Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 38)
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 38)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 497
Səs ver:
İkinci dəftər
38


Dəhşətli bir sual beynimi gəmirirdi: "Mən nə etməliyəm?” Dəryanın göstərdiyi xəyanət bütün varlığımı sarsıtmışdı. O, sərəncamına verdiyim məhəbbət dolu təmiz ürəyimi çirkin ayaqları altına atıb ləyaqətimi, heysiyyətimi, mənliyimi tapdalamışdı. Ah! Nə üçün dostluğa, sədaqətə xain çıxanlara cəza tədbiri yoxdur? Onları ancaq nifrinləməklə kifayətlənirlər. Bu az deyilmi? Məgər bu gün birinə xəbislik edən sabah beşinə, onuna və daha sonra elinə-obasına arxa çevirməzmi? Dəryanın qayıtmasına az qalmışdı. Hələ də özümü sakitləşdirə bilmirdim. Biologiyadan verəcəyim ilk imtahanı ötürmüşdüm. Getsəydim də mənası yox idi. Fikrim, düşüncəm qırılmış zəncir halqaları kimi beynimdə səpələnmişdi. Kafedradan zəng vurmuşdular, evimizə adam göndərmişdilər. "Xəstəyəm” demişdim. Doğrudan da pərakəndəliyimi, saralıb-solmuş bənizimi görənlər buna əsla şübhələnməmişdilər. Atam işdən çıxıb, məni bağa aparmağa gəlmişdi.
—Necə oldu, Könül, biologiyanı verdinmi?—deyə qapıdan girən təki xəbər aldı. Mən qəflətən kövrəldim, irəli cumub onun boynuna sarıldım, təzə tüklənmiş üzündən öpdüm və için-için ağladım.
—Kəsildim, pa!..
Bu yanıqlı naləmdən öz sümüklərim eyməndi.
Kişi inanmadı:
—Axı, sən...
—Daha heçnə soruşma, pa.
Atam dinməzcə oturdu; yaslı adamlar kimi başını aşağı dikdi. Sonra bir siqaret yandırıb çəkməyə başladı. Onu bu çağacan belə məhzun görməmişdiml. Otağı bürüyən matəmli sükutdən qulaqlarım küyüldədi.
—Anan tapşırdı, Könülü də bağa gətir. Nə deyirsən?
—Bu gün yox.
—Onda mən axşama düşməyim.
—Bəlkə çaydan-çörəkdən...
—İstəmirəm.
Atam çıxanda arxadan onu səslədim:
—Pa, evimizin açarını ver mənə.
—Neyləyirsən?
—Lazımdır.
Kişi tərəddüdlə əlini cibinə saldı.
—Dərya haçan gəlir?
—Bilmirəm.
Atam açarı çıxarıb stolun üstünə atdı.
—Buzovnaya gəlməli olsan, elektrik qatarından düşən kimi professorun bağını soruşarsan. Onlara yaxınıq. Qapı örtüldü. Qüssəm düyünlənib ürəyimdə qaldı; mənsə təsəllisiz, yalqız otaqda.


Şərhlər:
Baxılıb: 497
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz