Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (35-ci bölüm)
Şəmsparə (35-ci bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 804
Səs ver:
- Başın xarab olub sənin. Bayaqdan axtarmadığım yer qalmayıb.
- Qışqırma üstümə!
- Şəms, gecə vaxtı çıxıb getmisən. Və
- Və.. nə? Oturub baxmalıydım ki Nadya xanımla məni hamının içində necə alçaldırsınız.?
- Şəms mən..
- Sən... hə sən. Qisasını alırdın məndən. Mənim səni alçatdığımı düşünüb bunu elədin.
- Nə qisası?
- Əvvəlcə mən səni rədd edirdim. Istəmirdim. Səni təhqir edirdim deyə indi bunu mənə edirsən. Hamının içində biyabır elədiniz məni. Bilirsən nə düşünürlər indi mənim haqqımda. Axmaq qız deyirlər, arxamca yazıq kimi baxırdılar. Qürursuz kimi baxırdılar!
- Şəms səsini yüksəltmə.
- Əcəb edirəm. Mənə neyniyəcəyimi deyə bilmərsən!
- Şəms həddini aşma, qarşında uşaq yoxdur.
- Əsl sənin qarşında uşaq yoxdur. Mən də axmaq kimi....
- Sən nə?
- Çıx get Amal. Səni görmək istəmirəm.
- Şəms dayan. Gəl evə gedək. əsəbisən indi.
- Burax qolumu
- Uşaqlıq eləmə
- Dedim ki, burax qolumu.
- Dur ayağa evə gedirik!
- Ay!!
Ayağımın burxulduğunu indi xatırladım. Amal məni necə ayağa qaldırdısa ayağımın ağırısna yenidən yıxılacaqdım ki, o cəld tərpənərək belimdən tutdu. O an sadə onun sinəsini yumuruqlayaraq buraxmasını istəyirdim. O isə məni özünə daha da bərk sıxırdı.
- Burax məni.. toxunma. Sən get Nadyanı qucaqla..
- Sən qısqandın.
- Mən? Niyə axmağa oxşayıram səncə? Sadəcə məni orada alçatdınız. Bunu sənə bağışlamayacağam. Burax məni.
- Hə sən qsıqandın. Niyə Şəms?
- Qısqanıb eləməmişəm, burax!
- Niyə deyə soruşdum?
- Mən cavabımı verdim.
- Elə təkcə bu?
- Hə..
Artıq tonum sakitləşmişdi. Amal elə tonda soruşurdu ki, bütün əsəb sistemimin korlanmasına baxmayarq sakit tonla cavab verirdim
- əminsən?
- Yox.
- Onda niyə?
- Elə.
- Nə elə?
- Burax..
- əgər sakitləşsən buraxacağam. Razılaşdıq?
- Hə.
- Otur. .. nə olub ayağına?
- Burxuldu.
- Qumda gəzirdin bu ayaqqabılarla?
- ....
- Yaxşı cavab vermək istəmirsən. Onda heç olmasa məni dinlə. Başdan axıra kimi sözümü kəsmədən dinlə.
Amal da yanımda yerini rahatlayıb dənizə baxırdı. Əsəbdən partlayırdım, amma səsimi çıxarmadan dinləyəcəkdim. Çünki mənə izah etməsini istəyirdim. Gördüyüm hər şeyin bir kabus olduğunu deməsini istəyirdim. Etiraz etməsini Nadyanın onu öpəndə geri çəkilmək istədiyini desin. Bu bəhanələri eşitməyə hazır idim. Biz qadınlar seviriksə xəyanət edən sevgilimizin hər yalanına dünyanın ən doğru sözüymüş kimi inanarıq. Yalan olduğunu bilsək belə. Inamaq istəyirik. Indi də mən. Amala inamaq istəyirdim. Hər sözünə. Yalan olsa belə.
- Yadında soruşmuşdun niyə ürək həkimi? Yəqin xalam sənə danışıb ailəmin başına gələnləri.
Amal heç vaxt ailəsi haqqında bir kəlmə belə deməmişdi. Indi onun ağzından ailəm sözünü eşitmək mənə qəribə gəlirdi.
- Qəza olanda bir tək mən sağ qalmamışdım. Bacım da sağ idi. Onun nəfəs aldığını görürdüm. Təcili yardım gələndə hamısı dünyasını dəyişmişdi. Bir tək mən bir də bacım. Mən necə oldusa yüngül xəsarətlə eləcə qol sınması ilə qurtulmuşdum. Atam, anam və Gülsüm xalanın yoldaşı ilə qızı elə oradaca keçinmişdilər. Bacım..bacım isə sağ idi. Bizim ikimizi də xəstəxanaya apardılar. Onun ürəyində anadan gəlmə qüsur var idi. O anda həkimin tibb bacılarına xəstənin yaxınlarının kim olduğunu soruşduğun gördüm. Məni göstərdilər. Olanları danışdılar. Həkim bir dəfə göz atıb üzünü döndərib tibb bacısı ilə yenidən danışmağa başladı. Elə bilirdilər ağlım kəsmir. Eşitmirəm, anlamıram heç nəyi.

***

- təcili əməliyyat olmalıdır. Ürək həkimini, Namiq həkimi çağırın.
- əməliyyatı var.
- Deyin ki. Təcilidir. əməliyyatdan çıxan kimi gəlsin. Balaca çox dözə bilməz.
- Amma, onların valdieynləri yaxınları hamısı qəzada həlak oldu.
- Nə olsun?
- Bilirsiniz ki, Namiq həkim.. pulsuz əməliyyat etməz. Başqa xəstəxanaya göndərək bəlkə.
- Yox. Vaxt yoxdur. Bu gün təcili olmalıdır. Namiq həkimə deyin, gəlsin.
- Yaxşı, amma inanmıram
- Dedim ki, çağırın. Otağımda gözləyirəm onu. Ey, balaca adın nədir sənin?
- Amal.
- Gəl mənimlə. Narahat olma bacını xilas edəcəyik.
Məni öz otağına aparmışdı. Bir saat keçdi, xalam da gəlmişdi. Amma həkimdən əsər əlamət yoxuydu. Məni otağına aparan həkim gedib özü onu gətirdi. O isə otağa girməyi ilə çıxmağı bir oldu. Təəsüf deyib getdi. Xalam onsuzda bilmirdi kimə ağlasın. O anda əri övladı, bacısının dərdi ona bəs idi. Qaçıb bacımın otağına girdim. Yataqda yatırdı eləcə. Amma yaşayırdı Şəms. Nəfəs alırdı.
Mən Amalı belə görməmişdim. Rəsmən ağlayırdı. Bu uşaqlıqda olan bir acıdır, amma onda dərin izlər qoymuşdu bəlliydi. Üzünü başqa tərəfə döndərib gözünün yaşını sildi.
Nə qədər qışqırıb həkimi çağırsamda məni zorla bayıra çıxartdılar. Xəstəxanada başqa həkim yox idi. O pulgir həkim bacımı əməliyyatı üçün pulu ödəyəcək biri olmadığı üçün yaşaya yaşaya dedi ki, artıq ölüb. Təsəvvür edirsən aparatdan çəkdi və bilərək onu öldürdü.. ailəmdən qalan son şəxsi də o öldürdü. sonralar o həkimi bir də televizorda gördüm. Mükafat almışdı. ən yaxşı ürək cərrahı deyə.. heç kim bilmirdi ki, o qatildir əslində. Bacımın qatili. Söz vermişdim özümə ki, mən də ürək cərrahı olacam.. imkan verməyəcəyəm ki, bacım kimi başqaları da pulgirlərin qurbanı olsun. Sonra tibb universitetində bizə dərs deyən müəllimlər arasında gördüm onu. Nifrət hissim baş qaldırdı onu öldürə bilərdim. Bir smestr dərsinə girmədim. Qatil olmamaq üçün özümü zorla tuturdum. Birinci kursda bütün qiymətlərim əlaydı bircə onun fənnindən başqa. Imtahanına da girmədim. Nadya ilə də o vaxtlar tanış olmuşduq. Yaxşı dost idik. Birinci kursda oxusa da o da olduqca bilikli idi. Sonra həmin o həkim məni yanına çağırmışdı. Elə məsum rol oynayırdı ki... inanan bilməzdi heç kim ki, o balaca qızın qatilidir.

* * *

- Oğlum, yaxın gəl.
- ...
- Niyə dərslərimə girmirsən?
- ....
- Söz soruşdum?
- Sizin dərsinizə ehtiyacım yoxdur.
- Niyə? Bütün professorlar burada səni tərifləyir, digər qiymətlərinə baxıram hamısı əla, az qalırlar səni indidən xəstəxanaya praktikaya göndərsinlər. Bir tək mənim fənnimə girmirsən.
- Mən qatillərin dərsinə girmirəm.
- Nə? Bu nə cürət.
- Tonunuzu aşağı salın. Mən çox gözəl bilirəm siz kimsiniz. Siz mənim bacımın qatilisiniz. Sırf o anda kimsəsiz olduğu üçün onu əməliyyat eləmədiniz. Sırf əməliyyatın pulunu ödəyəcək birinin olmadığı üçün o yaşaya yaşaya aparatı çəkdiniz. Bu günə qədər bu vicdanla necə yaşamısınız bilmirəm.
Gözləri hədəqəsindən çıxacaqdı az qala. Bimlirəm bəlkə də xatırlamazdı. Kim bilir nə qədər adamın qatili olmuşdu bilərəkdən. əlini ürəyinə apardı. Sıxıb nəfəs almağa çalışırdı. Mənsə yerimdə qəzəbin verdiyi hikkə ilə tərpənmədən ona baxırdım. Ağrı çəkirdi. Yenə də tərpənmədim. əlini dərmanına aparanda yerə töküldü. Mənim ayaqlarımın altına...
Amal susdu gözünü uzağa dikmişdi. Gicgahında yenidən gərilən damarlar görünürdü.
- Sonra nə oldu?
- Sonra...sonra yerə yıxıldı.. əli çatmırdı dərmana. Mənə baxırdı.. mənim illər əvvəl ona baxdığım kimi. Bacımı xilas etməsini yalvardığım kimi baxırdı. Və illər əvvəl o necə soyuqanlı dayanmışdısa mən də elə. Sözümün ona bu qədər təsir edəcəyini zənn etməmişdim. Dediyim kimi xatırlayacağını da sanmıram. Sadəcə o an niyəsə ürəyi tutmuşdu. Verməyəcəkdim dərmanını.
Inana bilmirəm. Amal yəni bilərək birinin ölümünə səbəb olmuşdu? Indi mən donub qalmışdım. Yəni bu adam bu qədər qəddar ola bilərdi. Başa düşürəm canı yanır, bacısını öldürüblər, amma bu qədər qəddar ola bilər insan? Sonra bir anlıq Əzizə gəldi gözümün önünə. Düşündümdə.. əgər Əzizəyə kimsə nəsə eləsəydi mən neyniyərdim. Bəlkə mən də o adamı öldürərdim.
- Qatil odluğumu düşünürsən?
- Mməənn.. mən nə deyəcəyimi bilmirəm.
- Hə, mən qatiləm. Dərmanını verdim onun amma.... Bilmirəm niyə, amma elədim. Bayıra çıxacaqdım ki, Nadya içəri girdi. əlində olanlar atıb professora doğru qaçdı və "Ata!” deyə qışqırdı.
- Nə? Nadya o həkimin qızıdır.
- Hə.. mən də o anda öyrənmişdim.
- Bəs sonra?
- Dərmanının vermişdim, amma...amma gec olmuşdu. Ürək tutmasından dünyasını dəyişdi. Ölümünə səbəb mən oldum. Ondan fərqim olmadı Şəms. O bacımın bilərək qatili oldu mənsə onun. Nadya da mənim kimi yetim qaldı. Mən onun atasının üzündən o isə mənim. Vicdanımı rahatlatmaq üçün ona daha yaxın olmaq dəstək olmaq istədim. Mən.. mən kimisə öldürmək istəmirdim. Öldürmək üçün yox, yaşatmaq üçün həkim olmaq istəyirdim. Amma oldum.. qatil oldum.
- Elə demə. Bəlkə sən orada olmasaydın da o elə ola bilərdi.
Amal sözümə gülümsəyib başını aşağı saldı.
- Inan Şəms, bu və bunu kimi min bəhanə uydurmuşam, amma nəticə dəyişmir. Mən o otaqda idim. Mən qatiləm. Nadyanı bir anlıq belə gözdən qoymadım. Onunla birlikdə də eyni xəstəxanada işləməyə başladıq. Təhsilimizi moskvada alırdıq. Nadyanın anası rus idi. Kiçik olanda onları atıb gedibmiş. Atası və özü bir ailə idilər. Mənsə onların ailəsini dağıtdım.
- Amal belə danışma.
- Amma belədir. Reallıq budur. Indi də Nadya ilə birlikdə kimsəsiz uşaqlar arasında ürək qüsurlu olanları müalicə edirik. Evə gəlməyəndə orada qalırdım. O uşaqlarla. Yadında Kamili gətirəndə soruşmuşdun ki, uşaq bölməsində nə gəzirsən
- Hə..demək sən..sənə evə tez gəlməyini xahiş etdiyim gün bəs? Xəstəxanadan çıxdığını dedilər.
Amal qaşıarını çatıb mənə tərəf döndü. Gözləri əsəbdənmi, ya hüzndənmi qızarmışdı.
- Şşşeyy yəni Gülsüm xala zəng vurubmuş, ona elə demişdilər. Onda da ordaydın.
- Həə oradaydım.
- Nadya ilə təkcə bu işdə birlikdəsiniz?
- Hə.. Yaxşı dostdur əslində. Bu gün niyə belə elədi mən də anlamadım. Bir az açıq saçıq qızıdır. Ağlına nə gəlir eləyir. Bayaq isə içkili idi.
- Yəni təkcə dostsunuz?
- Hə. Düzdür əvvəl münasibətimiz olub.
- Münasibət?
- Yəni bir müddət sevgili kimi olduq, amma sonra yenidən dost kimi qaldıq.
Sevgili kimi olduq.. bu söz mənə bəs elədi. Indi də maraqdan ölürdüm ki, Nadya ilə aralarındakı sevgi münasibəti necə olub. Yəni hansı həddə. Dediyi kimi əgər o elə açıq saçıq qızdırsa yəni Amal onunla... offf düşünmək belə istəmirəm. Bu gecə onsuzda həddindən artıq duyğu partlayışı yaşamışdım. Bütün hislər bu gün bu ürəkdə məskən saldı. Sevgi, xoşbəxtlik, məyusluq, qorxu, qısqanclıq və sairə... və sairə.. titrəyirdim həm də. Bilmirəm artıq xəzərdən gələn küləkdən ya yaşadıqlarımdan. Amalın dediyi hər şey beynimdə ilişib qalmışdı. Bacısı, həkimi, onun ölümü, uşaqlar, Nadya..bütün bunları həzm etməyim üçün mənə zaman lazım idi. O da bizdə varıydımı və mən həzm edə biləcəkdimmi onu bilmirdim.
- Indi sənin növbəndir..
- Nə növbəsi?
- Mənə düzünü denən Şəms. Niyə qayıtdın, niyə bütün bunları eləyirsən, niyə bu gün bu cür reaksiya verdin. Və ən əsası niyə Zahar orada, səhralıqda dil -dil ötəndə ona heç nə demədin?

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 804
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz