Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (38-ci bölüm FİNAL)
Şəmsparə (38-ci bölüm FİNAL)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1097
Səs ver:
- Nədir sevgilin tərk etdi səni.
- Zahar çıx get. Artıq çıx həyatımdan! Çıxın hamınız. Bəsdirin məni məhv elədiniz. Çıx get!
Bütün bu ayların içimdə yığılan susqunluğu partlayırdı sanki. Özümdən asılı olamdan isterikaya düşmüşdüm. Necə qışqırmışdımsa Amal səsimə geri dönüb bizi görmüşdü.
- Sən belə deyildin Şəms. Biz axı
- Zahar biz deyə bir şey çoxdan yoxdur. Niyə bunu anlamırsan..
- O sənə deyib hə? Sənə hər şeyi danışıb əclaf.
- Kim? Nəyi danışıb? Nədən bəhs edirsən.
- Sənə səni istəmədiyimi deyib. Amma elə deyil, öz canıma and içirəm ki, az qala bu bir il ərzində sənsiz keçən hər günümə peşiman oldum. Hə səhvim var idi, amma yalvarıram inan mənə mən elə demək istəmirdim.
- Sən nədən bəhs edirəsən?
- Zahar!
- Əclaf, susa bilmədin, danışdın ona hə, hər şeyi? Ona görə mənə nifrət edir.
- Danışığını bil! Elə eləmə ki, səni keçən dəfəkindən pis günə qoyum.
- Sən elədin. Sən ona deməsəydin Şəms mənə qayıdacaqdı.
- Siz nədən danışırsınız?
- Şəms, atangil narahatdır qayıt evə.
- Yox getməyəcək. Məni dinlə Şəms, o vaxt, o vaxt mən.. mən səhv elədim. Atangil mənimlə danışmağa gələndə razılaşmalıydım bilirəm, amma inan elə səbəblərim var idi ki, alınmırdı..
- Zahar kəs səsini!
- Amal dayan... Davam elə! Atamla nə danışdınız.
- O vaxt söz söhbət çıxanda sizə tezliklə elçi gəlməyimə razı olmuşdu.
- Nə?
- Inan mənə şəms, yalvarıram. Mən edə bilməzdim. O vaxt sənin adın çıxmışdı bizimkilər qəbuul etmirdi.
- Əclaf mənim adımı çıxardan sən idin.. sən! Bunu deyə bilmirdin valideynlərinə
- Onlar bizim görüşməmizi qadağan etmişdilər.
Zahar danışdıqca olan qalan taqətim itirdi. Bu insan az qla 30 yaşına çatırdı, amma elə bil axmaq bir yeniyetmədir. Bu nə cəsarətsizlik idi.. kişiyə xas olan cəsarətdən zərrə qədər də olsun yox idi .
- Sən elədin hər şeyi? O anda orada olmasaydın bütün bunlar olmazdı.
Amala üzünü tutub danışırdı, amma onun bu söhbətə nə adiyyatı varıydı bilmirəm.
- Zahar. Amalın bura nə dəxli.
- Atana yox deyəndə bu üstümə cumdu
- Zahar çıx get! Kəs səsini dedim!
- Yox.. imkan verməyəcəyəm bu dəfə onu əlimdən alasan. Şəms, mən...mən hirslənmişdim. Onu orada gördüyümə qəzəblənmişdim.. ona görə elə dedim.
- Nə dedin?
- Şəms, dinləmə onu, gəl gedək. Nə danışdığını bilmir.
- Nə dedin atama?
- .....
- Zahar söz soruşuram.. Atama nə dedin!
- Atana edə bilməyəcəyimi deyib, onunla adı çıxıb ona da verin qızınızı dedim..
Zahar bu sözləri başını aşağı salaraq deyirdi, amma Amala işarə etdi. əmin idim ki, söhbət belə olmayıb. Zahar ancaq öz xeyrinə danışar. Demək ki, orada daha ağır sözlər işlədib. Babam ona görə xəstəxanaya düşümşdü. Ona görə Amal birdən birə mənimlə evlənmək qərarını dilə gətirdi.. ona görə atam razılaşdı... bütün hissəciklər beynimdə birləşirdi.. Artıq bütün sualların cavabı aydın olmuşdu. Amalın evdə "Kaş ki bilsəydin” dediyi buna görəymiş
- Şəms, yalvarıram bağışla. Biz bir birizi sevirik.
- Zahar kəs səsini
- Şəms, inan mənə, mən elə demək istəmirdim. Bilirəm günahkaram, amma icazə ver hər şeyi başdan silək.
- Zahar sus! Dedim kəs! Sus! Sən....sən nə iyrənc insansan.
- Şəms..
- Səni bir daha görmək istəmirəm.
Zahar ayaqlarıma qapanmışdı, iyrənirdim ondan. Bu insan mənim ürəyimi bulandırırdı. Artıq ona yazığım gəlirdi. Elə özümə də qəzəbim tutmuşdu. Mən 4 il bu insanın əsl üzünü necə gprə bilməmişdim. Necə sevə bilmişdim onu.
Amal kənarda dayanıb baxışlarını mənə zilləmişdi. Bilmirəm.. artıq düşünəcək halda deyildim ki, onun baxışlarında gördüyün nədir? Bu insan necə biridir? Məni həm yaşadır həm də öldürürdü. Göylərə qaldırıb yerə atırdı yenidən. Zaharın əllərini dizlərimdən çəkib onu kənara itələdim. Heç kimi görmək istəmirdim. Nə Amalı nə Zaharı. Sadəcə yox olmaq qeybə çəkilmək istəyirdim. Berikanın belinə minən kimi Zaharın amala hücum etdiyini gördüm.
- əclaf. Sən elədin.. hamısı sənin üzündəndir. Indi göstərərm sən.
- Zahar əl çək ondan. Zahar!
Silah.. əlində silah var idi. Berika silahı görüncə kişnəməyə başladı. Onun üzərindən düşüb Zahara tərəf getdim.
- Zahar dəlilik etmə at onu yerə.
- Ona görə oldu hər şey. O olmasaydı sən mən xoşbəxt idik.
- Onun bura aidiyyatı yoxdur. Sən cəsarətsizlik etmisən. Öz günahını onun üstünə atma.
Amal məni qolumdan tutub geriyə çəkmək Zaharın əlindəki silahdan qorumaq istəyirdi , amma nə fayda dil dil ötür Amalın arxasından qaçırdım.
- Şəms. Qarışma.. o.. o bir dəfəlik aramızdan götürüləcək.
- Zahar qoy Şəms getsin. Özümüz ikilikdə həll edərik.
- Yox.. yox.. getmiyəcəyəm. Amal qurban olmu çəkil kənara
- Öz günahındır, özün də çəkəcəksən Amal. Şəmsi əlimdən almaq nə deməkdir göstərəcəm sənə.
Silah açılmışdı. Gözlərimi bərk sıxmışdım. Bilmirəm..o an elə bir boşluğa düşdüm ki, nə əllərimi nə ayaqlarımı tərpədə bilmirdim. Gözümü bərk bərk sıxaraq hər şeyi beynimdən işıq sürəti ilə düşünməyə başlamışdım. əgər bu güllə Amala dəysəydi mən ölərdim. Bircə onu bilirəm.
- Şəms, Şəms aç gözünü..
- Amal..
- Ay can.. danışma çox. Özünü sıx.. bir az daha sıx çatırıq.
- Nə oldu?
- Yaralanmısan.. niyə keçirdin o silahın qabağına? Ayağa qalx bunu hesabını səndən soruşacağam.
- Amal..
- Öz bildiyini oxuyursan həmişə. Bir dəfə də qulaq as da nolar.
- Amal..
- Dedim danışma. Özünü zorlama
- Amal, səni sevirəm.
- ...
- Səni sevirəm.. həm də canımdan çox.. bunu unutma..
- Yox.. yox.. mənə bax.. bunu eləcə iki dəfə deyib getməklə olmaz. Inan mənə gələrəm arxanca. Bu dəfə səni heç bir yerə qoyan deyiləm.
- Səni sevirəm...
- Şəms... Şəms!! Şəmsss!!!!

* * *

Şəmsim, günəşim, həyatımın istilik, işıq mənbəyi orada gücsüz yatarkən mən əlim qolum bağlı otumuşdum. Heç nə edə bilmirdim. Bədəni çox zəif idi. Amma dözəcəkdi. O ki, tutduğunu qoparan həyata dünya gəldiyi gündən 2 əllə bərk bərk yapışan Şəms idi. O mənim sevdiyim Şəms idi. Onu ilk gördüyüm gündən heyran qalmışdım. Onunla evlənmək mənə verilə biləcək ən böyük mükafat idi. Amma nifrətini gördükcə üzüldüm.. məcbur sevdirə bilməzdim. Azad edərək, xoşbəxtliyən qovuşdurmaq istədim. Mənimlə olmasa da ən azından xoşbəxt olacaaqdı. O günəş kimi parlaq üzü gülüş saçacaqdı. Gözlərində hər gün böyüyən kədəri gördükcə özümü günahlandırırdım. Sonra..sonra..sən yenə gəldin Şəms. Mən bütün var gücümü toplayıb səndən vaz keçmişkən sən yenə gəldin. Həm gözlərində kədərlə yox, gülüşlə. O qədər inamaq istəyirdim ki, gülüşə səbəbin mən olduğuma. Amma hər dəfəsində qorxurdum. Ya mən səhv anlayıramsa ya yenə səni incidəcəmsə. Səni nə qədər sevdiyimi görməmək üçün kor olmaq lazımdır. Nə qədər cəh etimsə unuda bilmədim. əksinə hər gün daha da sevdim. Elə bilirsən o 6 ayı sənsiz uzaqda keçirə bilərdim. Düz burnunun dibindəydim günəşim. Səni elə üzgün görüncə ürəyim parçalanırdı, amma məni sevmədiyini, mənə nifrət etdiyini düşünüb uzaqdan izləyirdim səni. Artıq 1 həftədən bir səni görməyə gəlirdim. Əgər getməsəydin, əgər qalıb dinləsəydin bilərdin ki, mən sənə xəyanət etməmişəm. Fikrən belə olsa etməmişəm. Hə Nadyanın yanına getmişdim. Amma onun belə bir oyun edəcəyini düşünmürdüm. Sadəcə sənin yanına gəlib dost olduğumuzu onu sevmədiyimi deməsini xahiş etmişdim. Özümün edə bilmədiyim açıqlamanı onu eləməsini istəmişdim. Bilmirəm necə orada da yuxuya getmişdim. Ayıldığımda telefon əlində gülürdü. Masaya qoyub çıxanda mesajın çatması ilə bağlı ismarıc gələndə sənin nömrəni gördüm. Özümdə o ixtiyarı tapıb oxudum. Nadya ilə böyük davamız düşdü. Sonra...sonra.. mən evə gəldim. Və sən yox idin. Dinləsəydin məni...indi burada olmazdıq..Baban olmasaydı mən hələ də sənin Zaharı sevdiyini düşünərək. Səni uzaqdan seyr edərək keçirəcəkdim ömrümü. Ayıl Şəms.. artıq oyan... bax buradayam.. oyan hər şeyi özümüz danışaq. Mənim Şəmsparəm aç artıq o gözlərini. Səni sevirəm kəlməsini bir ömür boyu eşitmək istəyirəm dilindən. .doymadım axı.
- Narahat olma.. o mənim qızımdır. Təslim olmaz elə belə. Mən inanıram.. həm həkim nə dedi bax. Vəziyyəti normaldır. Sadəcə bədən zəifdir deyə qorxurlar. Amma Şəms haqqında həkimlər bu sözü ilk dəfədir demirlər. Onda necə hamını yalançı çıxartmışdılarsa indi də elə edəcək. Görərsən.
- Xəstəxanaya gələnəcən çox qan itirdi.
- Qanı tapılmayan qan deyil. Narahat olma. Bir azdan özünə gələr. Sadəcə ona yaxşı qulluq lazımdır. O da anası ilə Əzizə ona lazımından yaxşı baxacaq..
Əbdül bəy, sakit danışırdı, amma qorxurdu. Gözlərindən bəlliydi. Həyati təhlükə ççox kiçik bir faiz idi. amma bu kiçik rəqəm belə bizi qorxudurdu.
- O əclafı tapdılar?
- Hə..amma..
- Nə?
- Özünü vurub. Yaralıdır.
- Eybi yox, yarımçıq qalan işini mən tamamlayaram.
- Yox.. qətiyyən. Uzaq duracaqsan. Şəmsin mənim üçün nə demək olduğunu bilirsən. Heç kim dünyada onu mənim qədər sevə bilməz. Hətta sən belə. Onun dırnağına zərər gəlsə dünyanı yıxaram. Amma Şəms yaşayır, bizimlədir. Mənim ailəm var. Və mənsiz qoya bilmərəm onları. Başa düşürsən? Bu sənə də aiddir. Şəms ayılıb səni yanında görməyəndə nə deyəcəksən?
- əgər ona bir şey olsa, özümə cavabdeh deyiləm.

* * *

Şəms artıq ayılmışdı. Dayanmadan Amalın adını sayıqlayırdı. Həkimlər otaqdan çıxıb ərəbcə nəsə danışırılar. Əbdül bəyin üzündə yaranan gülüşdən hər şeyin qaydasında olduğunu anlamaq olardı. Amal Əbdül bəyin ağızndan çıxacaq sözə baxırdı.
- Nə dedi?
- Deyir ki, qızın üçün düşdün ikinci plana.
- Nə?
- Səni görmək istəyir. Get. Ayılıb.
Amal Əbdül bəyin sözünü tamamlamasına məhəl qoymamış otağa girdi.
Ağır ağır qalxıb enən kipriklər arasından baxan, Amalın ilk gündən ürəyini fəth edən qəhvəyi gözlər..
- Şəmsim, günəşim.. canım..
Dayanmadan Şəmsin əlini öpüb üzünə gözlərinə sürtürdü.
- Çox şükür.. .Özünə gəldin.
Şəms əlini Amalın əlindən çəkərəq taqətsiz halda üzünə sillə çəkməyə cəhd etdi. Uğurlu olmasa da edə bilmişdi
- Ey nəyə görə?
- Xəyanətinə görə
Amal özünü saxlaya bilməyib güldü.
- Burada bu halınla bunu elədinsə sənə sözüm yoxdur.
- Gözlə qüvvətimi yığım onda görəcəksən sən.
- Günəşim.. əgər imkan versəydin sənə hər şeyi danışardım. Mən sənə heç vaxt xəyanət etməmişəm. Bunu ağlımdan belə keçirməmişəm. Əgər bir ömür boyu evli qalsaydıq, sənə toxunmama izn verməsəydin belə sənə xəyanət etməzdim. Varlığın mənə nəyə desən dəyər.
- Yalan deyirsən.
- Şşş özünü yorma. Sağal hər şeyi danışacam.. söz verirəm.
- Amal..
- Ay can..
- Buradan çxıan kimi evimizə gedək. Yuvamıza.
- Başüstə.. sən yetrəki istə.
Həkim otağa daxil olaraq əsə deyirdi.
- Belə olmaz mən gərək ərəb dilini öyrənim.
Şəms gülümsədi amma ağrıdan üzündəki təbəssüm o andaca itdi.
- Nə oldu?
- Heç nə güldürmə.. ağırıyır. Indi çıxmağını istəyirlər.
- Yaxşı burdayıq biz. Yat sən. Dincəl..
Amal Şəmsin əlinin içini qoxlayaraq öpdü.
- Amal..
- Ay can.
- Səni sevirəm..
- Mən səni.. həm də ağlına gətirə bilməyəcəyin qədər çox.

* * *

- Çox baxacaqsan üzümə?
- əcəb edirəm. Səndən soruşacam baxıb baxmamaq üçün..
- kobud.
- Özünsən.
- Amal!
- hmm
- Off elə baxma….
- Necə baxıram ki?
- Belə..
- Belə?
- Eeee…
Şəms üzünü örtərək gizlətməyə çalışdı.
Amal isə onun bu hallına gülüb yanına əyləşdi. Şəmsi özünə tərəf sıxaraq başını sinəsinə qoydu. Bu dəfə isə Şəms başını qaldırıb onun üzünə baxırdı.
- Çox baxacaqsan üzümə?
Şəms gülərək, Amalı yamıslayırmış kimi səsini kobudlaşdırıb "Səndən soruşacağam baxıb baxmamaq üçün” deyincə Amal onun burnunu dişlədi.
- Ay.. adamyeyən..
- Hə.. sənin üzündən axırda elə olacaq.
- Kipriklərinə bax hələ.. heç qızlarda elə kiprik yoxdure..
Amalın gülüş səsi bütün otağı bürüdü..
- Nədir paxıllığın tutdu?
- Hə..
- Sənə bəxş edə bilmirəm, amma qızımıza ötürə bilərəm- deyərək Şəmsin dodaqlarına doğru əyilirdi ki, Şəms onu geri itələdi.
- Eyy neynisən?
- Kipriklərimdən gələcək qızımız üçün verməyə hazırlaşıram.
- Ayıb olsun, qaynatanın evindəsənee.
- Hmm.. sən mənim qollarımda qıvrılanda heç qaynananın evində olduğunu xatırlamırdın.
- Söz altında qalma yaxşı
- Yaxşı …
- Məni sevirsən Amal?
- Yox.
- Amal!
- Səni sevmirəm, sənə aşiqəm.. elə cadu eləmisən ki, xəstəxanaya gələn gözəl qızlarıa baxıram, amma görə bilmirəm
- Amal!
Amal yenidən gülməyə başladı.
- Demək baxırsan hə?
- Eybi yox nolar dayan? Mən Nicatın evlilik təklifini qəbul edim sən də bax
- Nə? Nicat kimdir!
Amal Şəmsin qolundan tutaraq necə özünə tərəf çəkdisə az qalsın yıxılacaqdı.
- Ay qolum
- Soruşdum ki, Nicat kimdir?
- Əcəb oldu sənə..
- ŞƏms, məni dəli eləmə.. Kimdir o Nicat? Günah səndə deyile məndədir qoymamalıydım xəstəxanada işləməyinə..
- Dayana şəklin göstərim.
- Nə? şəklini.. şəklini üstündə gəzdirirsən..
Şəms gülməmək üçün özünü zorla saxlayırdı telefonda şəkli tapıb Amal uzadanda Amal şəkildəki ağ xalatda Şəmsi və onu balaca qolları ilə qucaqlayan uşağı gördü. Heç nə anlamırmış kimi bir Şəmsə bir də şəkilə baxırdı.
- Sən..sən məni dolamısan hə? Dayan mən sənə göstərəm Nicatı…
Bu 4 yaşında Şəmsin həkimi olduğu uşaq idi.
- Demək onun evlilik təklifini qəbul edəcəksən hə?
- Qıdıqlama, burax… Amal yaxşı burax. Səsimiz aşağıya gedər. ayıbdır.. Amal burax. Səncə kimsə evlilik təklifi etsə gəlib onu belə rahatlıqla sənə deyə bilərəm. Dəlisən də .
- Hə dəliyəm.. sən dəli eləmisən. Həm o nə deməkdir. Kimsə evlilik təklif edəndə. O kimsənin başını bədənindən ayıraram onda görərsən.
- Vallah sən belə kobud deyildin. Getdikcə mənə oxşayırsan
Bu sözə hər ikisi yenidən güldülər. Amal Şəmsi qucağına alaraq yatağa uzatdı. Saçlarını oxşayaraq üzündən gözündən incə öpüşlərlə Şəmsi bihuş edirdi.
- Amal…
- Hmm.
- Yeməyə düşəcik indi,. Bəsdir..
- Yeməyə qədər hələ var..
- Amal…ayıbdır burax.
- Off Şəms… işimiz var da.. mən bilmirəm. Sabah qayıdırq evə.. artıq söz istəmirəm.
- Ey səsini yüksəltmə…
- Baş üstə komandir.
Hər ikisi də gülməyə başladı. Bütün olan bitənlərdən 5 ay keçmişdi. Əzizənin övladı olduğundan Amal ilə Şəms Maskata gəlmişdilər. Şəms xəstəxanadan çıxandan 1 həftə sonra onlar Bakıya qayıtmışdılar. Amalın Şəmsə kiçik bir sürprizi də var idi. Kiçik deyərkən haradasa 300 nəfərlik zal dol sürpriz. Şəmslə toylarını yenidən eləmişdi. Bu dəfə Bakıda. Bu minvalla Şəmsin bütün ailəsi də Bakıya gəlmişdi. Möhtəşəm bir toy keçirilmişdi. Şəms bütünlükdə sevdiyinə aid idi artıq. Düzdür bu günə qədər heç də hər günləri xoş keçmirdi. Şəmsin qısqanclıqları üzündən arada bir mübahisələri düşür küsürdülər. elə Amal da ondan geri qalmırdı. Şəms xəstəxanaya işə düzələn gündən rahat yatmırdı. Tək təsəllisi uşaq şöbəsində olmasıydı. Hər dəqiqə onu yoxlamağa gəlirdi. Aralarında hətta bir dəfə çox böyük mübahisə belə düşmüşdü. Şəms Amalın cibindən sarı rəngdə yaylıq tapıb aləmi qatmışdı bir birinə. Bu əslində Şəmsin öz yaylığı idi. Amma o unutmuşdu…Amal bu qədər müddətdə onu öz üsərində gəzdirirdi. Nə qədər sübut etməyə çalışsa da Şəms dinləmək istəmirdi. Amma yenə barışmışdlar.

* * *

Yeməkdə bütün ailə bir arada idi. Hətta Gülsüm xala da gəlmişdi. Deyib gülürdülər ki, Şəmsin masadan qalxıb qaçması ilə hamı təlaşlandı. Amal heç kimin qalxmasına izn vermədən özü Şəmsin arxasınca getdi.
- Şəms yaxşısan?
- hə yaxşıyam narahat olma.
- nə oldu ki, birdən? Bax hamısı o eyvanda gecələr oturmaq adətindədir. Hər küsəndə orada gedib otursa işimiz var da..
- yox ondan deyil..
- Bəs nədəndir?
Şəms otaqda rəfdən kağız çıxardaraq Amala uzatdı.
- Bu nədir?
- Analizin cavabları.
Amal oxuduqca başını qaşıyırdı.
- Amal, bir də həkim olacaqsaneee anlamadın..
- Haradan anlayım. Bütün yazılar ərəbcədir.
- Heee oyy.. doğrudan…bağışla.
Şəms gülməyə başladı.
- Şəms, niyə gülürsən. nə olub sənə bu nədir?
- Təbrik edirəm.
- Niyə?
- Amal ömrümü çürütdün…Hamiləyəm.
- Hamiləyəm? Hamiləyəm!
Amal Şəmsi qucağına alaraq dönməyə başlayır və dayanmadan şəmsin sözünü təkrar edirdi. Səsə hamı yuxarı qalxdı. Amal onları görən kimi "hamiləyəm” deyə qışqırınca hamı gülməyə başladı.
- Şeyy.. yəni Şəms hamilədi….
Amal hamının gülüş səsinə utanıb başını aşağı salsa da Şəms onun sinəsinə başını qoyaraq pıçıltı ilə "səni sevirəm” deyincə hər şeyi unutdu o anda.

P.S. Zahar ve Nadya haqqinda maraqlananlar. Zahar hebsdedi, Nadya ise Moskvaya köçüb.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1097
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz