Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (37-ci bölüm)
Şəmsparə (37-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 988
Səs ver:
Babam sağalmışdı. Artıq evdəydi. Ona özüm qulluq edirdim. Mənim bütün hər kəsdən gizlətdiyimi bir o bilirdi. Bu günlər ərizndə biz daha yaxın olmuşduq. Babam heç vaxt fikrini bildirmir eləcə məni dinləyirdi. Amma bir gün eyvanda oturub qürubu seyr edərkən söhbətə başladı.
- Şəms..
- Ay can.
- Güşən qürub edir görürsən?
- Hə.
- Təsəvvür etki, Vaxabidəsən (səhranın adı). Günəş batır qaranlıq gecə çökür. Zil qaranlıq. Heç nəyi görməyəcəksən. Addım atmaqdan qorxacaqsan ki, birdən yıxılarsan. Ya da ayağını ilan sanar. Ya da başqa bir həşərat... ətrafı aydınladacaq heç nə yoxdur. Ay belə üzünü göstərmir. Neyniyərsən?
- Qaldığım yerdə günəiş doğmasını gözləyərəm hərəkət etmək üçün.
Babam üzünü mənə döndərmədən qürubu seyr edərək gülümsədi.
- Demək günəşin doğmasını gözləyərsən. Yəni özün də etiraf edirsən ki, hər qaranlıq gecəniz bir günəşli sabahı var.
Babam nə demək istəyirdi anlamırdım.
- Hə, elədir.
- Onda niyə həyatında qürub edən günəşi yenidən doğmasına imkan vermirsən.
- ...
- Sən ki, günəşin özüsən... onda niyə yenidən hər şeyə başlamırsan. Yeni səhərə açılmırsan? Hər gün günəşli olacaq deyə bir şey yoxdur. ən isti ölkələrdə belə hava anidən dəyişir, elə bir yağış basır ki, yuyub aparır sel kimi. Hər şeyi viran belə qoya bilir. Amma sonra yenidən doğur və qurudur yağışdan geri qalanları. Həyat da belədir. Qurursan, tikirsən. Bir gün anidən zəlzələ baş verir hər şey başına çökür. Amma yenidən durursan ayağa və yenidən hər şeyi tikirsən. Sonra yenə...bu mübarizədir. Sən hər şeyi yenidən başlamalısan.
- Mən...Siz sağalan kimi isveçə getməyi düşünürəm. Demişdim.
- Yox.. bu yenidən doğmaq deyil. Bu sadəcə qaçışdır.
- Bəs neynim?
- Mənə güvənirsən?
- Əlbəttə, o nə sözdür.
- O zaman.. səbr et.
- Anlamadım..
Əlimin üstündən astaca vuraraq gülümsədi və gözünü qırpdı. Yenə də bir şey anlamamışdım. Günlər keçdikcə babam daha da yaxşı olurdu. Bu münasibətlə atam dostlar arasında şənlik edəcəkdi. Qurbanlar kəsiləcək, hər kəs rəqs edib deyib güləcək. Bir tək mən qəlbimdə qabıq qoymuş yara ilə yalandan gülümsəyib başqalarına ayaq uyduracaqdım. Şənlik günü çatmışdı. Evdəkilərə kömək etdiyimdən babamla maraqlana bilməmişdim. O günki söhbətdən sonra bir daha danışmaq imkanımız olmamışdı.
- Şəms, hər şey hazırdı.. bir azdan qonaqlar gələcək, get paltarını dəyiş.
- Gedərəm indi..
- Ay qız get yuxarı.. Əzizə də oradadır. Evdə çalışan xanımlara oxşayırsan. Sən bu evin qızısan.. get dünənə aldğımız qırmızı donu geyin.
Qırmızı don deyəndə başımdan qaynar su tökülür elə bil. Hər şey yenidən yadıma düşür.. bu qədər uzun zaman keçib amma mən hələ də qəhərlə xatırlayırdım olanları. Könülsüz şəkildə yuxarı qalxıb otağıma keçdim. Anamın mənim üçün aldığı qırmızı sareni qaldırıb dolaba qoydum. Sarı rəngdə saremi geyindim. Qonaqlar artıq gəlməyə başlamışdı. Hamını bir bir salamlayıb saxta təbəssümlə bağa yönləndirirdik. Babamın kənardan kiminləsə söhbət etdiyin gördüm. Arxası mənə tərəf olduğundan kimliyi diqqətimi çəkdi. əslində çox adamla söhbət etmişdi həmin gün, amma bu kim idisə mənə arxadan belə tanış gəlirdi. Babam onunla elə isti isti danışırdı ki, məni lap maraq bürüdü. Qolundan tutub üzünü bizə tərəf çevirəndə isə qanım bədənimdə dondu. Bu ki Amal idi. Dizlərimin bağı çözüldü. Əzizəyə tərəf əyildim.
- Şəms , nə oldu. Başın gicəlləndi. Şəmş?
- Əzizə....o...
- Kim?
- O.. o..
- Şəms qorxudursan məni. Nə oldu?
- O gəlib.
- Kim gəlib – deyərək mənim baxdığım yerə tərəf döndü. Elə Əzizə də şokda idi.
- Amal.. o burada neynniyir?
- Əzizə... mən.. mən yuxarı gedirəm. Soruşsalar demə otağımdayam.
- Şəms bəlkə qalasan. Ola bilər babaya görə eləcə ziyarətə gəlib. Həm qaçmaq niyə?
- Mən otağımdayam..
Necə sürətlə yuxarı qalxdımsa bilmirəm tələsdiyimdən yoxsa həyəcandan ürəyimin çırpıntısı qulaqlarımda hiss edirdim. Otaqda yerə çöməlib qeyri ixtiyari ağladım. Onu görəndə anladım.. mən...mən onu zərrə qədər də sevməkdən vaz keçməmişdim. Mən onu təpədən dırnağa qədər sevirdim. Necə dəyişmişdi. Arıqlamışdı çox. Solmuşdu. Bir iki dəqiqə içində onu elə süzdüm ki.. yaşlanmışdı elə bil.. Amma yenə də yaraşığından zərrə qədər də verməmişdi. əksinə bu halı belə onu xarizamtik etmişdi. Hamam otağımda əl üzüm yusamda titrəməm keçmirdi. O dərəcə həyəcanlanmışdım ki, qulaqlarımda fit səsi gəlirdi. Təzyiqim idi. Uzanıb rahatlamaq istəsəmdə mənə rahatlıq var idi. Onunla eyni damın altında aylar sonra nəfəs alırdım. Niyəə.. niyə gəldi axı? Mən onu unutmağa çalışarkən o hər şeyi yenidən yaşadır mənə. Ağlamaqdan bir təhər oldum. Qərar verdim şənlik boyu çıxmayacaqdım. Onunla qarşılaşacaq gücüm yox idi. ən yaxşısı bu evdən qaçmaq idi. Hə.. qərar vermişdim yenə arxa pəncərəmdən qaçacaqdım. Arxa bağda allahdan heç kim yox idi. Qalırdı təkcə bağdan tövləyə Berikanın yanına qədər heç kimə görünmədən getməyim. Bacardımda. Bunu az eləməmişdim. Berikaya minməyimlə çıxmağım bir oldu. Bütün xadimələr qonaqlığa görə evdə idilər. Ona görə kimsə çıxdığımın fərqinə varmadı belə. Əslində hara gedəcəyimi bilmidənə çapırdım. Deyəsən Amaldan qaçarkən onunla olduğum məkana, səhraya gəlmişdim. Sakitlik idi. Yerə çöküb ağlamağıma davam etdim. Yadıma düşdü hər şey. Amalla hiss etdiyim bütün gözəl hisslər baş qaldırmışdı. Eyni zamanda yaşatdığı xəyal qırıqlığı və acılar. Nə qədər vaxt keçmişdi bilmirəm. Yerimdə tərpənmədən otururdum. Amalla yaşadığım hər an gözümün önündə canlanırdım. Kaş dəniz kənarında ona deyərdim, kaç bunu deyərdim onun o sözünə qarşılıq başqa bir şey deyərdim deyib içimi yeyirdim. Amma olan olmuşdu. Indi gəlməyinin səbibini bilmirəm və öyrənmək də istəmirəm. Çünki qorxuram. Zəifliyimə yenik düşüb onun qarşısında aciz qalaram deyə qorxurdum.
Berikanın başını qucaqladım. Berika sanki nəsə hiss edirmiş kimi başını hər an əlimə sürtür baxışları ilə məni süzürdü.
- Berika....bilirsən.. mən onu hələ də sevirəm.. mən...mən unutduğumu düşünürdüm, amma onu əvvəlkindən daha çox sevirəm. Sən də darxımısan onun üçün? ....mən də.. həm də bir bilsən necə..
- Hamı səni axtarır.
Bu səs.. geriyə dönməyimə ehtiyac yox idi. bu səsi mən 6 aydır eşitmirdim, amma unuda bilməzdim. Ürəyimin ritmini pozan səs. Amal idi gələn. Özümdə cəsarət yığıb məğrurla geriyə döndüm. Qarşımda görüncə nəfəsimi tutdum.. elə bil nəfəs alsam biləcək ki, hər ciyərimə havanı çəkdiyimdə və verdiyimdə onunla nəfəs alıram. Nə deyəcəyimi, necə sözə başlayacağımı bilmirdim.
- Necəsən, Şəms?
- ....
- Evədkilər narahatdırlar. Heç nə demədən çıxmısan
- .....
- Məndən qaçırdın?
- Mən heç kimdən qaçmıram.
- Şəms..
Amal asta asta mənə doğru yaxınlaşırdı. Uzun zamandır onu bu qədər yaxından hiss etməmişdim. Hə onu əvvəlkindən daha çox sevirdim, amma ürəyimdə olan incikliyimidə unutmamışdım. Unuda bilmirdim.
- Niyə gəldin?
- ....
- Niyə gəldin Amal?
- ...
- Get burdan?
- Bəlkə danışaq?
- Niyə gəldiyini soruşuram danışırmırsan nə söhbət edəcəyik?
- Sən gələndə mən səndən niyə gəldiyini soruşmuşdum? Yox..onda sən də soruşma.
Amala baxmadan Berikanı sığallayırdım. əslində əllərimin titrəməsini görməsin deyə edirdim. Həm gözlərimi qaçırdırdım həm həyəcanımı gizlətməyə çalışırdım.
- Şəms..
- Get amal.. danışacaq bir şey yoxdur.
- Başımıza nə gəldisə ikimizində tərsliyi üzündən gəlmədimi?
- ...
- Bəlkə bir az inadı kənara qoyub məni dinləyəsən.
- ...
- Şəms, üzümə bax.. səninləyəm.
- ....
- Bax bu inadının, qürurunun üzündən indi sən də mən də bu haldayıq.
- Qolumu burax.
- Dinləyəcəksən məni
- Burax dedim. Istəmirəm.
- Istəməsəndə dinləyəcəksən. Bəsdir bu qədər cəza verdin ikimizə də.
Amal qolumdan necə tutmuşdusa elə bil sındıracaqdır.
- Incidirsən burax!
- Bəs sən? Sən mənim canımı bu qədər incitdin. Buna nə deyək.
- Kim mən? Bağışla, amma deyəsən özünlə məni səhv salırsan. Xəyanətini unutdum sanma.
- Bax, görürsən. Özünün uydurduğun hadisələr inanırsan.
- Demək mən uydurmuşdum? Sevgilin sən onların qolunda olarkən mənə mesaj atmışdı. Ona görə, yalanlarına davam etmə!
- Bildiyin kimi deyil. Izn ver açıqlayım.
- Nə bildiyim kimi deyil. Nədir yoxsa boynundan atacaqsan..
- Həə.. yox. Şəms, sakit ol.sakitləş danışaq.
- Amal aylar sonra gəlib bunu niyə izah edirsən? Biz artıq boşanmışıq. əgər elə deyildisə mənə xəyanət etməmişdinsə niyə onda gəlmədin?!
- Çünki sən inanmaq istədiyinə inanıb getdin.
- Neynəməliydim axı! Lənətə gələsən!
- Səsini yüksəltmə!
- Əcəb edirəm! Sən kimsən ki, mənə əmr edirsən?
Amal bu sözümdən sonra qolumu birdən buraxdı.
- Haqlısan heç kiməm. Heç kim.
Getmək istəyirdi.. hətta uzaqlaşmışdı da. Arxasınca baxa baxa qalmışdım. Bu qədər ay keçmişdi, amma mənim qəzəbim azalmamışdı. əksinə ona qarşı çox hiddətli idim. Bir tərəfdən arxasınca qaçıb "”dayan getmə!” demək istəsəm də bir tərəfdən sənə xəyanət edən insana bir daha necə güvənəcəksən deyirdi.
- Salam Şəms xanım!
- Zahar! Sən...

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 988
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz