Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (34-cü bölüm)
Şəmsparə (34-cü bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1006
Səs ver:
Rəqsdən sonra Amalın əlindən elə bərk yapışmışdım ki, elə bil buraxsa bir daha onu tapa bilməyəcəkdim. Hələ də qulağıma oxuduğu mahnının təsirindəydim. Doğrudan səni sevirəm demişdi? Evə dönən kimi mahniya təkrar qulaq asacaqdım. Xoşbəxtlikdən uçurdum. Sevdiyim, həyatımı paylaşmaq üçün birləşdirmək istədiyim insanın dilindən bu sözü eşitmək nə qədər də fərqliymiş. Hə, daha əvvəl bu sözü eşitmişdim. Zahar bunu hər zaman, hətta tez –tez deyirdi. Onda da mən onu sevdiyimi düşünərkən...yox düşünmək deyildi.. mən həqiqətən Zaharı sevmişdim. Amma Amala olan hisslər başqadır. Sanki bu insan olmadan nəfəs ala bilmərəm. Bütün dünya mənə düşmən olsun, bir tək o sevsin. Hər kəs nifrət etsin bir o sevgi ilə baxsın, hamı məni acılasın bir o şirin danışsın. Mən ona bütün varlığımla aşiq olmuşdum. Zaharla birlikdə olarkən o məni çox dəyişməyə məcbur edirdi, amma heç vaxt dəyişmirdim. Amal isə fərqlidir. Mən onunla istəməsəm belə dəyişmişdim. Və üstəgəl bu dəyişiklik mənə həddindən artıq xoş idi. Hırçın, dəlisov, eqoist Şəms yerinə ayrı bir Şəms gəlmişdi. Amalla nəfəs alan.. yoxx.. yox... belə olmaz. Artıq Amala onu sevdiyimi deməliyəm. Daha dözə bilmirəm. Mənə sevgi ilə sarılmasını, sevirəm sözünü deməsini, ancaq mənə baxmasını istəyirəm. Hə.. bu gecənin sonunda etiraf edəcəkdim. Nə olur olsun. Amalın mənə yalan deməsini, Zaharı, Nadyanı hər kəsi kənara atacaqdım. Mən də səhv eləmişdim. Mənim elədiklərimin yanında Amalın kiçik bir yalanı nəydi ki. Həm əmin idim o gecə üçün bir açıqlaması var idi. Nadya ilə birlikdə ola bilməzdi. Amalın səsi məni yenə fikrimdən ayırdı. Sən demə bütün bunları düşünərkən ona baxırmışam dayanmadan.
- Şəms! Eşidirsən məni?
- Hə?
- Bayaqdan səni çağırıram.
- Hə..
- Nə hə? Yaxşısan
- Hə.
- Şəms nə olub ancaq hə deyirsən?
- Hə?
Amal artıq gülməyə başlayırdı. Əlimdən tutmuşdu. Mən də barmaqlarını elə sıxırdım ki, o da buraxmağa cəsarət etmirdi artıq. Əsl axmaq olmuşdum. Məni yenidən ovsunlamışdı bu adam. Zahid səhnəyə çıxıb hər kəsi salamlayırdı. Amalla mən isə elə bir birimizə baxıb gülümsəyirdik. Biz artıq çoxdan öz dünyamıza qapılmışdıq. Kənardan baxan olsa bizi yeniyetmə sevgililərə bənzədərdi. Masada bir birimizi utanaraq seyr edərkən Amalın çiynindən yapışan əl hər şeyi o anda yenidən korladı. Bu Nadya idi. Amalın əlindən tutub aparırdı. Mən çaşğın halda ona baxarkən Amal hələ də gülümsəyərək mənə zillənməkdə davam edirdi.
- Amal milıy, səni çağırırlar.. eşitmirsən. Mükafat verirlər sənə
- Nadya burax məni, mən mükafatımı almışam çoxdan.
- Nə?
- Mükafat istəmirəm dedim.
- Nu Amal pojaulsta. Radyi nasey drujbi (Amal xahiş edirəm, dostluğumuzun xətrinə)
- Off Nadya sənə demişdim axı mükafat söhbəti olmayacaq. Yenə neynəmisən?
- Pover mne vsyo budet prekrasno (inan mənə hər şey əla olacaq.)
Amalı dartıb aparmışdı, amma mən qaldım yerimdə. Zahid nəsə danışırdı. Diqqət etdiyimdə isə Amalın adını eşitdim. Amalı səhnəyə dartan Nadya ilə Zahidə baxa baxa qalmışdım. Hə mükafat verirdilər. Ən yaxşı ürək həkimi adını qazanmışdı. Onunla fəxr edirdim, amma o anda yanında Nadya yox mən olmalıydım. Nadya da fürsətdən istifadə edirmiş kimi qollarını Amalın qoluna keçirmişdi. Amala mükafat təqdim olunanda o heç bir reaksiya vermədən diplomu almışdı. Nadya zalda məni tapıb baxışları ilə özündən razı bir tərzdə sanki nəsə deyirdi və Amalın boynuna sarıldı. Bu artıq ağ oldu. Səhnəyə doğru addımlamaq istəyirdim ki, qolumdan tutulması ilə yerimdən tərpənə bilmədim. Geriyə döndüyümdə Orxanı gördüm. Bir sən əksikdin deməmək üçün özümü zorla saxlayırdım. Qolumu əlindən elə çəkdim ki, anladı ki, yalnış edib mənə toxunmaqla.
- Bağışla, sadəcə məncə yaxşı fikri deyil ora getmək.
- Başa düşmədim.
- Hər halda dava salacaq deyilsən.
- Sənə qalmayıb.
Artıq bütün kobudluğumla Orxana cavab verirdim
- Oooo ... bu ağır oldu.. Amma olsun. Sənin hırçınlığın daha da gözəl göstərir səni.
- Mənə bax, sən deyəsən məni başqaları ilə səhv salmısan. Mən evli bir qadınam..
- Yaxşı görək , Şəms.. siz... siz nəyinki evli heç bir birinizi tanıyan adamlar kimi belə davranmırsınız.
- O səni maraqlandırmasın. Həddini bil. Eşitdin? Həddini bil, yoxsa həddini mən göstərməli olacam. Özü də Şəms yox, Şəms xanım.
- Vay vay Şəms xanım. Bu nə qəzəb? Kənardan olduqca xanım xatın görünürsən, amma...
- Offf çox danışdın. Bir daha qarşıma çıxma. Yoxsa həyat yoldaşıma məni narahat elədiyini deyərəm.
Orxanla elə bil kişi kimi danışırdım. Məni necə əsəbiləşdirmişdisə onu o anda çırpa bilərdim. Bir birimizi tanımırmışısız. O sənə elə gəlir Orxan bəy. Mən Amalı o da məni sevir. Orxanın yanından ayrılıb səhnə tərəfə addımlamağa başladım. Amal məni görmüşdü. Əlində diplom yenidən mənə baxıb gülümsəyirdi. Nadya onun diqqətini çəkmək üçün əlindən gələni edirdi. Yenə mikrofon əlində danışmağa başladı.
- Dostlar, diqqətinizə bir şeyi çatdırmaq istəyirəm. Amalla bizi birləşdirən bir çox dəyərlər var.
Bunu mənə baxaraq danışrıdı. Acıq vermək üçün.. hə qıcıq olurdum, amma o anda Amalın mənə baxması artıq Nadyaya əhəmiyyət verməyimin mənasız olduğunu göstərirdi. Amma Nadya yenə də özünü sakit aparmırdı. əllərini amalın qoluna sarıdı.
- Amalla biz artıq illərdir tanışıq. Çoxunuz bilmir, amma biz həm də tələbə yoldaşı olmuşuq. Onun nə qədər təvazökar olduğunu məndən yaxşı bilən olmaz.
Bunu xüsusi vurğu ilə deyib mənə baxırdı. Hə.. bu qızı yolmaq mənə şərt oldu. Bağışla ata, amma Şəmsparə yenidən qayıdacaq.
- Amal təkcə böyüklərin ürək həkimi deyil. Bilirsiniz ki, mən xəstəxanamızın uşaq bölməsində çalışıram. Amal hər gün işdən çıxandan sonra mənim yanıma gəlir və biz birlikdə uşaqları müayinə edirik.
- Nadya bəsdir!
Amal mikrofonu onun əlindən alamq istəyirdi. Nadyanın hər axşam işdən sonra mənim yanıma gəlir deməsiylə yerdən fit çalanlar, qışqırıq atanların səsi bir birinə qarışdı. Nadya isə nazlanaraq daha da Amala sıxıldı. Mən həm eşitdiklərimdən şokda idim həm də onun bu hərəkətini qıcıq olurdum. Bir a zdaha belə davam etsə Amalın yanına qalxacaqdım.
- Amal, uspokoysa milıy. (Amal əzizim sakit ol)
- Dedim ki, lazım deyil. Çox içmisən, gəl düşək.
- Baxın, indidə imkan vermir deyəm, bu oğlan məni dəli edirdə..
Yenə fit səsləri bir birinə qarışırdı.
- Nadya xahiş edirəm. Gəl düşək.
- Amal bizim xəstəxanda yatan uşaqları pulsuz müayinə edir. Ürək qüsurlu uşaqlara həsr olunan bu tədbirimizdə bunu deməyi özümə borc bildim. O mükəmməl insandır.
- Nadya!
- Amal, əzizim səni sevirəm.
Inana bilmirən Nadya sevirəm deyib Amalın dodaqlarına yapışdı. Dəli olmaq üzrəydim. Yerimdə donub qalmışdım. Səhnədə sevgi etriafı bəs deyilmiş kimi indi də onu, mənim olanı hamının içində öpürdü. Amal isə tərpənmirdi. Deyəsən bu onun xoşuna gəlmişdi. Artıq bunu seyr edə bilmirdim. Fit səsləri qışqırıq, alqış səsləri bir -birinə qarışdı. Dayana bilmirdim üzümü döndərib oradan çıxmaq istəyirdim. Havam çatmırdı. Nəfəsim daralırdı. Gözlərim qarlamışdı, başım gicələnirdi. Yenə adətim üzrə ürək bulantısı da başlayırdı. Ətraf mənə bütün dumanlı gəlirdi.. kiminsə qolumdan yapşıb mənə çölə çıxmaqda kömək etdiyinin fərqindəydim, amma gözüm qaraldığından kimliyini sezə bilmədim. Artıq bunun mənim üçün önəmi də yox idi. Çölə çıxan kimi qolumu əldən çəkib kənara çəkildim. Bu Zahid idi.
- Şəms xanım, yaxşısınız?
- Mən getmək istəyirəm.
- Amalı çağırım istəyirsiniz.
- Yox...çağırmayın. gərək yoxdur. Taksi çağırın zəhmət olmasa.
- Etiraz etmirsinizssə mən aparım sizi.
- Yox.. narahat olmayın.
- Baxın, taksi bu saatda buralara gec gələr, mənim maşınım irəlidədir.
- Dedim ki, yox. Sağolun! Tək qalmaq istəyirəm. Dəniz kənarı ilə hara getdiyimi bilmədən addımlayırdım. Yanağımdan süzülən yaşlara külək dəydikcə soyuduğunda fərqinə vardım. Ağlayırdım. Canım yanmışdı çünki. Mən o dodaqlara həsrətlə baxarkən, onu bu qədər arzularkən o Nadya ilə hamının gözü önündə öpüşür. Tutaq ki, Nadya öpdü bəs sən Amal. Niyə çəkilmədin? Demək aranızda həqiqətən bir bağ varmış mən sadəcə aranıza girmişəm. Ayaqqabılarımın dabanı quma batdığından axsaya axsaya yeriyirdim. O an yadıma da düşmürdü ki, ayaqqabıları çıxardım. Beynimə qan getmirdi. Az əvvəlki səhnə gözümün önündən getmirdi. Başqa heç nə düşünə bilmirdim. Nə qədər getmişdim bilmirəm, amma məkandan xeyli uzaqda idim. Uzaqdan yanana işıqlardan bəııi olurdu uzaqlığım.Hara gedirdim onu da bilmirdim. Ya da yox bilirdim. Cəhənnəmə gedirdim.. hə cəhənnəmə. Yenə onları yadıma salıb ağlaya ağlaya addımlamağa başaldım. Bu dəfə uğurlu addım olmadı. Ayağım necə burxuldusa ayaq biləyimi bərk əzdim.Yerə çöməlib bilmirdim onun ağırısına ağlayım, harada olduğumu bilmədiyim üçün ağlayım, hara gedəcəyimi necə gedəcəyimi təsəvvür etmədiyim üçün ağlayım ya Amalla Nadyaya. Hava da get gedə soyuyurdu. Həm duyduğum acıdan həm də əsən mehdən artıq tir tir əsirdim. Başım dizimin üstünə qoyub ağlayırdım. Yanımdakı nəfəsdən dikəlib üzümü qaldıranda gördüyüm qaraltıya necə diksindimsə bədənim keydi.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1006
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz