Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məcburiyyət (22-ci bölüm)
Məcburiyyət (22-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1038
Səs ver:
Təyyarə hava limanına enmişdi. Elə Təyyarənin toprağa enməsi ilə Famta xanımı oyanması bir olmuşdu.
- çatdıq?
- Hə, çatdıq..
- Lap yaxşı. Sən məni **** otelinə apararsan.
- Başa düşmədim? Oteldə nə işin.
- Sənə nə. Mən yaşda qadın sənə hesab verməliyəm məgər?
- Nənə bura istanbul deyile əlini qolunu sallaya sallaya gəzədən. Bura Amerikadır.
- Söz güləşdirmə mənimlə. Mən o oteldə qalacağam.
- Aydaa.. ay arvad ev qala qala nə otel
- Arvad nənəndir.. danışığını bil. Aparmırsan aparma. Özüm gedərəm.
- Axı niyə?
- Podruqamla görüşüm var.
- Podruqa? Amerikada?
- Niyə ola bilməz? Barları gəzib içki içməklə deyile... sosial şəbəkələr zəmanəsidir. Indi hamı orada dostluqlar qurur hətta evliliklər belə..
- Evlilik? Yox bircə demə ki, kiminləsə tanış olmusan bura ona görə gəlmisən
- Başa düşmədim nəyim əksikdir? Mənim kimi gözəli qoyub qara qura alımayacaqlar ki
- Nənə bir dəfə də cidd danışda nə olar? Bilmirəmeee zarafat edirsən ya ciddi deyirsən.
- Sən məni **** otelinə apar. Qalanı sənlik deyil. Qorxma rəfiqəm türkdür. Ingilis dilini bilir. Sabah gələrsən arxamca saat 16: 00 da. Mənə taksi tut. Çantamın biri məndə qalacaq o birini sən apar. Hər ehtimala qarşı sən mənə evin ünvanının da yaz. Birdən olar da...
- .....nə olar?
- Lazımım..
Kənan şok vəziyyətində qulaq asırdı. Hələ də başa düşmürdü ki, nə baş verir. Artıq müqavimət göstərmək əvəzinə Fatmanın dediklərini eləməyə qərar vedi.
- yaxşı gəl..özüm aparıb qoyaram otelə.
- Hə yaxşı.
Yol boyunca Kənan diqqət etdi ki, Fatma üzünün makiyajını təmizləyir. Saçlarını açıb sadə yığırdı.
- xeyirdirmi? Sən rəfiqənlə görüşürsənsə gərək indi makyahı silmək yox təzədən üzərindən çəkərdin.
- Hə.. düz deyirsən. Normalda elə edərdim.
- Indi normal olmayan nədir?
- Rəfiqəm kordur. Bəzi şeyləri görmür.
- Nə? Kor?
- Hə kor. Onsuzda burnunu ucunu görmür. Mənim bəzəyimə baxacaq deyil.
- Allahım ya rəbbim. Ay arvad bura sənin üçün..
- Bildik də amerikadır. Indi neynim ki, o kordur. Mən kömək edəcəyəm görəcək.
- Sən nə işlər qarışdırısan? Tez izah elə. Maşını sürməyəcəyəm. Tez danış kimdir o rəfiqən, niyə burada oteldə qalır, kordursa sənin ona necə xeyrin dəyə bilər. Bir bir izahını ver.
- əşii nə olacaq ki.. o da ayrı ölkədən gəlib. Buradaymış. Mən dedim bura gəlirəm ona görə görüşməyi qərara aldıq. Yazıqla nə vaxtdandır görüşmürəm. Böyütməli nə var ki.
- Bəs korluğuna necə kömək ola bilərsən.
- Kordur deyəndə demədim ki, lap kordur. O sadəcə burnunun ucunu görmür. Əlindən tutub lazım olan yerə mən aparacağam. Oldu bitdi.
- Sən?
- Hə mən.
- Sən də tanıyırsan axı buraları.. indi rahatlaşdım......
- ...lap yaxşı...
- MƏNİ DƏLİ ELƏMƏK FİKRİN VAR!?
- Hiii evin tikilsin, çıxdı ürəyim.. atasına oxşamış. Nə bağırırsan?
- Evə gedirik. Otel motel yoxdur.
- Kənan inan özümü ataram küçələrə sınıq salxaq ingiliscəynənə taparam özüm. Əsəbləşdirmə. Mən sənin nənəm. Cavan qaytarma, qışqırma, və dediyim yerə sür. Tez ol qız öldü orada.
- Deyən lazımdır sənə lazımdır.
- Hara zəng edirsən.
- Alo...ata... mən nənənin öhdəsindən gələ bilmirəm. Özün zəng elə danış. Otellerdə qalır xanım əfəndi.. bilmirəm. Səbrim daşdı. Çox da normalam elə...aydaa dedim ki, bilmirəm. Özü ilə danışarsan. Mən otele qoyuram başına iş gəlsə məsuliyyəti öz boynuna.
- Insafsız, bəslət böyüt danışığına bax bunun.
- Yaxşı sağol.. otele qoyub gedirəm. Qalanı ilə sən maraqlan.
- Heç o da maraqlanmmasın. Istəmirsiniz də məni. Bilmirəm guya. Bu da oğlumla nəvəm. ən dar günümdə tək qoyurlar məni.
- ən dar günün? Yaxşı... ağlama.. bax mən də sakitəm. Və sakitcə də soruşuram.. ən dar günün niyə? Nə darlığına düşmüsən? Mənə de. Həll edim gedək evimizə.. yenə də podruqam deyirsənsə ok. Onu da götürək gedək. Hə nənəcan..
- ay bala oteldən çıxmıyacağam. Sən məni ora qoy. Sabah da 16-00 da gəl götürdə nə çətindir ki.
Kənan gördü ki, dilləşmək lüzumsuzdur. Sürüb otelin qarşısına gəldi. Qadın düşüb Kənanla sağollaşmadan içəri keçdi. Yenidən qayıdıb Kənanın bərk qucaqladı.
- naz edib getmək nəydi, bu nədir.
- Sən bu qocanı incit, qoca da ancaq səni düşünsün. Sabah gələrsən get.
- Nə demək istədin. Nənə.?? Ey... indi bu nəydi ki? Sən bir şeylər qarışdırısan.. qoxusu çıxar. Ya da yox. Dayan.. qoy əvvəl görüm kor rəfiqən kimdir elə.
- Kənan çöldən Fatmanın halla da əyləşib gözlədiyin gördü. Üzü Kənana əyləşdiyindən Kənan xeylu uzaq daynmışdı ki, nənəsi onu görməsin. Bir az keçmişdi ki, bir qadınla qucaqlşıb görüşürdülər. Arxası Kənan tərəf olduğundan onu görə bilmirdi. Amma saçlarından və bədən quruluşundan cavan biri olduğunu anlamışdı. Qadının sürətlə Fatmaya yaxınlşamasından bəlliydi ki, kor deyil. Bəlkədə qızıdır deyə Kənan düşünüb geri dönüb maşına əyləşdi. Bir anlıq qəribə olmuşdu. Özü də anlamadı niyə. Düşündü ki, hər halda nənəsini ilk dəfədir tanımadığı bir ölkədə dilini bilmədiyi insanlar arasında qpoyduğu üçündür. Amma bu hisslər Fatmanın o qızla qucaqlaşdığı anda baş qaldırmışdı. Yenidən geri dönüb içəri keçmək istəsə də ayaq saxlayıb maşını sürərək uzaqlaşdı. Səhəri gün nənəsinin dediyi vaxtda otelin qarşısında daynmışdı. Çıxmadığını görüncə içəri keçərək receptiona yaxınlaşdı. Birdən yadına düşdü ki, qadının nə adını bilir, nə hansı ölkədən gəldiyini. Biçarə gəlin hallada gözləməyə başladı.
- Çox gözlədin? Içəri niyə keçmisən? Sənə dedim məgər içəri gəl gözlə.
- Sənə də salam. Niyə icazə yoxdur? Şəxsi otelindir.
- Utanmaz. Nənəylə danışığna bax da..
- Nə oldu rəfiqən? Haradadır.
- Gəl çıxaq. Tez gəl.
- Niyə? Məni də tanış edərdin də
- Nə vaxtdan yaşlı qadınlarla maraqlanırsan. Zövqün korlanıb?
- Dünənə gördüyüm yaşlıya oxşamırdı heç .
- Nə? Dünənə nə..nə gördün ki?
- Cavan bir qızla qucaqlaşıb görüşdüyünü..
- .....
- Qızı idi?
- Kim?
- O qız.
- Hə... hə ay sağol.. düz tapdın qızı idi.
- Nə olar lap yaxşı məni də tanış edərdində. Bəlkə qızı ilə dostlaşardıq.
- Yox. Çıqqılı qara qura qızdır. Zövqüncə deyil
Fatmanın elə deməsinə Kənan sakitcə dayandı. Gülümsəyib sükan arxasına keçdi. Onun bu halı nənəsinin gözündən də yayınmamışdı.
- Nə oldu?
- Sualı verdiyinə görə, nə olduğunu bilirsən.
- Yadına düşdü?
- Yadımdan çıxır ki..
- Artıq gecdir. Sən haradaaaaa o haradaaaaa
- ..... hə.. düzdür.. gecdir.
- O qədər də sayılmaz əslində. Məncə hələ də gedə bilərsən.
- Nənə nolar başlamayaq.
- Nənə demə...
- ....
- Ağlın olardı gedərdin İr
- Fatma xala, dedim axı.. başlamayaq.
- Yaxşı . susdum. Sən işə getdin?
- Hə baş çəkdim. Türkiyədəki layihənin burada da təqdimatı olacaq.
- Nə layihəsi?
- Uzun söhbətdir.
- Yaxşı nə tədqimatıdır?
- Dedim axı layihənin.
- Onu bildim. Bu təqdimat necə bir şeydir. Geyinib bəzənib düzənib gələcəyimiz yerdir
- Hə, gecə keçiriləcək.
- Hm.. nə qəşəy nə qəşəy..
- Qəşəng olan heç nə yoxdur. Atamın işləridir gəlsin özü də başında dursun. Mən oa gedəsi deyiləm.
- Aaaa elə demə amma. Ayda ildə bir dəfə gəlmişəm yad ölkəyə.. indi deyirsən oğlumun və nəvəmin işi ilə burada tanış olmayım.
- Anlamadım.
- Yəni mən də gələcəyəm o gecəyə
- Sən? Yox daha. Sənin nə işin var orada
- Nədir utanırsan məndən? Gəlmərəm heç lazım da deyil.
- Aa elə demək istəmədim. Mən getmirəm deyə...
- Yox yox.. mən başa düşdüm nə demək istəyirsən.
- Aydaaa gözünün suyunu tökdü yenə. Nənə qurban olum. Mən elə demək istəmirdim. Bilirsən.
- Bəs niyə aparmırsan.
- Yaxşı... offf aparacam başımın bəlası aparacam..
- Nə vaxtdır?
- Bəs sən ağlayırdın?
- Saatı məkanı da de.
- Mənimlə gedəcəksən də.. neynirsən məkanı
- Yox getdiyim yerə internetdən baxacağam.. görüm necə bir yerdir.
- Atam pis yer tapmaz
- Olsun. Yenə də denən.
- ....
- əşi sən denən də. Podruqamı da çağıracağam.
- Podruqam?
- Neyniyəcəyəm hamısı amerikalılar. Heç olmasa yanımda bir dil bilən olsun da..
- Nə istəyirsən elə.. susdum...
- Ay sağol.. nə vaxtıdr onu denən.
- Sabah.
- Nə?! Sabah!?
- Hə.. nə oldu..
- Tez sür tez... qəşəng paltar satılan mağazaya.. tez ol..
- Nənə?
- Tez olll.... ay çatdırmayacaq vallah çatdırmayacaq.
- Kim..
- Nə kim?
- Deyirsən çatdırmayacaq.
- Elə dedim?
- Kənan bu sənə lazım idi.. bax bu lazım idi sənə. Udd da dilini niyə danışırsan.
- Oğlum yaxşısan? Öz özünə niyə danışırsan?
- Adamda ağıl qoyursan bəyəm.
- Ağlın olsaydı bura yox ayrı yerə gedərdin. Demək ki, ağlın yoxdur. Ona görə sür mağazaya. Sonra təzədən qaytar otelə
- Baş üstə şahzadəm.
- Ay sağol... belə yola gəl.
Kənan mağazanı yanında saxlayıb Fatmanın düşməsinə kömək oldu. Fatma mağazaya girərək ətrafa göz süzdürdü. Qızlar ingilis dilində danışdığından qadın heç nə başa düşməyib Kənanı çağırdı.
- Oğlum bunlar ayrı dildə danışır başa düşmürəm. gəl kömək elə.
- Offf offf.. bir qadın paltarı mağazasına girməmişdim.
Fatma əlini 36 bədən paltarlara atınca Kənan gülməyə başladı.
- Bircə demə ki, özünə alırsan.
- Yox daha. O qədər də yox. Düzdü zorlasam geyinərəm, amma bu mənə yarşamaz. Zövqüm deyil.
- Hə. Hə əlbəttə....
- Orada dayanma bax gör hansı yaxşıdır.
- Kimə alırsan axı bunu.
- Rəfiqəmin qızına.
- Sən deyərdin türkiyədə olan nə rəfiqə onun qızı varsa yığıb gətirərdik bizim partyidə .
- Çox danışma.. denən görüm hansı yaxşıdır.
- Mən nə bilim.
- Yenə də kömək ol da nolar.. qoca arvadın xahişini qırma.
Kənan ofuldayaraq mağazada dolaşmağa başaldı. Paltarlara bir bir göz atıb əlini firuzəyi rəngdə paltarın üzərində saxladı. Qaldırıb ona baxdı. Gülümsəyərək paltarı yenidən yerinə qoydu.
- O yaxşıdır?
- Yox.. ayrısını seç. Bu başqa birinə yaraşrdı.
- Kimə?
- Kassada gözləyirəm. nə götürəcəksənsə götür gəl.
Kənan uzaqlaşn kimi Fatma əlini atıb o paltarı götürdü. Arxası uzun öndən qısa firuzəyi don incəliyi və sadəliyi ilə şık görünürdü. Özü üçün bir iki paltar da götürüb kassaya yaxınlaşdı. Paltarları kassir vuranda dona gözü sataşan Kənan Fatmaya göz yetirsə də o özünü görməzəliyə vurub üzünü sağa sola çevirirdi.
- Nə?
- ....
- Nə baxırsan?
- ....
- Paltardıda.. rəfiqəmin qızına yaraşacaq.
- Indidən deyirəm eşidəm biləm. görəm ki, o qızı mənə almaq istəyirsən.
- Nə? Sənə? Allah vurmuşdu səni gül kimi qızı sənə niyə alım.
- Bəs nə oldu çirkin idi. zövqümcə deyildi.
- Çox danışırsan Kənan.. yordun məni
- Kim mən? Ya sən.
- Gəl.. bunları aparmalıyam ona. Hələ görüm razı salacağam.
- Hələ xanım qız naz da edir? Heç gəlməsin. Sən inyə məcbur edirsən.
- Sabah elə deməyəcəksən amma.
- Nə dedin eşitmədim.
- Deyirəm tez gəl... apar məni otele...
Kənan otelə sürüb Fatmanı gözləmyə başladı. Bir saat keçəndə Fatma gözlərini silə silə gəlirdi. Kənan bunu görüncə təəcübləndi
- Nənə? Nə oldu? Niyə ağlamısan? Nəsə deyib? Incidib səni?
- Sakit ol. Heç kim heç nə deməyib. Yaxşıyam..
- Amma ağlayırsan..
- Oğlum, qurban olduğum qorxma, sür gedək. Inan heç kim heç nə deməyib. Gedək. Sabaha çox işimiz var.
Kənan heç nə anlamadan evə sürdü. Fatma xanımı enerjisinə çatmaq mükün deyildi. Elə yorulmuşdu ki, başını yastığa qoyan kimi yuxu tutmuşdu. Səhər açııldığında isə başının üstünü kəsən nənəsini görüncə dik atıldı.
- Neynirsən?
- Qalstuk axtarıram sənə .
- Nə qalstuku. Mən qalstuk taxmıram.
- Bu gün taxacaqsan...
- Niyə..
- Köynəyini ütülədim. Pencəklə şalvarın da hazırdır. Qoymuşam ora. Məncə bu qalstuk yaraşacaq sənə .
- Bunu haradan alımsan. Mənim belə rəngdə qalstukum yoxuydu.
- Mən almışam gül balama. Hədiyyyə.
- Firuzəyi rəngdə?
- Hə.. nədir ki. Bilmirsən ən sevdiyim rəngdir.
- Sənin ən sevdiyin rəng yaşıldır.
- Dünənədən firuzəyidir.
- Nənə əl çək. Mən qalstuk taxmıram axı..
- Yaxşıda nolar. Nənənin xətrinə.
- Yox.
- Inad...
- Mən də səni sevirəm. çıxıram mən. Axşam gəlib götürəcəm.
- Yaxşı.
- Rəfiqəni harada götürək? Oteldə..
- O özü gələcək ora.
- Yaxşı..
Axşam tərəfi Kənan evə gəlincə qara uzun boş və parlaq bir geyimdə çıxan nənəsini görüncə gözlərinə inana bilmirdi. Həqiqətən gözəl görünürdü. Yaşını vermək olmazdı.
- Nənə?! Vay.. indi dilim gəlməz nənə deyəm bax. əsl misis Fati oldun.
- Ayy dəli oğlan. Neynəmişəm ki, hər zamanki halımdır.
- Yox yox.. möhtəşəm görünürsən.
- Çox sağol.. get hazırlaş hər şeyi qoymuşam ora.
- Iki dəqiqə duş alım geyinim gəlirəm.
- Tez ol.. tez gedək...
- Tələsmə. Tədbirin sahibi axırda gedər.
- Yox tələs. Qız gəlib gözləməsin.
- Qız? Nə oldu anası gəlmir
- Offf gəlir gəlir. Get tez ol..
Kənan yuxarı qalxınca Fatma çantasını maşına qoyub düşünməyə başladı.
Inid gəl bunları bir araya gətir görüm necə gətirirsən. Iki qoçun başını ehmalca bu qazana necə sığışdıracağam.. düşün Fatma düşün.. bura qədər gətirmisənsə bu gecəyə gəlirsə bunu da tapacaqsan. Düşün.

Müəllif: Lili Sh


Şərhlər:
Baxılıb: 1038
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz