Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (25-ci bölüm)
Məcburiyyət (25-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1049
Səs ver:
Kənan ilk olaraq dərk etmədi atasının dediyini. Sinan bəy üzündə razı təbəssümlə Kənana baxırdı.
- Nnn..necə? Xeyir iş?
- Hə.. inşAllah.. bu ay nişan etdik.. qarşıdakı aylarda toy edəcəyik.
Kənan artıq bundan sonrakı söhbəti eşitmirdi. Cavad bəyin ağzı tərpənirdi, amma nə dediyi bir kəlmə belə olsun çatmırdı Kənana. Donub qalmışdı. içkinin təsirindəndəir deyə düşündü əvvəl. Amma çox da içməmişdi. Sinan bəyin onun qolundan tutub yavaşca silkələməsiylə özünə gəldi.
- .....mən də yenə qaçmasın, gözümün önündə olsun deyə nişanladım.
- Təbrik edirik...xoşbəxt olsun.
- Gənc adam necə? Hələ subaydır.
- Hə.. mən hələ onu evlənməyə razı sala bilmirəm.
- Indiki gənclər elədir. Qızım amma sağolsun mənim sözümdən çxımadı.
- Mən gedirəm..
- Kənan... kənan dayan... Kənan
- Eybi yox. Buraxın getsin. Indiki gənclər biz yaşlılarla söhbət etməyi sevmirlər.
- Hə..
Sinan bəy Kənanın arxası ilə boylana boylana qaldı. Kənan isə özü də bilmədi məkandan necə çıxdı. Nəfəsi daralırdı artıq. Hələ də eşitdiklərini həzm edə bilmirdi. Cavadın sözləri beynində dayanmadan təkrar təkrar səslənirdi. Köynəyini ön düyməsini açıb hava almağa çalışsa da ürəyi sıxılırdı. Sonra yadına Firuzənin gecdir artıq deməsi düşdü.
- Yox... Firuzə.. bunu mənə edə bilmərsən.. bu sənin atan Cavad deyil.. yox.. sən o Firuzə deyilsən. Yalandır yalandır yalandır!
Kənan hikkəsindən maşının vurmağa təpikləməyə başladı. Az qalırdı ürəyi partlasın. O Firuzə üçün dəli divanə olarkən onun başqa biri ilə evlənməsini necə qəbul edə bilərdi. Maşına minib getmək istəsə də dayandı. Məkanın qapısını güdməyə başladı. Ta ki, Cavad bəy çıxana qədər. Firuzənin harada olduğunu bilmirdi. Atası vasitəsi ilə onu tapacaq özündən hər şeyi öyrənəcəkdi. Yoxsa əsla rahatlıq tapmazdı. 1 saat sonra Cavad bəyə məkandan ayrılıb maşına əyləşdi. Gəlib *** otelinin qarşısına çatdılar. Cavad bəyə düşən kimi Kənan da onun ardınca getdi. Liftə minən kimi receptiona yaxınlaşıb Firuzənin qaldığı nömrəni soruşdu. Təbi ki, demədilər. O da öz yöntəmləri ilə həll edib öyrənmiş oldu. Həm əsəbi həm gərgin idi. Sakitləşməyə çalışsa da alınmırdı. Düşündükcə ki, Firuzə başqa birinə aid olacaq dəli olurdu. Qapının qarşısında dayanıb əvvəlcə sakitcə döyməyə başladı. Səs gəlməyincə yumuruq vururdu.
- Kimdir o vəhşi kimi.....Kkkənan..
- necə edə bildin bunu?
- Sənə izahat vermək borcunda deyiləm.
Firuzə qapını bağlamaq istəyirdi ki, Kənan əli ilə bərkədən itələyib içəri keçdi. Özü dönüb qapını bağladı. Hərəkətlərindən qorxan Firuzə geri- geri addım atırdı.
- Kənan dəli olma. Aç qapını və çıx get.
- Necə edə bildin deyə soruşdum?
- Nədən bəhs etdiyini anlamıram.
- Firuzə! əsəblərimi tarıma çəkmə. Nədən danışdığımı bilirsən!
- Qışqırma!
- Mən qışqırmıram!
- Sənə izahat borcum....ay Kənan burax qolumu!
- Mənə bax.. o balaca dilini qopardaram yerindən. Mənimlə düzgün danış...
- Nə cürətlə... sən kimsən?
- Kiməm mən? Kimliyimi bilmək istəyirsən?
- .....
- Göstərəmə kimliyimi.
Kənan Firuzənin tutduğu qolundan özünə tərəf çəkərək hər iki əli ilə onun əllərini tutdu. Və anidən onu öpməsi ilə Firuzə tərpənə bilmədi. Nə qədər cəhd etsə də Kənanın qollarından qurtula bilmirdi.
- indi bildin kiməm?
- Alçaq! Səni öldürəcəyəm! Səni məhv edəcəyəm! Peşiman olacaqsan bu hərəkətinə görə.
- Bəsdir Firuzə! Özünü aldatma! Sənin ilk öpüşünü də mən almışam, son da mənə aid olacaq. Hələ bir cürət elə başqa biri ilə evlənməyə, bax gör dünyanı sənə dar edirəm yoxsa yox.
- Yuxunda! Eşidirsən yuxunda! Mən onu sevirəm
- Sus! Axmaq axmaq danışma!
- Sənsən axmaq kimi danışan.
- Bax məni məcbur eləmə təkrara öpüm səni!
- Heyvan!
- Nə dedin!
- Eşitdiyin..
- Ay sağol, bax belə qısarsan səsini.. indi qulaq as diqqətlə. Bu gecə o üzük qayıdır. Mən bilmirəm necə hansı yolla. Amma o üzük qayıdır geri, eşitdin!?
- Sənin başın xarab olub?
- Hə.. sən dəli eləmisən. Sən mənim olan qalan ağlımı almısan başımdan. Bunu bilə bilə damarıma basırsan...
- Kənan..
- Qaytar o üzüyü.. mənimlə gəl.. ömür boyu birlikdə yaşayaq.
- Kənan olmaz..
- Bax sən də istəmirsən. Görürəm. Gözlərində ancaq mən varam.. başqasını da bizi də bədbəxt edirsən.
- Kənan xahiş edirəm get.
- Mənim ömür gün yoldaşım ol. Mənim ol..
- Istəmirəm! Səni istəmirəm əl çək.
Kənan yenidən firuzəni diara qısıb onu öpməyə başladı. Firuzə nə qədər çırpınsa da nafiləydi. Sonra özü də anlamadan artıq Kənana təslim olmuş onun öpüşlərinə qarşılıq verməyə çalışırdı. Kənan bundan daha da cəsartətlənib onu qucağına alıb yatağa uzandırdı. Firuzə qorxaraq ayağa qalxmaq istədiyində Kənan onun qoxusunu içinə çəkərəık yavaşca qulağına pıçıldadı.
- qorxma.. sənə toxunmayacağam. Nə qədər istəsəm də eləməyəcəyəm. səni tər təmiz, bəyaz gəlinlikdə qollarım arasında görmək istəyirəm.
Kənanın bu sözündən sonra Firuzə ağlamağa başladı.
- Sakit ol.. hər şeyi yoluna qoyacağıq.
- Yox.. olmaz..
- Offf... bəsdir artıq. Olmaz , yox, istəmirəm. başqa söz bilmirsən sən.
- Yox.
- Firuzə!?
- Burax dedim.. çıx otağımdan..
- Hmmm.. bayaq elə demirdin amma.
- Sən məni məcbur edirsən.
- Denən..
- Nəyi?
- Sən də sevirsən. Bilirəm. denən.
- Sənə elə gəlir, qalx üstümdən.
- Daha da irəliyə getməyimi demək istəmirsənsə denən..
- Sən məni çox incitdim.. boş bir şeyin qisasını almaq üçün məndən istifadə etdin. Mənimlə oynadın!
- Çox peşimanam! Həm də it kimi .Bağışla... qəlbini qırdım bilirəm.
- Sən...sən.... eşşəksən.. öküzssən!
- Hə.. eləyəm..
Firuzə əsəbi halda bunları dediyi halda Kənanın məsum baxışlarla bunu təsdiqləməsi Firuzəni gülməyinə səbəb oldu.. Kənan Firuzəni belə görüncə dözməyib onu yenidən öpəcəkdi ki, üzünə dəyən dillədən gözlərini qıydı.
- deyəsən sən ağ elədin axı...
- deyəsən sən də əlini öyrəşdirdin axı... bir ucdan vurub, yaralayırsan...
- incitdi...
- hə...
- ƏCƏB OLDU!
- Ayda yenə başladı.
- Qalx üzərimdən..
- Mənə belə rahatdır.
- Kənan!
- Ay can..
- Canına dərd..
- Dili qurumuş.. kim mən? Sağol vallah. Bu da sevirəm deyən adam..
- Sənin elədiyin nədir guyam?
- Pişik balasını.....
- Hə... davam elə.. balasını...
Firuzə anidən dediyi sözə özü də duruxdu. Cümləsini tamamlaya bilmridi. Kənanın gülümsəməsi isə lap utandırırdı onu.
- eşidirəm. sən pişik mən balasını neynir...
- zəhrimar eləyir, burax.
Qapının döyülməsi ilə hər iki birdən diksindi. Kənanın ani boşluğundan istifadə edən Firuzə cəld ayağa qalxdı.
- Firuzə, qızım gələ bilərəm?
- Hiiiii atam... Kənan atam
- Oo nə gözəl.. gələcək qaynatam da gəlib. Qoy mən açaram
- Dəlisən sən! Sakit dur.. səsini çıxarma!
- Firuzə niyə pıçıltı ilə danışırsan?
- Kənan sus! Qurban olum sus! Allahım... Allahım neyniyəcəyəm mən.
- Firuzə, niyə gizlənək ki? Ikimiz də böyük insanlarıq. Həm daha yaxşı.. Atana ikimiz də nişanı qaytaracağını mənimlə evlənəcəyini deyərik.
- Sənin başın xarab olub! Nə evlənməsi? Gir hamam səsini də çıxarma!
- Necə yəni nə evlənməsi?
- Kənan hamama gir!
- Girmirəm.
Kənan yatağa əyləşərək yerini rahatladı.
- Atan gəlsin, mən onunla danışaram
- Istəmirəm, əl çək. Başa düşdün. Atamı yola salan kimi rədd olub gedirsən.
- Getmirəm. oturacağam burada.
Firuzə nə qədər chd eləsə də gücü Kənanı qaldırmağa çatmırdı. Qolunu tutub dartdıqca dartı.. Kənan yerindən belə tərpənmir əksinə gülürdü.
- Firuzə, qızım.. yaxşısan?
- Hə...hə.. ata. Bir dəqiqə açıram. Kənan qurban olum gir hamama..
- Qaytaracaqsan nişanı?
- Kənan!
- Getmirəm.
- KƏNAN!
- Məni sevirsənsə qaytaracaqsan. Özü də idi deyəcəksən atana..
- Yaxşı.. yaxşı gir hamama, çıxma.
- Söz?
- Indi yox. Indi mümkün deyil.. onda atanı tez yola sal. Burada səninlə qalacağam.
- NƏ?! Başın xarab olub? Bircə bu çatmırdı.
- Mənə nə? Onda atana de..
- Kənan uşaq olma..
- Firuzə, qızım!
- Gəldim ata! Kənan yalvarıram gir hamama səsini də çıxarma.
- Məni sevirsən?
- Kənan gir hamama dedim?
- Sevirsən ya yox? Denən girirəm.
- Firuzə…
- Gəldim gəldim. Hə sevirəm, gir hamamaaaa…
- Bir də de
- KƏNAN!
- Yaxşı yaxşı keçdim.. amma bitmədi bu söhbət.
- Ata..
- Nə olub qızım? Nə yaman gec açdın? Yaxşısan? Otağından səslər də gəlirdi..
- Hə… hə yaxşıyam.. şeyy. Televizor açıq idi.. yəqin oradan olub
- Hm..niyə tənginəfəssən? tərləmisən özü də. Firuzə, sənə nə olub?
- Heç.. heç nə olacaq ki? Hamamdaydım, duşu açırdım. Parı vurdu üzümə..
- Hə.. yaxşı.. mən gedim sən rahat duş qəbul et…
- Aha yaxşı..
- Cavad ayağını çölə qoymuşdu ki, Kənan başını hamamdan çıxardı.
- A bir də… tamam unutmuşdum niyə gəldiyimi.
Kənan cəld yenidən hamama keçdi. Amma qapını bağlamadı.
- Nə olub?
- Sabah mənimlə gedəsi olmadın.
- Niyə?
- Nişanlın gəlir. Əli. Burada işi var idi. Məndən icazə aldı ki, bir neçə gün sənin burada qalmağına izn verim. Mən də etriaz etmədim.
- Əli?
- Hə.. sevindin? Canım qızım.. həmişə başımı uca eləmisən, sözümü salmamısan… bu dəfə də inşAllah sözümdən çıxmadığın üçün xoşbəxt olarsan..
- …..
- Firuzə? Nə oldu?
- Heç nə.. narahat olma ata.. Peşiman olmayacağam.. Əli mənim üçün ən düzgün seçim idi.
- Canım qızım… xoşbəxt ol…
Cavad Firuzənin alnından öpüb qapıdan çıxdı. Firuzə qapını bağlayıb astaca otağa keçdi Kənan astanada dayanmış, qaşlarını çatmışdı. Bəlli idi ki, əsəbidir.
- O nə deməkdir?
- Eşitdiyin deməkdir..
- Necə yəni? Axı biz danış….
- Yox.. eşidirsən? biz heç nəyi danışmadıq. Mən Əli ilə nişanlıyam…onunla evlənəcəyəm. o olacaq mənim həyat yoldaşım.
- Firuzə!
- Get… çıx həyatımdan.
- Firuzə elədiyim səhvə görə, ikimizin də həyatını puç etmə..
- Mən heç kimin həyatını puç etmirəm. sənin həyatınsa mənə maraqlı deyil.. qətiyyən.
- …..
- Çıx Kənan.. bird aha da qarşıma çıxma!
- Məni sevirsən Firuzə….
- Kənan çıx dedim.. Sevgi filan yoxdu. Sən sadəcə mənim zəif nöqtəmdən istifadə etdin. Bu sevgi deyil..
- Firuzə…
- Çıx dedim!
- Indi gedirəm. Əsəsbisən. nə dediyini bilmirsən. Amma sabah gələcəyəm yenə.. bu barədə danışacağıq..
- Allahım hələ də danışacağıq deyir. Niyə anlamırsan biz deyə bir şey olmayacaq ay müsəlman.. başa düşdün.. olmayacaq! Heç vaxt. Mən Əli ilə ailə quracağam..
- Öldürərəm səni… səni də onu da… torpağın olarsan, amma başqa birinin heç vaxt.
- Kənan..
- And içirəm… ən əzizimin canına and içirəm öldürərəm səni!

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1049
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz