Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (30-cu bölüm)
Şəmsparə (30-cu bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 911
Səs ver:
Axşama kimi dayanmadan yemək hazırladım, evi səliqəyə salıb hər yeri düəltdim. Düzdür ev onsuzda səliqəli idi, amma yenə də öz evimi təmizləmək hər yerdə əl izimi qoymaq istəyirdim. Özüm özümə inanmırdım. Sara sağolsun bir an belə rahat qoymadı. Amal necə qarşıladı, mən nə dedim o nə dedi deyə sorğu suala tutdu. Gülsüm xala və Nadya söhbətində isə cavab verməmək üçün "aa Sahib gəlib gedim çörəyin verim” deyərək söhbətdən qaçıb dəstəyi asdı. Saat 6 idi. Amaldan bu saata qədər xəbər çıxmamışdı. Adətən tez gələndə 7 də evdə olurdu. Süfrəni hazırlayıb onu gözləməyə başladım. Çox bəzəkli olmasın deyə sadə geyim seçdim. Istəmirdim ki, ilk gündən şok dalınca şok yaşasın. Qapının döyülməsi ilə elə bil ürəyimdən əglirdi o səs. Necə həycanla açdımsa Gülsüm xala gülməmək üçün özünü zorla tutdu.
- Xoş gəlmisiniz.
- Xoş gördük qızım. Nə gözəl görünürsən.
- Doğrudan? Hər zamanki halımdır.
- Yox yox.. sənə nəsə olub. Dayan baxım. MaşAllah üzündə güllər açır.
- Makyajım çox olub?
- Dəli qızım onu demirəm. Yəni sevinclisən. O mənada. Hər şey gözəldir..
- Buyurun qapıda qaldıq.
Gülsüm xala otaqda süfrəni görən kimi ayaqqabılarını çıxarmadan..
- Yooooxxx.. mən tamam unutmuşam.. vay vay.. sonanın ailəsi bu gün olmayacaq yanında qalmalııyam
- Indi oradan gəlmirsiniz?
- Elə? Şey bu başqa Sonadır. Adlar səni çaşdırıb yəqin. Mən qaçım..
Gülsüm xalanın göz vurub evdən çıxması ilə utanıb yerə girdim. Mən süfrəni 3 nəfərlik hazırlamışdım, amma o deyəsən Amalla məni tək qoymaq istəyirdi. Yer yarılsaydı da yerin içinə girsəydim o an. Nə qədər eləsəmdə geri çağırıb qalmasını desəm də Sona daki sona deyib getdi. Çox utanmışdım. Allah bilir qadın indi hara gedəcək.
Saat 7 oldu, amma Amal hələ də yox idi. Zəng vurmaq istəsəm də indi gələr deyə deyə saat 8 oldu. Bir az da səbr etdim. Artıq saat 9 idi Amaldan xəbər ətər yoxuydu. əlimi atıb telefona bütün cəsarətimi toplayarq zəng etmişdim. Çağırdı, amma götürən olmadı. Hər halda əməliyyatdadır deyə düşünüb mesaj yazdım, amma göndərməyə cəsarət etməyib zəngi görəndə özü yığar deyə yenə gözləməyə başladım. Amma vaxt keçdikcə nə zəng gəlirdi, nə də Amal. Narahat oldum. Düzdür, bilirdim ki, ürək əmənliyyat bəzən 24 saat belə davam edə bilər. Hətta daha çox. Amma gec gələndə heç olmasa xəbər verirdi. Gülsüm xalaya zəng vurub soruşmaq istəsəm də, birdən xəbəri olmaz mən daha da narahat edərəm deyə eləmədim. Telefon dəftərçəsinə baxıb çalışdığı xəstəxananın nömrəsini tapıb zəng vurmağı qərara aldım. Danışmışdımda.. kaş yığmazdım. ən azından əməliyyatdadır deyə ümid edirdim. Aparatın o başından gələn səs hələ də beynimdə fırlanırdı "Amal bəyin bu günə bir əməliyyatı olub. Saat 6 dan xəstəxanadan çıxıb.”
Elə divanda bükülüb uzandım. Yenə yatmaq və hər şeyi unutmaq istəyirdim. Düşündüyüm hər şey. Bilmirəm saat neçəydi. Saçımda hiss etdiyim ələ gözümü açdım. Ilk gördüyüm mənzərə pəncərədən qaranlıq küçə. Gecə yarı olmuşdu hər halda. Başımı qaldıranda Amalı gördüm.
- Burada yatma, belin tutulacaq. Keç otağa. Mən burada yataram.
- Niyə gec gəldin?
Salamsız kəlamsız verdiyim sualdan o da tutuldu.
- Xəstəxanadaydım.
Yalan dedi.. və ürəyimi yerindən qoparıb yerə atdı elə bil.
- Yeməyini niyə yeməmisən. Gülsüm xala bu qədər əziyyət çəkib.
- Gülsüm xala, eləməyib. Mən eləmişdim. Sən ye nuş olsun!
Deyib otağıma çəkildim. Amalın təəcüb dlu baxışlarını hiss etdim, amma o anda mənə yalan deməsindən başqa benyimdə heç nə fırlanmırdı. Sadəcə "Xəstəxanadaydım ” sözü dönüb dolaşırdı. Yaxasında yapışmaq, qışqırmaq istədim. Niyə yalan dediyin bilmək istədim. Xəstəxanaya zəng vurmuşdum dedilər yoxsa hara getmişdin demək istədim, amma nafilə. Yenə susub yerimdə uzandım. Ağlamaqdan başqa əlimdən o an bir şey gəlmirdi. Otağın qapısını yavaşaca açıldığını eşdibi cəld gözümü silib yumdum.
- Şəms.
- Mən yatıram.
- Mən bilmədim.. Yəni, bilsəydim tez gələrdim
- Necə gələsən? Axı xəstəxanadaydın.
Bunu bilərək demişdim. Bəlkə vicdanı əl verməz yenidən yalan deməyə.
- Hə.. düzdür..
Yanılmışdım. Amal yalanına davam edirdi.
- əziyyət çəkmisən. Amma gərək eləməzdin.
- Gecən xeyrə Amal.
Bu sözü deyəndə belə səsim titrəyirdi. Daha da hiss etməsin deyə sağollaşdım o saatca. Sözü ağzında qaldı. Həm nə deyəcəkdi ki, yalanını davam elətdirib gözümdən düşməsini istəmirdim. Ona hörmət edirdim hər şeydən əvvəl. Bu hörməti itirsə ortada heç bir sevgidən söhbət belə gedə bilməzdi.
Səhər gözümü açanda Gülsüm xalanın səsini eşitdim. Daha da yatmayım, ayıbdır deyə ayağa qalxıb otaqdan çıxmaq istədim. Mənə yaraşmazdı, amma eşitdiyim bir söz ayaq saxlamağımı və onları dinlməyimə məcbur etdi.
- Amal xəsətəxanada deyildin haradaydın?
- Xala xahiş edirəm.
- O qız dünən bütün günü həvəslə səni gözləyib. Yaraşar sənə bu?
- Xala bilmirən..
- Nəyi bilmirəm. Denənə bilim. Telefonuna zəng elədim götürmədin. əməliyyatdasan deyə xəstəxananı yığdım dedilər çıxmısan. Bircə düşündüyümü eləmə Amal. Inan oğlum demərəm silərəm.
- Xala, mən uşaq deyiləm.
- Amal, sənə dedim. Ağlını başına yığ yığış evinə. Gül kimi həyat yoldaşın var.
- Xala düşündüyün kimi deyil. Məni dinlə. Mən dünən.. onun yanında deyildim. And içirəm.
- Sənə inanıram, amma o qızın hərəkətlərindən bilirəm ki, tez ya gec sənə bir şey edəcək. Elə bir şey ki, sən özünə güzgüdə belə baxmağa utanrsan. Indiyyə qədər heç nəyinə qarışmamışam. Nə eləmisən düz eləmisən. Amma oğlum bəzən sadəcə dostumdur dediyin insan sənini xəbərin olmadan belə qanına işləyər.
- Xala!
- Səsini yüksəltmə mənə. Şəms eşitsə onu inandıra bilməyəcəksən ki, aranızda heç nə yoxdur.
- Şəmsin vecinə də deyil xala narahat olma.
- Bu nə danışıqdır?
- Xala, kifayətdir. Birini bilirsən birini yox. Məni məcbur etmə.. inan mənə Şəmsə bu saat ən maraqsız insan mənəm.
- Mən bilmirəm. Ağlını başına yığ bu axşam evində ol. Süfrə arxasında yerində əyləş. əgər gəlməsən məndən incimə.
Gözlərim dolmuşdu. Amalın bu sözləri...o....o onu sevmədiyimi düşünürdü. əksini düşünməsi üçün heç nə eləməişəm, amma bu qədər soyuqluqmu görmüşd məndən. Axı heç soruşmadı niyə gəlmişəm, nə səbəbə buradayam. Yəni doğrudan Amal bu qədər dəyişmişdi. Yerimə qayıdıb ağlayırdım. Səsimi eşitməsinər deyə yastığa sıxılsamda nə fayda.. otağın qapısı açıldı. Amal paltarını götürüb çıxacaqdı ki, burnumu çəkməyimə dayandı. Soyuq baxışları ilə "Nə olub?” deyə soruşunca başımı bulayıb üzümü belə açmadan güclə "heç nə” deyə bildim. Mən bu soyuq yad Amalı istəmirdim. Onun otaqdan çıxıb hətta evdən çıxıb getməsini istəyirdim. ən kiçik narahatlığıma belə məni əzizləyən amal getmiş məni üzməsi üçün özünə söz verən Amal gəlmişdi. Hə.. bütün bunlara layiq idim. Amma bu dərəcədə yox. əgər ayaq saxlayıb soruşsaydı hər şeyi olduğu kimi danışardım. Amma eləmədi. Pencəyini götürüb çıxdı. Bütün günü ruh kimi gəzirdim. Bilmirəm niyə bir az da özümü təhqir olunmuş, qüruru tapdanmış insan kimi hiss edirdim. Sevgidə qürur olmaz əlbəttə. Amma bu mənim üçün bir az çətin idi. Indiyə qədər özümü heç kimə əzdirməmişdim eləməyəcəkdim də. Güzəştə gedərdim, amma özümü tapdatmaq.. əsla. Sara ilə də söhbətdən açırdım. Ya başım ağrıyır, ya işim var bəhanəsi ilə qızı özümdən uzaq tutdum. Heç kimlə danışmaq istəmirdim. Heç kimlə. Glsüm xala bütün günü başımda pərvanə olsa da üzümün gülmədiyini görüb narahat olurdu.
- Yeməklər qalıb. Bu gün heç nə bişirmirəm. Dünən Amalın əməliyyatı olub deyə gələ bilməyib. Bu gün yenə dünənki kimi gözəl süfrə qurarsan. Çoxdandır bir arada oturmuruq. Ailəlikcə şam edərik.
- Gülsüm xala, Nadya ilə Amal çoxdan tanışdır?
Gülsüm xala bu sualımı gözləmirdi, amma özünü itirmədən yanımda əyləşdi. əlimi tutub söhbətinə başladı.
- Mən bilmirəm. Nadyanı bizim evə amal gəldiyi gün gələndə görmüşəm.
- Yəni Nadya həqiqətən evə gəlmişdi?
- Hə, dediyinə görə narahat olub, Amaldan səs soraq çıxmadığından durub evə gəlmişdi.
- Yəni, Amal..Amal o qızı evə dəvət etdi?
- Yox. Qız özünü zorla içəri saldı. Amal kefsiz idi. O da elə hey danışıb gülürdü. Amalın bir az da olsa keefini açmağa çalışırdı.
- Nə danışdılar
- Bilmirəm
- Necə bilmirəm? Yanlarında deyildiniz.
- Mən yanlarında olanda qız danışmırdı. Mətbəxə çayı qoymaya gedəndə danışmağa başlayırdı.
- Nə danışıdrdı eşitmirdiniz?
- Qızım.. sən niyə o qıza görə narahatsan. O sənin dırnağın belə ola bilməz. Amal bunu bilir.
- Bilir, amma ona məndən daha çox dəyər verir.
- Bax Şəms, sən yekə qızssan. Nəyin nə olduğunu məndən yaxşı bilirsən. Bilirsən ki, kişilər huzur axtarır. O yuvada huzur yoxdursa onu əsla yanında saxlaya bilmərsən. İsti gülüşə aldanarlar. Amal elə oğlan deyil. Onu tanıyıram, amma o kişidir. Bunu unutma.
Gülsüm xala haqlıydı. Nadyaya qarşı çıxsam onun üstündə Amala sifət eləsəm onu Nadyanın qollarına atmış olacağam. Nadyan bunu istəyir. Kişilər bunu bilməz amma biz qadınlar hiyləgər olan həmcinslərimizin niyyətini çox gözəl görürük. Nə qədər saf ola biliriksə bir o qədərdə ifritə olmağı bacarırıq. Yəni sözün əsl mənasında təhlükəliyik. Amma mən təhlükəmi Amala yox Nadyaya göstərməliyəm. Mənim olana əl atmaqnə deməkdir göstərməliydim. Axşama yenidən süfrə qurulmuşdu, amma nə qədər cəhd etsəm də əhvalım dünənə görə düəzlmirdi. Amalın hələ də yalan danışmasına inana bilmirdim. Onu ideal biri olaraq tanıyıram. Hə səhvsiz insan yoxuydu,amma Amal ki var idi. O səhvsizdir. Qapının döyülməsinə mən Gülsüm xalaya içəridə uzanacağam başım ağırıyır deyibh aradan çıxdım. O isə etriaz edib "axı səhər danışdıq bu barədə” desə də.. "bu gün alınmayacaq” deyib üzümü döndərib getmişdim. Heç kimin könlünü alacaq vəziyyətdə deyildim. Çünki mənim qəlbimi qırmışdı o. Həm də kimə görə.
Amal idi gələn yanılmamışdım. Xalasının səhər onu danlamasına görə gəlməsi isə məni lap üzürdü. Axı mən dünəə ondan bütün qəlbimlə evə tez gəlməsini istəmişdim. O isə...o isə Allah bilir bəlkə də Nadyasının...nə isə.. dilimə gətirib amalın təsəvvürümdə belə yaratdığım obrazına ləkə salmaq istəmirdim. Çünki əmin idim. Amal əsla xəyanət edəcək tiplərdən deyildi. İnsanlardan bu qədər əmin olmaq yaxşı deyil, amma mən niyəsə əmin idim. Içimdən bir səs onun mənə qarşı az da olsa sevgi hissinin olduğunu deyirdi. Düzdür əvvəlki baxıışları hiss etmirdim üzərimdə. Amma yenə də məndən qaçırdığı baxışlarından bunu az da olsa duyurdum. Xalası ilə salamlaşıb nəsə danışdılar. Mən yerimdə oturub kitabımı əlimə aldım. Düzdür fikrim kitabda deyildi. Amal otağa girərsə özümü yalandan yatmağa vurmaq istəmirdim. Onunüzünə baxmaq gözlərinin içinə baxmaq istəyirdim. O gözlrdə yalanın necə məskən saldığını izləmək istəyirdim. Qapım döyüldü.
- Gəl.
- Salam.
- Aleykuma salam.
- Necəsən?
- Yaxşı..
Mən isə ondan sən necəsən deyə saoruşmadım. Yenə eqoistliyim tutumuşdu. Başımı qaldırmadan kitaba baxaraq danışırdım. Amma nə yalan deyim sakit deyildim, yenə titrətmə tutmuşdu. Əllərim əsməsin deyə kitabı bərk bərk sıxıb elə hey bir sətirdə gözümü gəzdirirdim.
- Yemək yemiyəcəksən. Bu qədər əziyyət çəkib bişirmisən.
- Sizə nuş olsun. Mən sən gəlmədən əvvəl yemişəm.
- Xalam dedi başın ağırıyır.
- Bir az.
- Hmmm.
- Nədir elə diqqətlə oxuyursan? Bu qədər maraqlıdır ki, üzümə baxmırsan?
- Hə, həm də çox.
Amal qapını örtüb mənə tərəf yaxınlaşdı. Yatağın boş tərəfində arxası mənə tərəf əyləşib əlini kitabıma atdı. Alıb tərs çevirərək.
- Bir az da düzünə oxu, məncə belə daha maraqlı olar deyərək özündən razı gülüşlə mənə baxdı.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 911
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz