Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəmsparə (26-cı bölüm)
Şəmsparə (26-cı bölüm)
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 985
Səs ver:
Bu adam sehirbazdır nədir? Ağzım açıq onu seyr edirdim.
- Sən...Sən bunu necə elədin?
- Mənimlə mərcə gəlmə heç vaxt?
- Neynədin ona?
- Şəms, eşidən də Berikaya nəsə elədiyimi düşünər.
- Nəsə eləməsən o bunu eləməz. Nə dedin ona?
- Ortaq bir nöqtəmiz var. O barədə kiçik söhbət etdik.
- Nə ortaq nöqtəsi. Sənin bir atla nə ortaq nöqtən ola bilər ki?
Berika həmin anda kişnədi.
- Bağışla Berika. O mənada demək istəmədim. Amal, Berika bizim dili və ingilis dilini bilmir onunla həmişə ərəbcə danışmışıq.
- Şəms, elə şeylər var ki, onları deyəndə başa düşmək üçün dilin eyni olması vacib deyil.
Amal arada bir elə qəliz danışırdı ki, anlamırdım. Indi nə demək istəyirdi.
- Sən onu boş ver də... sözünü tut.
Aha, indi lap qorxu düşdü canıma. Nə istəyəcəkdi görəsən.
- Buyur.
- Elə sifətlə buyur deyirsən ki, adamın söz demək istəyi ölür.
Sifətimi yalandan gülürmüş kimi vəziyyətə salıb. "buyurun Amal bəy” deməyimlə o güldü.
- Düşünüb deyərəm.
- Düşünməyinə qalsa batdıq biz.
- Nə?
- Heç nə...gedək evdəkilər gözləyir.
- Bəlkə bir az gəzək.
Amalın bu təklifi mənim üçün gözlənilməz oldu. Tərəddüd etmədən "yaxşı” dedim. Dodağımı dişlədim.. elə bil həvəsliymiş kimi.
- Istəmirsənsə getməyək.
- Yox...yox gedək. Həm mən də bir az gəzmiş olaram, darıxmışam buralar üçün. Haraları gəzmək istəyirsən?
- Sən buralarda ən çox haraları bəyənirsən.
- O zaman deyim sənə də at hazırlasınlar. Yolumuz bir az uzundur.
- Mən Berika ilə getsəm olmaz.
- Yoooooooxxxx.
Berika həmin anda yenə kişnədi. Barmağımla ona sakit olmağı işarə etsəmdə sakitləşmirdi.
- Məncə mənimlə getmək istəyir.
- Dedim ki, yox.. ona məndən başqa kiminsə oturmasını istəmirəm.
- Şəms, sadəcə bir neçə saatlıq.
- Heç bir neçə saniyəlik də olmaz.
- Atan demişdi qısqancsan, amma atı da qısqandığını düşünməzdim.
Berika yenə də kişnədi. Bu dəfə ikimiz xorla "Bağışla Berika” dedik.
- Mən qısqanc deyiləm. Sadəcə sən ağırsan onu incidəcəksən.
- Şəms, başqa bəhanə uydur. Bu çox gülməlidir.
- Onda sən gül və o biri ata min gəl biz berika ilə getdik.
Cəld Berikaya minərək tövlədən çıxdım. Atlar yəhərlənmişdi deyə Amal da arxamca gecikmədən çatmışdı. Inanlımaz idi. Çox gözəl at çapırdı. Bu adamı hər gün bir az daha kəşf edirdim. Yolumuz uzun olduğundan arada atlarla yürüşü edir sonra yenidən yola düşürdük. Budur çatmışdıq. Bomboş səhralıq, amma mənim üçün xatirələrlə dolu bir məkan. Hə, ağlımdan keçmiş günlərim keçirdi. Burada başlayan məhəbbətim, burada başlayan taleyim. Sonsuz kimi görünən səhralıqda qumlardan başqa heç nə yox idi. Səhra heç vaxt iz saxlamaz. Darıxır çünki. Ona gələnin geri dönməsini istəməz deyə gəldiyi yolun izlərini təmizləyər. Amma sevgisi təhlükəlidir. Səni bir dəqiqədə boğa bilər. Bəzi sevgilər kimi təhlükəlidir.
- Gözəldir.
- Hə, elədir. Omanda çox gözəl şəhərlər, məkanlar var. Burada otura bilməyəcəyik. Qarşıda kiçik təpə var ora bir az kölgəlidir. Gedək ora. Amal başı ilə razılıq verib mənimlə birgə təpəyə qədər gəldi.
- At çapmağı haradan öyrənmisən.
- Nədir ki?
- Profesional adamlar kimisən.
- Sənə çata bilmərəm.
- Mən uşaqlıqdan öyrənmişəm. Sən?
- Atları çox sevirəm. Arada olur şəhərdə dostlarla gedirdik.
- Dostlarla? Yəni sənin dostların var?
Az qalırdı deyəm Nadyandan başqa dostun var, Yaxşı qurtardım. Nadyanı yada salsaydım hər şeyi korlaya bilərdim.
- Niyə yoxdur.
Amal əyləşib səhranı izləməyə başladı. Mən də yanında bir az aralı oturub onun baxdığı nöqtəyə baxırdım. Ikimiz də susurduq. Amma mən danışmaq istəyirdim. Bu adamı öyrənmək, haqqında hər şeyi bilmək istəyirdim. Bəlkə də gecikmişdim, amma yenə də istəyirdim. Nə barədə söz salacağımı bilmirdim. Hava bir az küləkli olduğundan qum gözlərimə dolurdu. Amal eynəkdə idi. Mənsə qalmışdım açıq havada. Mənə tərəf dönüb "niyə yaylıq götürməmisən” deyəndə ani çıxdığımızı, unutduğumu dedim. Həm Maskata qayıtsaqda buranın geyimlərini geyinməmişdim. Bakıda aldığım geyimlər idi. Ona görə örtük üzərimdə yox idi. Amal isə məni qaldırıb düz önündə əyləşdirdi. Küləyin qarşısı alınmışdı beləcə. Yenə məni qorumağa çalışırdı. Kiçik bir şey idi, amma mənə çox xoş gəlmişdi. Amma bunu bildirmək istəmədim.
- Mənzərənin qarşısını kəsirəm belə.
- Yox. əksinə. əsl mənzərə indi var – deməyinə geriyə dönüb ətrafa baxdım. – nə var ki orada. – Amal isə bu sözümə gülüb. – heç nə önünə dön qum dolmasın gözlərinə.
Mən indi başa düşmüşdüm niyə elə deyir. Istər istəməz utandım azca. Amal səhranı izləmək yerinə yenə baxışlarını mənim üzümdə gəzdirirdi. Susması isə məni dəli edirdi. Nə düşündüyünü bilmək istəyirdim. Fikri oxumaq qabiliyyətim olsaydı o anda nə düşünür deyə həmən oxuyardım. Amma fikrimdən sözlər dilimə töküldü.
- Nə düşünürsən?
- Heç..
- Niyə elə baxırsan onda?
- Necə baxıram?
- Belə..
- Belə?
- ....
- Şəms
- Hə.
- Indi istəyimi deyə bilərəm.
Yenə titrəmə düşdü canıma. Amal nə isyəcək deyə beynimdən pis pis fikirlər keçirdi.
- Eşidirəm.
Sözümü elə sakit tərzdə dedim ki, güclə eşidilirdi. Amal isə gözlərini gözümdən çəkmirdi. Baxışlarının dərinliyində batırdım rəsmən.
- Mənə elə bir şey de ki, ömür boyu bu səhranı, bu anı unutmayım.
- Nə?
- Eşitdiyin.
- Elə bu.. mən qorxdum ki..
- Niyə qorxdun? Səni qorxuduram?
- Yox.. yox elə demək istəmədim. Yəni bacara bilməyəcəyim bir şey istəyərsən deyə.. yəni dedim birdən eləyə bilmərəm
- Yaxşı Şəms.. narahat olma anladım.
Amal məyus olmuşdu yenə. Onun bu halını görəndə hər dəfə pis oluram artıq. Mən niyə bu dilimə sahib çıxa bilmirəm ki. Amma könlünü almalıydım. Istəmirdim günün korlayım. Amma neynəyə bilərdim deyə çox düşündüm. Və o anda elə mənim də səhraya vurğun olmağımını səbəblərindən biri gəldi. Anidən yerimdən qalxıb "tapdım” deyə bağırdım. Amal belə səsimə diksindi.
- Nə oldu?
- Sənə.. sənə elə bir şey danışacağam ki, bu anı unutmayacaqsan.. onu tapdım.
Amal gülümsəyərək. Sən dəlisən Şəms. – deyincə mən də güldüm. Nəhayət məyusluq itdi üzündən.
- Eşidirəm.
- Bunu mən balaca olanda atam mənə danışıb. Bura ilk dəfə gəldiyimizdə.
- Mmm.. məni maraq bürüdü.
- O zaman dinlə.
" Günün birində səhrada iki qum dənəsi qarşılaşmış və bir-birlərini çox sevmişlər. Uzun bir müddət çox yaxın olmuşlar.BIR-BIRLƏRINI YANLARINDA, CANLARINDA OLARAQ SEVMƏYI ÖYRƏNMIŞLƏR. Və bir gün külək əsir,qum dənələrindən birini yerində saxlayıb, digərini bir az uzağa atır.Çox uzaq deyillərmiş,amma yenə də bir-birilərini görə bilmirlərmiş.Sevgiləri isə heç azalmamış,yenədə bir-birilərini sevməyə davam etmişlər. Bir-birlərinə çatdıra bildikləri səsləriylə, xəbərləriylə yaşayırlarmış və artıq görmədən Səsləri ilə sevməyi öyrənmişlər.Bir gün biri digərinə "sevgimizin sonsuza çatmaması üçün eyni anda bir arzu arzulayaq" demiş. İkisi də eyni anda bir arzu arzulamış və tam o anda fırtına çıxmış. Bu qovuşmamız,sevgimizin sonsuza qədər davam etməsi ola bilər deyə ikisi də özlərini fırtınaya atmışlar. Gözlərini bağlayıb fırtına dayandığında sevgilərinin yanında olmasını arzulamışlar.Fırtına o qədər qüvvətliymiş ki, o günə qədər illərcə yerlərindən tərpənməyən qumlar belə başqa yerlərə sovrulublarmış. Fırtına günlərlə davam etmiş qum dənələri də oradan-oraya sovrulumuşlar. İkisində də bir səbirsizlik olmuş. Fırtına dayanmamış əksinə artırmış.Fırtına dayanmaq bilmədikcə onlarda SƏBRLƏ SEVMƏYI ÖYRƏNMIŞLƏR.Günlər keçmiş sonunda fırtına dayanmış gözlərini açdıqlarında ikisi də özlərini başqa aləmdə tapmışlar.Bu fırtınanın onları birləşdirəcəyinə o qədər inanmışlar ki bir-birlərini yanlarında tapa bilməyincə ürəklərində dərin bir kədər hiss etmişlər və KƏDƏRLƏ SEVMƏYI ÖYRƏNMIŞLƏR. Özlərinə bir az gəldiklərində ikisi də bu fırtınayla başqa başqa yerlərə sovrulduqlarını anlamışlar. Bir an ölmək istəmişlər amma sonra bir-birlərini heç görmədən, MƏSAFƏLƏRƏ, MANEƏLƏRƏ BAXMAYARAQ SEVMƏYI ÖYRƏNMIŞLƏR. "Əvvəlki kimi çağırsaqda səsimiz çatmaz ki bir-birimizə" demişlər. İkisi də yeni yerlərində heç kimlə danışmamışlar və illərcə susmuşlar.Hər zaman yeni bir fırtına ümidiylə bir-birlərinə xəyanət etmədən gözləmişlər. Beləcə ÜMÜDLƏ SEVMƏYI ÖYRƏNMIŞLƏR.İllər keçmiş amma sevgiləri heç bitməmiş.Bir-birlərindən həmişə ümidli olaraq yaşamışlar. Bir gün ikisi də bir-birlərindən xəbərsiz eyni anda gözlərini bağlamış və qovuşmaq üçün yenidən fırtına çıxmasını arzulamışlar.Gözləmişlər, gözləmişlər amma fırtına heç cür çıxmamış. Özlərini bütün mənlikləriylə fırtınaya buraxmaq üçün olduqları yerdə dönmüş, dayanmışlar amma hamısı hədərmiş kiçik bir külək belə çıxmamış.Sonunda gözlərini açmışlar. Sevdiklərinin,illərcə gözlədiklərinin tam qarşısında dayandıqlarını görmüşlər və dərhal ikisi də illər əvvəl arzuladıqları arzularını xatırlamışlar.
Amal bir anlıq belə baxışını məndən çəkmədən dinləyirdi. Pıçıltı ilə danışırdı sanki.
- Arzuları nə idi?
- Arzulari .... arzuları bu imiş ki, "Allahım bizi bir-birimizə hər çətinliklərlə sevməyi öyrəndiyimizdə qovuşdur. Elə qovuşdur ki sevdamız sonsuza çatsın." Sonunda anlamışlar ki bir-birlərindən çox uzaqda keçirdiklərini düşündüyü illəri əslində bir-birinin yanında keçirmişlər.Arzularının qəbul olması üçün illərin keçməsi lazım olduğunu öyrənmişlər
- Çünki,onlar sevməyi hər çətinliyi ilə öyrənməyi istəyiblər
- Hə, eyniliynən. Arzuları da qəbul olmuş Ümidlə,Səbrlə,Kədərlə,Məsa fələrlə,Maneələrlə hər çətinliyi ilə sevməyi öyrənib bir-birlərinə qovuşmuşlar.
Hekayəm bitmişdi. O an necə oldu bilmirəm, amma Amalla o qədər yaxın dayanmışdım ki, havadakı küləyə rəğmən nəfəsini hiss edirdim. Bu cəsarəti haradan tapmışdım bilmirəm yaxınlaşıb onun dodağının kənarından kiçik bir öpüş qonduracaqdım ki, Amal üzünü döndərərək dodaqlarımdan öpdü.

Müəllif:
Lili SH


Şərhlər:
Baxılıb: 985
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz