Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (29-cu bölüm)
Şəmsparə (29-cu bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 1043
Səs ver:
Qarşımda Amalı görəndən dilim söz tutmadı. Salamlaşa bilmədim heç. Elə hey ona baxırdım. Elə o da çağın halda məni süzür ağzını açıb yumur, amma səsi çıxmırdı. Bir xeyli orada dayandıq. Nə o danışırdı nə mən. indi ağlıma gəlmişdi ki, məndən burda neynədiyimi, niyə gəldiyimi soruşsa
- Kimdir gələn oğlum? Aaa mənim qızım gəlib ki, caann.. Şəmsim..
Gülsüm xala məni necə bağrıa basdısa mən də onu elə. Necə darıxmışdım bu qadın üçün də. qısa zamanda həyatımın bir parçasına dnmüşdü hər iki insan. Elə bil dünyaya göz açdığım gündən yanımdadılar.
- Amal, qızı qapıda niyə saxlamısan? Mən də deyirəm bu niyə gəlmir. Xəbərin var idi deyərdin də.
- Yyyooxx bilmirdim
- Nə yaxşı, demək qızım darıxıb evi üçün.
Amal hələ şokdan ayılmamışdı.. hələ də ağzı açıq məni başdan ayağa süzür inana bilmirdi ki, qarşısındayam. Bu yaxşıydı yap is o anda seçə bilmədim. Amma hər halda evimdəydim, sevdiyim insanın yanındaydım, ailəmləydim. Bu məni sevindirdir.
- Dayan bir baxım sənə. bir həftədir görmürəm elə bil neçə aydır. Gözəlliyinə gözəllik gəlib ki, sənin. Anangil sözzsüz sənə yaxşı baxıblar, amma sən də başqa bir dəyişiklik var.
Bu qadının məni oxumasına heyran idim. Əhvalımın hər halını tuturdu. Hə.. haqlıydı fərqliydim. Bu dəfə evimə sevgi dolu, qəlbimdə amalın sevgisiylə gəlmişdim. Insane sevərkən gözləri qəmlənər əslində. Sevilərkən isə gülər. əgər həm sevib həm sevilirsənsə nə xoşbəxtsən. Mənim gözlərim içim gülürdü o an.. yox ki, əmin idim ki, Amal sevir. Sadəcə düşünmürdüm ki, onu bir də görəm, amma indi özüm ayaqlarımla gəlmişəm. qaçdığım yerdən yenidən qaçaraq gəlmişəm. iki otağı az qala mənim Maskatda olan bir otağıma bərabər olan ev mənə inanılmaz huzur verdi. Amalı görmədiyim iki gündə o boyda genişlikdəki ev mənə zindan kimi dar və qaranlıq gəlmişdi. Atamın sözünü xatırladım o an. Amalla yola düşəndə ona "Elə elə ki, qızım bura gələndə darıxsın evi üçün” Neyniyəmişdi bilmirəm, amma sözünün üstündə dayanmışdı. Evin hər qarışına göz gəzdirir qoxusunu içimə çəkirdim Amal hələ də şokdan ayılmamışdı. Onun bu halına gülməmək mmkün deyildi. Çemodanım əlimdə elə hey mənə baxırdı.
- Ay bala, sənə nə oldu. Arvadını belə qarşılayacaqsan. Iki gün vurnuxa vurnuxa qalmışdın evdə. Bilmirdin necə çağırasan. Ala bax özü ayaqları ilə gəldi.
Amal Gülsüm xalanın sözünə ona göz ağartsa da mənə xoş gəldi. Demək o da gəlməyimi istəyirdi.. onda niyə çağırmırdı. Niyə axtarmırdı məni. Ən azından bir dəfə də olsa məni dinləməliydi. O an dinləsəydi hər şey başqa cürə ola bilərdi. Düzdür heç vaxt gec deyil. Gec olmaması üçün də əlimdən gələni edəcəkdim.
- Amal, səninlə deyiləm. Qızım sən ona baxma. Gözləmirdik səni, ona görə belə quruyub qalıb. Gəl keçək mətbəxə, yeməy yeyirdik.. Yeməyin üstünə gəlib çıxmısan, bax gör necə çox istəyirəm səni.
Gülsüm xala danışa danışa məni dartıb mətbəxə aparırdı. Mənsə ara bir...ara bir yox tez tez başımı döndərib yerində quruub qalan Amala baxırdım. Sifət mimikası dəyişmirdi bu adamın. Deyəsən məni gözləmədiyi bir kənara görməyinə şad da olmamışdı. Təəsüfləndim. Amma yenə də təslim olmayacaqdım. Amalın ürəyində mənə qarşı balaca bir hisslər varsa belə onun cücərməsi üçün əlimdən gələni edəcəkdim.
Allahdan Nadya evdə yox idi. Sara məni elə kökləyib bura göndərmişdi ki, onu burada görsəydim üstünə attdanıb saçlarını yolardım. Gülsüm xala mətbəxdə məni yedizdirməyə çalışır, mənimsə fikrim Amalda qalmışdı.
- Bunun da dadına bax. Anan qədər bişirə bilməsəm də mənim də əlimin duzu yaxşıdır.
- O nə sözdür Gülsüm xala. Çox dadlıdır, amma mən toxam..
- Nə tox? Maskatdan bura gəlmisən? Harada yemisən ki?
- Təyyarədə yemək verirdilər.
- əşi ona yemək deyirsən. Ala bunu da..
Balaca uşaqlar kimi Gülsüm xala yeməyi ağzıma qoyurdu rəsmən. Az qala boğulacaqdım. Amal telefonla danışa danışa içəri keçəndə məni öskürək tutmuşdu. əli ilə kürəyimə toxunub "hamısı sənin” deməsinə başımı qaldırıb ona baxdım. Kiçik bir toxunuşu məndə qəribə hisslər oyadırdı. Zaharla münasibətim olanda onun əlimdən tutmasına belə bu qədər həyəcanlanmırdım. Mənsə yenə o anda edəcəyimi etdim. Bilmirəm bu axmaqlıq mənə haradan gəlirdi.
- Sən də?
- Nə?
- Şşey.. yəni səndə sağol...təşəkkür etmək.
Hamısı sənin sözünə verdiyim reaksiyaya bax”Sən də” allahdan telefonla danışdığından anlamamışdı heç nə. Danışığından başa düşdüm ki, atamgilnən söhbət edir.
- Narahat olmayın buradadır. Hə bizə də sürpriz oldu.. o nə sözdür.
Üzünü döndərib yenidən mətbəxdən çıxan kimi ardınca getdim. Gülsüm xala çayı qoymaq üçün durmuşdu deyə geri dönəndə məni görmədi. Amma arxamca da gəlmədi. Amalın arxası ilə getsəmdə başı telefonla danışmağa qarışmışdı deyə hiss etməmişdi onun yanında olduğumu.
- Bilirəm Əbdül bəy. Bu Şəmsdir. Ağlına nə qoydusa eləyəcək. Məndən yaxşı bilirsiniz. Həə sağ salamat çatıb.
Amalın belə danışması xoşuma gəlmişdi. Geri dönəndə məni gördüyündən telefon əlindən az qala düşəcəkdi. Özünü itirmiş halı çox şirin görünürdü. Üzümdə təbəssümlə ona baxırdım. Bilmirəm. Bir xoş söz, bir mülayim baxış gözləyirdim o an. Sağollaşıb dəsətyi asınca yenə kəkələyərək mənimlə söhbətə başladı.
- Aa..aatan idi.
- Hhmm..bildim.
- Nnarahat qalmışdı.
- Ahhaaa
- Dedim ki, çatmısan.. aannan gilə desin.
- Aha..
Aradaki dialoq gülməli idi, amma o anda ikimiz də həyəcanlı olmalıydıq ki, bunu fərqində deyidlik.
- Mməən gedim. Xəstəxana.. yəni.. əməliyyat..əməliyyatım var da bu gün.
- Işin avand olsun.
- Sağol.
Amal yanımdan keçib qapıya tərəf yönələndə pis oldum. Gəldiyimə görə bir kəlmə belə deməmişdi. Nə etriazını bildirmiş, nə səbəbini soruşmuş, nə də sevinənə oxşamırdı. Amma bu dəfə addım atmaq hələki mənim növbəm idi. Yazıq vaxtında çox addım atıb.
- Amal
- Ay can.
əridim bitdim. Gözləmirdim, ay can deyə cavab verməsini. Daha əvvəldə demişdi, amma bu qədər xoş gəldiyini xatırlamıram. Amma cəld də sözünü düəzltdi. Sanki mənim fikirlərimi oxuyurmuş kimi
- Yəni, eşidirəm.
- Gec gələcəksən?
- Bu günə bir əməliyyatım var.. təcili bir şey çıxmasa yox. Nədir ki?
- Heç..tez gəl..
Sözümə duruxub qalmışdı. O anı təsəvvür edə bilmərəm. Yazıq hələ də şokdan ayılmırdı.
- Yyaxşı..
Getdiyini düşünüb üzü mətbəxə gedirdim ki, məni səsləməsinə döndüm.
- Şəms
- Ay can.
Bu dəfə mən avtomatik belə cavab vermişdim. Və yenə duruxub qaldı.
- Şşey.. xoş gəlmisən evinə.. yəni evimə..evə..nəysə mən gedim.
- Xoşgördük.. tez gəl unutma. Uğurlar əməliyyatda.
O an onun şirinliyini görmək lazım idi. Az qala dişləyəcəkdim. Balaca uşalara bənzəyirdi. Ya o həmişə beləydi də mən indi fərqinə varırdım.
Sevinə sevinə mətbəxə gəldim. Gülsüm xala göz altı mənə baxraq susmuş halda suallar verirdi. Onun baxışlarını görüb
- Darıxmışdım, gəldim.
- ....
- Başqa bir şey yoxdur
- ....
- Nə?
- .....
- Gülsüm xala mən evimə gələ bilmərəm.
- Ay sənin evimə deyən dilini yeyim mən.
Yanaqlarımdan tutub necə sıxdısa özümü lap körpə uşaq kimi hiss elədim.
- Əlbəttə gələ bilərsən. Amma...
- Amma nə..
- Içimdən bir səs deyir ki, sən təkcə darıxdığın üçün gəlməisən.
- Yox...yooo elə darıxdığım üçün gəlmişəm.
- .....
- Vallah.. həqiqətən. Yoxsa durub Nadyaya görə gələsi deyiləm oradan bura.
Upsss...özümü ələ verdim. O an Gülsüm xalanın qəhqəhəsini məni qızarmağımı görmək lazım idi.
- Ay qurban olaram bunlara.. ay qızım. Gəlmisən əcəb eləmisən. Belə yaxşı eləmisən. ərinin evinə gəlmisən də yad ev deyil ki.. mən də gedim Saraya təşəkkür edim.. dediklərimi yaxşı yerinə yetirib ki, sən artıq buradasan..
- Nə?
- Mən uşaq deyiləm Şəms.
Gülsüm xala hələ də gülürdü. Bu qadın məni qorxutmağa başlayır. Necə yəni, Nadya bu evə gəlmirdi ki? Bütün bunları Gülsüm xala uydurmuşdu? Ya...yaa mənim gəlməyim. Bəlkə gəlməyəcəkdim. Haradan bilirdi.
- Gülsüm xala..
- Mən indi səni tək qoyası olacağam. Soyuducuda sevdiyin yeməklər var. Hamısını axşamdan hazırlamışam. Gələcəyini bilirdim.
- Gülsüm xala mən...haradan? Sara?
- Yox... Sara eləcə Nadyanın bura gəlmə xəbərini sənə mənim xahişimlə dedi. Qısqanclıq hər zaman doğru qərarları verməyini tezləşdirir.
Bu sözü deyib getmişdi. Qadın məni günü gündən təəcübləndirirdi. Amma sevindim. Demək ki, Amalın yanında olmağımı istəyirdi. Bizi ayrı yox bir yerdə görmək istəyirdi.
Dolabda yeməklər bol idi, hamısı da mənim ən sevdiyim yeməklər. Amma bu yeməklər bu gün yeyilməyəcəkdi. Bu gün mən öz əllərimlə həyat yoldaşıma süfrə hazırlayacaqdım. Özü də onun ən çox sevdiyi yeməklərlə
- Bağışla Gülsüm xala, yeməklərinə söz ola bilməz. amma bu dəfə özüm əl atası olacağam.

Müəllif: Lili SH


Şərhlər:
Baxılıb: 1043
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz