Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (26-cı bölüm)
Məcburiyyət (26-cı bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1051
Səs ver:
Kənan sözünü deyib getsə də Firuzə hələ özünə gələ bilmirdi. Əsəbdən otaqda o baş bu baş gedib gəlirdi.
- Axmaq! Eşşək! Öldürəcəkmiş! əsl mən səni öldürəcəyəm! Özü də hər gün. Mənə elədiklərini bir – bir burnundan gətirəcəyəm. Nifrət edirəm sənə, Nifrət!
Öz özünə deyinərək yatağında oturdu, ani olaraq əlini dodaqlarına aparıb düşnücəyə daldı. Üzündə yaranacaq gülüşü o saatca saxlayaraq əlini çəkdi.
- ərimə o saat Firuzə.. o səninlə oyun oynadı.. unutma bunu.. unutma...
Telefonun çalması ilə ayağa qalxıb dəstəyi götürdü.
- alo
- qızım...
- Fatma xala, sənə o qədər əsəbiyəm, danışsaq qəlbini qıracağam, sonra..
- Qızım.. dayan.. vallah billah sənin yaxşılığın üçün edirdim. O dəli də səni sevir.
- Yox dinləmək istəmirəm. O sevib eləmir. O sadəcə xudbindir özünü düşünür. Indiyə kimi nə istəyibsə əldə edib. Mən onun əmrlərinə tabe olmayınca tərsliyinə saldı.
- Yox yox.... sən yalnış tanımısan onu. Hə, inadçıdır, amma heç vaxt bir qadına görə inad etməz.
- Əsl siz nəvənizi tanımamısınız.
- Qızım bu telefon söhbəti deyil.. Sabah görüşək danışaq.
- Yox, bağışlayın, amma görüşməli bir şey yoxdur. Həm mən sizə əsas məsələni deməmişəm. Bunu bilsəydiniz bəlkə də məni buralara çağırmazdınız. Sağlığınızla bağlı nəvəniz buradadır artıq o maraqlanar. Ona deyin. Mən nişanlı biriyəm artıq.
- Nə?
- Bəli.. sizə deməmişəm, kaş deyərdim.
- Firuzə düz deyirsən?
- Hə.
- Aman Allahım Kənan bilsə dəli olacaq.
- Narahat olmayın bilir və heç də dəli olmadı. Uzağı öldürəcəyi ilə hədələyir o da vecimə deyil.
- Qızm sən Kənanı elə belə görmə.. damarına basdınsa nə desən edər.
- Dedim axı. Vecimə də deyil. Nəvənizə deyin çəkilsin ətrafımdan. Mən artıq başqa birinin həyat yoldaşı olacağam.
- Yaxşı qızım yaxşı. əsəbiləşmə. Mən danışaram onunla. Sənin Kənandan ayırmıram. Xoşbəxtliyini öz doğma nənə kimi istəyirəm. Əgər sən xoşbəxtəm deyirsənsə məndən sənə sidqi ürəkdən dua eləmək və xoşbəxtlik diləmək qalır. Çox heyf. Istədim mənim evimin gəlini olasan, Kənanımın xanımı olasan. Qismət deyilmiş....Könül bu.. demək mən səhv bilmişəm. Kənanı sevdiyini düşünürdüm...
Fatma danışdıqca Firuzənin gözləri dolurdu. Hikkəsindən özünü ağlamamaq üçün bərk sıxırdı. Artıq uzun müddətdir ki, içdən ağlayaraq hayqıra bilmirdi. Bu da onu lap üzürdü. Əlini ağzına tutub özünü toparlamağa çalışırdı. Fatma isə sanki dünyada nə mərhəmətli sözlər var hamısını bir araya yığıb Firuzəni lap kövrəldirdi.. Firuzə daha dözə bilməyəcəyini görüb tez sağollaşaraq dəstəyi asdı. Özünü yatağa atıb içində saxladığı hayqırtını uzun zaman sonra tökmüş oldu. Hər şey üst üstə gəlmişdi sanki. Əlini tanımırdı o heç. Arada bir İrana qayıdanda ata bala Əlinin ailəsini ziyarətə gedirdilər. Olduqca alicənab ailə idi. Evin tək oğlu olduğundan valideynləri başına dolanırdı. Əlini uzaqdan uzağa tanıyırdı Firuzə. Heç vaxt o qədər də uzun uzun ünsiyyətdə olmamışdı. Atası Əlinin ona talib olduğunu deyəndə ilk olaraq rədd etmək istəsə də atasının istəyi ilə hə demiş oldu. Bəlkə də normal şəraitdə yenə də etiraz edərdi, amma hər şeyi öyrəndikdən sonra, biləndə ki, illərdir Cavad muhsin heç nə bəlli etmədən bütün həyatını bu qıza həsr edib ona atalıq edib ona duyduğu minnət borcu sonsuz idi. Bu borcdan necə çıxardı bilmirdi. Əlinin ailəsi olduqca nüfuzlu ailə idi. Gələcəkdə onların ailələr arası bizneslərinin Cavad Muhsinə də xeyir edəcəkdi. Firuzə razılıq verməklə atasına heç olmasa da az da olsa yaxşılıq etmiş olardı. Əlinin özü də ailəsi kimi alicənab olduqca yaraşıqlı, fars kökənli ali təhsilli və mədəni bir insan idi. Firuzə hər nə qədər könlündə Kənan kimi kobuda yer açsa da onun da huzura sakitliyə ehtiyacı olanda Əlinin yanında tapmış olurdu bu sakitliyi. İndi bura gələndə Kənanı görməsi hər şeyi alt üst etdi. Beynindən Əli üçün açdığı yer belə qapanıb ancaq Kənana üçün düşünməyə ürəyi Kənana üçün vurmağa başladı. Hər nə qədər Kənana yox, istəmirəm desə də ürəyini dərinliyndə istəyirdi ki, Kənan onun qolundan tutsun və zorla uzaqlara aparsın. Hər şeydən hər kəsdən uzaq.

***

- Kənan..
- Nənə, tək qalmaq istəyirəm.
- Mən bilmirdim..
- Bilsən nə dəyişəcəkdi ki, yaxşı eləmisən. Firuzə elə bilir bu iş burada qaldı.. yox.. o üzük qayıdacaq.
- Kənan...
- O məni sevir, gözləörindən görürəm .
- Kənana oğlum
- Nənə bir görsən mənə baxmağını, ürəyimi oxuyur elə bil. Hansı insan sevmədiyi birinə elə istiliklə baxar.
- Kənana mənə qulaq as...
- Başa düşnürəm bunu necə edə bildi. Qadınların hər zaman xəyanətkar olduğunu düşünmüşəm, amma Firuzə üçün bunu düşünmürdüm. Onu sevdiyinə xəyanət edəcəyini düşünmürdüm.
- Kənan mənə qulaq as..
- Amma o da haqlıdır. Mən eşşəklik etdim. Onun qəlbini qırdım. Necə sadiq qalsın. Axı onu sevdiyimi bilmir..
- Kənan dedim! Bir dəqiqə sus!
- .....
- Məncə biz İstanbula dönsək yaxşıdır.
- .....
- Sən, mən və atan.. ancaq üçümüz.
- Başa düşmədim.
- Firuzə artıq nişanlıdır. Və.. və o mənə dedi ki, qəlbində sənə yer yoxdur. Üzüyü qaytara bilməz.
Kənan həm əsəbi halda həm yazıq halda gülməyə başladı.
- yalan deyir. Vallah biillah yalan deyir..
- Kənan yalan desə belə. Mən onu başa düşdüm. O atasına görə bu işə baş qoyub. Kim olsa edərdi. Indi...
- Indisi yoxdur. Lazım gəlsə Cavad bəylə danışaram, amma Firuzəni başqasına verməyəcəyəm.
- Inad etmə..
- Etmirəm.. sadəcə sevirəm.. həm də dəli kimi... lazım olsa onu qaçırdaram da.
- Aaaa bir bu qalmışdı. Kənan qız dünənə özü mənə dedi ki..
- Qız çox şey deyə bilər. O mənə qarşı boş olsaydı, inan ki, elə dünən İstanbula qayıtmışdım. Amma deyil.. bunu bilə- bilə onu buraxa blmərəm.
- Yaxşı neyləmək fikrindəsən?
- Hələ bilmirəm. O da qarışıq duyğular yaşayır. Bir yanda atası bir yanda mən bir yanda o ördək nişanlısı..
- Hmm...mən də yarıma hazıram.. Amma nə yalan deyim mənim də ağlıma bir şey gəlmir.
- Eybi yox.. bir şey fikirləşərik. Sabaha hələ çox var. Qoy bir günəş doğsun.

***

- Firuzə qızım..
- Gəl ata...
- Mən gedirəm. Gəldim sağollaşam. Əli bir azdan gəlir. Səni burada tək qoyacağam..
- Eybi yox. Narahat olma.
- Sənə də Əliyə də güvənim sonsuzdur. Inanıram ki, özünüzü yaxşı apararsınız.
- Ata..
- Cann qızım utanma. O sənin gələcək həyat yoldaşın mənim də kürəkənim olacaq inşAllah.
- ....
- Hə bir də.. yadıma düşmüşkən. Kənan Balcıoğlu.
Firuzə atasının dilindən bu adı eşidən kimi bədəni ürpərdi. Bütün keyiyib qaldı. Nə deyəcəyini bilmirdi. Beyni sürətlə düşünməyə başlasa da dili topuq vurar deyə qorxurdu.
- tanıyırsan onu qızım?
- Nədir ki? Niyə soruşdun?
- Dünənki gecədə atası ilə gəlmişdi. Sənin adını çəkəndə anladım ki, tanışsınız. Amma üz vurub soruşmadım.
- Yox.. tanış deyilik.. daha doğrusu yaxından tanış deyilik. Mən...yəni Səlma onun katibəsi idi. Səlmanın yanına gedib gələndə görmüşdüm. Yəqin oradan bilir.
- Hə.. demək Səlmanın dediyi gənc adam budur.
- Səlmanın dediyi? Nə demişdi ki?
- Heç, türkiyədə olanda iş adamının gənc oğluna katibəlik etdiyini demişdi. Nə isə.. boş ver.. mən gedim. Təyyarəyə gecikməyim.
- Yaxşı.. səni yola salım.
- Yox yox. Gəlmə. Sən qal hazırlaş. Nişanlın gəlir. Yəqin ki, səni gəzməyə aparacaq. Bəzən düzən.
- Ataaaa...
- Yaxşı yaxşı utandırmayım səni.. görüşərik qızım.
Cavadın otaqdan çıxması ilə Firuzə dərindən nəfəs alaraq yerində oturdu.
- başımın bəlası.. hər yerdə də qarşıma çıxır. Adı batmış.. off offf...
Firuzə yatağa uzanıb tavana zillənmişdi. Yenə də dünənə gecə olanları xatırlayır, həm gülür həm əsəbiləşir həm də təəsüflənirdi. Anlamadığı, qarışıq duyğular içində düşüncəyə dalmışdı. Əlin gələcəkdi gəlməsinə, amma Firuzənin nə onu görməyə həvəsi nə də istəyi vardı. Odur ki, əyində olan paltarlarla kifayətlənib Əli üçün xüsusi heç nə eləmədi. Xeyli keçmişdi ki, otaqda olan səssizliyi qapını döyülməsi pozdu. Firuzə ayağa qalxıb qapını açanda qarşısında Əlini gördü. Adam doğrudan da yaraşıqlı idi. Özünəməxsus xarizması isə istənilən qızı başdan çıxara bilərdi. Amma Firuzə artıq yenidən Kənanın qaladığı atəşdə yanırdı. Gözü başqa heç kimi görmürdü.
- Salam.. xoşgəldin eləməyəcəksən.
- Aleykuma salam.. xoşgəldin. Buyur.
- Elə bu? Daha isti qarşılma gözləyirdim.
- Bağışla.. sadəcə saat fərqi məni burada yuxusuz qoyur. Key kimiyəm.
- Eybi yox.. onsuzda boyun çatmaz.
- Nəyə?
- Bax buna.
Əli əyilib ehmalca Firuzənin yanğına öpüş qonduracaqdı ki, Firuzənin geriyə atılmasından özü də çaşdı.
- firuzə, yaxşısan?
- Gəl çıxaq. Bir az hava alaq. Dünəndən otaqda qalmışam.
- Yaxşı gedək, amma..
- Gəl.. gözlə çantamı götürüm.
Firuzə çantasını götürərək Əlini yanından keçib sürətlə liftə tərəf getdi. Əli bilirdi ki, Firuzə onu sevmir, amma ən azından iranda olanda bir gülüş, bir xoş sima, nəzakət görürdü. Amma indi qarşısında dayanan Firuzə daşlaşmış bir insana bənzəyirdi. Firuzənin dediyi kimi yuxusuluqdan belə olduğunu düşünən Əli əhəmiyyət verməməyə çalışdı. Liftə yaxınlaşıb Firuzəni əlindən tutdu. Firuzə əvvəlcə əlini çəkmək istəsə də Əli onu daha da bərk sıxdı. Aşağı halla düşəndə Əli önə keçərək, Firuzəni də özü ilə dartıb aparırdı. Firuzə qapıdan çıxanda Kənanı görməsiylə bədənindən tok keçmişdi elə bil. Kənan onları görmürdü. Maşından düşərək qapını bağlayırdı. Firuzə Əlini yanına keçib ona qısıldı. Bunu gizlənmək məqsədi ilə edirdi, amma Əli elə bildi ki, Firuzə ona yaxınlıq edir. O da cəsarətlənib qolunu firuzəni boynuna atıb özünə trəf çəkərək saçından öpdü. Firuzə təki Kənan görməsin deyə tərpənmirdi. Amma titrəməsini Əli anlamışdı.
- Firuzə, nə olub? Niyə belə əsirsən?
- Heç nə,..hava bir az sərin gəldi...
- Sərin? Məncə əksinə istidir axı..
- İranda bilmirsən isti necədir. Iqlim dəyişir də. Bura ora qədər isti deyil axı.
- Hə. Düzdür. Eybi yox, ndi mən isidərəm səni.
Əli onu daha da özünə sıxdı. Kənan isə otelə daxil olmuşdu. Bir başa Firuzənin otağına qalxdı. Qapını nə qədər döysə də açan yox idi. Yenidən aşağı düşüb Firuzəni soruşdu. Firuzə xəbər vermədən çıxdığından heç kim bilmədi ki, haradadır. Kənan zalda oturub gözləməyə başladı. Bir saatdan çox vaxt keçmişdi, amma Firuzə yox idi. Firuzə Əli ilə şəhəri gəzir, nahara edir arada mağazalara girib alış veriş edirdi. Əslində bütün bunları Əli ilə tək qalmamaq üçün edirdi. Daha çox insanların ayaq basdıqlartı yerlərə gedirdi. Əli isə o nə istəsə ona razılıq verirdi. Artıq axşama tərəf Firuzə yorulduğunu hiss etdi. Bu bəhanəylə otelə qayıdıb yatmağı düşündü.
- Əli, qayıdaq?
- Niyə? Niyə belə tez? Gecəyə kimi gəzərik deyə düşündüm. Bu gün elə ora bura qaçdın. Rahat oturub söhbət edə bilmədik.
- Çox yorğunam. Başımı atıb yatmaq istəyirəm.
- Caan.. baş üstə. Təki sən özünü rahat hiss et. Gəl gedək onda, isti duş al yat..
Hər ikisi oteleə geri döndü. Artıq saat 9 idi. Otelə girib çıxanlar azalmışdı. Əli qolunu firuzənin belinə keçirərək otelə girdi. Firuzə nə qədər rahatsız olsa da heç nə edə bilrid. Məcbur dayanırdı. Otelə girən kimi qarşısında Kəınanı gördü. Kənan bu vaxta qədər oturub gözləmişdi. Əli ilə Firuzəni belə yaxın görüncə keydi.. ilk olaraq donmuşdu deyə keyib qaldı. Birdən gözü Əlini firuzənin belinə sarımış qoluna sataşınca dəliyə döndü. Əlini üzərinə şığıyrdı ki, birdən Firuzənin ürəyinin getməsi ilə ayaq saxladı.

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1051
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz