oturdu. Səhifələrini qarışdırdı və axtardığını tapdı. Sevgiylə gülümsəməyə davam edərək səhifəsi açıq bir vəziyyətdə dəftəri oğuluna uzatdı və o səhifəni oxumasını söylədi.
Səhifədə yazılmışdı:
'Bu gün 3 yaşındakı kiçik balamla salondakı divanda oturarkən yanımızdakı pəncərənin pərvazına bir qarğa qondu. Oğulum tam 23 dəfə onun nə olduğunu soruşdu. 23-cü dəfə soruşanda da ona sevgiylə sarılaraq onun bir qarğa olduğunu söylədim. Narahat olmaqmı? Xeyr! Onun sualını günahsızca təkrar edişi içimi sevgiylə doldurdu.'


Şərhlər:
Baxılıb: 970
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz