Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 37)
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 37)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 527
Səs ver:
İkinci dəftər
37


Şəhər bürkü içərisində qarsalanırdı. Bağların, bağçaların üstündə, dənizin səthində isti hava titrəyirdi. Atamgil bir aydı bağa köçmüşdü. Bakılılar işdən sonra çimərliklərə axışırdılar. Mənsə, evdən çıxmağa macal tapmırdım. Tək otağa qapılıb imtahanlara hazırlaşırdım. Ancaq başıma heç nə girmirdi. Nə üçünsə ürəyim narahatdı. Dərya səyahətdə idi. Xarici ölkələrdən mənə gödək teleqramları gəlirdi: "Dünəndən İstambuldayam. Kefim lap yaxşıdır. Səni bərk-bərk öpürəm.”, "Gözəl Afinadan Könülə atəşin salamlar!”, "Qədim Romanın tarixi abidələrinə tamaşa etdikcə, yanımda olmadığına heyfsilənirdim. Məhəbbətlə.”, "Ölkəmizin bir parçası "Rossiya” gəmisi bu gün Cəbbəlüttariq boğazından keçib, Atlantik okeanına çıxdı. Fransaya yollanırıq. Sənin üçün çox darıxıram!”, "Əzizim Könül! "Terminus-Nord” mehmanxanasındayam. Paris, dörd iyun.”
Açığı, bu xəbərlər məni o qədər də sevindirmirdi. Son zamanlar Dəryanın sözü ilə əməli arasında gizli bir təzad görürdüm. Qəlbimdə onun səmimiyyətinə şübhələnirdim. Yayın qızmar istisində məni yalqız qoyub xaricə getməyinə nə ad verəydim, bilmirəm. Ürəyində sevgilisinə məhəbbəti olan başqa birisi bunu edərdimi? İnanmırdım! Hələ institutda tələbələr ayrı şeylər də danışırdılar. Deyirdilər, qəzaya düşən həmin qızın adı Nərminədir. Özü də opera teatrının böyründə yaşayır. Dəryanın maşınını isə şəhərin kənarında əzmişdilər... Anama yazığım gəlirdi. O da mənim halıma yanırdı. Bir ayağı elə Bakıda idi. "Ay balam, baş açmıram, ərin nə təhər adamdır. Kişi də üç-dörd ayın gəlinini tək buraxıb uzağa yollanarmı?” Arvad hər dəfə bağımızı tərifləyir, məni ora aparmağa çalışırdı:
—Gedək, Könül, peşman olmazsan. Buzovnanın havası gözəldir. Oturarsan sərin ağacın altında, öyrənərsən dərslərini. İmtahan vaxtı instituta gəlmək nə çətin işdir ki...
—Yox, ma, bura yaxşıdır,—deyə bağda Eminlə, Qönçəbəyimlə qarşılaşacağımı bildiyimdən, bu təklifdən boyun qaçırmağa bəhanə axtarırdım.
—Orada telefonsuz, kitabxanasız necə keçinərəm...
Dərya axırıncı teleqramı Leninqraddan vurmuşdu. Yazırdı, Ermitaj muzeyində işim var,—beş-on gün yubanacağam.
Mən bir anlığa fikrimi cəmlədim. Biologiyadan öyrəndiyim bəhsi yadıma salıb öz-özümə təkrarladım. "Lamark "Zoologiya fəlsəfəsi əsərində ilk dəfə olaraq növlərin sabit qalmayıb dəyişilməsi və sadə quruluşdan mürəkkəb quruluşa doğru inkişaf etməsi nəzəriyyəsini irəli sürürdü. Buna görə də onu təkamül təliminin pioneri sanırdılar. Lamarkın təlimində həm materialist, həm də idealist cəhətlər vardır. O, üzvi aləmin dəyişilməsində...” Yorulmuşdum. Qalxıb bir stəkan çay içdim. Səhər poçtalyonun gətirdiyi qəzetlərə baxmaq istədim. Hər səhifəsi düstur dolu kimya kitabından sonra, quru baş məqalə oxumaq da mənim üçün istirahət idi. Elə əlimə keçən qəzeti qaldıranda arasından ağ bir zərf düşdü. Dəryadandı: "Leninqrad, Astoriya mehmanxanası, otaq nömrə 28.” Məktubu çıxarıb açan kimi məni dəhşət bürüdü. Bu nədir?! Heç nə anlamadım. Götürüb, bir də zərfin üstünə diqqət yetirdim. Səhv etməmişdim: Dərya yazmışdı, bu ünvana, mənə göndərmişdi. Ancaq...içərisindəki məktub başqasına aid idi! Bəli! Tanıdım: Ona! Dəryanın maşınında qəzaya uğrayıb ölməyən o qıza! "Əzizim, istəklim Nərminə! Odlu salamlar...” Ev, əşyalar başıma fırlanmadımı?! "Məlumun olsun ki, səyahətdən qayıdıb gəlmişəm. İkinci gündür Leninqraddayam...” Gözlərim qaranlıq gətirmədimi?! "Xaricdən vaxtaşırı vurduğum teleqramları yəqin ki, almısan...” Ürəyim ağrımadımı?! Yazıları qarma-qarışıq görürdüm. Əsən əllərimdə tutduğum kağızı necə oxuyurdum, bilmirdim: "Tamaşalı yerləri sənsiz gəzdiyimə heyfsilənirdim...” Sən bir rəzalətə bax!.. O, bu sözləri mənə də yazmışdı. "Maşında necə əzildiyin yadıma düşəndə kədərlənirdim. Yaxşı ki, tez sağaldın. Sənə deməmişdim: məsələni Könülə çatdırmışdılar. Dəli olmuşdu. Hətta institutda özündən getmişdi. Bəhanə tapıb vəziyyətdən çıxdım. Güya sən mənim naturşitsamsan. Ha… ha… ha...” Bura çatanda dözmədim. Hönkürüb ağlamağa başladım. Göz yaşlarım kağızın üstünə düşdü...


Şərhlər:
Baxılıb: 527
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz