Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 36)
Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 36)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 497
Səs ver:
İkinci dəftər
36


Anamgildən gətirdiyim kitabdan bir əfsanə oxumuşam. Neçə gündür xofu başımdan çıxmayıb.
Qalayçıoğlu təvazökar, növrəsidə bir şair idi. Təzəhəvəs olsa da, pis yazmırdı. Sadə, təmiz qəlbli  bu cavanın qoşduğu şerlər xoşa gəlirdi. O isə heç vədə lovğalanmazdı. "Mən ustadımdan öyrənirəm,—deyərdi.—Ömrüm boyu da ona borcluyam.” Aylar, illər dolanır. Qalayçıoğlu kiçik bir rütbəyə çatanda dəyişir, qürrələnir, ustadına arxa çevirir. Ətrafına topladığı yaltaqlar yerli-yersiz onu tərifləməyə başlayır. Qalayçıoğlunun iddiası artır, gözü uzağı görmür, əvvəlki sadəliyindən, təmizliyindən əsər-əlamət qalmır. Lakin ondan sonra nə yazırsa, bəyənilmir. "Növrəsidə şairin qəlbi qurudu” deyirlər. İstedadını itirdiyinə hefsilənən Qalayçıoğlu loğmanın yanına gedib əhvalatı nəql edir.
—Mən niyə bu tezliklə şövqdən düşdüm? Səbəb nədir?—Soruşur.
Loğman cavabında ona belə bir hekayət söyləyir:
—Bizim bu mahalda,—deyir,—dədə-babadan qalma qədim kəlağayı karxanası vardı. Sahibi işgüzar, nurani bir qoca idi; gecə-gündüz çalışırdı, min əziyyətlə dağlara qalxardı, dərələrə enərdi, nadir çiçəklər toplayıb, gözəl, rövnəqli boyalar hazırlardı. Qocanın buraxdığı haşiyəsi qırmızı, güllü bənövşəyi kəlağayıların tərifi dillərdə gəzərdi. Yaraşıqlı, davamlı olardı, gündə, yağışda rəngi soluxmazdı. Ən uzaq mahallardan belə qızlar, gəlinlər axışardılar, onun kəlağayısından alıb örtərdilər. Bir gün zəhmətkeş pirani qoca öldü, karxanaya əyyaş oğlu sahib oldu. Əvvəlcə atadan qalma var-dövləti dağıtdı; yedi, içdi, sərxoşluq elədi. Sonra pul-para tükəndi. Oğul atasından az-çox öyrəndiyi peşəyə başladı. Karxananın böyrü uçmuşdu, dəzgahlar sınıb dağılmışdı… O, daha bunların fərqinə varmadı. Boya hazırlamaq üçün dağlara, dərələrə çiçək axtarmağa da yollanmadı. Elə başdansovdu, zövqsüz, keyfiyyətsiz kəlağayılar hazırlayıb bazara çıxardı. Arif müştərilər mala baxan kimi tanıdılar: bu xına o xınadan deyildi. Yeniyetmə qızlar bilməyib aldılar, başlarına örtdülər. İki-üç gün keçdi, kəlağayılar üzüldü, rəngi ağardı, gərəksiz bir əsgiyə çevrildi...
 İndi, sözümün canı orasındadır ki, növrəsidə şair...—deyə loğman mətləb üstdə gəlir,—sən də əvvəlki Qalayçıoğlu deyilsən. Ustadının yolunu sapmısan, saxtalaşmısan. Ürəyin də, o qocadan fərsiz övladına qalan karxana kimi uçulub-dağılıb, bərbad olub. Daha bundan sonra çətin ki, o ürək xoşagələn bir şeir desin. Qalayçıoğlunu təşviş bürüyür:
—Loğman baba, Allahı sevirsənsə, bir çarə elə, məni bu uğursuzluqdan uzaqlaşdır,—deyə yalvarmağa başlayır.
—Arxayın ol, növrəsidə şair, hər dərdin əlacı var... Loğman əndərunixanəyə keçir. İçi şəffaf maye dolu, ağzı möhkəm qapalı kiçik bir şüşə gətirib Qalayçıoğluna uzadır.
—Sən onsuz da öləziməkdə olan bir şairsən. Bu isə sənətkar üçün dəhşətdir! Belə tədrici, şərəfsiz ölümün iztirablarından yaxa qurtarmaq, uğursuzluqdan uzaqlaşmaq istəyirsənsə, al, iç bu zəhəri, canın biryolluq qurtarsın!—dedi.


Şərhlər:
Baxılıb: 497
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz